Qurdqulaq (Dərələyəz)

Qurdqulaq, Boloraberd — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indi Keşişkənd (Yeğaqnadzor) rayonunda kənd.[1][2]

kənd
Qurdqulaq
39°40′06″ şm. e. 45°20′40″ ş. u.
Ölkə  Ermənistan
Region Dərələyəz mahalı
Rayon Keşişkənd rayonu
Tarixi və coğrafiyası
Saat qurşağı UTC+4
Xəritəni göstər/gizlə
Qurdqulaq xəritədə
Qurdqulaq
Qurdqulaq

Rayon mərkəzindən 4–5 km məsafədə, Arpaçayın sol qolu olan Qurdqulaq çayının sahilində yerləşir. 1950-ci ildə əhalisi Azərbaycana köçürüldükdən sonra kənd ləğv edilmişdir. Azərbaycan dilində qurd (canavar) və türk dillərində kulak "dərə", "çuxur", "çökək" (bax: Qulaqsız) sözlərindən ibarətdir. XIX əsrdə Kars əyalətində Kürd-kulax dağ[3][4] adı ilə mənaca eynidir. [5]

Toponim qurt //qurd türk etnoniminə[6] "dərə, təpələr arasında düzənlik, təpə, yüksəklik" mənasında işlənən qulaq (kulak) sözünün[7] birləşməsindən əmələ gəlmişdir. "Qurd tayfasına mənsub dərə, təpə yanındakı kənd" mənasını ifadə edir. Etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir. Ermənistan SSR Ali Sovet Rəyasət Heyətinin 10.XI.1946-cı il fərmanı ilə adı dəyişdirilib Boloraberd (Qurd qala) qoyulmuşdur. XX əsrin əvvəllərinə aid mənbədə Kürd Kulaq kimidir[8][9]1946-cı ildə kənd ermənicə Belorabert adlandırılmışdır.

Kənddə 1873-cü ildə 336 nəfər, 1886-cı ildə 379 nəfər, 1897-ci ildə 470 nəfər, 1904-cü ildə 690 nəfər, 1914-cü ildə 760 nəfər, 1916-cı ildə 581 nəfər yalnız azərbaycanlı yaşamışdır[10]. 1918-ci ildə kənd ermənilərin təcavüzünə məruz qalmış, sakinləri isə deportasiya olunmuşdur. Yalnız indiki Ermənistanda sovet hökuməti qurulandan sonra onlar öz kəndlərinə qayıda bilmişlər. Burada 1922-ci ildə 64 nəfər azərbaycanlı, 248 erməni, 1931-ci ildə 66 nəfər azərbaycanlı, 301 erməni yaşamışdır[10]. Göründüyü kimi, ermənilər buraya 1922-ci ildən sonra, daha doğrusu 1923–25-ci illərdə köçürülmüşdür.

  1. İbrahim Bayramov, "Qərbi Azərbaycanın türk mənşəli toponimləri" Arxivləşdirilib 2015-07-21 at the Wayback Machine, Bakı, "Elm", 2002. ISBN 5-8066-1452-2
  2. Шопен И. Исторический памятник состояния Армянской области в эпоху ее присоединения к Российской империи. Спб., 1852.
  3. Пагирев Д.Д. Алфавитный указатель к пятиверстной карте Кавказа. Тифлис, 1913.
  4. Симокатта Феофилакт. История. М., 1957.
  5. Будагов, Б. Ә.; Гејбуллајев, Г. Ә. Гурдгулаг // Ермәнистанда Азәрбајҹан мәншәли топонимләрин изаһлы лүғәти. Бакы: Оғуз ели. 1998. 452 с.
  6. Гейбуллаев Г.А. Топонимия Азербайджана (историкоэтнографическое исследование), Баку, "Элм", 1986. s.61
  7. Мурзаев Э.М. Словарь народных географических терминов, М., "Мысль", 1984. s.310–311
  8. Пагирев Д.Д. Алфавитный указатель к пятиверстной карте Кавказа. Тифлис, 1913.
  9. Тревер К.В. Очерки по истории и культуры Кавказской Албании. М. -Л., 1959.
  10. 1 2 Qorqodyan Z. 1831–1931-ci illərdə Sovet Ermənistanının əhalisi, (erməni dilində). İrəvan, "Melkonyan fond", 1932. s.92–93, 162–163