Almalı — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indiki Keşişkənd (Yeğeqnadzor) rayonunda kənd.[1]
kənd | |
Almalı | |
---|---|
39°50′02″ şm. e. 45°06′59″ ş. u.HGYO | |
Ölkə | Ermənistan |
Region | Dərələyəz mahalı |
Rayon | Keşişkənd rayonu |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | UTC+4 |
Rayon mərkəzindən 14–16 km qərbdə, Elpin kəndinin şimalında yerləşir.
Toponim almalı türk etnonimi[2] əsasında formalaşmışdır. Etnotoponimdir. Quruluşca sadə toponimdir.
Kənddə 1873 - cü ildə 172 nəfər, 1886-cı ildə 231 nəfər, 1897-ci ildə 277 nəfər, 1904 - cü ildə 313 nəfər, 1914- cü ildə 345 nəfər, 1916-cı ildə 360 nəfər yalnız azərbaycanlı yaşamışdır[3].
1918-ci ildə azərbaycanlılar erməni təcavüzünə məruz qalaraq deportasiya olunmuşdur. İndiki Ermənistanda Sovet hökuməti qurulandan sonra sağ qalanlar kəndlərinə dönə bilmişdir. Burada 1922- ci ildə 100 nəfər, 1926-cı ildə 94 nəfər, 1931-ci ildə 145 nəfər yalnız azərbaycanlı yaşamışdır [4].
1938-39-cu illərdə azərbaycanlılar kənddən köçürülərək 1939-cu ildə kənd ləğv edilmişdir.
İndi xaraba kənddir.