Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Basilan
Basilan (taqal Basilan) — Filippinin cənubunda yerləşən ada. == Coğrafi yerləşmə == Filippin arxipelaqına daxil olan 7107 adadan biridir. lokal olaraq isə Sulu arxipelaqının 400 adasından biridir. Adanın sahəsi 1234,2 km², uzunluğu 66 km, eni 44 km təşkil edir. Adada 293 322 nəfər yaşayır (2010). Mindoro adasından 17 km enə malik Basilan boğazı ilə ayrılır. Adanın qərbindən şərqinə dağ silsiləsi keçir. Cənubunda hündürlüyü 1020 metr olan zirvə vardır. == Əhalisi == Ərazisinin 4/5 hissəsi Basilan vilayətinə daxildir. Basilan vilayəti Müsəlman Mindanao Muxtar Bölgəsinə daxildir.
Basklar
Basklar, euskaldunak — İspaniyanın şimalında (Basklar ölkəsi, Navarra) və Fransanın cənub-qərbində (Atlantika Prineyləri departamentinin qərbindəki Labur, Sul və Aşağı Navarra rayonları) yaşayan xalq. == Yaşadıqları ərazilər == İspaniyada sayları 0,6 milyondan 2,8 milyon nəfərədək, Fransada isə 75 mindən 250 min nəfərədəkdir. (XXI əsrin əvvəlləri). Həmçinin ABŞ-də (6,9 min), Meksikada (20 min), Uruqvayda (10 min), Çilidə (9 min), Kosta-Rikada (8 min), Braziliyada (5 min), Venesuelada (5 min), Filippində (8 min), Avstraliyada (9 min) və s. ölkələrdə yaşayırlar. Bask dilində danışırlar, ispan və fransız dilləri də onlar arasında yayılmışdır. Dindarları xristiandır. == Tarixi == Vaskonlar, vardullar, karistilər və b. tayfalar baskların əcdadlarıdır, iberlərlə qohumluqları mübahisəlidir. Roma dövründə romanlaşmaya məruz qalmayan basklar İspaniyada XIX əsrədək muxtariyyətlərini qoruyub saxlamış və yerli əhalinin seçdiyi Baş əyalət xuntaları tərəfindən idarə olunmuşdur.
İker Kasilyas
İker Kasilyas (isp. Iker Casillas; d. 20 may 1981) — İspan qapıçı, Avropanın ən yaxşı qapıçısı (2010). Eyni zamanda İspaniya milli futbol komandası və oyunçusudur. == Karyerası == Gənc yaşda Real Madrid kimi bir komandanın qapısına keçmiş və müvəffəqiyyətli olmuşdur. Yaxşı yer tutması və möhtəşəm refleksləri ilə bir qapıçıya lazım olan bütün yaxşı xüsusiyyətləri saxlayar. Casillas, Real Madrid gənclik sisteminin bir məhsuludur. İlk olaraq 1990-1991 mövsümündə kiçik komandada oynamışdır. 1997-1998 mövsümündə 27 noyabr 1997-ci ildə 16 yaşındaykən bir Çempionlar liqası matçı olan Rosenborg matçında A komanda heyətinə daxil oldu. Lakin komandada Alman İllgner 1.
Papilyar xərçəng
Papilyar xərçəng — qalxanabənzər vəzi şişlərinin 50–72%-ni təşkil edir və qadınlar arasında kişilərə nisbətən çox rast gəlir. Proqnostik cəhətdən xoşgedişlidir. Gedişinə görə yerli, yerli-metastatik və metastatik formaları ayırd edilir. Xərçəngin bu növü boyunun sinir-damar dəstəsinin önü ilə qırtlaqönü, traxeyaönü, yuxarı, orta və aşağı vidaci limfa düyünlərinə limfogen yolla metastazlar verir.
Alison Mailyar
Basiyan döyüşü
Basiyan döyüşü — 13-cü əsrdə Gürcüstan krallığı ilə Rum sultanlığı arasında baş vermiş döyüş. Döyüş Ərzurum şəhərindən 60 km şimal-şərqdə, Basiani vadisində baş vermişdir. Döyüş 1202-1205 tarixləri arasında baş vermişdir. Son dövrün mənbələrində döyüşün tarixi əsasən 1203-1204-cü illər arası göstərilir. Müsəlman tarixçi İbn Bibi müharibənin hicri 598-ci ildə (miladi 1 oktyabr 1201 - 19 sentyabr 1202) baş verdiyini iddia edir. Döyüş Rum sultanlığının məğlubiyyəti ilə nəticələnib. Döyüş zamanı yaralanan II Süleyman şah Ərzuruma doğru geri çəkilmişdir. == Mənbələr == (gürc.) D. Ivane Javakhishvili, (1983), ქართველი ერის ისტორია (History of Georgian Nation), [1] Arxivləşdirilib 2019-09-27 at the Wayback Machine Tbilisi: Georgia, USSR. (gürc.) Melikishvili, Giorgi et al. (1970), საქართველოს ისტორიის ნარკვევები (Studies in the History of Georgia), Vol. 2.
Basklar ölkəsi
Basklar ölkəsi (bask Euskal Autonomia Erkidegoa; isp. Comunidad Autónoma del País Vasco) — İspaniyada yerləşən muxtar region. Basklar ölkəsi İspaniyanın şimalında və Fransanın cənub-qərbində yerləşir. Əraziyə muxtariyyət statusu 25 iyul 1979-cu ildə İspaniya tərəfindən verilmişdir. Basklar bir çox məsələlərdə İspaniyaya tabe deyillər. Ərazini basklara məxsus Ertzaintza adlı polis təşkilatı qoruyur. Bundan başqa, turizm, maliyyə, vergilərdən əldə olunan gəlirlərin böyük bir qismi İspaniyanın deyil Bask Muxtariyyətinin büdcəsinə gedir. İspaniya nın şimalında avtonom bölgədir. Sahəsi 7,234 km ² əhalisi isə 2,125,000 nəfərdir. Muxtar Ölkənin paytaxtı Vitoria - Gasteiz şəhəridir.
Kiko Kasilya
Kiko Kasiliya İspaniyalı Futbolçu . Kiko Kasiliya La Liqada "Real Madrid"də oynayır . Kiko Kasiliya 2 oktyabr 1986-cı ildə İsbaniyanın Alkover şəhərində Doğulub. "Real Madrid"in ehtiyat qapıçısıdır. 2015-ci ildən bu komandanın ərəfini qoruyur. İndiyə qədər bu klubda 15 oyun keçirib.
Bilyar burnu
Bilyar burnu (bolq. нос Биляр, ‘Nos Bilyar’ \'nos bi-'lyar\) — Antarktidanın Cənubi Şetland adalarının Livinqston adasının Barkley körfəzi sahillərindən 350 m şimal-qərbdə yerləşən burundur. Burun buzlaqlardan azaddır. Burun Bolqarıstannda yerləşən, 12-13-cü əsrdə İdil bulqarlarının paytaxtı olan Bilyar şəhərinin adını daşıyır. == Yerləşməsi == Burun Rove burnundan 3 km cənub-qərbdə, Leyr burnundan 4.5 km şimal-şərqdə, Nedelya burnundan 1.7 km şimal-şərqdə yerləşmişdir. Bolqarıstan xəritəsinə 2009-cu ildə daxil edilmişdir. == Xəritə == L.L. Ivanov et al. Antarctica: Livingston Island and Greenwich Island, South Shetland Islands. Scale 1:100000 topographic map. Sofia: Antarctic Place-names Commission of Bulgaria, 2005.
Papilyar tiroid xərçəngi
Papilyar xərçəng — qalxanabənzər vəzi şişlərinin 50–72%-ni təşkil edir və qadınlar arasında kişilərə nisbətən çox rast gəlir. Proqnostik cəhətdən xoşgedişlidir. Gedişinə görə yerli, yerli-metastatik və metastatik formaları ayırd edilir. Xərçəngin bu növü boyunun sinir-damar dəstəsinin önü ilə qırtlaqönü, traxeyaönü, yuxarı, orta və aşağı vidaci limfa düyünlərinə limfogen yolla metastazlar verir.
Basmıllar
Basmıllar (Çincə: 拔悉蜜, Basimi, Baximi) köçeri bir Türk boyu VII- VIII yüzillərdə Cungariya hövzəsi (Monqolca: Зүүнгар Züüngar, Çincə: 準噶爾; Zhǔngáěr, Rusca: Джунгария Dzhungariya) (indiki Çin Xalq Respublikasının şimal-qərbində) deyilən bölgədə yaşamışdılar. Basmıllar Şərqi Türk xaqanlığı zamanında çox önəmli rol oynamışdılar, bir dövr xaqanlar bu boydan imiş. Qədim bir Türk unvanı olan qutluγ (qutluğ), başqa unvanlarla birlikdə sıx-sıx işlənirdi, iduq kut (Basmıl boyunun xaqanın unvanı, sonra Turfannın Uyğur xaqanı), qut Tengri xatunı, Bilge qutı (Uyğur bəylərinə verilen unvan) Bilgə xaqan Bengü daşı 1. yüzünde (Şərq üzü); Arqular, Qazaxların Orta Jüz (Qazaxca: Орта жуз, Orta Jûz) dedikləri köçəri boylar birliyi olaraq bilinən, əski Basmıllardır. Mahmud Qaşqarlı, Türk dilinin ən əski və dəyərli sözlüklərindən Divân-ı Lügati't-Türkdə; "Rum ölkəsinə ən yaxın olan boy Beçənəkdir; sonra Qıpçaq, Oğuz, Yemək, Başgırt, Basmıl, Kay (Qayı), Yabaku, Tatar, Kırkız (Qırğız) gəlir. Qırğızlar Çin ölkəsinə yaxındırlar.". Ayrıca "Çomul boyunun özlərindən olduğu çöl xalqı ayrı bir dilə sahibdir, Türkcəni yaxşı bilirlər. Kay, Yabaku, Tatar, Basmıl boyları da belədir. Hər boyun ayrı bir ağzı (ləhcəsi) vardır; bununla bərabər Türk diliini də yaxşı danışırlar. Qırğız, qıpçaq, Oğuz, Tuxsılər, Yağma, Çiğil, Oğrak, Çaruk boylarının öztürkcə olaraq yalnız bir dilləri vardır.
Başiltau
Başiltau (gürc. ბაშილი) — Kutaisi quberniyasının Leçxum qəzasında dağ adı. == Toponimkası == Başiltau Şimali Qafqazın Ter əyalətinin Nalçik dairəsində Başiltau dağ adı ilə (yenə orada) mənşəcə eynidir. Basil tayfa adından və türk dillərində tau "dağ" sözündəndir.
Bacılar adaları
Bacılar adaları (ing. Sisters' Islands, malay Pulau Subar Laut, çin. 姐妹岛, tam. சகோதரிகள் தீவு) — Sinqapur dövlətinin tərkibinə daxil ola, iki adadan ibarət olan adalar qrupu. Dinqapur adasının cənubunda, Sinqapur körfəzində yerləşir. Malay dilində Subar-Laut (Böyük bacı adası) və Subar-Darat (Kiçik Bacı adası) olaraq adlandırılırlar. Ensiz ancaq dərin kanalla bir-birindən ayrılar. Adaya bərə vastəsi ilə gəlmək mümkündür. Subar-Laut 39 km², Subar-Darat 17 km² sahəyə sahibdir. == Əfsanə == Əfsanəyə görə Sinqapur adasında bir dul qadın və iki qızı vardı.
Avstraliya Yaşıllar Partiyası
Avstraliya Yaşıllar Partiyası və ya Yaşıllar (ing. Australian Green или The Greens) — Avstraliyada fəaliyyət göstərən siyasi partiya.
Birlik 90/Yaşıllar
Birlik 90/Yaşıllar (alm. Bündnis 90/Die Grünen‎) və ya sadəcə Yaşıllar – Almaniyanın siyasi partiyalarından biri. 1993-cü ildə Almaniya Yaşıl Partiyası (1979) ilə Birlik 90 (1989) partiyalarının birləşməsi nəticəsində yaranıb. Partiyanın əsas idealogiyası ekoloji, sosial və iqtisadi vəziyyətin yaxşılaşdırılmasıdır. Sədrləri Simone Peter və Cem Özdemirdir. Partiya Bundestaqda 63 yerə (630-dan) sahibdir.
Monqolustan Yaşıllar Partiyası
Monqolustan Yaşıllar Partiyası (monq. Монголын Ногоон Нам) - Monqolustanda siyasi partiya. Monqolustanda demokratiyanın bərqərar olmasından sonra - 1990-cı ildə yaradılmış bu təşkilat Asiyada ilk yaşıllar partiyasıdır. 1996-2000-ci illərdə o, Monqolustan Sosial-Demokrat Partiyası, Demokrat Partiyası və Monqolustan Demokratik Din Partiyası ilə birgə iqtidar koalisiyasında təmsil olunmuşdur. Təxminən 6 min üzvə malik olan partiya Monqolustanda insan hüquqları və demokratiya, həmçinin ətraf mühitin mühafizəsi uğrunda çalışır.
Şotlandiya Yaşıllar Partiyası
Şotlandiya Yaşıllar Partiyası (ing. Scottish Green Party; şot.kelt Pàrtaidh Uaine na h-Alba) – Şotlandiyada mövcud olan siyasi partiya.
Yaşıllar və Sol Gələcək Partiyası
Xalqların Bərabərlik və Demokratiya Partiyası və ya qısaca DEM Partiya (ilkin versiyası ilə HEDEP), 2023-cü ilədək Yaşıllar və Sol Gələcək Partiyası — 25 noyabr 2012-ci ildə qurulan və Türkiyədə fəaliyyət göstərən siyasi partiya. Onun simvolu müdrik ağac, günəş və insan surətindən ibarətdir. Onun həmsədrləri Tuncər Bakırhan və Tülay Hatimoğulları Orucdur. Xalqların Bərabərlik və Demokratiya Partiyası 25 noyabr 2012-ci ildə Bərabərlik və Demokratiya Partiyası ilə Yaşıllar Partiyasının Yaşıllar və Sol Gələcək Partiyası adı altında birləşməsi nəticəsində qurulan siyasi partiyadır. Partiya özünü yaşıl siyasətə əsaslanan və "sol libertarian" ideyaları qəbul edən siyasi partiya kimi təqdim edir. Partiya 2014-cü ildə Türkiyə prezident seçkilərində Səlahəddin Dəmirtaşı, 2015-ci ilin iyununda keçirilən parıament seçkilərində isə Xalqların Demokratik Partiyasını dəstəkləmişdir. == Tarixi == Partiya Ankarada Yaşıllar və Sol Gələcək Partiyası adı ilə 25 noyabr 2012-ci ildə Bərabərlik və Demokratiya Partiyası ilə Yaşıllar Partiyasının birləşməsi ilə quruldu. Partiya 2 aprel 2016-cı il tarixli II növbədənkənar qurultayında adının qısaltmasını Yaşıl Sol Partiya olaraq dəyişdirdi. Partiyanın loqosu 16 oktyabr 2022-ci il tarixli İkinci Fövqəladə Qurultayda dəyişdirildi. Səlahəddin Dəmirtaş iddia edib ki, Xalqların Demokratik Partiyası bağlanarsa, 2023-cü ildə keçiriləcək ümumi seçkilərdə HDP-nin millət vəkili namizədləri Yaşıl Sol Partiyasının vahid namizəd siyahılarına daxil olacaq.