Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Adele Noyhauzer
Adele Noyhauzer (alm. Adele Neuhauser‎ d. 17 yanvar 1959, Afina) — Avstriyanın teatr və kino aktrisası, Avstriya Film Akademiyasının üzvü. == Bioqrafiyası == 17 yanvar 1959-cu ildə Afinada anadan olmuşdur. Dörd yaşında ailəsi ilə Yunanıstandan Avstriyanın paytaxtı olan Vyanaya köçür. Valideynlər boşandıqda, yunan əsilli atası Qeorq ilə yaşayır. On yaşında biləyindəki vena damarlarını kəsir. Sonra ailədən qaçır, daha bir neçə intihara cəhdlər edir. Adele gənc yaşda aktrisa olmaq istəyir. 1976-1978-ci illərdə Krauss Teatr Məktəbində təhsil alır.
Ameli Moresmo
Ameli Moresmo (doğum 5 iyul 1979, Saint-Germain-en-Laye, Fransa) — fransa qadın tennis oyunçusu. Avstraliyanın Açıq Çempionatının (2006) və Uimbldon tennis turniri (2006) qalibidir. Əlavə, 2004-cü ildə, Moresmo Olimpiya oyunları gümüş medal qazandı. 2004-cü ildə, Moresmo, reytinqdə dünyada 1 nömrədir ilə 5 həftə idi, və 2006-cı ildə, ilə 34 həftə idi. Moresmo, hal-hazırda, Endi Mürreyiyə məşqçilik edir.
Stiven Amell
Stiven Adam Amell (ing. Stephen Adam Amell) — Kanadalı akyor. Ox Kainatı silsiləli seriallarında oynadığı Oliver Kuin / Ox (komiksdəki eyni adlı obraz) və Yeniyetmə Ninja Turtles: Kölgələrdən Çıxış filmidə Kesi Cons rolu ilə tanınır. == Həyatı == Amell Kanadanın Ontario çtatının Toronto şəhərində Sandra Enn və Tomas C. Amellin ailəsində anadan olub. Aktyor Robbi Amellin birinci dayısı oğludur. O oğlanlar üçün özəl məktəb olan St. Andrew's Collage-i biritib. == Kariyerası == Amell karyerasına 2004-cü ildə Yaxın dostlar serialının dördüncü mövsümünün iki seriasında müəllim Liberti Rayd rolunu oynamaqla başladı. Bundan sonra Dantenin Körfəzi serialının birinci mövsümündə Adam rolunu oynasada ikinci mövsümdə bu rol Con Felminqə verildi. 2007-ci ildə ReGenesis serialında oynadığı qonaq roluna görə Ceminay Mükafatı-nı qazandı.
Amel Tuka
Amel Tuka (bosn. Amel Tuka; 9 yanvar 1991) — Bosniyalı yüngül atlet. 2015 və 2019-cu il dünya çempionatlarının mükafatçısı. 800 metrlik məsafə üzrə ixtisaslaşmışdır. == Bioqrafiyası == Tuka doğma şəhərində yerli yarışlarda qalib gəldikdən sonra Zenica klubunda çıxış etməyə başladı. 2013-cü ildə Amel Tuka Avropa Komanda Çempionatının üçüncü liqasında oynadı. Nəticəsi 1 51.11 oldu. Gənclər arasında Avropa Çempionatında bu göstəricini beş saniyəyə daha da yaxşılaşdırdı və bu nəticə yeni milli rekord oldu (1.46.29). Çempionatdan sonra Bosniyadan İtaliyaya köçdü və Veronanda yeni məşqçi Gianni Gidini ilə məşq etməyə başladı. 2014-cü ildə Avropa çempionatında 800 metr məsafəyə qaçışda səkkizinci oldu −1.46.12.
Amel çayı
Amel çayı Belçikada yerləşir. == Çay == Amel çayı Belçikanın şərq sərhəddində yerləşir. Çay Liege əyaləti ərazisindən keçir. Çay sahəsi 1077 kv.km-dir. Ümumi uzunluğu 93 km. Çayın sağ qolu Urtdur. Maas - çay sistemidir. == İstinad == Амблева // Энциклопедический словарь Брокгауза и Ефрона : в 86 т. (82 т. и 4 доп.).
Santyaqo Mele
Ameli (film, 2001)
Ameli (fr. Le Fabuleux Destin d’Amélie Poulain; Amelinin qeyri-adi həyatı) — rejissor Jan Pyer Jönenin 2001-ci ildə çəkdiyi Fransa romantik komediya filmi. Azərbaycan da daxil olmaqla bir çox ölkələrdə "Ameli" adı ilə tanınır. Film Empire jurnalının 2010-cu ildə tərtib etdiyi "İngilis dilində olmayan dünya kinematoqrafiyasının 100 ən yaxşı filmi" siyahısında ikinci yeri tutdu. == Rollarda == Odri Totu — Ameli Pulen Matyö Kassovits — Nino Kenkampua Ryufyus — Rafael Pulen Lorella Kravotta — Amandina Pulen Serj Marlen — Remon Düfael Jamel Debbuz — Lüsyen Klotilda Molle — Cina Kler Morye — madam Süzanna İzabel Nanti — Jorjetta Dominik Pinon — Jozef Artyus de Pengern — İppolito İolanda Moro — Madlen Uollas Yurben Kanselye — Kollinyon Moris Benişu — Dominik Bretodo Andre Düssolye — müəllifin mətni == Soundtreklər == Bütün musiqilər Yan Tyersen tərəfindən bəstələnmişdir. == Mükafatları == Oskar mükafatı (2002) ən yaxşı xarici dilində film (nominasiya); ən yaxşı operator işi — Bryuno Delbonnel (nominasiya); ən yaxşı orijinal ssenari — Jan Pyer Jöne, Giyom Loran (nominasiya); ən yaxşı səs — Vensan Arnardi və s.
Əmələ
Əmələ (fars. عمله قشقایی Əməle-yi Qaşqayi‎; bəzi mənbələrdə Cəfərbəyli) — Qaşqayları təşkil edən ən böyük beş tayfadan biri. == İstinadlar == == Xarici keçidlər == Yrd. Doç. Dr. Muhittin Çelik. "Kaşkay Türkleri" (türk). 2016-01-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-01-30.
Amerə (Komican)
Amerə (fars. امره‎; azərb. Amara‎) — İranda, Mərkəzi ostanında, Komican şəhristanının Mərkəz bəxşinin Vəfs dehestanında kənd. 2011–ci il siyahıyaalınmasına əsasən kəndin əhalisi 104 ailədə 114 nəfəri kişilər və 167 nəfəri qadınlar olmaqla cəmi 281 nəfərdir. Kəndin əhalisini türklər təşkil edir, türkcə danışırlar və şiə müsəlmandırlar.
Qırov əmələ gəlməsi
Abeşe
Abeşe (fr. Abéché, ərəb. أبشي‎) — qədim Ouaddai krallığının köhnə paytaxtı olmuşdur. Çadın şərqində indiki Ouaddai regionunda yerləşir və Sudanla sərhəddi var. Maşın ilə paytaxt Ncamenadan 2 günlük məsafədədir. 2012-ci il məlumatına əsasən əhalisi 76 492 nəfərdir..
Afeli
Afeli [yun. apo – uzaqlıq + yun. Helios – Günəş] == Ümumi məlumat == Afeli - Günəş ətrafında fırlanan planetlərin, asteroid və kometaların orbitinin Günəşdən ən uzaq nöqtəsi. Yer hər il iyulun 5-də Afelidən keçir və bu vaxt Günəşdən 152 mln. km məsafədə olur.
Amblen
Ambleon (fr. Ambléon) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Belle kantonuna daxildir. Kommunanın dairəsi — Belle. INSEE kodu — 01006. == Əhalisi == 2010-ci ildə əhalinin sayı 116 nəfər təşkil edirdi.
Ameka
Ameka - Zamua çarı (E.ə. IX əsrin I yarısı). Qaynaqlar onu "çar" adlandırır və paytaxtın – Zamri şəhəri olmağı haqqında məlumat verir. E.ə. 880-cı ildə Assuriya hökmdarı II Aşşurnasirapalın Zamuaya yürüşü zamanı döyüşdə məğlubiyyətə uğramış, ölkənin paytaxtı Zamrini tərk edərək öz qoşunu ilə Etini dağlarına çəkilmişdir. Kitabədən bəlli olur ki, Ameka imkan tapıb Sabua dağında yerini möhkəmlətmişdi. Aşşur qoşunu ölkəni talan etmiş, lakin Amekanı ələ keçirə bilməmişdir. Ameka bir müddət aşşurlara qarşı müqavimətini davam etdirmişdir. == Mənbə == Azərbaycan Milli Ensiklopediyası. I cild.
Ameno
Ameno – Eric Levinin Era musiqi layihəsi adından çıxardığı debüt albomu olan Era albomundan olan ilk rəsmi sinql. Sinql arada bir il fərqlə üç ölkədə satışa çıxarılmışdır. Mahnıya həmçinin klip də çəkilmişdir. Mahnının musiqisi Eric Leviyə məxsusdur, mahnı uydurma dildə - psevdo-latın dilində yazılmışdır. Yəni, sözlər fonetik cəhətdən latın dilinə bənzəyir, lakin əslində heç bir məna kəsb etmir.
Amili
Amili (sanskr. ომალო; trans. Omalo) - Tioneti rayonunda kənd adı. == Toponimkası == Amili- Tioneti rayonunda kənd adı. Gürcücə yazılışı Omalo. Qədim türkmənşəli Kaymak tayfasının İmi qolunun adını əks etdirir. Azərbaycanda Böyük Əmili və Kiçik Əmili (Qəbələ rayonu) kənd adları ilə mənşəcə eynidir. IX əsrdə İrtış çayının yuxarı axını sahillərində yaşamış kaymaklar ondan sonra qıpçaqlarla birgə Cənub-şərqi Avropaya gəlmişlər. Kaymakların mənbələrdə İmi (eymür), İmək, Tatar, Bayandur və Qıpçaq qollarından ibarət olması göstərilir. Ehtimal ki, Cənubi Qafqaza gəlib məskunlaşmış kaymakların içərisində İmi (eymür) tayfası da vardı.
Apple
Apple — mərkəzi ofisi Kupertinoda yerləşən Amerikan çoxmillətli texnologiya şirkəti. 2023-cü ilin mart ayına olan məlumata əsasən, Apple bazar kapitallaşmasına görə dünyanın ən böyük şirkətidir və 394,3 milyard ABŞ dolları ilə 2022-ci ilə qədər ən böyük texnologiya şirkətidir. 2022-ci ilin iyun ayına olan məlumata görə, Apple vahid satışlarına görə dördüncü ən böyük fərdi kompüter satıcısı, gəlirə görə ən böyük istehsal şirkəti və dünyanın ikinci ən böyük mobil telefon istehsalçısıdır. Alphabet (Google-un ana şirkəti), Amazon, Meta və Microsoft ilə birlikdə ən böyük Amerikan informasiya texnologiyaları şirkətlərindən biri hesab olunur. Apple 1 aprel 1976-cı ildə Stiv Voznyak, Stiv Cobs və Ronald Ueyn tərəfindən Voznyakın Apple I fərdi kompüterini hazırlamaq və satmaq üçün Apple Computer Company olaraq təsis edilmişdir. Şirkət 1977-ci ildə Cobs və Voznyak tərəfindən "Apple Computer" adı ilə yaradılmışdır. Şirkətin ikinci kompüteri Apple II ən çox satılan və ilk kütləvi istehsal edilən mikrokompüterlərdən biri oldu. Apple 1980-ci ildə ani maliyyə uğuru üçün birjaya çıxdı. Şirkət 1984-cü ildə Macintosh 128K də daxil olmaqla, innovativ qrafik istifadəçi interfeyslərinə malik kompüterlər hazırladı və bunu həmin il "1984" adlı tənqidi olaraq bəyənilən reklamda elan etdi. 1985-ci ilə qədər onun məhsullarının yüksək qiyməti və rəhbərlər arasında hakimiyyət mübarizəsi problemlərə səbəb oldu.
Atelye
Atelye (fr. Atelier; fransız: [atəlje]) — təsviri və ya dekorativ incəsənət sahəsində peşəkar rəssamın və ya memarın şəxsi emalatxanası. Burada əsas usta və bir sıra köməkçilər, tələbələr və şagirdlər ustanın adı və ya nəzarəti altında buraxılan təsviri incəsənət əsərlərini birlikdə işləyə bilərlər. İncəsənətdə atelye ustad rəssamdan, adətən peşəkar rəssam, heykəltaraş və ya memardan ibarətdir və burada az sayda tələbə ilə birlikdə onlara vizual və ya təsviri sənət öyrədilir. Atelye həmçinin, moda dizaynerinin, saç stilistinin və ya ümumiyyətlə rəssamın iş və təhsil sahəsi ola bilər. Atelye məktəbləri dünyanın hər yerində, xüsusən Şimali Amerika və Qərbi Avropada fəaliyyət göstərir. == Etimologiya == "Atelye" sözü fransızca "atelier" sözündən götürülmüşdür ki, onun mənşəyi nəticədə latınca "assula" sözündən gəlir, bu da "ağac qırıqları" deməkdir. XX əsrin əvvəllərinə aid Azərbaycandilli mənbələrdə nigarxana (نیگارخانا) adlandırılmışdır.
Əl-Aməl (qəzet)
"Əl Aməl" (ərəb. الامل‎) — Kərkükdə nəşr olunan qəzet. == Ümumi məlumat == Fəhlə Həmkarlar İttifaqının Kərkük bölməsi (Əl-İttihad Əl-Məhəlli Li Nəqabət Əl-Ummal Fi Kərkük) tərəfindən nəşr edilən “Əl Aməl”in yazı işləri müdiri Abduldəmir Xidayir idi. Redaksiya heyətində İbrahim Hüseyn çalışırdı. İlk sayı 1969-cu il dekabrın 4-ü nəşr edilib. Müntəzəm çıxmayan nəşrin 1970-ci il martın 1-də nəşr edilmiş 6-cı sayı, ehtimal olunur son nömrədir. Bütün nömrələri Kərkük Bələdiyyə mətbəəsində çap edilib.
Abebe Bikila
Abebe Bikila (አበበ ቢቂላ) (7 avqust 1932 – 25 oktyabr 1973, Əddis-Əbəbə, Efiopiya imperiyası) – Efiopiyalı marafonçu. Olimpiya Oyunları tarixində ilk dəfə qızıl medal almış Qara Afrikalıdır.Addis Ababada bir stadion onun şərəfinə adlandırılmışdır. == Həyatı == 1960-cı ildə Romada keçiriləcək XVII Yay Olimpiadasına yollanacaq Efiopiya yığmasının marafon qaçışı üzrə atleti Vami Biratu futbol oynayıb, zədə aldıqdan sonra onun yerinə Abebe Bikila adlı başqa atlet çağırılmışdı. Son anda yığmaya çağırılan Abebe əvəzlədiyi atlet qədər potensiallı görünməsə də, öz üzərində səylə çalışaraq ölkəsinin idman tarixində iz qoymağı bacarır. O, sentyabrın 10-da ayaqyalın qaçmaqla marafon qaçışının qalibi olmuşdu. Bu uğurunu Tokioda keçirilən növbəti Olimpiada zamanı təkrarlayaraq, ikinci dəfə qızıl medal qazanan atlet jurnalistlərin sualına — "İstədim ki, bütün dünya Vətənim Efiopiyanın hər zaman əzmkarlıq və qəhrəmanlıqla qələbə qazandığını bilsin." — deyə cavab vermişdi. 37 yaşında avtomobil qəzasında aldığı zədə ucbatından qaçış atletizmi ilə məşğul ola bilmir, lakin idmandan da əl çəkmir, oxatma yarışı ilə məşğul olur. Həmin zədə səbəbindən dünyasını dəyişən atlet 75 000 nəfərin iştirak etdiyi dövlət səviyyəli matəm mərasimində dəfn olunur.
Adela Noriega
Adela Norieqa (ispanca. Adela Amalia Noriega Méndez, 24 oktyabr 1969 Mexiko) — meksikalı aktrisa == Həyatı == Adela Norieqa 1969-cu ildə Meksikanın paytaxtı Mexiko şəhərində anadan olub . Bütün dünyaya "Quadalupe" , "Şirin çağırış" teleserialları ilə məşhurlaşdı . Hər iki serialda da Baş rolları məşhur aktyor Eduardo Yanezlə paylaşan Adela Eduardo ilə sonradan sevgi münasibətləri yaşamışdı. Daha sonra Adela "Mariya Bonita " , Əsl məhəbbət " kimi serialları ilə tamaşaçıların qəlbini fəth etmişdi . Azərbaycan tamaşaçılarına "Quadalupe" serialı ilə tanınmışdı . Adela Norieqanın bir bacısı və bir kiçik qardaşı var . Mexiko şəhərində yaşayır .
Adela Pankhörst
Adela Constantia Mary Pankhurst Walsh (19 iyun 1885, Lankaşir[d] – 23 may 1961, Sidney) — Şotlandiyada WSPU-nun siyasi təşkilatçısı kimi çalışmış Britaniyada doğulmuş sufrajist idi. 1914-cü ildə o, Avstraliyaya köçdü və burada fəaliyyətini davam etdirdi və əri Tom Uolşla birlikdə Avstraliya Kommunist Partiyasının və Avstraliya Birinci Hərəkatının həmtəsisçisi idi. == Həyatı == Pankhurst 19 iyun 1885-ci ildə İngiltərənin Mançester şəhərində siyasiləşmiş ailədə anadan olub. Onun atası Riçard Pankhurst sosialist və parlamentə namizəd, anası Emmeline Pankhurst və bacıları Silvia və Christabel isə Britaniya liderləri olub. Anası Manks əsilli idi. Adela Uorvikşirdəki Stüdli Bağçılıq Kollecində və Qızlar üçün Mançester Liseyində oxuyub. == Böyük Britaniya == Yeniyetmə ikən Adela anası və bacıları tərəfindən qurulan mübariz Qadınların İctimai və Siyasi Birliyinə qoşuldu. 1909-cu ilin noyabrında o, Uinston Çörçillin Dandidəki seçki dairəsində çıxışını kəsən etiraz aksiyasına qoşuldu. O, Helen Archdale, Catherine Corbett və Maud Joachim ilə birlikdə həbs edildi. Adela onu binadan çıxarmaq istəyən polisə şillə vurmuşdu.
Adeli pinqvini
Adeli pinqivini (ing. "Adélie penguin") (Pygoscelis adeliae), pinqvinlər (Spheniscidae) fəsiləsindən olan Antarktida mənşəli pinqivin növüdür. Boyu 45–75 sm aralığında, çəkisi təxminən 5 kiloqramdır. İmperator pinqivini ilə yanaşı Antarktida qitəsinin əsas hissəsində görülən tək pinqivin növüdür. Növün adı, fransız tədqiqatçı Cu les Dumontun həyat yoldaşı Adelidən alır. == Özəllikləri == Bu pinqvinin üst qisimi qara, alt qisimi ağ rəngdədir. Ağ göz çevrəsi və sarı ayaqlar xarakteristik xüsusiyyətidir. == Yaşayışları == Adeli pinqvinləri, sıxlıqla, koloniyalar halında yaşayır və çoxalırlar. Ross adası üzərində təxminən yarım milyon fərddən ibarət Adeli pinqvini koloniyası var. Yerlərinə çox bağlıdırlar.
Adeli torpağı
Adeli torpağı (fr. Terre Adélie) — Fransanın idarə etdiyi Antarktika sektoru. Ərazinin sərhədləri Antarktidanın sahili boyunca keçir və bu koordinatlarda yerləşir: 66°12′ c.g. 136°11′ ş.u. и 66°48′ c.g., bu nöqtələrdən sərhəd Cənub qütbünə qədər 2600 kilometrliy uzunluğunda qitənin içərinə gedir. Sahil xəttinin ümumi uzunluğu təxminən 350 km təşkil edir. Adeli torpağı 432 min kilometrdən çox sahə tutur, və o, demək olar ki, tamamilə buzla örtülürüb. Buranın sahilləri 1837-ci ildə franssız dənizçi Jul Dyumon Dyurvill tərəfindən tapılmışdır və arvadının şərəfinə Adeli adını qoymuşdur. 12 yanvar 1956-cı ildən ərazidə Fransanın Dyuomon d'Yurvil adlı daimi illik elmi-tədqiqat qütb stansiyası fəaliyyət göstərir. Stansiya antarktik sahilində bu koordinatlarda yerləşir: 66°40′ c.g.
Camel
Camel (musiqi qrupu)
Adile Naşit
Adile Naşit (əsl adı: Adela; 17 iyun 1930, İstanbul – 11 dekabr 1987, İstanbul) — Türkiyə kinoaktrisası. 300-dən artıq filmdə rol almışdır. == Həyatı == Adile Naşit 1930-cu ildə İstanbulda anadan olub. Adile Naşitin həyatı uşaqlıqdan teatrla bağlıdır. Çünki mənşəcə türk atası Naşit Özcan teatr rejissoru, erməni anası Amaliya isə teatr aktrisası idi. 1944-cü ildən İstanbul Uşaq Teatrında çalışmağa başlayan Adile Naşit 1948-ci ildə "Lüks Həyat" komediya filmi ilə kino karyerasının əsasını qoyur. Onun aktyor karyerasının zirvəsi 1975-ci ildə "Hababam sinfi" filmindəki Hafizə Ana rolu hesab olunur. Populyar filmin davamı olaraq çəkilən 1976-cı ildə "Hababam sinfi oyanır"‚ 1977-ci ildə "Hababam sinfi tətildə" və 1978-ci ildə "Hababam sinfi doqquz doğur" onun uğurunu möhkəmləndirir. Məhsuldar yaradıcıllığı boyu Adile Naşit bir çox komediya filmlərində oynamaqla yanaşı, teatrdakı çıxışlarını da davam etdirib.. 11 dekabr 1987-ci ildə doğulduğu şəhər İstanbulda uzun müddətdir tutulduğu bağırsaq xərçəngindən vəfat etmişdir.
Aechmea ampla
Aechmea ampla (lat. Aechmea ampla) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin bromeliyakimilər fəsiləsinin exmeya cinsinə aid bitki növü.
Aerodramus amelis
Aerodramus amelis (lat. Aerodramus amelis) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin uzunqanadkimilər dəstəsinin uzunqanadlar fəsiləsinin aerodramus cinsinə aid heyvan növü.
Ageratina ampla
Ageratina ampla (lat. Ageratina ampla) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin ageratina cinsinə aid bitki növü. == Sinonimləri == Eupatorium amplum Benth.
Xərçəngin Əmələ gəlməsinə Xəbərdarlıq (1953)
Əl-Aməl Əl-İştiraki (qəzet)
"Əl Aməl Əl İştiraki" (ərəb. الامل الاشتراكي‎) — həftəlik qəzet. == Haqqında == "Sosialist fəhlə" mənasını verən “Əl Aməl Əl İştiraki” qəzeti ərəbcə həftəlik qəzet olub, təsisçisi Rəcəb Tulfah Əl Cümeyli, məsul baş yazarı Dr. Xəlil Əlabbas idi. Redaksiyası Kərkükdə xalq çalışmaları milli təşkilatında (Əl Munazzamat Əl Vataniyyə Əl Aməl Əl Şəbi) yerləşirdi. Bircə sayı 1963-cü il iyulun 6-sı nəşr edilmiş bu qəzet 12 səhifəlik olub Kərkük bələdiyyə mətbəəsində nəşr edilib.
Xərçəngin əmələ gəlməsinə xəbərdarlıq (film, 1953)
Asilə
Asilə və ya Asiləh (ərəb. أصيلة‎) — Mərakeşin Atlantik okeanı sahillərində yerləşən şəhər. Tanca-Tetuan-Əl-Hüseyma inzibati ərazi vahidində yerləşir. == Tarixi == Müasir şəhərin yerində ilk yaşayış məskənləri eramızdan əvvəl 1500-cü ildə Finikiyanın koloniyası kimi mövcud olmuşdur. Roma imperiyası dövründə isə burada Karfagenin Zilis şəhəri yerləşirdi. Şəhər Mərakeşdə hökm sürən müxtəlif müsəlman sülalələrin hakimiyyəti altında olmuşdur. 1471-ci il avqustun 24-də şəhər portuqallar tərəfindən ələ keçirildi. Portuqallar tərəfindən şəhər ətrafında qala inşa edildi və bir neçə il ərzində şəhər əhəmiyyətli ticarət mərkəzlərindən birinə çevrildi. Vasko Mouzinyo de Kevedonun (1611) "Afrikalı Afonso" adlı epik poemasında şəhərin Portuqaliya kralı V Afonso tərəfindən fəth edilməsi tərənnüm edilmişdir.