Rixter şkalası

Rixter şkalasızəlzələnin başlanğıc enerjisindən asılı olan və seysmoqramdakı zəlzələ yazılarının amplitudları əsasında təyin edilən maqnituda şkalası. 1935-ci ildə amerikan seysmoloqu Çarlz Fransis Rixter tərəfindən yaradılıb.

Zəlzələ
 
Tipləri
Foreşok
Afterşok • Hiss edilməyən zəlzələ • Sualtı zəlzələ
Sunami
Səbəbləri
Qırılma hərəkatı
Vulkanizm
Süni seysmiklik
Xüsusiyyətləri
Episentr • Hiposentr
Kölgə zona • Seysmik dalğalar
P-dalğa
S-dalğa
Ölçü
Rixter şkalası • Seysmoqraf • Seysmoqram • Maqnituda
Proqnoz
Zəlzələlərin Proqnozlaşdırılması üzrə Koordinasiya Komitəsi
Zəlzələlərin Proqnozlaşdırılması üzrə Qlobal Şəbəkə (GNFE)
Digər mövzular
Qırx dalğa bölünmə • Adams-Uilyamson tənliyi
Zəlzələ mühəndisliyi
Portal:Təbii fəlakətlər

XX əsrin əvvəllərinə qədər baş vermiş zəlzələləri episentr zonasında Rossi-Forel, Merkalli və digər analoji şkalalar üzrə təyin edilən intensivliklərinə görə bir-biri ilə müqayisə edirdilər. Alınan məlumatlar dəqiq olduqda belə tədqiqat zonasında qruntların müxtəlifliyi, ocağın dərinliyinin təsiri və digər nəzərə alınması çətin olan amillər metodun xətalara malik olmasını şərtləndirirdi. Bundan əlavə zəlzələ əhali yaşamayan ərazilərdə və ya dənizokeanlarda baş verdikdə şkalalar da rolunu itirir və zəlzələnin intensivliyini də qiymətləndirmək mümkün olmurdu. 1935-ci ildə Çarlz Fransis Rixter yalnız zəlzələnin başlanğıc enerjisindən asılı olan və seysmoqramdakı zəlzələ yazılarının amplitudları əsasında təyin edilən yeni bir maqnituda şkalası tərtib etdi. Müəllifin əsas məqsədi fərdi qiymətləndirmə və təsadüfi hallardan əmələ gələn xətalardan azad, bilavasitə seysmik cihazların göstəricilərinə əsaslanaraq güclü, orta güclü və zəif zəlzələləri fərqləndirmək olmuşdur. Cənubi Kaliforniya zəlzələlərini araşdıran müəllif metodun daha geniş imkanlara malik olduğunu müəyyənləşdirir və müşahidə etdiyi zəlzələləri bir-birindən aydın fərqlənən 15 dərəcəyə bölür.[1] Çarlz Fransis Rixter standart qısa periodlu Vud-Anderson fırlanma seysmoqrafın (sərbəst rəqslərin periodu T0=0,8 s., böyütməsi V=2800) episentrdən 100 km məsafədə qeyd etdiyi zəlzələ yazısının maksimal amplitudunun loqarifmini (mikronlarla) həmin zəlzələnin maqnitudu adlandırır. Həmin episentral məsafədə (100 km) amplitudu 0,001 mm (1 mikron) olan zəlzələnin maqnitudu etalon M=0 qəbul edilir. Yəni, zəlzələ nə qədər güclüdürsə, seysmik dalğanın amplitudu və müvafiq olaraq onun maqnitudu yüksəkdir. Yerdə ən güclü zəlzələ 1960-cı il mayın 22-də Çilidə qeydə alınmışdır və onun maqnitudu 9,5 bal olmuşdur. Maqnituda nisbi və ölçü vahidi olmayan kəmiyyətdir. Maqnituda şkalası zəlzələlərin maksimal amplitudlarının eyni şəraitdəki etalon zəlzələnin amplitudlarına nisbətlərini təyin edir:

M=lg [A (△)/A0 (△)] = lg A (△) — lg A0 (△)

burada △-episentral məsafə, A0 və A standart (etalon) və ölçülən zəlzələlərin maksimal amplitududur.

Zəlzələlərin intensivliyi

[redaktə | mənbəni redaktə et]
  • 2 bal olan zəlzələ "mikrotəkan" adlanır və hiss edilmir. Belə təkanlar gündə ortalama 8 min dəfə baş verir.
  • 2–4 ballıq təkanlar "minortəkan" adlanır. Belə təkanlar ildə 50 min dəfə baş verir və hərəkət etməyən insanlar tərəfindən hiss edilə bilər.
  • 4–6 ballıq təkanlar il ərzində 7 min dəfə baş verir və bir çox insanlar tərəfindən hiss edilir. Çılçıraq tərpənir, köhnə binalara zərər vurur, divarda çatlar meydana gələ bilir.
  • 6–7 ballıq zəlzələ "güclü təkan" adlanır və ildə 120 dəfə baş verir. Belə zəlzələ vaxtı sahil kənarında sunami meydana gələ bilər, hərəkət edən avtomobildə də hiss edilə bilər, ölən və yaralananlar ola bilər.
  • 7–8 bal ildə təqribən 18 belə təkan qeydə alınır. Evlərə orta və ağır zərər verə bilər. Ciddi təhlükə yaradan sunami əmələ gələ bilər. Torpaqda çatlar yarana bilər.
  • 8–9 bal "nəhəng təkan" adlanır və daha geniş ərazilərdlə faciə törədə bilər. İldə bir dəfə belə təkanlar baş verir. Çoxlu sayda ölən və yaralanan ola bilər. 40 metrədək sunami ola bilər.
  • 9–10 ballıq təkanlar 20 ildə bir dəfə baş verir. Yüzlərlə km ərazidə dağıdıcı təsir edə bilər.
  • 10 bal və daha çox qiymətləndirilən təkanlar nadir hallarda yaşana bilər. Minlərlə km ərazidə dağıntılar törədə bilir. Sahil ərazilər su altında qalıb məhv olur. Saysız-hesabsız ölüm və yaralanmalar baş verir.
  1. Arif Həsənov, Tahir Məmmədli. "Seysmologiyanın əsas elementləri". səh.97. ek.anl.az. 27 aprel 2023-cü il tarixində arxivləşdirilib.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]

USGS Earthquake Magnitude Policy