Demyan Bednıy adaları — Şimal Torpağının qərb hissəsində (Rusiya) yerləşın adalar qrupu. Adalar Şimal Buzlu okeana daxil olan Kara dənizi suları ilə əhatələnir. İnzibati cəhətdən isə Krasnoyarsk diyarı Taymır Dolqan-Nenes rayonu ərazisinə daxildir.
Demyan Bednıy adaları | |
---|---|
rus. Острова Демьяна Бедного | |
Ümumi məlumatlar | |
Adaların sayı | 6 |
Ən böyük adası | Qolomyannıy adası |
Hündür nöqtəsi | 13 m |
Əhalisi | 0 nəfər (2014-cü il) |
Yerləşməsi | |
81°04′58″ şm. e. 93°27′08″ ş. u.HGYO | |
Ölkə | Rusiya |
Region |
|
Akvatoriya | |
|
Adalar qrupunun tərkibinə 8 ada və ən azı beş adacıq daxildir. Onlar cənub-şərqdən şimal qərbə doğru 10 km məsafədə uzanır. Qrupun şərq nöqtəsini təşkil edən ada Komsomoles adasından Posadoçnaya çayının mənsəbindən 5 km şimalda yerləşir.
Tərkibi (qərbdən şərqə):
Adaların uzunluğu 2 km keçmir. Ən hündür nöqtəsi isə 13 metrdir. Adalar öz arasında dayaz qumlu sayla birləşirlər. Adalar 19 may 1931-ci ildə SSRİ ekpedisiyası tərəfindən kəşf edilmişdir. Adaları Nikolay Urvansev və Georgi Uşakov araşdırmışdır. Onlar həm də Komsomoles adasın xəritəsini tərtib etmişdilər[1]. Qrup rus və sovet yazıçısı, şairi, publisisti və ictimai xadimi Demyan Bednıyın şərəfinə adlandırılmışdır.