Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Bigəvər
Bigəvər (lat. Ruscus) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin qulançarkimilər fəsiləsinə aid bitki cinsi.
Biləsər
Biləsər — Azərbaycan Respublikasının Lənkəran rayonunun inzibati ərazi vahidində kənd. Əhalisi 1366 nəfərdir. Peştəsər silsiləsinin yamacında yerləşir. == Coğrafiyası == Rayon mərkəzindən 38 kilometr cənub-qərbdə, Bəşəru çayının sağ sahilində, Peştəsər silsiləsinin yamacındadır. Şimaldan Daşdatük, cənubdan Seliqavol, Alazəpin, Astara rayonunun Motlayataq, qərbdən Lerik rayonunun Ancaqəv kəndləri ilə əhatə olunmuşdur. == Toponimiyası == Toponim talış dilində Biləsə adlanır. Talış dilindəki bil (bataqlıq, göl) və sər (baş) sözlərinin birləşməsindən (-ə bitişdirici saitdir) ibarət olub, "gölün baş tərəfində və ya kənarında olan kənd" kimi izah olunur. == İqtisadiyyatı == Əhali heyvandarlıq, arıçılıq və tərəvəzçiliklə məşğuldur. Kənddə 1934-1964-cü illərdə kolxoz, 1964-1997-ci illərdə sovxoz təsərrüfatı fəaliiyyət göstərmişdir. Kənddə orta məktəb (1931), klub, kitabxana, həkim ambulatoriyası, ATS, poçt şöbəsi, məişət xidməti obyektləri vardır.
Biləvər
Biləvər — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalisi 420 nəfərdir.[mənbə göstərin] == Tarixi == Bilavar/Bilavər Lerik rayonunun Osyedərə inzibati ərazi vahidində kənd. Peştəsər silsiləsinin ətəyindədir. Oykonim Talış dilindəki bil (bataqlıq, gölməçə) və var (yer) sözlərindən düzəlib, "bataqlıq yer" mənasındadır.
Binələr
Binələr (Ağdaş)
Birələr
Birələr (lat. Siphonaptera) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinə aid heyvan dəstəsi. Birələr tam metamorfozla inkişaf edən cücülər içərisində yeganə dəstədir ki, onların hamısı qanadsızdır. Qanadsız olmaları, adətən parazit həyat tərzi keçirmələri ilə əlaqədardır. Parazitizm ancaq birələrin imaqosu üçün səciyyəvidir, sərbəst həyat tərzi keçirən sürfələrə quş və gəmirici yuvalarında, məməlilərin yaşayış yerlərində rast gəlmək olar. Quşlarda və məməlilərdə parazitlik edirlər. Örtüyü güclü sərtləşmişdir, bədən yanlardan sıxılmışdır. Sıçrayıcı ayaqları var. Qanla qidalanırlar, ağız aparatı deşici-sorucudur. Düyünlü taun (Xenopsylla) və yatalaq (Nosopsyllus) xəstəliklərinin keçiricisidir.
Biləsər bələdiyyəsi
Lənkəran bələdiyyələri — Lənkəran rayonu ərazisindəki bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Binələr (Ağdaş)
Binələr — Azərbaycan Respublikasının Ağdaş rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 24 iyun 2005-ci il tarixli, 951-IIQ saylı Qərarı ilə Ağdaş rayonunun Binələr kəndi Cüvəkənd kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Binələr kənd inzibati ərazi dairəsi yaradılmışdır. == Toponimikası == Kəndin adı keçmişdə yayı Şəki rayonunun Daşağıl və Gəldək kəndləri arasındakı Ağcaqala adlı yerdə, qışı isə Kür sahilində, Abad və Pirəzə Qaraoğlan kəndləri arasındakı ərazidə keçirmiş binələr adlı elatın adındandır. Sonralar həmin elat Muncuqlu, Qaraağac və Tava adlı yataqların ətrafında məskunlaşıb indiki kəndin əsasını qoymuşdur. Yeni salınmış yaşayış məntəqəsi də həmin elatın adı ilə adlandırılmışdır. Etnotoponimdir. 1933-cu ildə oykonim Binəcər variantında qeydə alınmış, Kürdəmir rayonunun Padar inzibati ərazi vahidində isə Binəcik adlı kənd olmuşdur. == Tarixi == == Coğrafiyası və iqlimi == Kənd Şirvan düzündə yerləşir.
Binələr (Meşkinşəhr)
Binələr (fars. بنه لر‎) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 17 nəfər yaşayır (5 ailə).
Binələr bələdiyyəsi
Ağdaş bələdiyyələri — Ağdaş rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Tikanlı bigəvər
Tikanlı bigəvər (lat. Ruscus aculeatus) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin qulançarkimilər fəsiləsinin bigəvər cinsinə aid bitki növü.
Porsche Boxster
Porsche Boxster — Porşe şirkətinin istehsal etdiyi avtomobil. 2004-cü ildə ikinci nəsil avtomobil olan Porsche Boxster 1996-cı ildən istehsal olunan Porsche 968-in bazasında yaradılıb.
Dieter Rams
Dieter Rams 20 May 1932-ci ildə Almaniyada anadan olmuşdur. 1955-ci ildə memar olaraq işə başladığı Braunda 1961-ci ildə məhsul dizayn departamentinin rəhbəri olmuşdur. Rams 1950-ci illərdə Almaniyadakı funksional dizayn anlayışının "less but better" adlandırmışdir. Hazırladığı məhsulların təmiz, sadə və ağıllı olması bu anlayışın isbatıdır.
Justin Bieber
Castin Drü Biber (ing. Justin Drew Bieber; 1 mart 1994[…]) — kanadalı müğənni və aktyor. Karyerası, video paylaşma saytı Youtube saytına qoyduğu videoların 2008-ci ildə Scoot Braun tərəfindən kəşf edilməsiylə başladı. Daha sonra Scoot Braun, Castin Biberin meneceri olmuşdur. Scoot Braun Atlantada, Castini və R&B sənətçisi Aşerı tanış etmişdir. Biber Scoot Braun'nun ortaq şirkəti "Raymond Braun Media Group" ilə razılaşma imzalamış, ardından Island Records ilə albom kontraktı etmişdir. Fanatlarının fandom qrupu "Belieber"lərdir Castin Biber'in ilk single'ı "One Time" olduqca uğurlu olmuşdur və Biber'in ilk albomu "My World" 17 Noyabr 2009-cu ildə çıxmışdır. "My World 2" albomunda yer alan "Baby" mahnısıyla beynəlxalq müvəffəqiyyətlər əldə etmiş və həmin mahnının klipiylə dünyanın ən böyük video paylaşma saytı Youtubeda ən çox izlənilən video rekordunu qırmışdır. 2010-cu ilin Amerikan Musiqi Mükafatlarında "İlin Sənətçisi" , "İlin pop/Rock Albomu" , "İlin Ən Yaxşı Çıxış Edən Sənətçisi" və "İlin Ən Yaxşı Pop/Rock Kişi Sənətçisi" , 2010-cu ilin MTV Video Musiqi Mükafatlarında "Ən yaxşı Yeni Sənətçi" və 2010-cu ilin MTV Avropa Musiqi Mükafatlarında "İlin Kişi Sənətçisi" mükafatını qazanmışdır. 3-cü albomu Believe'i 19 İyun 2012-ci ildə 4 versiyonla çıxaran müğənni, bu albomla birlikdə 18 yaşında satış rekordu qıran tək sənətçi olaraq 2013 Guinness Rekordlar Kitabına girdi və tarixə keçdi.
Rixter şkalası
Rixter şkalası — zəlzələnin başlanğıc enerjisindən asılı olan və seysmoqramdakı zəlzələ yazılarının amplitudları əsasında təyin edilən maqnituda şkalası. 1935-ci ildə amerikan seysmoloqu Çarlz Fransis Rixter tərəfindən yaradılıb. == Haqqında == XX əsrin əvvəllərinə qədər baş vermiş zəlzələləri episentr zonasında Rossi-Forel, Merkalli və digər analoji şkalalar üzrə təyin edilən intensivliklərinə görə bir-biri ilə müqayisə edirdilər. Alınan məlumatlar dəqiq olduqda belə tədqiqat zonasında qruntların müxtəlifliyi, ocağın dərinliyinin təsiri və digər nəzərə alınması çətin olan amillər metodun xətalara malik olmasını şərtləndirirdi. Bundan əlavə zəlzələ əhali yaşamayan ərazilərdə və ya dəniz və okeanlarda baş verdikdə şkalalar da rolunu itirir və zəlzələnin intensivliyini də qiymətləndirmək mümkün olmurdu. 1935-ci ildə Çarlz Fransis Rixter yalnız zəlzələnin başlanğıc enerjisindən asılı olan və seysmoqramdakı zəlzələ yazılarının amplitudları əsasında təyin edilən yeni bir maqnituda şkalası tərtib etdi. Müəllifin əsas məqsədi fərdi qiymətləndirmə və təsadüfi hallardan əmələ gələn xətalardan azad, bilavasitə seysmik cihazların göstəricilərinə əsaslanaraq güclü, orta güclü və zəif zəlzələləri fərqləndirmək olmuşdur. Cənubi Kaliforniya zəlzələlərini araşdıran müəllif metodun daha geniş imkanlara malik olduğunu müəyyənləşdirir və müşahidə etdiyi zəlzələləri bir-birindən aydın fərqlənən 15 dərəcəyə bölür. Çarlz Fransis Rixter standart qısa periodlu Vud-Anderson fırlanma seysmoqrafın (sərbəst rəqslərin periodu T0=0,8 s., böyütməsi V=2800) episentrdən 100 km məsafədə qeyd etdiyi zəlzələ yazısının maksimal amplitudunun loqarifmini (mikronlarla) həmin zəlzələnin maqnitudu adlandırır. Həmin episentral məsafədə (100 km) amplitudu 0,001 mm (1 mikron) olan zəlzələnin maqnitudu etalon M=0 qəbul edilir.
Rixter şoranı
Svyatoslav Rixter
Svyatoslav Teofiloviç Rixter — Əslən ukraynalı olan pianoçu. SSRİ xalq artisti (1961). == Həyatı == 1915-ci ilin 20 martında Ukraynanın Jitomir şəhərində dünyaya gəlib.1961-ci ildə SSRİ xalq sənətçisi seçilib və Lenin mükafatı ilə təltif olunub. 1997-ci ilin 1 avqustunda ürəktutmasından dünyasını dəyişib. == İstinadlar == == Xarici keçidlər == Svyatoslav Rixter — Internet Movie Database saytında.
Rixter şorangəsi
Rixter şorangəsi (lat. Salsola richteri) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin pəncərkimilər fəsiləsinin şorangə cinsinə aid bitki növü. == Təbii yayılması == Orta Asiyada, səhra zonasında bitir. == Botaniki təsviri == Hündürlüyü 2-3 (5), diametri 2 m-dək zərif çətirli və dərin kök sistemi olan kol və ya ağacdır. Nazik birillik zoğların qabığı ağ, parlaq, bəzən qısa tükcüklü, qoca budaqlarda və gövdədə açıq-bozdur. Gövdəsinin diametri 10-15 sm-dir. Yarpaqları növbəli, sulu, təxminən sapşəkilli, uzunluğu 40-80 və qalınlığı 1-2 mm, seyrək və qısa tükcüklü, bir az ağımtıl və ya çılpaq, bünövrəsində qalınlaşmış, yuxarıya uzanmışdır. Çiçəkləri tək, çiçəkaltlığı yarpaqlarının qoltuqlarında oturur və xüsusi zoğlarda sünbülvari çiçək qrupu əmələ gətirir. Bu cür zoğların oxu nazik, nahamar olub, vegetasiyanın sonunda 50-100 sm-dək uzanır. Erkəkcikləri 5-dir, tozluqları alt tərəfdə yayılan, üstü kiçik, sarımtıl,uzunsov-yumurtavari örtüklü, çıxıntılı; yumurtalığı yuxarı, uzunsov sütuncuqlu və iki qanadlı dişicik ağızlıdır.
Le-Kremlen-Bisetr
Le-Kremlen-Bisetr (fr. Le Kremlin-Bicêtre) — Fransada kommuna, İl-de-Frans regionunun Val-de-Marn departamentinə daxildir, Parisin mərkəzindən 4,5 km məsafədə yerləşir. Kommunanın ərazisində XVII əsrə aid Bisetr hospitalı yerləşir. Le-Kremlen-Bisetr kommunası 1896-cı ildə Jantiya kommunasından ayrılaraq müstəqil olmuşdur. Le-Kremlen-Bisetr adının mənasının bir hissəsi yəni "Kremlen" sözü Moskva Kremlndən gəlir.
Çarlz Fransis Rixter
Çarlz Fransis Rixter (ing. Charles Francis Richter, 26 aprel 1900–20 aprel 1985) — ABŞ-lı seysmoloq və fizik. İndi bütün dünyanın zəlzələni ölçmək üçün istifadə etdiyi termin — Rixter şkalası onun kəşfidir və adı da məhz Rixterin adından götürülüb. == Həyatı == 1900-cü ilin 26 aprel tarixində Ohayo ştatında dünyaya gəlib. 1920-ci ildə Stanford Universitetini, daha sonra isə Kaliforniya Texnologiya İnstitutunda fizik kimi işləməyə başlayır. O, 1927-ci ildə Kaliforniyada yerləşən Karnegi İnstitutunda araşdırmaçı köməkçisi kimi fəaliyyətə başlayır. Rixter Beno Qutenberq ilə seysmoloji tədqiqatlar aparır, zəlzələnin gücünü, təsirini ölçmək üçün cihazlar yoxlayırlar. Onlar 1932-ci ildə ölçü şkalası yaradırlar və ona Rixter şkalası adı verilir. Rixter şkalası ilk dəfə 1935-ci ildə istifadə olunub və o vaxtdan da zəlzələnin maqnitudasını ölçmək üçün standart ölçü vahidi kimi qəbul edilib. Rixter 1985-ci ilin 30 sentyabr tarixində Kaliforniyanın Pasadena ərazisində vəfat edib.