Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Dərələyəz
Dərələyəz mahalı — Şərur-Dərələyəz tarixi vilayətinin dağlıq hissəsi. Dərələyəz (Xocalı) — Xocalı rayonunun tabeçiliyində yerləşir. 1992-ci il 14 fevral tarixində Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir. Dərələyəz (Göygöl) — Azərbaycan Respublikasının Göygöl rayonunun inzibati ərazi vahidində kənd. Dərələyəz (qəzet) — Azərbaycanda nəşr olunan qəzet.
Almalı (Dərələyəz)
Almalı — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indiki Keşişkənd (Yeğeqnadzor) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 14–16 km qərbdə, Elpin kəndinin şimalında yerləşir. Toponim almalı türk etnonimi əsasında formalaşmışdır. Etnotoponimdir. Quruluşca sadə toponimdir. == Əhalisi == Kənddə 1873 - cü ildə 172 nəfər, 1886-cı ildə 231 nəfər, 1897-ci ildə 277 nəfər, 1904 - cü ildə 313 nəfər, 1914- cü ildə 345 nəfər, 1916-cı ildə 360 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1918-ci ildə azərbaycanlılar erməni təcavüzünə məruz qalaraq deportasiya olunmuşdur. İndiki Ermənistanda Sovet hökuməti qurulandan sonra sağ qalanlar kəndlərinə dönə bilmişdir. Burada 1922- ci ildə 100 nəfər, 1926-cı ildə 94 nəfər, 1931-ci ildə 145 nəfər yalnız azərbaycanlı yaşamışdır . 1938-39-cu illərdə azərbaycanlılar kənddən köçürülərək 1939-cu ildə kənd ləğv edilmişdir.
Arpa (Dərələyəz)
Arpa — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indi Keşişkənd (Yeğeqnadzor) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 12 km cənub-şərqdə, Arpa çayının yanında yerləşir. Burada 1321-cı ildə tikilmiş qədim alban abidəsinin-məbədinin qalıqları indi də durur. Mənbələrdə Arpanyal, Arbanyal kimi də xatırlanır. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim Arpa türk şəxs adı əsasında formalaşmışdır. Görünür, sonralar tayfa adı kimi sabitləşmişdir. H.Mirzəyev toponimin türk tayfa adından əmələ gəldiyini göstərir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 10.IX.1946-cı il fərmanı ilə dəyişdirilib Areni qoyulmuşdur. == Əhalisi == Kənddə ermənilərlə yanaşı 1897-ci ildə 34 nəfər, 1926-cı ildə 15 nəfər azərbaycanlı yaşamışdır.
Axta (Dərələyəz)
Axta — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indi Paşalı (Əzizbəyov, Vayk) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 15 km cənub-şərqdə, Arpa çayının sol qolu olan Axtaçay dağ çayının sahilində yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə, Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim padar türk tayfasından olan axta etnonimi əsasında əmələ gəlmişdir. Quruluşca sadə toponimdir. == Əhalisi == Kənddə 1831-ci ildə 187 nəfər, 1873 - cü ildə 290 nəfər, 1886- cı ildə 304 nəfər, 1897-ci ildə 426 nəfər, 1904 - cü ildə 458 nəfər, 1914 - cü ildə 504 nəfər, 1916-cı ildə 463 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1918-ci ildə kənd sakinləri erməni təcavüzünə mə'ruz qalaraq deportasiya olunmuşlar. Yalnız indiki Ermənistanda sovet hökuməti qurulandan sonra sağ qalanlar ata-baba yurdlarına dönə bilmişdir. Burada 1922-ci ildə 129 nəfər, 1926-cı ildə 128 nəfər, 1931-ci ildə 199 nəfər,, 1939 - cu ildə 268 nəfər, 1959 - cu ildə 202 nəfər, 1970-ci il də 379 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1988-ci ilin noyabr ayında kənd sakinləri azərbaycanlılar Ermənistan dövləti tərəfindən tarixi-etnik torpaqlarından deportasiya olunmuşlar.
Ağkənd (Dərələyəz)
Ağkənd — Qərbi Azərbaycanın Dərələyəz mahalının Keşişkənd rayonunda bir kənd. == Tarixi == Kəndin əhalisi 1918-ci ilə qədər yalnız türklərdən və azərbaycanlılardan ibarət olmuşdur. 1918-ci ildə kəndin əhalisi ermənilər tərəfindən kənddən qovulmuşdur. Sovet hökuməti qurulduqdan sonra, 1922-ci ildə əhalinin bir hissəsi geri qayıtmış və kənddə ermənilərlə qarışıq yaşamışlar. Ağkəndə ilk erməni ailələri (ilkin olaraq 172 nəfər) 1922–1925-ci illərdə məskunlaşmağa başlayıblar. XX əsrin 30-cu illərində kəndin azərbaycanlı əhalisi sıxışdırılıb çıxarılmışdır. 1966-cı ildə kənd ermənicə Aşotavan adlandırılmışdır. Bəzi mənbələrə görə kəndin keçmiş adı Əxikənd olmuşdur, == Əhalisi == 2001-ci ildə Ermənistan hökuməti tərəfindən həyata keçirilən siyahıyalmanın nəticələrinə görə kənddə 449 nəfər yaşayır. Hal-hazırda kəndin bütün əhalisi buraya sonradan gəlmiş ermənilərdən ibarətdir. == İqtisadiyyatı == == Tarixi abidələri == Kəndin yaxınlığında 14-cü əsrdə tikilmiş Səlim karvansarası yerləşir.
Ağsu (Dərələyəz)
Ağsu - İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indiki Keşişkənd (Yeğeqnadzor) rayonu ərazisində kənd. == Tarixi == Toponim «keyfiyyətli, içməyə yararlı» mənasında işlənən ağ sözü ilə qədim türk dilində «çay» mənasında işlənən su (əsli sub) sözündən əmələ gəlmişdir. Hidrotoponimdir. Quruluşca mürəkkəb toponimdir. == Əhalisi == Burada 1829 - cu ildə 41 nəfər, 1879 - cu ildə 71 nəfər azərbaycanlı yaşamışdır. XIX əsrin axırlarında kənd ləğv edilmişdir. İndi xaraba kənddir.
Ağyar (Dərələyəz)
Ağyar — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indi Keşişkənd (Yeğeqnadzor) rayonunda kənd. == Tarixi == Kəndin ilkin adı Əyar olmuşdur. Rayon mərkəzindən 3 km cənub-şərqdə, Arpaçayın sahilində yerləşir. XIII əsrdə Amağu məbədinin tabeliyində olmuşdur. İlk dəfə XII-XIII əsrlərdə adı çəkilmişdir. Toponim «öz təşkilatı olan və varlılar hesabına kasıblara kömək edən şəhər yoxsullarından ibarət təbəqə» mənasında işlənən əyar sözü əsasında formalaşmışdır. Nəsil adı bildirir. Patronim toponimdir. Quruluşca sadə toponimdir. Erm.
Başkənd (Dərələyəz)
Başkənd — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indi Keşişkənd (Yeğeqnadzor) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 3 km məsafədə, Arpaçayın sağ axarında, Başkəndçayın sahilində yerələşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. == Toponimi == Toponim Azərbaycan dilində "böyük, əsas" mənasında işlənən baş sözü ilə kənd coğrafi nomeni əsasında əmələ gəlmişdir. Relyef əsasında yaranan mürəkkəb quruluşlu toponimdir. Ermənistan SSR Ali Sovetinin Rəyasət Heyətinin 10.IX.1946-cı il fərmanı ilə adı dəyişdirilib Vernaşen (Başkənd) qoyulmuşdur. 1728-ci ildən mə'lumdur. XIX əsrin 70-ci illərində Azərbaycan türkləri sıxışdırılıb çıxarılmışdır. 1886-cı ildə kəndin əhalisi erməni idi. 1946-cı ildə kənd ermənicə Vernaşen adlandırılmışdır.
Bulaqlar (Dərələyəz)
Bulaqlar — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indi Paşalı (Əzizbəyov, Vayk) rayonunda kənd. == Tarixi == Bulaqlar kəndi rayondakı Herher kəndindən 4 km cənubda, Herher çayının sahilində yerləşirdi. Kənd dərədə çoxlu bulaq olan yerdə salındığı üçün Bulaqlar adlandırılmışdır. Hidrotoponimdir. Quruluşca düzəltmə toponimdir. == Əhalisi == Kənddə 1873 - cü ildə 68 nəfər, 1886-cı ildə 92 nəfər, 1897-ci ildə 149 nəfər, 1904 - cü ildə 132 nəfər, 1914 - cü ildə 145 nəfər, 1916-cı ildə 151 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1918-ci ildə kənd erməni təcavüzünə məruz qalaraq deportasiya olunmuşdur. Yalnız Ermənistanda sovet hökuməti qurulandan sonra sağ qalan kənd sakinləri ata-baba yurdlarına dönə bilmişdir. Burada 1922-ci ildə 29 nəfər, 1926-cı 40 nəfər, 1931-ci ildə 63 nəfər yalnız azərbaycanlı yaşamışdır. SSRİ Nazirlər Sovetinin xüsusi qərarı ilə kənd sakinləri 1948-49-cu illərdə zorla Azərbaycana köçürülmüşdür.
Dərələyəz (Göygöl)
Dərələyəz — Azərbaycan Respublikasının Göygöl rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == == Toponimikası == Dərələyəz oyk. Göygöl rayonunun eyni adlı i.ə.v-də kənd. Gəncə-Qazax düzənliyindədir. Bu adda Xocalı rayonunda da kənd qeydə alınmışdır. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 24 nəfər əhali yaşayır.
Dərələyəz (Xocalı)
Dərələyəz kəndi — Xocalı rayonunun tabeçiliyində yerləşir. 1992-ci il 14 fevral tarixində Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir. İşğal zamanı kənd 4 şəhid vermişdir. 19 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nəzarətinə qaytarılmışdır. == Tarixi == Dərələyəz kəndinin ərazisi Xocalıdan 1 km aralıda, Xankəndi aeroportu yaxınlığında yerləşir. Kəndin əsası 1954-cü ildə qoyulub. O zaman Xocalı rayonu mövcud olmadığı üçün kənd 1988-ci ilə qədər Xankəndi şəhərinin tabeçiliyində olub. 1947-1954-cü illərdə ermənilər tərəfindən Qərbi Azərbaycandan on minlərlə soydaşımız öz doğma yurdlarından didərgin olurlar. Onların bir hissəsi yaşamaq üçün Dağlıq Qarabağa pənah gətirmişdilər. Xankəndi Xalq Sovetinin təsdiqindən sonra, onlar üçün hazırkı Dərələyəz kəndinin ərazisində 120 ev inşa edilir.
Dərələyəz mahalı
Dərələyəz mahalı — Şərur-Dərələyəz tarixi vilayətinin dağlıq hissəsini təşkil edir. == Tarixi == Mahal şimalda Basarkeçər yaylası, şərqdə Zəngəzur silsiləsi, cənubda Ələyəz dağları, qərbdə isə Səlim aşırımı yerləşən hündür dağlarla əhatə olunmuşdur. Ümumi sahəsi 2304 kv.km-dir. Ən qədim dövrlərdən azərbaycanlıların məskunlaşdığı Dərələyəz-Ələyəz dərəsi toponimi orta əsrlərdə inzibati-ərazi bölgüsü mənasında işlənməklə, geniş ərazini əhatə emişdir. XVIII əsrin əvvəlində Osmanlı dövlətinin idarəsi altında olmuş Naxçıvan sancağının 14 nahiyəsindən biri də Dərələyəz idi. Bu dövrdə Dərələyəz nahiyəsi 102 kəndi əhatə edirdi. Xalq bölgüsünə görə, 3 hissəyə ayrılırdı: Şərqi Dərələyəz, Qərbi Dərələyəz və Şərurun dağlıq hissəsi. Türkmənçay müqaviləsindən (1828) sonra Rusiyanın tərkibinə daxil edilən Dərələyəz bölgəsi İran və Türkiyədən buraya köçürülən ermənilərin hesabına etnodemoqrafik dəyşikliklərə məruz qalmışdır. Köçürmələrə qədər bölgədəki ailələrin 94,1%-ni azərbaycanlılar, 5,8%-ni ermənilər təşkil edirdisə, köçürmələrdən sonra erməni ailələri 25,8%-ə çatmışdır. 1870-ci ildə Dərələyəz İrəvan quberniyasının tərkibndə yaradılan Şərur-Dərələyəz qəzasına daxil edilmişdir.
Dərələyəz nahiyəsi
Dərələyəz nahiyəsİ —XVI əsrdə Səfəvilər dövlətinin Azərbaycan bəylərbəyliyinin tərkibinə daxil olduğu dövrdə Naxçıvan ölkəsinin tərkibinə daxil olan nahiyələrdən biri. Naxçıvanın tərkibində inzibati ərazi vahidi kimi bu dövrdən başlayaraq adı tez-tez mənbələrdə çəkilən Dərələyəz nahiyəsi şimalda Basarkeçər yaylası, şərqdə Zəngəzur silsiləsi, cənubda Ələyəz dağları, qərbdə isə Səlim aşırımı yerləşən hündür dağlarla əhatə olunmuşdu. Bu sərhədlər daxilində hesablanan zaman məlum olur ki, bəhs etdiyimiz dövrdə Naxçıvan ölkəsinin Dərələyəz nahiyəsinin ərazisi, təqribən, 1607 kvadratkilometr olmuşdur. == Toponimin mənası == Bu dövrdən sonra mənbələrdə adı tez-tez çəkilən “Dərələyəz” və ya “Dərə-alagöz” toponimin mənası ilə bağlı məsələni aydınlaşdırmaqda fikrimizcə fayda vardır. K.N.Smirnov topladığı müxtəlif yerli materiallar və tarixi əsərlərə əsaslanmaqla toponimin mənasını izah edərkən onun “dərə” və “ələyəz” sözlərinin birləşməsindən yarandığını qeyd etmiş və mənasının “ələyəz adlanan bitkinin bitdiyi dərə” mənasında olduğunu yazmışdır Lakin ərazinin adını sadəcə bir bitkidən alması o qədər də inandırıcı fakt deyildir. AMEA-nın müxbir üzvü A.Bağırov sözün sadəcə iki komponentdən ibarət olduğunu qeyd etmiş, lakin “ələyəz” və yaxud “alagöz” kimi qeyd olunan ikinci komponent barədə məlumat verməmişdir. Professor H.Mirzəyev “Ələyəz” sözünün oğuzlarla bağlı etnonim olduğunu qeyd etmişdir . Tədqiqatçı İ.Bayramov da bu sözün alagöz türk tayfası ilə bağlı etnonim olduğu qənaətinə gəlmişdir. Alagöz tayfasının türkmənşəli tayfalardan biri olması barədə qeydlər türk tədqiqatçısı Necdet Sevinçin əsərlərində də qeyd edilmişdir. Tarix üzrə fəlsəfə doktoru Elnur Kəlbizadənin fikrincə də Dərələyəz sözünün tarixən bu ərazidə məskunlaşmış türk tayfalarından biri olan alagözlərlə bağlı olması ehtimalı daha güclüdür.
Dərələyəz rayonu
Dərələyəz rayonu — Ermənistan SSR–də, 1930–1931–ci illərdə mövcud olmuş inzibati ərazi vahidi. İnzibati mərkəzi Keşişkənd kəndi idi. Rayon 9 sentyabr 1930–cu ildə təşkil edilmişdi. Rayonda 15 noyabr 1930–cu il vəziyyətinə görə 41 kənd sovetliyi yerləşirdi. Rayon 15 oktyabr 1931–ci ildə ləğv edildi, onun yerində isə Keşişkənd və Əzizbəyov rayonları təşkil edildi.
Dərələyəz silsiləsi
Dərələyəz silsiləsi – Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikası ərazisindədir. Ermənistan ilə Naxçıvan sərhədi boyu qərb, şimal-qərbdən şərq istiqamətində uzanır. Arpaçay ilə Naxçıvançay arasında yerləşir. Bu silsilə Gəlinqaya (2800 m-ə yaxın) dağının qərb hissəsindən başlayaraq, Biçənək aşırımına qədər uzanır. Zəngəzur silsiləsilə birləşir. Uzunluğu 70 km, ən hündür zirvəsi Küküdağdır (3120 m). == Geoloji quruluşu == Silsilənin qərb hissəsi Paleozoy və Mezozoyun çökmə süxurlarından (əhəngdaşı, qumdaşı, kvarsit, şist və s.) ibarətdir. Daha çox üst təbaşir və trias sistemi fasiyaları üstünlük təşkil edir. Şərq hissəsi Paleogenin çökmə vulkanogen süxurlarından və Neogen lavalarından ibarətdir. == Coğrafiyası == Silsilənin qərbində Gəlinqaya dağından cənuba doğru uzanan tirənin üzərində Qaraqurt (2500 m) zirvəsi ucalır.
Gomur (Dərələyəz)
Gomur — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indiki Paşalı (Əzizbəyov, Vayk) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 14 km cənub-şərqdə, Arpaçayın sol qolu olan Axtaçayın sahilində yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə Kömür kimi qeyd edilmişdir. Kəndin qədim adı erməni mənbələrində Gomer fonetik formasında qeyd edilir və ilk dəfə XIII əsrdən xatırlanır. Kəndin adı həm də Gyumur, Gomk, Axta yuxarı formalarında göstərilmişdir. Toponım qədım türk dilində. «dag başında dar, yarğanlı uçurum yer»mənasında işlənən komür sözündən əmələ gəlmişdir. Orotoponimdir. Quruluşca sadə toponimdir. Ermənistan prezidentinin 19.
Horadiz (Dərələyəz)
Horadiz və ya Qaradüz — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indiki Paşalı (Əzizbəyov, Vayk) rayonu ərazisində kənd. == Tarixi == Rayon mərkəzindən 12 km cənub-şərqdə, Ağxaç kəndinin yaxınlığında yerləşirdi.
Moz (Dərələyəz)
Moz, Mozrov — İrəvan quberinyasının Şərur-Dərələyəz qəzasında, indiki Keşişkənd (Yeğeqnadzor) rayonunda kənd.(133, 76) == Tarixi == Moz kəndi Arpa çayının cənub qolu boyu Keşkənddən Əzizbəyova (Soylana, Paşalıya) və İstisuya (Cermuxa) gedən şose yolunun üstündə yerləşir. 1728-ci ildə tərtib edilmiş "İrəvan əyalətinin icmal dəftəri"ndə Mor kimi qeyd edilmişdir. Toponimdə r~z səsdəyişməsi baş vermişdir ki, bu da Azərbaycan dilində qanunauyğun haldır. Erməni mənbələrində Mozrov formasında da qeyd edilir. == Toponimi == Toponim qədim türk dilində "ağ, çal, boz, bozumtul" mənasında işələnən moz sözündən əmələ gəlmişdir. Görünür, kəndin yerləşdiyi ərazinin torpağı boz, bozumtul rəngdə olmuşdur. Moz sözü böz sözünün fonetik formasıdır. Türk dillərində b~m səsəvəzlənməsi də qanunauyğundur: bən~mən, buna-muna və s. Ona görə də kəndə relyefə uyğun olaraq Moz adı verilmişdir. Quruluşca sadə toponimdir.
Qalasar (Dərələyəz)
Qalasar — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indi Keşişkənd (Yeğeqnadzor) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 27 km məsafədə, Aysəsi dərəsinin qərbində yerləşir. 1988-ci ildə kəndin əhalisi Azərbaycana qovulmuşdur. Əsli Qalahasar. Kəndin yaxınlığındakı siklopik qalaçanın adındandır. Ermənistan ərazisində çoxlu miqdarda yaşayış məntəqə adlarında е.əv. III–II minilliklərə aid olan tsiklopik tikintilərin xalq arasında ifadəsi olan "qalaca", "qalacıq", "hasar" sözləri vardır. Azərbaycanda Qazax, Qubadlı, Kəlbəcər, Tovuz, Xanlar, Şərur və b. rayonların ərazilərində də 120-yə qədər kobud yonulmuş, dördkünc formalı nəhəng daşlardan hörgü tikintilər vardır. Bax: Hisar.
Qaraqaya (Dərələyəz)
Qaraqaya - İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indi Keşişkənd (Yeğeqnadzor) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 17 km şimal-şərqdə, Erdəpin kəndinin yaxınlığında yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim Azərbaycan dilində rəng mənasında işlənən qara sözü ilə «dağ» mənasında işlənən qaya sözündən əmələ gəlmişdir. Orotoponimdir. Quruluşca mürəkkəb toponimdir. == Əhalisi == Kənddə 1873 - cü ildə 141 nəfər, 1886-cı ildə 214 nəfər, 1897-ci ildə 259 nəfər, 1904 - cü ildə 177 nəfər, 1914 - cü ildə 194 nəfər, 1916-cı ildə 303 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1918-ci ildə kəndin sakinləri erməni təcavüzünə məruz qalaraq deportasiya olunmuşdur. İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra sağ qalan sakinləri ata-baba yurdlarına dönə bilmişdir. Burada 1922-ci ildə 193 nəfər, 1926-cı ildə 97 nəfər, 1931-ci ildə 140 nəfər, 1987-ci ildə 400 nəfər yalnız azərbaycanlı yaşamışdır.
Qovuşuq (Dərələyəz)
Qovuşuq — Dərələyəz mahalında kənd. == Tarixi == Qovuşuq - İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indiki Keşişkənd (Yeğeqnadzor) rayonunda kənd. Rayon mərkəzindən 10 km şimal-şərqdə, Alagöz çayının sahilində yerləşir. Qafqazın 5 verstlik xəritəsində Qovşuq, erməni mənbələrində Qavuşuq, Kavuşuq formasında qeyd edilmişdir. Tarixi mənbələrdə X əsrdən adı çəkilir və XVII əsrdə yenidən bərpa edilmişdir. Kənddə 1831-ci ildə 96 nəfər, 1873-cü ildə 158 nəfər, 1886-cı ildə 190 nəfər, 1897-ci ildə 232 nəfər, 1904-cü ildə 172 nəfər, 1914-cü ildə 190 nəfər, 1916-cı ildə 376 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1918-ci ildə kənd əhalisi erməni təcavüzünə məruz qalaraq deportasiya olunmuşdur. İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra sağ qalan kənd sakinləri öz evlərinə dönə bilmişdir. Burada 1922-ci ildə 138 nəfər, 1926-cı ildə 260 nəfər, 1931-ci ildə 325 nəfər, 1987-ci ildə 800 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1988-ci ilin noyabr ayının axırlarında Qovuşuq kəndinin sakinləri Ermənistan dövləti tərəfindən zorla ata-baba torpaqlarından deportasiya olunmuşdur.
Qurdqulaq (Dərələyəz)
Qurdqulaq, Boloraberd — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indi Keşişkənd (Yeğaqnadzor) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 4–5 km məsafədə, Arpaçayın sol qolu olan Qurdqulaq çayının sahilində yerləşir. 1950-ci ildə əhalisi Azərbaycana köçürüldükdən sonra kənd ləğv edilmişdir. Azərbaycan dilində qurd (canavar) və türk dillərində kulak "dərə", "çuxur", "çökək" (bax: Qulaqsız) sözlərindən ibarətdir. XIX əsrdə Kars əyalətində Kürd-kulax dağ adı ilə mənaca eynidir. == Toponimi == Toponim qurt //qurd türk etnoniminə "dərə, təpələr arasında düzənlik, təpə, yüksəklik" mənasında işlənən qulaq (kulak) sözünün birləşməsindən əmələ gəlmişdir. "Qurd tayfasına mənsub dərə, təpə yanındakı kənd" mənasını ifadə edir. Etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir. Ermənistan SSR Ali Sovet Rəyasət Heyətinin 10.XI.1946-cı il fərmanı ilə adı dəyişdirilib Boloraberd (Qurd qala) qoyulmuşdur.
Quşçu (Dərələyəz)
Quşçu — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indiki Paşalı (Əzizbəyov, Vayk) rayonunda kənd. == Tarixi == Arpaçayın sol sahilində yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə Quşçu xarabası kimi, Qafqazın 5 verstlik xəritəsində Quşi formasında qeyd edilmişdir. Toponim qədim quşçu türk etnonimi əsasında yaranmışdır. Etnotoponimdir. Quruluşca sadə toponimdir. Ermənistan SSR Ali Sovetinin 12.11.1946-cı il fərmanı ilə adı dəyişdirilərək Keçud qoyulmuşdur. == Əhalisi == Kənddə 1897-ci ildə 631 nəfər, 1926-cı ildə 3 nəfər azərbaycanlı yaşamışdır. Azərbaycanlılar ərazidən 1905-1906-cı illərdə kütləvi surətdə deportasiya olunmuşdur.
Qızılgül (Dərələyəz)
Qızılgül kəndi (Aysəsi, indi Areta) — Dərələyəz mahalında kənd. == Tarixi == Ayısəsi İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indi Keşişkənd (Yeğeqnadzor) rayonunda kənd. Rayon mərkəzindən 20 km şimal-şərqdə yerləşir. Erməni mənbələrində kəndin adı Aysəs, Aysayi, Aysası formalarında qeydə alınmışdır. Kəndin adı IX əsrdən xatırlanır. Kənddə 1873-cü ildə 219 nəfər, 1886-cı ildə 313 nəfər, 1897-ci ildə 311 nəfər, 1904-cü ildə 412 nəfər, 1914-cü ildə 453 nəfər, 1916-cı ildə 336 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1918-ci ildə azərbaycanlılar erməni təcavüzünə məruz qalaraq deportasiya olunmuş və yalnız indiki Ermənistanda sovet hökuməti qurulandan sonra kəndin sakinlərindən sağ qalanlar ata-baba yurdlarına dönə bilmişdir. Burada 1922-ci ildə 254 nəfər, 1926-cı ildə 181 nəfər, 1931-ci ildə 288 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1988-ci ildə kəndin sakinləri Ermənistan dövləti tərəfindən deportasiya olunmuşdur. İndi ermənilər yaşayır.
Sultanbəy (Dərələyəz)
Sultanbəy - İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indiki Paşalı (Əzizbəyov , Vayk) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 20 km cənub-şərqdə yerləşir. Kənd Sultan adlı bəy tərəfindən salındığı üçün «Sultanbəy kəndi» adlanmışdır. Toponim şəxs adı əsasında əmələ gələn antropotoponimdir. Quruluşca sadə toponimdir. 1920-ci ildə Azərbaycanda bolşevik hakimiyyəti qurulduqdan sonra 1921-ci ildə təsis edilmiş inzibati ərazi bölgüsünə görə Naxçıvan qəzasının Cəhri rayonunun tərkibində olan 20 kənddən biri də Sultanbəy kəndi olmuşdur. ZSFSR MİK-nin qərarı ilə 1929-cu il fevralın 18-də Naxçıvana məxsus bir sıra torpaqlar - Şərur qəzasının Qurdqulaq, Xaçik, Horadiz, Naxçıvan qəzası Şahbuz nahiyəsinin Oğbin, Ağxəç, Almalı, İtqıran, Sultanbəy kəndləri, Ordubad qəza¬sının Qarçevan kəndi və Kilit kənd torpaqlarının bir hissəsi, həmçinin həmin vaxt Zəngilan rayonunun Nüvədi, Ernəzir, Tuqut kəndləri, Sovet hökumətinin məqsədyönlü siyasəti sayəsində Ermənistan SSR-ə verildi Erm. SSR AS RH-nin 3.l. 1935-ci il fərmanı ilə adı dəyişdirilib Bartsiruni qoyulmuşdur. == Əhalisi == 1828-ci ilə kimi azərbaycanlılar yaşamışdır.