Pərviz Tofiq oğlu Balabəyov (14 iyun 1987; Hacıqabul, Azərbaycan — 27 sentyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri (müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu), İkinci Qarabağ müharibəsi şəhidi.
Pərviz Balabəyov | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Hacıqabul, Azərbaycan |
Vəfat tarixi | (33 yaşında) |
Vəfat yeri | Füzuli, Azərbaycan |
Vətəndaşlığı | Azərbaycan |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Xidmət illəri | 2015—2020 |
Rütbəsi | Əsgər |
Döyüşlər | |
Təltifləri | 20202020 |
Pərviz Balabəyov 1987-ci il iyunun 14-də Hacıqabul şəhərində anadan olub.[1] 1993-2004-cü illərdə Hacıqabul şəhərinin F. Cəbrayılov adına 2 saylı orta məktəbində təhsil alıb.
Pərviz Balabəyov 2005-2007-ci illərdə Azərbaycan Ordusunun sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2011-2015-ci illərdə qaz xətlərinin çəkilməsində baş usta işləmişdir. 2015-ci ildən yenidən xidmətini müddətdən artıq hərbi xidmət qulluqçusu olaraq davam edirdi.
Müddətdən artıq həqiqi hərbi xidmət dövründə Pərviz Balabəyov 2016-cı ilin aprelin 2-dən 5-nə qədər davam edən Aprel döyüşlərində yaxından vuruşmuş, fərqlənmişdir.
Azərbaycan Ordusunun əsgəri olan Pərviz Balabəyov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Pərviz Balabəyov sentyabrın 27-də Füzulinin azad edilməsi zamanı şəhid olub. Hacıqabul şəhərində dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş qapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Pərviz Balabəyov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[2]
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Pərviz Balabəyov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.[3]