Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Alyona Alyona
Alyona Alyona təxəllüsü ilə çıxış edən Alyona Oleqovna Savranenko (ukr. Альона Олегівна Савраненко; 14 iyun 1991, Kapitanovka[d], Kirovoqrad vilayəti) — Ukrayna hip-hop və rep ifaçısı. == Həyatı == Alyona Savranenko 14 iyun 1991-ci ildə Kirovoqrad vilayətinin Kapitanovka şəhərində anadan olub. İki ali təhsili var. Qriqori Skovoroda adına Pereyaslav-Xmelnitski Dövlət Pedaqoji Universitetini bitirmişdir. Barışevka şəhərində yerləşən Teremok uşaq bağçasında müəllim işləmişdir. Həmçinin, Kiyev yaxınlığındakı Dernovka kəndində uşaq bağçasının müdiri vəzifəsində çalışıb. Uşaq bağçasında 4 il çalışdı. Rep mətnlərini uşaq yaşlarından yazmağa başlamışdır, ancaq geniş kütləyə yaradıcılığını 27 yaşında "YouTube" videohostingində paylaşımlar edəndən sonra təqdim etdi. 2018-ci ilin oktyabr ayında "Ribki" (ukr.
Amymone
Amymone, yunan mifologiyasında Arqos kralı Danaosun əlli qızından biridir. Arqosun Heraya verilməsinə və ya çay allahı İnaxusa qəzəblənən Poseydonun qorxulu bir quraqlığa səbəb olmasına görə kral Danaos qızı Amymoneni su axtarmağa göndərir. Amymonə, bütün gün kənd yerlərini gəzdikdən sonra yorulur və yuxuya gedir. Bu zaman bir satirin hücumuna məruz qalır və qız oyandıqda böyük bir qışqırıq salır. Qızın qışqırığını eşidən Poseidon gəlir, satiri qovur və qıza aşiq olur. Bunun ardınca üç başlı nizəsi ilə bir qayaya vurur və buradan bir bulaq peyda olur. Beləliklə, Lerna mənbəyini meydana gətirir. Amymoneyə aşiq olan Poseidon, onunla evlənir və Nauplios adlı bir oğlu dünyaya gəlir.
Anemone
Əsmə (lat. Anemone) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin qaymaqçiçəyikimilər fəsiləsinə aid bitki cinsi. Bu bitkinin adı yunanca "anemonos" sözündən götürülmüşdür, mənası "külək" deməkdir. Şimal yarımkürəsinin mülayim iqlim zonalarında və rayonlarında bitən əsmənin 120 növü məlumdur. Bitkinin mədəni formalarının 50 növü yaşıllaşdırmada istifadə olunur. Taclı əsmə (A. coronaria) qalın, ətli kökümsovlu, düzgövdəli, kök üstündə olan yarpaqlı, rozetli və tək, iri çiçəklıri olan çoxillik bitkidir. Çiçəklərin rəngi müxtəlif: ağ, çəhrayı, qırmızı, mavi ya da bənövşəyi olur. Əkindən əvvəl əsmənin kök yumrularını isti suda 24 saat islatmaq lazımdır. Əsmənin kök yumrusunu bir neçə hissəyə bölməklə çoxaltmaq olar. Hər hissədə bir tumurcuq olmalıdır.
Ankona
Ankona (it. Ancona) — İtaliyada şəhər. Marke vilayətinin və eyni adlı Ankona əyalətinin inzibati mərkəzi. == Ümumi məlumat == Adriatik dənizi sahilində (28.2.2010 etibarıyla) 102.477 əhalisi olan bir liman şəhəridir. Ancona, Adriatik dənizinin ən böyük ticarət limanıdır. Adriatik dənizi sahilində, Konero burnunun şimal sahilindədir. Mühüm dəniz portu. Aeroport. Dəmiryol stansiyası. Hərbi dəniz bazası.
Anqome
Anqome (fr. Engomer) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Aryej. Kastiyon-an-Kuzeran kantonuna daxildir. Kommunanın dairəsi — Sen-Jiron. INSEE kodu — 09111. == Əhalisi == 2008-ci il üçün kommunanın əhalisi 275 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə 156 əmək qabiliyyətli insan (15-64 yaş) arasında 114 nəfər iqtisadi fəal, 42 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 73.1%, 1999-cu ildə 65.5%). Fəal olan 114 nəfərdən 100 nəfər (54 kişi və 46 qadın), 14 nəfər işsiz (10 kişi və 4 qadın) idi. Aktiv olmayan 42 nəfər arasında şagird və ya tələbə, 24 nəfər təqaüdçü, 11 nəfər digər səbəblərə görə fəaliyyətsizdir..
Antoni
Antoni — ad. Mark Antoni — Roma siyasi və hərbi xadimi, Yuli Sezarın silahdaşı.
Avinyone
Avinyone (fr. Avignonet) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Matezin-Triev kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38023. Kommunanın 1999-cu il üçün əhalisi 189 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 362 ilə 825 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 500 km cənub-şərqdə, Liondan 110 km cənub-şərqdə, Qrenobldan 26 km cənub-şərqdə yerləşir.
Azzone
Azzone (it. Azzone – ) İtaliyanın Lombardiya bölgəsinin Bergamo əyalətində yerləşən kommuna. Əhalisi 450 nəfərdir (2008), əhalinin sıxlığı 27 nəfər / km²-dir. Sahəsi 17 km² ərazini əhatə edir. Poçt kodu — 24020. Telefon kodu — 0346. Kommunanın himayədarları müqəddəs həvarilər Filipp və Böyuk Yakovdur. Kommuna bayramı 1 mayda qeyd olunur .
Danone
Groupe Danone (Danone) — süd məhsulları və digər qida məhsulları istehsal edən tanınmış fransız şirkəti. Şirkətin qərargahı Parisdə yerləşir.
Kanyon
Kanyon (rus. каньон, ing. canyon, gorge) (ispan. Canon-boru, təngi) — denudasiyaya zəif məruz qalmış dik yamaclı dərin dar dərə, platonu, yaxud dağlıq ərazini kəsir. K. atmosfer sularının zəif səthi axım əmələ gətirdiyi arid ərazilərdə əhəng və ya bazaltdan təşkil olunmuş platolarda inkişaf edir. (mis. Şimali Amerikada Kolorado çayı kanyonu).
Andon
Andon (fr. Andon) — Provans-Alp-Kot-d'Azür regionunun, Fransanın cənub-şərqində yerləşən kommun, Dənizkənarı Alplar departamenti, Qras dairəsi, Qras-1 kantonu . Mart 2015-ci ilə qədər kommun inzibati olaraq ləğv edilmiş Sent-Oban kantonunun (Qrass dairəsi) bir hissəsi idi. Kommunanın sahəsi — 54,3 km², əhalisi — 504 nəfərdir (2006) artım tendensiyası ilə: 568 nəfər (2012), əhalinin sıxlığı 10,4604051565378 nəfər / km²-dir. == Əhalisi == 2011-ci ildə əhalinin sayı — 575 nəfər təşkil edirdi, 2012-ci ildə isə — 568 nəfər.
Anion
Anion — mənfi elektrik yükü daşıyan, elektroliz zamanı müsbət yüklənmiş elektroda - anoda doğru yönələn ion. Anion öz təsir dairəsində atom nüvəsinin müsbət yüklərini kompensasiya edən elektronlardan və bir və ya bir neçə artıq elektron saxlayan atom və ya atomlar qrupundan ibarətdir. Kristallik birləşmələrdə təkatomlu anion yükü vahiddən çox ola bilməz. == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press, 2006, 679 səh.
Anons
Anons – mətbuat, tele-radio kompaniyalar bizim üçün hazırladıqları əsas və maraqlı hadisələrin elanıdır. "İzləyin", "Bu günkü efirdə dinləyin", "Növbəti sayda oxuyacaqsınız" — bunlar anonsun müxtəlif formalarıdır. Anons Jurnallar gələcək sayda gedəcək ən maraqlı xəbərlərin xülasəsinə yer ayıra bilər. Qəzetlər də, heç də onlardan geri qalmır. Bir qayda olaraq anonslar qısa şəkildə verilir: tele-radiolarda anonslar təxminən 30 saniyə çəkir. Qısa bir vaxt ərzində böyük bacarıq və istedad tələb olunur ki, bizləri anonslarda gedən verilişlərə baxmağa inandıra bilsinlər.
Anton
Anton — rus kişi adı. Anton Arenski — Anton Rubenşteyn — Anton Denikin — Anton Purseladze — Anton Yelçin — ABŞ aktyoru.
Anyen
Anyen (fr. Agnin) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Russilyon kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38003. Kommunanın 2007-cu il üçün əhalisi 789 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 167 ilə 331 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 440 km cənubda, Liondan 75 km qərbdə, Qrenobldan 9 km qərbdə yerləşir.
Aqone
Aqone (fr. Aghione, kors. Aghjone) — Fransanın Korsika regionunda yerləşən kommuna. Kommuna departamenti — Yuxarı Korsika. Vetsani kantonuna daxildir. Kommunanın dairəsi — Bastiya. Kommunanın INSEE kodu — 2B002. == Əhalisi == 2008-ci ildə kommunanın əhalisi 233 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli yaşda olan 158 nəfərdən (15–64 yaş) 99-u iqtisadi fəal, 59-u qeyri-fəal (fəaliyyət göstəricisi 62,7%, 1999-cu ildə 52,5%) olmuşdur. Fəaliyyətdə olan 99 nəfərdən 85 nəfəri işləyir (63 kişi və 22 qadın), 14 nəfər isə işsiz (6 kişi və 8 qadın).
Ayona
Ayona (ing. Iona; şot.kelt I Chaluim Chille, ) — Böyük Britaniyanın tərkindəki Şotlandiyanın qərbində, Daxili Hebrid arxipelaqında ada. Arqayl-end-Büt dairəsi ərazisində yerləşir. Bərə vasitəsilə bağlanan Mall adasından təxminən 1 mil (1.6 km) uzaqda yerləşir. 2011-ci ilin əhali siyahıyaalmasına görə, adanın 177 nəfərlik bir əhalisi var. Adanın ölçüsü – 5,6 km × 1,6 km. == Etimologiya == Toponim gel dilindən tərcümədə "Müqəddəs Kolumbanın adası" deməkdir. Ada əsasən Müqəddəs Kolumbanın tikdirdiyi abbatlığa görə tanınır. == Tarix == 563-cü ildə İrlandiya keşişi olan Müqəddəs Kolumba daha on iki din adamı ilə birlikdə adada bir monastır qurur. Bu, Şotlandiya və Şimali İngiltərədə yaşayan büdpərəstləri xristianlaşdırmaqda ilk addım idi.
Dyone
Dyone (fr. Dionay) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Syud Qrezivodan kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38145. Kommunanın 2012-ci il üçün əhalisi 119 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 392 ilə 625 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 460 km cənub-şərqdə, Liondan 70 km cənub-şərqdə, Qrenobldan 40 km qərbdə yerləşir.
Alyona Apina
Alyona Apina (Еле́на Евге́ньевна А́пина; qızlıq familiyası — Levoçkina; 23 avqust 1964, Saratov) — Sovet və rus müğənnisi, aktrisa, bəstəkar, Rusiya Federasiyasının əməkdar artisti (2002) == Həyatı == Alyona 1964-cü il 23 Avqust tarixində Saratov şəhərində doğulub. 5 yaşı olanda valideynləri onu lokal musiqi məktəbinə qoydular. O, musiqi məktəbini uğurla bitirdikdən sonra musiqi kollecinə daxil olub. Musiqi kollecindən sonra Saratov Dövlət Konservatoriyasında təhsilinə davam edib. == Fəaliyyəti == Konservatoriyada oxuyarkən Alyona bir dostu tərəfindən bir qrupda müğənni olaraq əlavə pul qazanmaq üçün yay tətilinə dəvət edilir və 1988-1991-ci illərdə Rusiya qadın qrupu Kombinaciya-nın aparıcı müğənnisi olur. Qrupun populyarlığı 1989-1993-cü illər arasında "Rus Qızları", "Amerikan oğlan", "Mühasib" (Бухгалтер) və "İki Dilim Sosis" (Два кусочека колбаски) kimi məşhur hitləri ilə zirvəyə çatdı. 1991-ci ildə Alyona Apina solo ifaçı kimi uğurlu karyerasını davam etdirmək üçün qrupdan ayrıldı. İlk solo mahnısı "Xenia" dərhal hit oldu. 1992-ci ildə ilk solo albomu 'Street of love' nı çıxardı, lakin ikinci albomu "Səhərə qədər rəqs et" ən uğurlu hesab olunur. Bu albomdakı səkkiz mahnının hamısı bütün Rusların tanıdığı və oxuduğu populyar hit oldu.
Alyona Kolesnik
Alyona Kolesnik (29 yanvar 1995, Krivoy Roq) — Azərbaycanı təmsil edən qadın güləşçi. == Karyerası == Alyona Kolesnik 2012-ci ildə Polşada yeniyetmələr arasında Avropa Çempionatını və Azərbaycanda yeniyetmələr arasında Dünya Çempionatını beşinci pillələrdə başa vurdu. 2013-cü ildə Bolqarıstanda D. Kolov - N. Petrov Turnirinin bürünc medalına sahib olan Alyona Kolesnik 2015-ci il ərzində Paris şəhərində Paris Qran-Prisini, Sofiya şəhərində D. Kolov - N. Petrov Turnirini və İstanbul şəhərində gənclər arasında Avropa Çempionatını gümüş medallarla başa vurdu. Həmin il Alyona Kolesnik həm də Polşada U23 Avropa Çempionatının qalibi oldu. Alyona Kolesnik 2016-cı ildə martda Bolqarıstanda U23 Avropa Çempionatının gümüş medalına sahib oldu, noyabrda isə Azərbaycanın sabiq Prezidenti Heydər Əliyevin xatirəsinə həsr olunan beynəlxalq turniri bürünc medalla başa vurdu. 2017-ci ildə Alyona Kolesnik martda Macarıstanda U23 Avropa Çempionatını və mayda Serbiyada Avropa Çempionatını bürünc medallarla başa vurdu. Həmin il Alyona Kolesnik həm də IV İslam Həmrəyliyi Oyunlarının gümüş medalına sahib oldu. 2018-ci ildə Alyona Kolesnik Kiyev və İstanbul şəhərlərində baş tutan beynəlxalq turnirləri bürünc medallarla başa vurdu. Apreldə Rusiyada baş tutan Avropa Çempionatında isə Alyona Kolesnik bürünc medalın sahibi oldu. Karyerasının ən uğurlu mövsümü 2019-cu ilə təsadüf edən Alyona Kolesnik Fransada Henri Deglane Turnirinin qalibi oldu, Rumıniyada Avropa Çempionatının və Belarusda Avropa Oyunlarının isə bürünc medallarına sahib oldu.
Alyona Kostornaya
Alyona Kostornaya (24 avqust 2003, Moskva) – Rusiyanı təmsil edən fiqurçu. O, 2020-ci ildə Avropa Çempionatının və ISU Qran-Pri Finalının qızıl medalına sahib olub. Alyona Kostornaya həmdə, Fransa Qran-Prisinin (2019) və Yaponiya Qran-Prisinin (2019) qalibi olub. Rusiya Çempionatlarında 2017 və 2018-ci illərdə bürünc, 2019-cu ildə isə gümüş medala sahib olan Alyona Kostornaya, gənclər arasında Polşa (2017), Avstriya (2017) və Çexiya (2018) Qran-Prilərinin qalibi olub, gənclər arasında ISU Qran-Pri Finalında isə 2017-ci ildə gümüş, 2018-ci ildə isə qızl medala sahib olub. 2018-ci ildə gənclər arasında Dünya Çempionatının qalibi olmağıda bacaran Alyona Kostornaya, həm də gənclər arasında Rusiya Çempionatında 2018 və 2019-cu illərdə gümüş medala sahib oldu. == Həyatı == Alyona Kostornaya 2004-cü il avqustun 24-də anadan olub. O, 4 yaşından 1 №-li UGİM-də Marina Çerhasovanın rəhbərliyi altında idmanla məşğul olmağa başlayıb. 2017-ci ildən isə Alyona Kostornaya, Eteri Tutberidzenin məşqçiliyi altında məşq etməyə başladı. == Karyerası == === 2016–2017-ci illər mövsümü: Gənclərin Rusiya Çempionatında dördüncü pillə === Alyona Kostornaya 2017-ci ilin 1–5 fevralında St. Peterburq şəhərində baş tutan gənclər arasında Rusiya Çempionatında mübarizə apardı.
Alyona Lanskaya
Alyona Lanskaya (Belarusca: Алена Ланская) 7 Senytabr 1985-ci ildə anadan olan Belarusiyalı müğənni. Alyona Lanskaya 2013 Avroviziya Mahnı Müsabiqəsində Belarusu "Solayoh" mahnısı ilə təmsil edib və Belarusa 16-cı yeri qazandırıb.
Alyona Tiron
Alyona Dimitriyevna Tiron (rus. Алёна Димитриевна Тирон, 8 dekabr 1993, Novosibirsk) — Rusiya reqbiçisi, MOİK komandasının və Rusiya reqbi milli komandasının müdafiəçisi. Qadınlardan ibarət Rusiya reqbi millisinin kapitanı. 2014, 2016, 2017, 2018 və 2019 Avropa çempionu. Rusiyanın əməkdar idman ustası. == Həyatı və karyerası == Alyona reqbi ilə məşğul olmamışdan əvvəl, 15 yaşında olarkən yüngül atletika ilə məşğul olmağa başlayıb. Yüngul atletika üzrə Rusiya çempionatının gümüş və bürünc mükafatçısı olub. Sibir Federal Universitetində təhsil alıb. Universitetdə oxuduğu zaman, universitet komandasının tərkibində Rusiya gənclərinin III Yay spartakiadasının gümüş mükafatçısı olub. Alyona 2011-ci ildə Omsk şəhərində Sibir Federal dairəsinin yarışlarında çıxış edərkən, "Yenisey-STM" reqbi klubunun məşqçisi Vladimir Nikolayeviç Demonov onun çıxışını görür və ona reqbiyə keçməyi təklif edir, lakin o, imtina edir.
Alyona Vıleqjanina
Alyona Vıleqjanina (14 avqust 1987, Zlatoust, Çelyabinsk vilayəti) — Rusiyanı təmsil edən su poloçusu. == Karyerası == Alyona Vıleqjanina, Rusiya yığmasının heyətində 2008-ci ildə Çinin ev sahibliyində baş tutan XXIX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Yeddinci pillə uğrunda görüşdə Yunanıstan yığmasını 12:6 hesabı ilə məğlub edən Rusiya yığması, XXIX Yay Olimpiya Oyunlarını yeddinci pillədə başa vurdu.
Anemone tuberosa
Anemone tuberosa (lat. Anemone tuberosa) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin qaymaqçiçəyikimilər fəsiləsinin əsmə cinsinə aid bitki növü.