Yapon durnası

Yapon durnası (lat. Grus japonensis) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin durnakimilər dəstəsinin durnalar fəsiləsinin durna cinsinə aid heyvan növü. Uzaq Şərq və Yaponiya ərazisində yayılmış nadir növ. Onların ümumi sayı 1700–2000 baş olaraq qiymətləndirilir. Tamamən yoxa çıxması təhlükəsi qarşısında olmuşdur. Bu səbəbdən Beynəlxalq və yerli qanunlarla qorunur. XX əsrin üçüncu yarısında yapon durnası artıq Hokkoyda adasında geniş əraziyə yayıldıqdan sonra artıq qonşu Saxalin, Kunaşir, Habomai adalarında da görünməyə başlayır[3].

Yapon durnası
Elmi təsnifat
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Aləm:
Yarımaləm:
Tipüstü:
Sinif:
İnfrasinif:
Klad:
Yarımdəstə:
Fəsiləüstü:
Fəsilə:
Cins:
Növ:
Yapon durnası
Beynəlxalq elmi adı

Ən böyük durna növlərindən biridir. Boyu 158 sm, çəkisi 7,5 kq-dır. Xariçi görünüş baxımından digər durna növlərindən fərqlənir. Lələklərin əksəriyyəti, o cümlədən örtük lələkləri (digər növlərdən fərqli bir xüsusiyyət) parlaq ağdır. Yetkin quşlarda başın yuxarı və ön hissəsindəki heç bir lələk yoxdur. Bu yerdəki dəri parlaq qırmızı rəngdədir. Ayaqları tünd bözdur. Erkək və dişi fərdlər arasında kəskin fərqlər olmasada erkəklər nisbətən iri olur. Cavan fərdlərin görünüşü nisbətən fərqlidir. Boyunlarında ağ, sarı, parlaq-qəhvəyi və parlaq-boz rəngli lələklər olur. Yarımnövlər əmələ gətirmir.

Yapon durnası

Təbiətdə yayılma arelı 84 min. km² və ancaq Uzaq şərq, Yaponiya ilə məhdudlaşır. Bu quşların iki populyasiyası müşahidə edilir. Onlardan biri Yaponiyanın şərqi və Cənubi Kuril adaları ərazisində yayılmışlar. Onlar "ada" durnaları adlandırılır. İkinci populyasiya isə Amur və Ussuri çayları hövzəsində, Rusiyanın cıənub-şərqində, Çinin şoimal-şərqində Monqolustan sərhədinə qədər olan ərazidə yayılmışlar. Bu populyasiya "materik" durnaları adlanır. Bundan əlavə bu durna növləri Çinin Lyaonin vilayətində Şuantay Hekou (ing. Shuangtai Hekou Nature Reserve) milli parkı ərazisində kütləvi şəkildə yuvalayaraq bala çıxarırlar. Mateik populyasiyası qışda Koreya Yarımadasına köç edir. Əsasən qamışlıqlarda yuva qururlar. Qurumuş bitkilərin olduğu sahələrdən uzaq olurlar[4][5]. Çoxalma dövründə olduqca həssas olur və insanların yaşadığı ərazilərdən uzaqlaşırlar.

Qış miqrasiyası zamanı düyü və buğda sahələri, çay estuarilərində ilə qidalanır

Yapon durnası balaları ilə

Yumurtlama ərazisinə durnalar martın sonu aprelin əvvələri qədəm qoyurlar. Yuvalar ortalama Amur ətrafı ərazilərdə 4–12 km², Hokkaydoda 0,7–7,8 km², Çində isə 2,6 km² ərazidə yayılır[6][7][8]. Yuvaların yrləşdiyi ərazilərdə suyun dərinliyi 10–50 sm arasında dəyişir. Yuvalar insan məskənlərində uzaqda salınır. Yuvanın qoyunması erkəyin əsa vəzifəsidir. Dişi adətən iki yumurta qoyur. Çində yumurtalar adətən 10 – 13 aprel, Priamurda isə 16 – 22 apreldə[9] qoyulur. Yumurtanın inkubasiya dövrü 29–34 gündür. Durnaların digər növlərinə nisbətdə balalar aqresiv deyillər. Bu səbəbdən balaların hər ikisi sağ qala bilir[10]. Balalar artıq 95-ci gündə üçürlar.

Yapon durnaları həy şeylə qidalanırlar. Qıdalarına bataqlıq bitkiləri, düyü, buğda, qarğıdalı, molyusklar, suda-quruda yaşayanlar, balıqlar və kiçik gəmiricilər daxildir[11].

Təhlükə və qorunma

[redaktə | mənbəni redaktə et]

Say baxımından Yapon durnaları durna növləri arasında yalnız Amerika durnasını keçir. XX əsrdə sayları olduqca azlmışdır. Düşünülür ki, İkinci Dünya müharibəsi dönəmində sayları olduqca azlmışdır. Növ hazırda qorunur. Rusiyanın Qırmızı kitabına daxil edilmişdir.

Onların sayına təsir göstərən amillər onların yayılma areallarındakı torpaqların əkinə cəlbi, su hövzələrində su anbarlarının inşası ilə geniş qamışlıqların suyun altında qalması, dambaların inşası və sairdir. Digər təhlükə isə Cənubi Koreya ilə Çimali Koreya arasında başlaya biləcək istənilən münaqişədir.

Durnalar cizgi filmlərində

[redaktə | mənbəni redaktə et]

"Kunq-fu Panda" cizgi filmində durna vardır.

  1. Integrated Taxonomic Information System (ing.). 1996.
  2. IOC World Bird List Version 6.3. 2016. doi:10.14344/IOC.ML.6.3
  3. "Arxivlənmiş surət" (PDF). 2016-12-20 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2017-11-12.
  4. Andronov, V. A., Andronova, R. S., and Petrova, L. K. 1988. Distribution of Red-crowned Crane nesting territories in the Arkharinski Lowlands. The Palearctic Cranes:59–62.
  5. Archibald, G. W. 1995. Meeting coordinates help for Siberian Cranes. The ICF Bugle 21(3):1, 4
  6. Andronov, V. A. 1988. The current status of the Red-crowned Crane (Grus japonensis P. L. S. Muller) and White-naped Crane (Grus vipio Pallas) in the Amur Region. The Palearctic Cranes:187–190.
  7. Winter, S. V. 1981. Nesting of the Red-crowned Crane in the central Amur Region. Crane Research Around the World:74–80.
  8. Su Liying. 1993. Comparative Feeding Ecology of the Red-crowned and White-naped Cranes. M. A. thesis. University of Missouri, Columbia, Missouri. 91 pp.
  9. Feng Kemin and Zhao Zhongqin. 1991. The importance of wetlands in protecting birds. Proc. 1987 Intl. Crane Workshop:35–36.
  10. Smirenski, S. M. 1988. Chick relationships and brood sizes in Red-crowned (Grus japonensis) and White-naped (Grus vipio) Cranes. The Palearctic Cranes:49–53.
  11. Shibaev, Y. and Glushchenko, Y. N. 1988. The state of populations of Grus japonensis (P. L. S. Muller) and Grus vipio (Pallas) of the Khanka Plain in 1986. The Palearctic Cranes:184–187