S/S
|
Şəhid
|
Rütbəsi
|
SQ
|
Qısa tərcümeyi-halı
|
1.
|
Zeynalov Anar Niyaz oğlu
|
əsgər
|
|
17 may 1972-ci ildə Göyçayda anadan olmuşdur. 1986-cı ildə Göyçay şəhərində yerləşən 3 nömrəli orta məktəbi bitirmişdir. 1991-ci ildə hərbi xidmətə yollanan və Zəngilan rayonu uğrunda gedən göyüşlərə qatılan Anar Zeynalov, 24 avqust 1992-ci ildə Zəngilan rayonunun Qazançı kəndi uğrunda gedən döyüşlərdə şəhid olmuşdur. Subay idi.
|
2.
|
Zeynalov Dadaş Muxtar oğlu
|
mülki
|
|
1949-cu ildə Zəngilan rayonunda anadan olub. Zəngilan rayonunun şəbəkə rəisi olan Dadaş Zeynalov 1993-cü il 24 martda ermənilərin Zəngilanı qrad atəşinə tutması nəticəsində şəhid olub.
|
3.
|
Zinharov Faiq Turan oğlu
|
əsgər
|
|
1973-cü ildə Ağdaş rayonunun Abad kəndində anadan olub. 1992-ci ildə şəhid olmuşdur. Ağdaş rayonunun Abad kəndində dəfn olunmuşdur. Abad kənd tam orta məktəbi Faiq Zinharov adını daşıyır.
|