Alyona Kolesnik (29 yanvar 1995, Krivoy Roq) — Azərbaycanı təmsil edən qadın güləşçi.[1]
Alyona Kolesnik | ||||||||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
| ||||||||||||||||||||||||||
Şəxsi məlumatlar | ||||||||||||||||||||||||||
Tam adı | Alyona Kolesnik | |||||||||||||||||||||||||
Vətəndaşlığı |
Ukrayna → Azərbaycan |
|||||||||||||||||||||||||
Doğum tarixi | ||||||||||||||||||||||||||
Doğum yeri | Krivoy Roq, Ukrayna | |||||||||||||||||||||||||
Boyu | 160 sm. (5 ft 6in) | |||||||||||||||||||||||||
İdman növü | Güləş | |||||||||||||||||||||||||
Medallar
|
||||||||||||||||||||||||||
Vikianbarda əlaqəli mediafayllar |
Alyona Kolesnik 2012-ci ildə Polşada yeniyetmələr arasında Avropa Çempionatını və Azərbaycanda yeniyetmələr arasında Dünya Çempionatını beşinci pillələrdə başa vurdu.[1] 2013-cü ildə Bolqarıstanda D. Kolov - N. Petrov Turnirinin bürünc medalına sahib olan Alyona Kolesnik 2015-ci il ərzində Paris şəhərində Paris Qran-Prisini, Sofiya şəhərində D. Kolov - N. Petrov Turnirini və İstanbul şəhərində gənclər arasında Avropa Çempionatını gümüş medallarla başa vurdu.[1] Həmin il Alyona Kolesnik həm də Polşada U23 Avropa Çempionatının qalibi oldu.[1]
Alyona Kolesnik 2016-cı ildə martda Bolqarıstanda U23 Avropa Çempionatının gümüş medalına sahib oldu, noyabrda isə Azərbaycanın sabiq Prezidenti Heydər Əliyevin xatirəsinə həsr olunan beynəlxalq turniri bürünc medalla başa vurdu.[1] 2017-ci ildə Alyona Kolesnik martda Macarıstanda U23 Avropa Çempionatını və mayda Serbiyada Avropa Çempionatını bürünc medallarla başa vurdu.[1] Həmin il Alyona Kolesnik həm də IV İslam Həmrəyliyi Oyunlarının gümüş medalına sahib oldu.[1]
2018-ci ildə Alyona Kolesnik Kiyev və İstanbul şəhərlərində baş tutan beynəlxalq turnirləri bürünc medallarla başa vurdu.[1] Apreldə Rusiyada baş tutan Avropa Çempionatında isə Alyona Kolesnik bürünc medalın sahibi oldu.[1] Karyerasının ən uğurlu mövsümü 2019-cu ilə təsadüf edən Alyona Kolesnik Fransada Henri Deglane Turnirinin qalibi oldu, Rumıniyada Avropa Çempionatının və Belarusda Avropa Oyunlarının isə bürünc medallarına sahib oldu.[1]
Alyona Kolesnik 2020-ci ildə İtaliyanın Roma şəhərində baş tutan Avropa Çempionatını beşinci pillədə başa vurdu.[1] 2021-ci il ərzində Avropa Olimpiya Təsnifat Turnirində və Dünya Olimpiya Təsnifat Turnirində çıxış edən Alyona Kolesnik nəticədə olimpiya lisenziyasına sahib ola bilmədi.[1]
2022-ci il ərzində Alyona Kolesnik Rusiyada İvan Yarıgin Turnirinin qalibi oldu, İstanbul şəhərində baş tutan Yaşar Doğu Turnirini isə bürünc medalla başa vurdu.[1] Həmin il Alyona Kolesnik həm də Macarıstanda Avropa Çempionatını dördüncü pillədə başa vurdu, Konya şəhərində baş tutan İslam Həmrəyliyi Oyunlarının gümüş medalına sahib oldu.[1]
Alyona Kolesnik 2023-cü ildə Zagren Open beynəlxalq turnirinin bürünc medalına sahib oldu, Xorvatiyanın Zaqreb şəhərində baş tutan Avropa Çempionatını isə beşinci pillədə başa vurdu.[1]
|
|