Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Gərmxanə
Gərmxanə (fars. گرمخانه‎) — İranın Ərdəbil ostanının Xalxal şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 167 nəfər yaşayır (43 ailə).
Meyxanə
Meyxanə (türk. Meyhâne) — Türkiyədə asudə vaxtı spirtli içkilər qəbul etmək üçün ənənəvi içkixana. == Etimolgiya == Meyhane sözü türk dilinə farscadan gəlmişdir. Mürəkkəb sözdür. Mey şərab mənası, Hane isə ev, yer mənası verən 2 sözdən əmələ gəlmişdir. Meyhane sözünün bir çox sinonimi də köhnə dildə işlənmişdir. Bu səbəblə harâbât, humhane, hâne-i hammâr, der-i mugan, sahn-ı harâbât, bezm-i harâbat sözləri də meyhane sözünü əvəz edir və sinonim kimi istifadə olunur. Şeir və ədəbiyyat tarixində meyxanəlar mistik mənasında da istifadə olunurdu. Meyxanə, mistisizm mənasında şeyxin mistikasıdır. Şərab sevginin şərabı kimi nəzərdə tutulurdu.
Deman
Deman — Azərbaycan Respublikasıınn Yardımlı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 19 may 1993-cü il tarixli, 611 saylı Qərarı ilə Yardımlı rayonunun faktiki mövcud olan Deman kəndi Avaş kənd Sovetinin tərkibində rayonun yaşayış məntəqələri siyahısına daxil edilmişdir. == Toponimikası == Kənd coğrafi ədəbiyyatlarda daha çox "Deman düzü", "Deman yaylası" kimi tanınır. Yerli əhalinin dilində Deman sözü "dəmyə yerlər", "suvarılmayan əkin sahələri" kimi yozulur. Bu fikir yanlışdır. M.Həsənov yazır ki, yaşı antik çağlardan hesablanan Moran, Pankü, Deman, Avaraq, Ərvərəz, Şişnavar kimi qədim toponimlər Azərbaycan Respublikasında mövcud olan ən ulu coğrafi adlarla bir sırada durmaqdadır. Bu adlar içərisində dəniz səviyyəsindən 1600-1800 metr hündürlükdə olan məşhur Deman düzünün adı ən ulu toponimlərdən olub, hun xaqanı, şöhrətli sərkərdə Metenin babası Teomanın adı ilə yaxından səsləşir. Bəzi mənbələrdə Teoman hətta Duman kimi də qeyd olunmuşdur... Mənbəyini Deman düzündən götürən Viləşçayın sol sahilindəki coğrafi adların, demək olar ki, əksəriyyəti təmiz türk mənşəli olub, yurdun qədim çağlarından xəbər verir. İlicur, Cərcəbil, Avaraq, Gilar, Bolqarçay, Moran belə toponimlərdəndir.
Şandor Demyan
Şandor Demyan (mac. Demján Sándor; 14 may 1943 – 26 mart 2018, Budapeşt) — Macarıstan sahibkarı, ölkənin ən varlı insanlarından idi. TriGránit şirkətinin rəhbəri olmuşdur. == Həyatı == Macarıstan krallığının Berven kommunasında (indiki Rumıniya) anadan olmuşdur. Sekellər subetnosundan olan atası 1940-cı ildə Macarıstana köçdü, ancaq II Dünya Müharibəsi zamanı öldürüldü. Dunay şvablarından olan anası müharibə köçkünü kimi Bervenə gəldi. 1965-ci ildə Demyan Budapeşt Ticarət və Turizm Kollecini bitirdi. Sonradan Gorsium ÁFÉSZ şirkətinin prezidenti oldu (1968–1973), 1973–1986-cı illərdə isə onların birgə müəssisəsinin həmsədri oldu. 1986–1990-cı illərdə Macarıstan Kredit Bankının təsisçilərindən biri və rəhbəri idi. 1990-cı ildən Mərkəzi Avropa İnkişaf Korporasiyasının təsisçisi və tərəfdaşı idi, 1991-ci ildə isə Mərkəzi Avropa İnvestisiya Şirkətinin rəhbəri oldu.
Cevriss Emane
Cevriss Emane (fr. Gévrise Émane 27 iyul 1982, Yaunde, Kamerun) — Kamerun əsilli Fransalı cüdoçu. 2012-ci il London Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı, üçqat dünya, beşqat Avropa çempionu. Karyerası ərzində 63 və 70 kiloqramadək çəki dərəcələrində çıxış edib. 2013-cü ildə Fransa dövləti tərəfindən "Xidmətlərə görə" ordeni ilə təltif olunub. == Cüdo karyerası == Emane 2005-ci ildə Misirin paytaxtı Qahirə şəhərində keçirilmiş dünya çempionatında (70 kq-a qədər çəki dərəcəsində) gümüş medal qazanıb, bu medal idmançının peşəkar səviyyədə qazandığı ilk uğur sayılır. 2006-cı ildə Finlandiyanın Tampere şəhərində təşkil olunmuş Avropa çempionatının finalında Almaniya cüdoçusu Hayde Vollert üzərində təmiz qələbə (ippon) qazanaraq ilk dəfə Avropa çempionu titulunu qazanıb. Emane dünya çempionu titulunu ilk dəfə 2007-ci ildə Rio-de-Janeyroda keçirilmiş cüdo üzrə dünya çempionatında qazanıb. O, həlledici görüşdə amerikalı Ronda Rauzini xal hesabı ilə məğlub edib. 2008-ci ildə Pekin Yay Olimpiya Oyunlarında ölkəsini 70 kq-a qədər çəki dərəcəsində təmsil edib.
Deman ekspedisiyası
Deman ekspedisiyası - 1908-ci ildə Rusiya İmperator Ordusu tərəfindən həyata keçirilmiş hərbi yürüş. Yürüşün məqsədi Şahsevən tayfalarının sərhəd bölgələrindəki kənd və postlara hücumlarının qarşısını almaq idi. == Zəmin == Türk tayfası olan Şahsevənlər İranın Azərbaycan əyalətində, onunla həmsərhəd olan Lənkəran, Cavad və Bakı qəzalarında yaşamaqda idilər. 1828-ci ildə Qacarlarla ruslar arasında imzalanmış Türkmənçay müqaviləsinə əsasən Şahsevənlərin ənənəvi köç etdikləri Muğan düzənliyi Rusiya hakimiyyəti altına verildi. Lakin Şahsevənlərə qışda özlərinin ənənəvi qışlaqlarına köçüb yaşamalarına da icazə verilmişdi. Tez-tez yaşanan sərhəd münaqişələri və soyğunçuluq nəticəsində Rusiya şahsevənlərin bu hüququnu 1884-cü ildə qadağan etdi. Bu addım da şahsevənlərin rus sərhədi boyunca yağma və hücumlarla məşğul olmasının qarşısını ala bilmədi. Bu proses 1905-ci ildə İranda Məşrutə hərəkatının başlaması ilə birlikdə daha da artmağa başladı. Şahsevənlərin nən güclü tirələrindən birinin xabı olan Məmməhqulu xan Alarski rusların Deman kəndindəki sərhəd-mühafizə postunun yaxınlığında bir bölgəni ələ keçirdi və orada Təzəqala adlı kənd saldırdı. Bundan əlavə olaraq, Məmmədqulu xan Alarskinin döyüşçüləri Şimali Azərbaycan ərazisindəki Perşambel camaatlığının kəndlərini yağmalayır, onların mal-qarasını oğurlayırdılar.
Demyan Bednıy adaları
Demyan Bednıy adaları — Şimal Torpağının qərb hissəsində (Rusiya) yerləşın adalar qrupu. Adalar Şimal Buzlu okeana daxil olan Kara dənizi suları ilə əhatələnir. İnzibati cəhətdən isə Krasnoyarsk diyarı Taymır Dolqan-Nenes rayonu ərazisinə daxildir. Adalar qrupunun tərkibinə 8 ada və ən azı beş adacıq daxildir. Onlar cənub-şərqdən şimal qərbə doğru 10 km məsafədə uzanır. Qrupun şərq nöqtəsini təşkil edən ada Komsomoles adasından Posadoçnaya çayının mənsəbindən 5 km şimalda yerləşir. Tərkibi (qərbdən şərqə): Kolobok — oval formaya malik və şimalında kiçik körfəzi olan ada. Ada 650 m uzunluğa malikdir. Şimal — elədə böyük olmayan qayadan ibatət olan ada. 800 metr uzunluğa malikdir.
Jan Fransua Demanj
Jan Fransua Demanj (1789–1839) — Peterburq universitetinin ərəb dili kafedrasının müdiri, filoloq. == Həyatı == Jan Fransua Demanj 1789-cu ildə anadan olmuşdu. Jan Fransua Demanj Parisdə ərəb dilini öyrənmişdi. İlk müəllimi Antuan İsaak Silvestr de Sasi olmuşdu. S. Uvarovun təşəbbüsü ilə Peterburq universitetinə ərəb dili müəllimi dəvət olunmuşdu. Jan Fransua Demanj 1839-cu ildə vəfat edib.
Şimal adası (Demyan Bednıy adaları)
Şimal adası — Sedov arxipelaqı qrupuna daxildir. İnzibati cəhətdən Krasnoyarsk diyarının Taymır Dolqan-Nenes rayonu ərazisində yerləşir. == Yerləşməsi == Kara dənizində, Demyan Bednıy adalarının şimalında yerləşir. Öz adınıda yerləşdiyi mövqeyi ilə əlaqədar almışdır. Komsomoles adasının 12,3 km şimal-qərbdə yerləşir. 550 m qərbdə Kolobok adası, 1 km-dən bir az artıq məsafədə Çervyak və Utyonok adaları yerləşir. Adalar su altı qumlu sayla bir-birinə birləşmişdir. == Təsviri == Ada uzunsov formaya malikdir. Uzunluğu 700 metrdir. Qərbində kiçik göl vardır.