Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Dürriyə
Dürriyə — Azərbaycan Respublikasının Astara rayonunun Pəlikəş kənd inzibati ərazi dairəsində kənd. Astara rayonunun Pəlikəş inzibati ərazi vahidində kənd. Dağətəyi ərazidədir. == Etimologiyası == Toponim talışca "Dıriyə" kimi tələffüz olunur. Tədqiqatçıların fikrincə, bu oykonim Talış dilindəki dü/dı (iki) və riyə (yol, cığır) sözlərindən ibarət olub, "iki yol ayrıcında salınmış kənd" mənasındadır. == Tanınmış şəxslər == === Şəhidləri === Həzi Sovqatov (1972–1994). Kənan Dadaşov (2000–2018).
Dürriyə Sultan
Dürriyə Sultan (3 avqust 1905, Konstantinopol – 15 iyul 1922) — Osmanlı sülaləsinin üzvü, Osmanlı xanım sultanı. == Həyatı == Dürriyə Sultan 3 avqust 1905-ci ildə Dolmabağça sarayında dünyaya gəldi. Atası Sultan Rəşadın böyük oğlu Ziyayəddin Əfəndi, anası isə onun ikinci xanımı Ünsiyar xanımdır. Babası Sultan Rəşadın vəfatından sonra digər ailə üzvləriylə birlikdə atasının Heydərpaşadakı köşkünə köçürüldülər. 26 mart 1920-ci ildə atasının əmisi qızı Naimə Sultanın yeganə oğlu Mehmed Cahid Osman bəylə evləndi. Cütlüyün toy mərasimi Ulduz sarayında baş tutdu və nikah şeyxülislam Heydərizadə İbrahim Əfəndi tərəfinən bağlandı. Mərasimin ardından yeni evli cütlük Naimə Sultanın sahilsarayında yaşamağa başladılar. Ancaq cəmi 1 il sonra 6 noyabr 1921-ci ildə cütlüyün nikahı öz istəkləriylə şeyxülislam Mehmed Nuri Əfəndi tərəfindən ləğv edildi. Ayrılıq səbəbi məlum olmasa da, Mehmed Cahid Osman bəy çox keçmədən Dürriyə Sultanın xalası Levrens Həcər Hüseynlə evlənmiş, cütlüyün ayrılma səbəbi də məhz bu sevgi hekayəsi olaraq görülmüşdür. Ayrıldıqdan qısa müddət sonra Dürriyə Sultan 15 iyul 1922-ci ildə tutulduğu vərəm xəstəliyi səbəbilə müalicə aldığı Heybəliadada vəfat etdi.
Dürriyə bələdiyyəsi
Astara bələdiyyələri — Astara rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Qeydlər == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Dırnıs
Dırnıs — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda bir kənd. Dırnıs Ordubad rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. Vənənd çayının (Arazın qolu) sahilində, Zəngəzur silsiləsinin ətəyindədir. XIX əsrə aid ədəbiyyatda Dernis variantında qeydə alınmışdır. Oykonim ərəb dilindəki der/deyr (məbəd, monastır) və naus (zərdüşti qəbirləri üstündə tikili) komponentlərinin birləşməsi kimi izah olunur. Əslində, oykonim rayonun ərazisindəki Qapıcıq adlı dağ aşırımı ilə bağlı yaranmış çox qədim dil vahididir. Bir çox qədim dillərdə dura (yunan), duar (gürcü və osetin), dvaras (hind), drunk (qədim fars) və s. sözlər "qapı", "qapılar", "dağ kecidi" mənalarında işlənmişdir.. == Tarixi == Dırnıs kəndi Ordubad rayonunun,habelə,bütün Naxçıvan diyarının ən gözəl kəndlərindən biridir. Bura çox qədimdən insan məskəni olmuşdur.Yaşı min ildən artıq olan bu kənddə türkdilli Alban tayfaları yaşamışdır.
Daur durnası
Qafqaz durnası
Qafqaz durnası və ya Anadolu durnası (lat. Grus grus archibaldi)— ayrıca quş növü olmayıb boz durnanın yarımnövlərindən biridir. Qafqaz durnalarının digər boz durnalardan başlıca xüsusiyyəti baş hissəsində digər durnalarda olan iri qırmızı xalın olmamasıdır. Çoxalma populyasiyasının çoxu Anadolunun yüksək dağlıq göllərində olan bu yarımnöv buna görə Anadolu durnası da adlanır. Qafqaz durnalarının dəqiq sayı da məlum deyil. 2000-ci illərdə saylarının 200 ətrafı çoxalan cütlük olduğu qeyd olunur.
Sunrise Adams
Sanrayz Adams (14 sentyabr 1982, Sent-Luis, Missuri) — ABŞ pornoaktrisası. Porno karyerasına 2001-ci ildə başlayıb.
Yapon durnası
Yapon durnası (lat. Grus japonensis) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin durnakimilər dəstəsinin durnalar fəsiləsinin durna cinsinə aid heyvan növü. Uzaq Şərq və Yaponiya ərazisində yayılmış nadir növ. Onların ümumi sayı 1700–2000 baş olaraq qiymətləndirilir. Tamamən yoxa çıxması təhlükəsi qarşısında olmuşdur. Bu səbəbdən Beynəlxalq və yerli qanunlarla qorunur. XX əsrin üçüncu yarısında yapon durnası artıq Hokkoyda adasında geniş əraziyə yayıldıqdan sonra artıq qonşu Saxalin, Kunaşir, Habomai adalarında da görünməyə başlayır. == Təsviri == Ən böyük durna növlərindən biridir. Boyu 158 sm, çəkisi 7,5 kq-dır. Xariçi görünüş baxımından digər durna növlərindən fərqlənir.
Denise Bilmann
Denise Bilmann (11 dekabr 1962, Sürix) — İsveçrəli Fiqurlu konkisürmə ustası, idmançı. == Həyatı == Denise Bilmann 1981-ci ildə Avropa və Dünya çempionu olmuşdur və 3 dəfə İsveçrə dünya çempionatında qızıl medal almışdır. Bir yarışmada üçlü lutz atan ilk qadın Fiqurlu konkisürmə ustasıdır. İlk dəfə 1978-ci il Avropa çempionatında çıxış etmişdir. 1980-ci il qış olmiyasında sərbəst proqramı birinci tamamlayıb, toplamda dördüncü sırada yer almışdır. Billmann dönüşünə adını verən idmançıdır. Denise Bilmann bu dönüşü tapmamış ancaq dönüşün tanınmasına yardımçı olmuşdur.
Dırnıs kəndi
Dırnıs — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda bir kənd. Dırnıs Ordubad rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. Vənənd çayının (Arazın qolu) sahilində, Zəngəzur silsiləsinin ətəyindədir. XIX əsrə aid ədəbiyyatda Dernis variantında qeydə alınmışdır. Oykonim ərəb dilindəki der/deyr (məbəd, monastır) və naus (zərdüşti qəbirləri üstündə tikili) komponentlərinin birləşməsi kimi izah olunur. Əslində, oykonim rayonun ərazisindəki Qapıcıq adlı dağ aşırımı ilə bağlı yaranmış çox qədim dil vahididir. Bir çox qədim dillərdə dura (yunan), duar (gürcü və osetin), dvaras (hind), drunk (qədim fars) və s. sözlər "qapı", "qapılar", "dağ kecidi" mənalarında işlənmişdir.. == Tarixi == Dırnıs kəndi Ordubad rayonunun,habelə,bütün Naxçıvan diyarının ən gözəl kəndlərindən biridir. Bura çox qədimdən insan məskəni olmuşdur.Yaşı min ildən artıq olan bu kənddə türkdilli Alban tayfaları yaşamışdır.
Dırnıs məscidi
Dırnıs məscidi — Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Dırnıs kəndinin Yuxarı məhəlləsində, Mirzə küçəsində yerləşən məscid. == Tarixi == Kənddə həcminə görə ən iri məscid olduğundan el arasında Böyük məscid adlanır. Came məscididir. Girişi qərbdəndir. Qadınlar üçün giriş şərq tərəfdəndir. Тavan 5x2=10 dirəyin üstündə dayanıb. Şərq və şimal divarın qarşısında qadınlar üçün ikinci mərtəbə-balkon düzəldilib. Şərq divarda 3, qərb divarda 2, cənub divarında isə 3 böyük pəncərə var. Məscidin dirəklərindən birinin sütun başlığı üzərində qara rənglə yazılan kitabədən aydın olur ki, məscid hicri 1339-cu ildə (1920–21) təmir olunmuş, təmir işlərini Ordubadlı usta Həsən həyata keçirmişdir. 1999-cu ildə əhalinin vəsaiti ilə yenidən təmir olunmuş, bu zaman məscidin qərbdən giriş qapısının qarşısında balkon düzəldilmiş və minarə hörülmüşdür.
Umnisə Musabəyova
Umnisə Süleyman qızı Musabəyova (9 oktyabr 1902 – 15 noyabr 1974) — Azərbaycan oftalmoloqu, tibb elmləri doktoru (1936), professor (1943), Azərbaycan SSR EA-nın üzvü (1962), Azərbaycan SSR Əməkdar Elm Xadimi (1957). == Həyatı == Ümnisə Musabəyova 9 oktyabr 1902-ci ildə Qutqaşendə (Qəbələ) rayonunda hüquqşünas ailəsində anadan olmuşdur. Milli Azərbaycan Tarixi Muzeyinin (MATM) fondlarında mühafi zə olunan, vaxtaşırı ekspozisiya və sərgilərində nümayiş etdirilən 26 adda materialları—fotoşəkillər, sənədlər, kitablar və şəxsi əşyaları kəmiyyətcə çox olmasa da, elmi dəyəri etibarı ilə Ü.Musabəyovanın görkəmli alim, ictimai xadim və gözəl pedaqoq kimi çoxcəhətli fəaliyyətini işıqlandırmaq baxımından böyük əhəmiyyət kəsb edir. Materialları Ü.Musabəyovanın yeganə övladı vaxtilə Muzeyin Yeni Tarix şöbəsinin əməkdaşı olmuş, tarix elmləri doktoru Dilarə İbrahim qızı Musabəyova 1960-cı ilin yanvarında Muzeyə hədiyyə etmişdir. == Yaradıcılığı == Orta təhsilini Bakıda böyük xeyriyyəçi H.Z.Tağıyevin maliyyə dəstəyi ilə 1901-ci ilin oktyabrında açılmış Aleksandra rus-müsəlman qız məktəbində (müsəlman şərqində ilk dünyəvi qız məktəbi) aldıqdan sonra 1921-ci ildə Azərbaycan Dövlət Universitetinin Tibb fakültəsinə daxil olur. IV kursda oxuyarkən həm də Mikrobiologiya və gigiena institutunda laboratoriyada işləyir. Burada onun elmi-tədqiqat işinə marağı özünü büruzə verir. 1926-cı ildə ali təhsilini başa vurmuş Ümnisə Musabəyova bacarıqlı gənc mütəxəssis kimi Universitetin göz xəstəlikləri kafedrasında saxlanılır, əvvəl ordinator, 1930-cu ildən assistent işləyir. Ali təhsildəki uğurları gənc həkimdə göz xəstəliklərinin müxtəlif problemlərini öyrənmək, bu sahədə elmə yeni əlavələr etmək həvəsini artırır. Bu məqsədlə gündüzlər vaxtını Mərkəzi göz klinikasında, məşğələ otaqlarında, gecələr yazı masası arxasında keçirir.
Umnisə xanım (film, 1969)
== Məzmun == Film gözəl insan, istedadlı həkim, təcrübəli cərrah, alim və ictimai xadim Umnisə xanım Musabəyovaya həsr olunmuşdur. Umnisə xanım çalışdığı Mərkəzi Göz Klinikasında lentə alınmışdır. Burada əsas yer həkimin xəstələrlə tanışlığına, cərrahiyyə əməliyyatı aparmasına, həkimlərlə söhbətinə ayrılıb. Bu epizodlarla bərabər onun haqqında ictimai xadim kimi də söhbət gedir. Filmdən bəlli olur ki, o, bir çox ölkələrdə olmuş, beynəlxalq konfranslarda, simpoziumlarda iştirak etmişdir.