Ayona

Ayona (ing. Iona; şot.kelt I Chaluim Chille, qulaq as) — Böyük Britaniyanın tərkindəki Şotlandiyanın qərbində, Daxili Hebrid arxipelaqında ada. Arqayl-end-Büt dairəsi ərazisində yerləşir. Bərə vasitəsilə bağlanan Mall adasından təxminən 1 mil (1.6 km) uzaqda yerləşir. 2011-ci ilin əhali siyahıyaalmasına görə, adanın 177 nəfərlik bir əhalisi var.[1] Adanın ölçüsü – 5,6 km × 1,6 km.

Ayona
ing. Iona
şot.kelt I Chaluim Chille
Adanın dənizdən görüşünüşü
Adanın dənizdən görüşünüşü
Ümumi məlumatlar
Sahəsi 8,77 km²
Uzunluğu 5,6 km
Eni 1,6 km
Hündür nöqtəsi 101 m
Əhalisi 177 nəfər (2011-ci il)
Yerləşməsi
56°19′48″ şm. e. 06°24′40″ q. u.
Ölkə  Böyük Britaniya
Region
Rayon
Arxipelaq
Ayona xəritədə
Ayona
Ayona
Ayona xəritədə
Ayona
Ayona
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Toponim gel dilindən tərcümədə "Müqəddəs Kolumbanın adası" deməkdir. Ada əsasən Müqəddəs Kolumbanın tikdirdiyi abbatlığa görə tanınır.[2][3]

563-cü ildə İrlandiya keşişi olan Müqəddəs Kolumba daha on iki din adamı ilə birlikdə adada bir monastır qurur. Bu, ŞotlandiyaŞimali İngiltərədə yaşayan büdpərəstləri xristianlaşdırmaqda ilk addım idi.[a] Tezliklə adanın xristian doktrinasını qoruyan bir yer olaraq məşhurluğu Avropanın hər tərəfinə yayılır. Buna görə də Ayona dini ziyarətlərin mərkəzinə çevrilir.

Monastırda xidmət göstərən adamlardan biri Müqəddəs Kurvin idi.

Orta əsrlərin ən yaxşı miniatür və ornamentlərinə malik əsərlərindən biri olan "Kells kitabı" VIII əsrin axırlarında Ayonadakı monastırda hazırlanmışdır. 806-cı ildə Ayona bir vikinq dəstəsinin basqınına məruz qalmışdır.

Ada sadəcə əhəmmiyyətli dini mərkəz yox, eləcə də Dal Riada kralları və onların nəticələrinin dəfn edildiyi yer idi. Tarixi Şotlandiya kralları – Kennet mak Alpin, II Donald, I Malkolm, I Dunkan, MakbetIII Donald burada dəfn edilmişdir. Ayonanın 10 kilometr şimalındakı Staff adasında Fingal mağarası yerləşir.

1609-cu ildə adada Ayona statutları imzalanmışdır. Müqavilənin şərtlərinə görə, dağlıq ərazilərdə yerləşən klanlar Şotlandiya kralı VI Yakova tabe oldular.

  1. Burada büdpərəstlər şimal və şimal-şərqi Şotlandiyada yaşamış piktlər, eləcə də Bernisiyada yaşamış anqllar idi. Bu dövrdə Dal Riadanın sakinləri və Şotlandiyanın cənubundə və qərbindəki Böyük Britaniya krallıqları, eləcə də Lotian vilayətinin sakinləri xristianlığı qəbul etmişdilər.
  1. Appendix 2: Population and households on Scotland's inhabited islands // Statistical Bulletin: 2011 Census: First Results on Population and Household Estimates for Scotland - Release 1C (Part Two) (pdf). Şotlandiya Milli Sənədləri. 15 avqust 2013. 2019-07-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 fevral 2019.
  2. Mac an Tàilleir, 2003. səh. 67
  3. Haswell-Smith, 2004. səh. 80
  • Christian, J & Stiller, C (2000), Iona Portrayed – The Island through Artists’ Eyes 1760–1960, The New Iona Press, Inverness, 96pp, numerous illustrations in B&W and colour, with list of artists.
  • Dwelly, Edward (1911). Faclair Gàidhlig gu Beurla le Dealbhan/The Illustrated [Scottish] Gaelic- English Dictionary. Edinburgh. Birlinn. ISBN 1-874744-04-1.
  • Fraser, James E. From Caledonia to Pictland: Scotland to 795. The New Edinburgh History of Scotland. 1. Edinburgh: Edinburgh University Press. 2009. ISBN 978-0-7486-1232-1.
  • Donald Qreqori (1881) The History of the Western Highlands and Isles of Scotland 1493–1625. Edinburgh. Birlinn. 2008 reprint – originally published by Thomas D. Morrison. ISBN 1-904607-57-8.
  • Haswell-Smith, Hamish. The Scottish Islands. Edinburq: Canongate. 2004. ISBN 978-1-84195-454-7.
  • Hunter, James (2000). Last of the Free: A History of the Highlands and Islands of Scotland. Edinburgh. Mainstream. ISBN 1-84018-376-4
  • Johnson, Samuel (1775). A Journey to the Western Islands of Scotland. London: Chapman & Dodd. (1924 edition).
  • Koch, John T. Celtic Culture: A Historical Encyclopedia. ABC-CLIO. 2006.
  • Mac an Tàilleir, Iain. "Placenames" (PDF). Edinburgh: Scottish Parliament. 2003. səh. 67. 15 November 2014 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 20 June 2012.
  • Marsden, John (1995). The Illustrated Life of Columba. Edinburgh. Floris Books. ISBN 0-86315-211-2.
  • Murray, W. H. (1966). The Hebrides. London. Heinemann.
  • Ó Corráin, Donnchadh (1998) Vikings in Ireland and Scotland in the Ninth Century CELT.
  • Watson, W. J., The History of the Celtic Place-names of Scotland. Reprinted with an introduction by Simon Taylor, Birlinn, Edinburgh, 2004. ISBN 1-84158-323-5.
  • Woolf, Alex, From Pictland to Alba, 789–1070, The New Edinburgh History of Scotland, Edinburgh: Edinburgh University Press, 2007, ISBN 978-0-7486-1234-5

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]