Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Addax
Addaks (lat. Addax nasomaculatus) — cütdırnaqlılar dəstəsinin boşbuynuzlular fəsiləsinin addax cinsinə aid heyvan növü.
Daday
Daday — Kastamonu ilinin şimal-qərbində iştirak edən bir ilçə.
Dadaş
Dadaş və ya Qardaş, bir ata-anadan, yaxud yalnız bir atadan və ya bir anadan olan oğulların bir-birinə, yaxud bacısına nisbətən hər biri. Bir və ya daha çox valideynləri digərləri ilə bölüşən kişi və ya oğlan.
Dadav Moqamedov
Dadav Moqamedov (1863, Xumtorqala[d] – 1926, Xumtorqala[d]) — qumuq xalq şairi və ağac-kumuzda ifaçısı. Dağıstanın ilk xalq şairi. Metal və ağac üzrə usta. 1905-ci il kəndli hərəkatının fəal iştirakçısı; Vətəndaş Müharibəsi dövründə inqilabi partizan; Dağıstanda ilk kənd müxbiri. Milliyyətcə qumuqdur. == Bioqrafiya == Gənc yaşlarından Magomedov xalq şairi-improvizatoru və agaç-kumuzda mahnı ifaçısı kimi tanınırdı. Üstəlik erkən yaşlarından nadir metal və ağac ustası kimi tanınmışdır. Mahnılarını inqilabı tərənmüm etməsi səbəbindən kəndlilər, xüsusilə də gənclər arasında məşhur idi. Dadav 1905-ci il inqilabı ərəfəsində kəndli hərəkatında fəal iştirak etmişdir. 1917-ci ildə Maqomedov inqilabçı döyüşçülərin önündə gedirdi.
Dadaş Asanov
Dadaş Mirzə oğlu Asanov (15 yanvar 1930, Culfa, Naxçıvan MSSR) — Azərbaycan inşaatçı-mühəndisi və dövlət xadimi, Azərbaycan Dövlət Tikinti və Arxitektura Komitəsinin sədri (1989–1993), Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini (1982–1989), Azərbaycan SSR kənd tikintisi naziri (1978–1982), Azərbaycan SSR avtomobil yollarının tikintisi və istismarı naziri (1973–1978), Azərbaycan SSR əməkdar mühəndisi. == Həyatı == Dadaş Mirzə oğlu Asanov 1930-cu il yanvarın 15-də Naxçıvan MSSR Culfa şəhərində qulluqçu ailəsində anadan olmuşdur. 1948-ci ildə Bakıdakı 171 saylı orta bitirdikdən sonra Moskva Polad İnstitutuna daxil olmuş və öz istəyi ilə 1952-ci ildə Moskva Yeyinti Sənayesinin Texnologiya İnstitutuna köçürülmüşdür. 1955-ci ildə həmin institutunun tikinti şöbəsini bitirərək inşaatçı-mühəndis ixtisasına yiyələnmişdir. Dadaş Asanov əmək fəaliyyətinə 1955-ci ilin əvvəllərində Bakıdakı 4 saylı tikinti trestinin 41 nömrəli tikinti idarəsində briqadirlikdən başlamışdır. 4 il ərzində briqadir, iş icraçısı, baş iş icraçısı işləmiş, 1959-cu ilin mart ayında həmin trestin 4 nömrəli Dəmir-Beton Məmulatları Zavodunun baş mühəndisi vəzifəsinə təyin edilmişdir. 1962-ci ilin yanvar ayından Dəmir-Beton Məmulatları trestinin baş mühəndisi olmuşdur. Dadaş Asanov 1966-cı ilin iyun ayından 1973-cü ilin noyabr ayınadək Azərbaycan SSR kənd tikintisi nazirinin müavini və birinci müavini olmuşdur. 1973–1978-ci illərdə Azərbaycan SSR avtomobil yollarının tikintisi və istismarı naziri, 1978–1982-ci illərdə Azərbaycan SSR kənd tikintisi naziri vəzifələrində işləmişdir. 1982-ci ildə Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini təyin edilmiş, 1989-cu ilədək bu vəzifədə çalışmışdır.
Dadaş Bünyadzadə
Dadaş Xocabəy oğlu Bünyadzadə (8 aprel 1888, Fatmayı, Bakı qəzası – 21 aprel 1938, Kommunarka poliqonu[d], Moskva vilayəti) — Azərbaycan SSR dövlət xadimi, Azərbaycanın SSR-in ilk maarif komissarı, 1930–1932-ci illərdə Azərbaycan SSR Xalq Komissarları Sovetinin Sovetinin sədri, repressiya qurbanı partiya və dövlət xadimi Mahmud Bünyadzadənin əmisi oğlu. == Həyatı == 1888-ci ildə Bakı qəzasının Fatmayı kəndində yoxsul kəndli ailəsində anadan olmuşdur. İlk təhsilini kənd məktəbində (mollaxanada) almış, sonra isə bir il Bakıda rus-tatar məktəbində oxumuşdur. Ailəsinin ağır vəziyyəti Dadaş Bünyadzadəni təhsilini davam etdirməyə imkan vermir. O, kiçik yaşlarından əmək fəaliyyətinə başlamışdır. O, bir müddət Bakı daş karxanalarının birində arabaçı işləmişdir. 1904-cü ildə Hacı Zeynalabdin Tağıyevin toxuculuq fabrikində, 1905–1908-ci illərdə isə dəmirçixanada şagird, çəkicvuran işləmişdir. O, bu dövrdən Azərbaycan zəhmətkeşlərinin inqilabi mübarizəsində fəal iştirak etməyə başlamışdır. O, fəhləlik etməklə yanaşı təhsilini davam etdirməyi də unutmurdu. 1907-ci ildə "Nicat" cəmiyyətinin açdığı cümə günləri kursunda oxumağa başlamış, 1908-ci ildə isə 8 aylıq türk pedaqoji (axşam) kursunu bitirmişdir.
Dadaş Dadaşov
Ağadadaş Hacıbala oğlu Dadaşov (30 avqust 1935, Bakı) — bəstəkar, tarzən, Azərbaycan Respublikasının xalq artisti (2008). == Həyatı == 1950–1954-cü illərdə Asəf Zeynallı adına Orta ixtisas musiqi məktəbində tar ifaçısı kimi püxtələşərək, tanınmış pedaqoq, bir sıra mahnı və pyeslərin müəllifi Adil Gərayın tar məktəbini keçir. Dadaş Dadaşov məktəbdə oxuduğu illərdə ən istedadlı tar ifaçıları sırasında olmuş, 1963-cü ilədək Azərbaycan Televiziya və Radio Komitəsi nəzdindəki Xalq Çalğı Alətləri Orkestrində fəaliyyət göstərmişdir. 1958–1963-cü illərdə Cövdət Hacıyevin bəstəkarlıq sinfində təhsilini davam etdirir. Bəstəkar 2005-ci ildə Azərbaycan Respublikasının Əməkdar İncəsənət Xadimi, 2008-ci ildə Respublikanın Xalq Artisti adına layiq görülmüşdür. == Əsərləri == Vokal əsərləri Ə. Cavadın sözlərinə iki romans (1996) Rəsul Rzanın sözlərinə "Rənglər" vokal silsiləsi (1985) A. İldırım, B. Vahabzadə, Y. Həsənbəy və b. şairlərin sözlərinə mahnılar (1990–2001). İnstrumental əsərləri Cövdət Hacıyevə ithaf olunmuş fortepiano üçün 12 prelüd (1977–1978) Qanun və piano üçün poema (1996) Simli trio (1986) Simli kvartet üçün poema (1990) Tar və piano, kamança və piano, qanun və piano üçün pyeslər (1990–2001). Orkestr üçün Xalq çalğı alətləri orkestri üçün 5 saylı süita (1993) Böyük Vətən Müharibəsində həlak olmuş azərbaycanlılara ithaf 1 saylı Simfoniya Simli orkestr üçün 2 saylı simfoniya (1995) Nəfəsli orkestr üçün "Zəfər marşı" (1996) Nəfəsli orkestr üçün "Təyyarəçilər marşı" (1998) Qanun və simfonik orkestr üçün Konsert (2009)[1] Arxivləşdirilib 2016-02-15 at the Wayback Machine == Ədəbiyyat == Azəri, L. Bəstəkar ömrünün naxışları: [Xalq artistinin yubileyinə həsr olunmuş musiqi festivalı haqqında] //Mədəniyyət.- 2015.- 9 dekabr.- S.11. Azəri, L. Vətənə sevgidən yaranan musiqi əsərləri: Xalq artisti Dadaş Dadaşovun 80 illiyinə həsr olunmuş musiqi festivalı //Mədəniyyət.- 2015.- 4 dekabr.- S.4.
Dadaş Hüseynov
Hüseynov Dadaş Ağa-Cavad oğlu - geologiya-mineralogiya elmləri doktoru, AMEA-nın müxbir üzvü (2017), dosent == Həyatı == Dadaş Ağa-Cavad oğlu Hüseynov, 27 dekabr 1959-ci ildə Bakıda, ziyalı ailəsində anadan olmuşdur. 1967-1977-cü illərdə Bakı şəhəri 175 saylı məktəbdə orta təhsil almışdır. 1982-ci ildə Azərbaycan Dövlət Universitetini (hal-hazırda BDU) geolog-mühəndis ixtisası üzrə Fərqlənmə Diplomu ilə bitirmişdir. D.A.Hüseynov Azərbaycan Milli Elmlər Akademiyasının Geologiya İnstitutunda (hal-hazırda Geologiya və Geofizika İnstitutu) 1984-cü ilin dekabr ayından etibarən işləməsinə baxmayaraq, o hələ Azərbaycan Dövlət Universitetinin tələbəsi olarkən, 1979-cu ildən etibarən üç il ərzində Geologiya İnstitutunda ekspedisiya işlərində fəal iştirak edərək, özünü hərtərəfli göstərmiş, ekspedisiya əməkdaşlarının rəğbətini qazanmışdır. Həqiqi hərbi xidməti bitirdikdən sonra D.A.Hüseynov Azərbaycan Milli Elmlər Akademiyasının Geologiya İnstitutuna dəvət olunmuşdur. İşlədiyi müddət ərzində o ardıcıl olaraq mühəndis (1984-1986), böyük mühəndis (1986-1991), elmi işçi (1991-1993), böyük elmi işçi (1993-1996), aparıcı elmi işçi (1996-2002) vəzifələrində, 2002-ci ildən isə təşkilində iştirak etdiyi CİS sektorunun rəhbəri vəzifəsinə təyin olunmuşdur. 2003-2010-cu ilə qədər “Geoloji-geofiziki məlumatların CİS analizi” şöbəsinin rəhbəri vəzifəsində çalışmışdır. 2010-cu ilin aprel ayından “Hövzə modelləşdirilməsi və geotexnologiyalar” şöbəsinə rəhbərlik edir. 2013-cu ildən və hal hazırda D.A.Hüseynov Azərbaycan Milli Elmlər Akademiyası Geologiya və Geofizika İnstitutunun elmi işlər üzrə direktor müavini vəzifəsində çalışır. == Elmi fəaliyyəti == D.A.Hüseynovun elmi fəaliyyətini 2 əsas mərhələyə bölmək olar.
Dadaş Həsənov
Dadaş Əbdül Hüseyn oğlu Həsənov (Həsənzadə) (19 dekabr 1897, Şuşa – 28 yanvar 1927, Bakı) — Azərbaycanın siyasi xadimi, dövlət müstəqilliyinin bərpası uğrunda mübariz, Sovet rejiminə qarşı müqavimət hərəkatının rəhbərlərindən biri, gizli fəaliyyət göstərən "Müsavat" partiyasının Bakı Komitəsinin (BK) nəzdində fəaliyyət göstərən Hərbi təşkilatın rəisi (1921–1923), Gizli "Müsavatın" Mərkəzi Komitəsinin (MK) sədri (1923–1926). == Həyatı == 1897-ci ildə Şuşa şəhərində doğulmuşdur, 1901-ci ildə ailəsi ilə birlikdə Bakı şəhərinə köçmüşdür. Burada ailəsi ticarətlə məşğul olub varlanmış, sonra neft quyularının sahibi olmuşdur. 1918-ci ilin mart ayında Bakıda bolşevik və daşnak birləşmələri müsəlmanlara qarşı soyqırım törətmişdirlər. O zaman Həsənovlar ailəsi də ciddi ziyan çəkmişdir. Onlar Dağıstana qaçmalı olmuş, əmlakları isə ermənilər tərəfindən qarət edilmişdir. Orada səkkiz ay qaçqın həyatını sürdükdən sonra, 1918-ci ilin oktyabr ayında Türk-Azərbaycan ordusu tərəfindən azad edilmiş Bakıya qayıtmışdırlar. Qayıdandan sonra Həsənovlar ailəsinin maddi durumu qismən bərpa etsələr də 1920-ci ildə onların bütün əmlakı bolşeviklər tərəfindən müsadirə edilmişdir. D. Həsənov öncə Bakıda "İttihad" adlı İran məktəbində oxumuş, sonra 1914-cü ildə Lənkaran şəhərində gimnaziyaya daxil olmuşdur. 1918-ci ildə gimnaziyanı bitirərək Bakıya qayıtmışdır.
Dadaş Kazımov
Dadaş Nadir oğlu Kazımov (25 noyabr 1923, Bakı – 6 avqust 1992, Bakı) — Azərbaycan aktyoru. == Həyatı == Əsasən epizodik rollarda çəkilən Dadaş Kazımovun "Axırıncı aşırım", "İstintaq", "Şirbalanın məhəbbəti" filmlərindəki rolları yaddaqalandır.
Dadaş Rzayev
Dadaş Qərib oğlu Rzayev (22 dekabr 1935, Dəliməmmədli, Goranboy rayonu) — Azərbaycan Respublikasının Müdafiə Naziri (20 fevral 1993 – 17 iyun 1993), general-mayor, Azərbaycan Respublikası Veteranlar Şurasının sədri. == Həyatı == Dadaş Qərib oğlu Rzayev 1935-ci ildə Goranboy rayonunun Dəliməmmədli qəsəbəsində anadan olub. Məktəbi bitirdikdən sonra Azərbaycan Sənaye İnstitutuna daxil olan D. Rzayev 1954-cü ildə Sovet Ordusunda əsgər kimi hərbi xidmətə çağırılır. Daha sonra Hərbi Hava Desantçıları Məktəbinə göndərilir. İkinci kursda taqım komandirinin müavini təyin edilir. "Qızıl Ulduz" ordeni ilə təltif olunur. Məktəbi bitirdikdən sonra leytenant rütbəsi alaraq Yefremov şəhərinə taqım komandiri vəzifəsinə göndərilir. Bir il keçdikdən sonra Orta Asiyaya köçürülən Dadaş müəllim polklarını yoxlamağa gələn komandana Azərbaycanda qulluq etmək istədiyini bildirir. Zaqafqaziya Hərbi Dairəsində, Gəncə şəhərində olan 104-cü diviziyada xidmət edir. İlk gündən taleyini desant qoşunları hissələrinə bağlayan Dadaş Rzayev 1970-ci ildə Moskvada M. F. Frunze adına Ali Hərbi Akademiyaya daxil olaraq bu sahədə təhsilini davam etdirir.
Dadaş Rəhimov
Dadaş Bəhmən oğlu Rəhimov (20 yanvar 1932, Siyov, Zuvand rayonu – 1992, Bakı) — Azərbaycan alimi, biologiya elmləri doktoru. == Həyatı == Dadaş Bəhmən oğlu Rəhimov 20 yanvar 1932-ci ildə Azərbaycan SSR Lerik rayonunun Siyov kəndində kolxozçu ailəsində anadan olmuşdur. 1946-cı ildə Siyov kənd orta məktəbinin 8-ci sinfini bitirdikdən sonra, Lənkəran Kənd Təsərrüfatı Texnikumuna aqronomluq fakültəsinə daxil olmuşdur. 1949-cu ildə texnikumu bitirdikdən sonra 1949-1950-ci illərin Lerik rayonunun “Qızıl Oktyabr” kolxozunda və Lənkəran rayonunun “Avrora” sovxozunda aqronom vəzifələrində işləmişdir. 1950-ci ildə Azərbaycan Dövlət Universitetinin biologiya fakültəsinə "Bioloq-zooloq" ixtisasına daxil olmuşdur. D. Rəhimov 1960-cı ilin dekabrında Azərbaycan Respublikası Milli Elmlər Akademiyası Zoologiya İnstitutunda ixtiologiya ixtisası üzrə namizədlik aspiranturasına daxil olmuş və A. Mahmudbəyovun elmi rəhbərliyi altında 1966-cı ildə “Orta və Cənubi Xəzərin qərb sahillərində xul balıqlarının növ tərkibi, biologiyası və ehtiyatınin vəziyyəti” mövzüsunda namizədlik dissertasiyasını müdafiə etmişdir. Daha sonralar o, demək olar ki, bütövlükdə Xəzərin xul balıqlarını öyrənmiş və 1991-ci ildə “Xəzər dənizinin xul balıqları” mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. == Elmi fəaliyyəti == Dadaş Rəhimovun uzunmuddətli tədqiqatları nəticəsində Xəzər dənizində xul balıqlarının 11 cinsinə aid olan 36 növ və yarımnövlərini müəyyən etmişdir. O, elmdə 2 növ və 7 yarımnövü ilk dəfə təsvir etmişdir. Dadaş Rəhimov 1976-1980-cı illər ərzində kefalın Azərbaycanın şirinsulu göl və gölməçələrində yetişdirilməsi məsələləri üzrə tədqiqat işləri aparmışdır.
Dadaş Zeynalov
== Siyahı ==
Dadaş Şaraplı
Dadaş Kamil oğlu Şaraplı (Məmmədov) (8 sentyabr 1903, Bakı – 1959, Bakı) — Azərbaycanın teatr aktyoru, Azərbaycan SSR əməkdar artisti (1938). == Həyatı == Dadaş Şaraplı 8 sentyabr 1903-cü ildə Bakıda anadan olub. O, gənc yaşlarından müxtəlif teatr truppalarında çıxıb edib. 1921-ci ildə yeni yaranmış Azad Tənqid və Təbliğ Teatrının kollektivinə qəbul olunub. Dadaş Şaraplı 1922-ci ilin axırlarında Azərbaycan Dram Teatrının aktyor truppasına götülüb. Burada işləyərkən o, 1934–1938-ci illərdə Mirzə Fətəli Axundov adına Bakı Teatr Məktəbində təhsil alıb. O, iki ilə yaxın, 1938–1940-cı illərdə Azərbaycan Dövlət Musiqili Komediya Teatrında çalışıb və yenidən Azərbaycan Dram Teatrına qayıdıb. 1940-cı illərdə qısa müddət yaradıcılığını sirk səhnəsində davam etdirib və Azərbaycan Dövlət Filarmoniyasında konferansye olaraq intermediyalarda çıxış edib. Dadaş Şaraplı 1959-cu ildə Bakıda vəfat edib.
Kurmancan-dadxa
Kurmancan Datka (1811-1907) - qırğız qəhrəmanı, böyük türk anası. == Həyatı == Datka bir ünvan olub, hökmdar, general, idarəçi kimi mənalarda istifadə olunur. Kurmancan Datka isə göstərdiyi şücaətlər nəticəsində bu ünvana iki dəfə layiq görülüb. Bu hadisə sadəcə Orta Asyada deyil, bütün türk və islam aləmində görünməmiş bir hadisə idi. Kurmancan 1811-ci ildə Oş şəhərinə yaxın Madi qışlağında Munquş nəslinin Bargi qəbiləsindən olan bir əkinçi ailəsində dünyaya göz açıb. 1832-ci ildə Xokand xanlığının baş naziri və baş komandiri Alimbek Datka ilə evlənib. Bu evlilikdən cütlüyün 5 oğlu və iki qızı dünyaya gəlir. Hətta bəzi mənbələrə əsasən 96 yaşında vəfat edən Kurmancan Datkanın uşaqlarının, nəvələrinin və nəticələrinin sayı 100 nəfərdi. Rusiya 1700-cü illərdən etibarən islam dini əleyhinə fəaliyyətə keçdi. 1742-ci ildə qəbul edilən qərara əsasən məscidlər ancaq rusların və yeni vaftiz edilənlərin yaşadıqları yerlərdə tikilə bilərdi.
Dadaş İbrahimov
Dadaş İbrahimov (4 iyul 1976, Sumqayıt) — Azərbaycanı təmsil edən yüngül atlet. == Karyerası == Dadaş İbrahimov Azərbaycanı 2004-cü ildə Yunanıstanın Afina şəhərində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında təmsil edib. Nəticədə o, 200 metr məsafəyə qaçış turnirində 22.60 saniyə nəticə göstərdi və təsnifat mərhələsini 7-ci pillədə başa vuraraq mübarizəsini dayandırdı.
Dadaş Dadaşbəyli
Dadaş Nurulla oğlu Dadaşbəyli (15 iyul 1996, Qobustan rayonu) – Azərbaycanlı ağırlıqqaldıran. Türkiyənin Konya şəhərində keçirilən V İslam Oyunlarının gümüş, Rusiyanın paytaxtı Moskvada keçirilən Avropa çempionatının qızıl (birdən qaldırma), Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən dünya çempionatının bürünc medalçısı, Bolqarıstanın paytaxtı Sofiyada keçirilən Avropa çempionatının qalibi, dəfələrlə Azərbaycan çempionu, Azərbaycan rekordçusu, idman ustası. == Həyatı == Dadaş Nurulla oğlu Dadaşbəyli 15 iyul 1996-cı il tarixində Qobustan rayonunda anadan olub. 2003–2014-cü illərdə Qobustan şəhəri Aleksandr Osipovic Çernyayevski adına 1 saylı tam orta məktəbdə oxuyub. 2014–2018-ci illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman akademiyasında ağırlıqqaldırma ixtisası üzrə ali təhsil alıb. Məşqlərə hazırda da şəxsi məşqçisi olan Şəmsi Səfərlinin rəhbərliyi altında başlayıb. İlk yarışına 2007-ci ildə Gəncə şəhərindəki yeniyetmələr arasında Respublika birinciliyi olub. İlk uğurunu isə 2009-cu ildə yeniyetmələr arasında Azərbaycan birinciliyinin qalibi olaraq qazanıb. == Karyerası == 2010-cu ildə Zirvə Beynəlxalq İdman Klublarının dünya çempionatının bürünc medalçısı olub. 2012-ci ildə gənclər arasında Respublika birinciliyində gümüş medal qazanaraq milli komandaya dəvət alıb.
Dada Mraz
Şaxta baba (rus. Дед Мороз və ya Дедушка Мороз; belar. Дзед Мароз; ukr. Дід Мороз; serb. Деда мраз; bolq. Дядо мраз; sloven. Dedek Mraz; mak. Дедо мраз; xorv. Djed Mraz ) — Yeni il bayramının əsas nağıl personajı.
Neo-Dada
Neo-Dada — dünyagörüşü münasibətlərindən fərqli olan müasir incəsənətin müxtəlif üslublarını, meyllərini və əsərlərini, tarixi dadaizmin üsulları və ya üsullarını canlandıran bir müddətdir. Neo-Dadaizm hərəkatı pop-artın ingilis və amerika sənətində ortaya çıxmasına təkan verdi. Avropa qitəsində "Yeni Realistlər" qrupunun sənətçilərinin, Fluksus hərəkatının nümayəndələrinin əsərlərində açıq yazışmalar görürük. Neo-Dada istiqamətində, incəsənətin inkar edilməsi mövqeyi, bədii əsərin gündəlik həyat obyekti ilə əvəz edilməsi və ya absurd hərəkətlə əvəz edilməsi "həyatda məhv etmək arzusu" aydın şəkildə ifadə edilmişdir. Termin amerikalı tənqidçi Barbara Rouz tərəfindən təqdim edildi.
Məşədi Dadaş məscidi
Məşədi Dadaş məscidi — Bakı şəhəri, Nəsimi rayonu, Ağadadaş Qurbanov küçəsi 37-də ("Kubinka" ərazisində) yerləşən tarixi məscid. Bu məscid təkiyyə olaraq tikilib, yəni İmam Hüseyn üçün əzadarlıq məclisləri təşkil olunan yer olub. Sonradan bura məscid kimi fəaliyyətə başlayıb. Məscid sovet dövründə anbar, kitabxana və klub kimi istifadə olunub. 1990-cı ildən yenidən ibadətgah kimi fəaliyyətini bərpa edib. Müstəqillik dövründə ilk dəfə 2001-ci ildə təmir olunub. 2014-cü ildə məscidin nəzdində "Darul-Hikmət" Elm və Tədris Mərkəzi fəaliyyətə başlayıb. Həmçinin mərkəz nəzdində tələbələrin ixtiyarına verilmiş kitabxana da mövcuddur. Hazırda məscidin ön hissəsində bu məsciddə ibadət edən İkinci Qarabağ müharibəsi şəhidlərin adları olan lövhə və xatirə tablosu qoyulub. İbadətgahın içəsində də şəhidlərin şəkilləri olan tablo var.
Yanko Dada Muzeyi
Yanko Dada Muzeyi - İsraildə rəssamlar kəndi hesab olunan Eyn-Xod kibutsunun (İsraildə kənd təsərrüfatı kommunası) mərkəzində yerləşən bədii muzey. == Ümumi məlumat == Muzeyin kolleksiyasına İsrail və Rumıniya rəssamı, arxitektor və yazıçı, dadizmin banilərindən biri Marsel Yankonun (1895-1984) əsərləri, həmçinin digər İsrail rəssamlarının modernist sənət əsərləri daxildir == Tarixi == Marsel Yankonun əsərlərinin nümayiş etdirilməsi üçün ən əlverişli yer Eyn-Xod rəssamlar kəndindəki bədii muzeydir. 1953-cü ildə Eyn-Xoda bu kəndin təməlini qoyan insanların ilk dəstəsi gəlmişdir 1983-cü ildə Marsel Yankonun dostlarının bir qrupu tərəfindən dadizm cərəyanın İsraildə yaşayan yeganə nümayəndəsi olan rəssamın bədii irsinin saxlanılması məqsədilə Yanko Dada muzeyinin əsası qoyulmuşdur.
İdi Amin Dada
İdi Amin Dada (ən tezi 1923 və ən geci 1928[…], Kampala – 16 avqust 2003) — Uqandanın prezidenti (1971–1979), hərbçi. == Bioqrafiya == === Erkən illər === İdi Amininin doğulduğu tarix tam dəqiq deyil. Müxtəlif mənbələrdən istinadlara görə 17 may 1928, 1925 yaxud 1930-cu il göstərilir. Çünki, o, yaşadığı dövrdə avtobioqrafiya yazmamış, həyatı barədə olan sualları cavabsız saxlamışdır. Əslən Uqandanın şimalında məskunlamış Kakua etnikonundan gəldiyi söylənilir. Makarere Universitetinin tədqiqatçısı Fred Gueddekonun araşdırmasına görə, İdi Aminin atası Andreas Nyabaye (1889–1976) sonradan islamı qəbul edən katolik olub. Uşaqlığını anası ilə birlikdə, Uqandanın şimal-qərbində, əsasən, kənd təsərrüfatı ilə məşğul olan bir kənddə keçirtmişdir. 1941-ci ildə Bombo şəhərindəki mədrəsədə oxumağa başladı. Bir neçə il təhsil aldıqdan sonra ordu sıralarına yazıldı. === Müstəmləkə Britaniya Ordusu === Amin, Müstəmləkə Britaniya Ordusunun tərkib hissəsi olan Krallığın Tüfəngli Birliyinə qoşuldu (KTB).
Dadaş Bünyadzadə küçəsi (Bakı)
Dadaş Bünyadzadə küçəsi — Bakı şəhərinin Yasamal rayonunun Yeni Yasamal yaşayış massivindəki küçə. Küçə Azərbaycan SSR dövlət xadimi Dadaş Bünyadzadənin adını daşıyır. Məhəmməd Xiyabani küçəsindən "Vital klinika"ya kimi uzanır. == Haqqında == Dadaş Bünyadzadə küçəsi Yeni Yasamalın əsas küçələrindən olan Məhəmməd Xiyabani küçəsindən başlayır. Abbas Mirzə Şərifzadə küçəsinə paraleldir. Küçədən 194 saylı marşurut avtobusu hərəkət edir. == Kəsişdiyi küçələr == Əsəd Əhmədov küçəsi Məhəmməd Xiyabani küçəsi == Mühüm ünvanlar == № 1 — Vital klinika № 34B — Şaiq MTK (Kamran MTK) № 34B — YASAMAL Mall № ? — Rahat market (əvvəlki: Bəyaz market) № ? — Xəmirçi un məmulatları № ?
Rəhimulla Dadaş oğlu İsmayılov
Dadaş Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutu
Azərbaycan Dövlət İqtisad Universiteti (ADİU/UNEC) — Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində olan ali təhsil müəssisələrindən biri. == Tarixi == === SSRİ dövrü === Azərbaycanda ali təhsilli iqtisadçı kadrların hazırlanmasına keçən əsrin 20-ci illərindən başlanmışdır. Belə ki, ilkin olaraq Azərbaycan İnqilab Komitəsi tərəfındən yaradılan Politexnik İnstitutunun 5 fakültəsindən biri İqtisad fakültəsi olmuşdur. 1922-ci ildə isə Azərbaycan Dövlət Universitetinin İctimai Elmlər fakültəsində İqtisad bölməsi açılmış və bu bölmə 1930-cu ilə qədər iqtisadçı kadrlar hazırlamışdır. Azərbaycan Dövlət İqtisad Universiteti rəsmi şəkildə 1930-cu ildə yaradılıb. Müxtəlif dövrlərdə müxtəlif adlar altında fəaliyyət göstərmişdir. 1930-cu ildə Azərbaycan Dövlət Universiteti ləğv edilərkən onun müvafiq fakültələrinin bazası əsasında müxtəlif istiqamətlər üzrə ali məktəblər yaradılıb. Azərbaycan SSR Xalq Komissarları Sovetinin 1930-cu il 19 iyun tarixli qərarı Azərbaycan Dövlət Universitetinin iqtisadiyyat fakültəsinin bazasında Azərbaycan Ticarət Kooperasiya İnstitutu təsis edilib. Ali məktəb Azərbaycan Ticarət Kooperasiya İnstitutu adı ilə 1933-cü ilədək mövcud olub. 1933-cü il yanvarın 2-də Azərbaycan hökumətinin qərarı ilə Azərbaycan Ticarət Kooperasiya İnstitutunun bazasında Karl Marks adına Azərbaycan Sosial-İqtisad İnstitutu yaradılıb.
Badam
Badam (lat. Prunus subg. Amygdalus) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin gavalı cinsinə aid bitki növü. Badam yarımcinsinin 40 növə qədər ağac və kolu məlumdur. Azərbaycanda 4 növü yayılmışdır. Badam yabanı halda Orta Asiyada, Dağıstanda, Azərbaycanda bitir. Naxçıvanın dağlıq hissələrində yabanı badamlıqlar vaxtilə böyük sahələr tutmuşdur. "Badamlı" adını daşıyan suyu ilə məşhur olan kənd keçmişdə yabanı badamlıqla əhatə olunduğu halda, indi əl çatmayan yerlərdə azacıq badam ağacları qalmışdır. Qeyd etmək lazımdır ki, mədəni badam sortları yabanı badama çox yaxındır və ancaq meyvələrinin böyüklüyü, qabıqlarının nazikliyi ilə fərqlənirlər. Badam yarpaqlar əmələ gəlməmiş mart-apreldə (bəzən fevralda) çiçəkləyir.
Banax
Stefan Banax (pol. Stefan Banach; 30 mart 1892[…], Krakov, Sisleytaniya – 31 avqust 1945[…], Lvov) — polyak riyaziyyatçısı. == Həyatı == 1924-cü ildən Lvov Universitetinin professoru olub. Müasir funksional analizin yaradıcılarından biri. Xətti funksionalların və operatorların öyrənildiyi xətti fəzanı (Banax fəzası) daxil etmiş və onun əsas xassələrini öyrənmişdir. "Xətti operasiyalar nəzəriyyəsi" əsəri polyak (1931), fransız (1933) və ukrayn (1948) dillərində nəşr edilmişdir.
Dadli
Dadli — Böyük Britaniyada, İngiltərədə şəhər. == Ərazisi == Böyük Britaniyada, İngiltərənin mərkəzi hissəsində, Staffordşir qraflığında şəhər. Әh. 79,4 min (2011), Qərbi Midlend konurbasiyasına (əhalisi təqr. 2,6 mln.) daxildir. == Tarixi == Qara ölkə adlandırılan (18–19-cu əsrlərdə sənaye inqilabı illərində ətraf mühitin sənaye tullantıları ilə çirklənməsinə və hisin divarlara hopması nəticəsində binaların, əsasən tünd rəngdə olmasına görə) ərazidə ən iri şəhərdir. Şimala (Lankaşirə), şərqə (Birminhemə), qərbə (Uelsə) və cənuba (İngiltərənin cənub-qərbi) ayrılan dəmir yolları və avtomagistrallar qovşağıdır. Sənaye inqilabı dövründən yüklərin nəqli üçün inşa olunmuş kanallar (ən uzunu 2,9 kmdir; hazırda istirahət məqsədilə istifadə edilir) şəbəkəsi saxlanılmışdır. Aeroport (Birminhemdə). 8-ci əsrdən Dadlinin yerində ağac (12-ci əsrdən daş) qəsr yerləşirdi; şəhər qəsrin ətrafında meydana gəlmişdir.
Dadva
Dadva — Azərbaycan Respublikasının Masallı rayonunun Masallı şəhər inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Masallı rayonunun Masallı şəhər inzibati-ərazi vahidi tərkibindəki yaşayış məntəqəsi Dadva kəndi adlandırılmış və rayonun yaşayış məntəqələri uçot məlumatına daxil edilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin 5 mart 2013-cü il tarixli, 590-IVQ saylı Qərarı ilə Masallı rayonunun Masallı şəhər inzibati ərazi dairəsi tərkibindəki Dadva kəndi ləğv edilərək Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrindən çıxarılmış, Dadva kəndinin 401,0 ha təşkil edən ərazisi Masallı şəhər inzibati ərazi dairəsi tərkibindəki Masallı şəhərinin inzibati ərazisinə birləşdirilmişdir.
Dahar
Dahar — Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Dahar kəndi Girdiman çayının sahilində, dağətəyi ərazidə yerləşir. Keçmiş tam adı Dahar Mulux olub. Həmin ərazidə Mulux kəndindən çıxmış ailələrin Dahar adlı yerdə məskunlaşması nəticəsində yaranmışdır. Tat dilində dahar "qaya" deməkdir. == Əhalisi == Kənddə cəmi 5 nəfər yaşayır. ki onunda 3 nəfəri kişi, 2 nəfəri qadındır.
Dakar
Dakar — Seneqalın paytaxtı. Seneqalın payataxtında çoxlu universitetlər, mədəniyyət mərkəzləri, muzeylər fəaliyyət göstərir. Dakar Rəssamlıq muzeyi şəhərin qürur mənbəyidir. Qore adasındakı Tarix muzeyi də diqqətəlayiqdir. Paytaxtda Qərbi Afrikanın ən böyük mədəniyyət mərkəzləriondən biri Daniel Sorano Teatrı fəaliyyət göstərir.