Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Balabəyli (Kəleybər)
Balabəyli (fars. بالي بيگ لو‎) - İranın Şərqi Azərbaycan ostanının Kəleybər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 82 nəfər yaşayır (14 ailə).
Balarəhim Quliyev
Faiq Balabəyli
Balabəyli Faiq Ağaş oğlu (23 fevral 1964, Sabirabad, Astraxanbazar rayonu) — azərbaycanlı şair, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1996). == Həyatı == Faiq Balabəyli 1964-cü il fevral ayının 23-də Cəlilabad rayonun Sabirabad kəndində anadan olub. 1971–1981-ci illərdə Sabirabad kənd orta məktəbində təhsil alıb. 1981–1984-cü illərdə 95 saylı Bakı Dənizçilik Məktəbində oxuyub. 1982–1984-cü illərdə Sovet Ordusu sıralarında hərbi xidmətdə olub. Hərbi xidməti başa vurduqdan sonra təhsilini qiyabi olaraq Qafur Məmmədov adına Bakı Dəniz Yolları Məktəbinə daxil olaraq davam etdirib. 1984-cü ildən Xəzər Dəniz Neft Donanmasında matorçu vəzifəsində işə düzəlib. Elektrik mexanniki, gəmi kapitanın baş köməkçisi və gəmi kapitanı vəzifələrində işləyib. 1992–1994-cü illərdə iki illik Jurnalist Sənətkarliğı kursunu bitirib. 1996–2006-cı illərdə "Ədəbiyyat qəzeti"ndə işləyib.
Pərviz Balabəyov
Pərviz Tofiq oğlu Balabəyov (14 iyun 1987; Hacıqabul, Azərbaycan — 27 sentyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri (müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu), İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Pərviz Balabəyov 1987-ci il iyunun 14-də Hacıqabul şəhərində anadan olub. 1993-2004-cü illərdə Hacıqabul şəhərinin F. Cəbrayılov adına 2 saylı orta məktəbində təhsil alıb. == Hərbi xidməti == Pərviz Balabəyov 2005-2007-ci illərdə Azərbaycan Ordusunun sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2011-2015-ci illərdə qaz xətlərinin çəkilməsində baş usta işləmişdir. 2015-ci ildən yenidən xidmətini müddətdən artıq hərbi xidmət qulluqçusu olaraq davam edirdi. Müddətdən artıq həqiqi hərbi xidmət dövründə Pərviz Balabəyov 2016-cı ilin aprelin 2-dən 5-nə qədər davam edən Aprel döyüşlərində yaxından vuruşmuş, fərqlənmişdir. Azərbaycan Ordusunun əsgəri olan Pərviz Balabəyov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Pərviz Balabəyov sentyabrın 27-də Füzulinin azad edilməsi zamanı şəhid olub. Hacıqabul şəhərində dəfn olunub.
Ramil Balabəyov
Ramil Balabəyov (tam adı: Ramil Ruslan oğlu Balabəyov; 21 fevral 2001; Qusar, Azərbaycan — 1 oktyabr 2020; Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Ramil Balabəyov 2001-ci il fevralın 21-də Qusar rayonunun Köhnə Xudat kəndində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Ramil Balabəyov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində savaşıb. Ramil Balabəyov oktyabrın 1-də şəhid olub. Qusar rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ramil Balabəyov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Elcan Balabəyli
Elcan Balabəyli — Azərbaycan Silahlı Qüvvələrinin kapitanı , Anti-terror şəhidi. == Həyatı == Şəhid Kapitan Balabəyli Elcan Vasif oğlu 12 mart 1992-ci ildə Naxçıvan şəhərində anadan olub. 1998-ci ildə Naxçıvan şəhər Mirəsgər Seyidov adına 15 nömrəli tam orta məktəbin 1-ci sinfinə daxil olub, 2007-ci ildə həmin məktəbin 9-cu sinfini bitirib. 2007–2010-cu illərdə Naxçıvan şəhərindəki Heydər Əliyev adına Hərbi Liseydə təhsil alıb. 2010-cu ildə Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbinə qəbul olub . == Hərbi xidməti == Elcan Balabəyli 2014-cü ildə Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbini hava hücumundan müdafiə ixtisası üzrə başa vuraraq leytenant hərbi rütbəsi alıb. 2014–2015-ci illərdə Silahlı Qüvvələrin Təlim-Tədris Mərkəzində təkmilləşdirmə kursu keçib. 2015-ci ildən Azərbaycan Silahlı Qüvvələri sıralarında nümunəvi zabit kimi xidmət edib. 2017-ci ildə baş leytenant, 2021-ci ildə isə kapitan hərbi rütbəsi alıb. Döyüş və ictimai-siyasi hazırlığın yüksəldilməsində və hərbi intizamın möhkəmləndirilməsində əldə etdiyi nailiyyətlərə görə dəfələrlə yuxarı komandanlıq tərəfindən diplom və fəxri fərmanlarla təltif edilmişdir.
Ağabəyim Ağa
Ağabəyim ağa (Ağabacı; 1782, Xankəndi – 1832, Tehran) — azərbaycanlı şairə, Qarabağ xanlığının ikinci xanı İbrahimxəlil xanın qızı və Qacar şahı Fətəli şahın xanımı, bir digər məşhur şairə Xurşudbanu Natəvanın bibisi. Şeirlərini Ağabacı ləqəbi ilə yazmışdır. == Həyatının erkən dövrü == Ağabəyim ağa 1780-ci ildə Xankəndi şəhərində, Xanbağında anadan olub. Ağa Məhəmməd şah Qacar 1797-ci ildə Şuşada qətlə yetiriləndən sonra taxta onun yerinə Fətəli şah çıxır. Fətəli şah "hər iki tərəfin xatircəmliyi üçün" İbrahimxəlil xana öz qızı Ağabəyim ağanı (Xurşidbanu Natəvanın bibisi) hərəmxanasına göndərməsini söyləyir. İbrahimxəlil xan bu nigaha qol qoyur və öz sevimli qızını Qacar hökmdarı Fətəli şaha ərə verir (1801). Beləliklə, Ağabəyim ağa 1797-ci ildə Qarabağdan Tehrana gəlin köçür. Ağabəyim Ağa qabiliyyətli, bacarıqlı və gözəl olmaqla bərabər, həm də çox vətənpərvər bir qadın olmuşdur. Ağabəyim Ağa dustaqların zindandan azad olunması, əsirlərin buraxılması, ölüm hökmü ilə məhkum edilmişlərin əfv olunmasına nail olurdu. == Yaradıcılığı == Mənbələr göstərir ki, Ağabəyim Ağa atasının vəziri Molla Pənah Vaqifin yetirməsi idi və sonradan fransız dilini öyrənərək, avropalılarla sərbəst danışmış, dövrün bir sıra şəxsiyyətləri ilə məktublaşmışdır.
Balabəy Həsənbəyov
Həsənbəyov Bala bəy Cabbar bəy oğlu (1899, Yelizavetpol – 1937, Bakı) — iqtisadçı, professor, Azərbaycan Dövlət Universitetinin (indiki BDU) rektoru. == Həyatı == Bala bəy Həsənbəyov 1899-cu ildə Gəncə şəhərində anadan olub. İlk təhsilini də bu şəhərdə almışdır. Daha sonra Moskva Dövlət Univeristetinin iqtisadiyyat fakültəsini bitirmişdir. Əsasən işçi qüvvəsinin yerləşdirilməsi məsələlərinin tədqiqi ilə məşğul olmuş, 1931-ci ildə "Azərbaycanda işçi qüvvəsinin təkrar istehsalı problemi" adlı doktorluq dissertasiyasını uğurla müdafiə etmişdir. Vətənə döndükdən sonra respublikanın elmi həyatında yaxından iştirak edib == Fəaliyyəti == 1920-ci illərdə partiya, dövlət orqanlarında çalışmışdır. 1936-cı il mart ayının 30-da Azərbaycan KP(b)P Mərkəzi Komitəsinin birinci katibi M.C.Bağırovun imzaladığı qərarla Azərbaycan Şura Ensiklopediyası iqtisadiyyat və kənd təsərrüfatı şöbəsinə redaktor təyin edilmişdi. Onun fəaliyyətinin son dövrü Azərbaycan Dövlət Universiteti ilə bağlıdır. B.Həsənbəyov rektor olmaqla yanaşı, həmçinin ADU-da siyasi iqtisad kafedrasına başçılıq edib. == Güllələnməsi == 1937-ci il yanvarın 28-də Azərbaycan SSR XDİK Dövlət Təhlükəsizlik İdarəsi tərəfindən professor, ADU-nun rektoru B.Həsənbəyov saxta ittihamlarla həbs olunub.
Balabəy Əlibəyov
Balabəy Əlibəyov — texnika elmləri doktoru, professor. Balabəy Əlibəyov — diplomat, kolleksioner, muzeyşünas.
Ağabəyim ağa (Ağabacı)
Ağabəyim ağa (Ağabacı; 1782, Xankəndi – 1832, Tehran) — azərbaycanlı şairə, Qarabağ xanlığının ikinci xanı İbrahimxəlil xanın qızı və Qacar şahı Fətəli şahın xanımı, bir digər məşhur şairə Xurşudbanu Natəvanın bibisi. Şeirlərini Ağabacı ləqəbi ilə yazmışdır. == Həyatının erkən dövrü == Ağabəyim ağa 1780-ci ildə Xankəndi şəhərində, Xanbağında anadan olub. Ağa Məhəmməd şah Qacar 1797-ci ildə Şuşada qətlə yetiriləndən sonra taxta onun yerinə Fətəli şah çıxır. Fətəli şah "hər iki tərəfin xatircəmliyi üçün" İbrahimxəlil xana öz qızı Ağabəyim ağanı (Xurşidbanu Natəvanın bibisi) hərəmxanasına göndərməsini söyləyir. İbrahimxəlil xan bu nigaha qol qoyur və öz sevimli qızını Qacar hökmdarı Fətəli şaha ərə verir (1801). Beləliklə, Ağabəyim ağa 1797-ci ildə Qarabağdan Tehrana gəlin köçür. Ağabəyim Ağa qabiliyyətli, bacarıqlı və gözəl olmaqla bərabər, həm də çox vətənpərvər bir qadın olmuşdur. Ağabəyim Ağa dustaqların zindandan azad olunması, əsirlərin buraxılması, ölüm hökmü ilə məhkum edilmişlərin əfv olunmasına nail olurdu. == Yaradıcılığı == Mənbələr göstərir ki, Ağabəyim Ağa atasının vəziri Molla Pənah Vaqifin yetirməsi idi və sonradan fransız dilini öyrənərək, avropalılarla sərbəst danışmış, dövrün bir sıra şəxsiyyətləri ilə məktublaşmışdır.
Ağabəyim ağa Cavanşir

Balabəy Əlibəyov (diplomat)
Balabəy Əlibəyov (1855, Naxçıvan – XX əsr) — diplomat, kolleksioner, muzeyşünas, Naxçıvan SSR-in Qarsdakı müvəkkili, Naxçıvan Dövlət Tarix Muzeyinin qurucusu. == Həyatı == Hələlik Qarsdakı müvəkkil Balabəyin məhz Balabəy Əlibəyov olduğunu göstərən ən dəqiq fakt filologiya elmləri doktoru Fərman Xəlilovun "Naxçıvanı öyrənən elmi cəmiyyət" kitabında əksini tapmışdır. Belə ki, müəllif Naxçıvan Muzeyi ilə bağlı tədqiqatlar apararkən ədəbiyyatşünas, "İstiqlal" ordenli, Azərbaycanın əməkdar müəllimi, filologiya elmləri namizədi Lətif Hüseynzadənin fikirlərini öyrənmişdir. Müəllif yazır: "…B. Əlibəyovu yaxından tanıyan filologiya elmləri namizədi L. Hüseynzadənin 2005-ci il iyun aynda bizimlə söhbəti zamanı xatırladığına görə B. Əlibəyov Qarsda səfirlikdə (konsulluqda) hansısa bir vəzifədə işləyirmiş və Qarsla əlaqələri yaxşı imiş". Qeyd edək ki, Balabəy Əlibəyovun Naxçıvan Muzeyi haqqında Naxçıvan Dövlət Tarix Muzeyinin direktoru Nizami Rəhimov da tədqiqat aparmış və onun muzeyçilik fəaliyyəti ilə bağlı qiymətli məlumatlar vermişdir. Akademik İsmayıl Hacıyev və Elnur Kəlbizadənin tədqiqatlarına görə Balabəy Əlibəyov 1855-ci ildə Naxçıvanda anadan olmuşdur. Çünki, Naxçıvan Diyarının təhqiqi üzrə Xüsusi Komissiyanın 4 aprel 1925-ci ildə tərtib olunmuş 6 nömrəli protokolunda Balabəy Əlibəyov haqqında verilən məlumatda onun 70 yaşı olduğu göstərilmişdir. Balabəy 1903–1908-ci illərdə polis zabiti, 1908–1911-ci illərdə Qars polis idarəsinin rəsmi tərcüməçisi kimi xidmət etmişdir. 1911-ci ildə pensiyaya çıxan Balabəy Əlibəyovun təcrübəsi, yerli əhali arasında olan nüfuzu və rus, türk, fars və digər dillərə yaxşı bələd olması onu xidmətini pensiya ala-ala davam etdirməsi ilə nəticələnmiş, beləliklə o 1911–1917-ci illərdə polis idarəsində həm də tərcüməçi kimi fəaliyyət göstərmişdir. 1917-ci ildən 1920-ci ilə qədər Balabəy Əlibəyovun fəaliyyəti Urmiya şəhəri ilə bağlı olmuşdur.
Balabəy Əlibəyov (mühəndis)
Əlibəyov Balabəy İsa oğlu (1910, Lənkəran, Lənkəran qəzası – 1988) — texnika elmləri doktoru, professor == Həyatı == Əlibəyov Balabəy İsa oğlu Azərbaycan Respublikasının Lənkəran şəhərində anadan olmuşdur. 1935-ci ildə "Neft yataqlarının işlənilməsi və istismarı" ixtisası üzrə AzSİ-nun neft-mədən fakültəsini bitirmişdir. 1935–1941-ci illərdə "Leninneft" NQÇİ-də neft hasilatı ustası, mühəndis, müdir işləmişdir. Böyük Vətən Müharibəsi iştirakçısıdır. 1945-ci ildən "Orcenikidzeneft" trestinin rəhbəri işləyib. 1954–1969-cu illərdə "Leninneft" trestinin müdiri olub. 1961-ci ildə "Dik hündürlük boyu enən neft yataqlarına (Qoşanohur-Balaxanı-Sabunçu-Ramanı yatağı sahəsinin V horizontu timsalında) kombinə edilmiş təsir prosesinin və aşağı lay təzyiqli və intensiv qum təzahurlu yataqların istismarının texnika və texnologiyasının xüsusiyyətlərinin tədqiqi" mövzusunda namizədlik, 1966-cı ildə isə doktorluq dissertasiyaları müdafiə etmişdir. 1968–1977-ci illərdə Azərbaycan EA DNQYPİ-da elmi işlər üzrə direktor müavini işləyib. 1977–1988-ci illərdə AzNKİ-nun "Sənayedə iqtisadiyyatın təşkili və idarə edilməsi" kafedrasının müdiri, "Neft quyularının işlənilməsi və istismarı" kafedrasının professoru olub. == Elmi fəaliyyəti == Əlibəyov B. İ. neft və qaz yataqlarının işlənilməsi sahəsində tanınmış alimdir.
Balabəy Əlibəyov (professor)