Çarlz Fransis Rixter

Çarlz Fransis Rixter (ing. Charles Francis Richter, 26 aprel 1900–20 aprel 1985) — ABŞ-lı seysmoloq və fizik. İndi bütün dünyanın zəlzələni ölçmək üçün istifadə etdiyi termin — Rixter şkalası onun kəşfidir və adı da məhz Rixterin adından götürülüb.

Çarlz Fransis Rixter
ing. Charles Francis Richter
Çarlz Fransis Rixter 1970-ci il
Çarlz Fransis Rixter
1970-ci il
Doğum adı Lainer
Doğum tarixi
Doğum yeri Ohayo
Vəfat tarixi (85 yaşında)
Vəfat yeri Kaliforniya
Elm sahələri Geofizika, Seysmologiya[1], Rixter şkalası[1], riyaziyyat[1]
İş yerləri
Təhsili
Üzvlüyü
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

1900-cü ilin 26 aprel tarixində Ohayo ştatında dünyaya gəlib. 1920-ci ildə Stanford Universitetini, daha sonra isə Kaliforniya Texnologiya İnstitutunda fizik kimi işləməyə başlayır. O, 1927-ci ildə Kaliforniyada yerləşən Karnegi İnstitutunda araşdırmaçı köməkçisi kimi fəaliyyətə başlayır.

Rixter Beno Qutenberq ilə seysmoloji tədqiqatlar aparır, zəlzələnin gücünü, təsirini ölçmək üçün cihazlar yoxlayırlar. Onlar 1932-ci ildə ölçü şkalası yaradırlar və ona Rixter şkalası adı verilir. Rixter şkalası ilk dəfə 1935-ci ildə istifadə olunub və o vaxtdan da zəlzələnin maqnitudasını ölçmək üçün standart ölçü vahidi kimi qəbul edilib.

Rixter 1985-ci ilin 30 sentyabr tarixində Kaliforniyanın Pasadena ərazisində vəfat edib.

  1. 1 2 3 4 5 6 Çex Milli Hakimiyyət Məlumat bazası.
  2. 1 2 NNDB (ing.). 2002.