Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Davdaq
Dəvdək və ya Davdax — VII əsr Qafqaz albanı şairi. Həyat və yaradıcılığı haqqında məlumat azdır. Musa Kalankatlının yazdığına görə, Dəvdək filosof, gözəl natiq və ustad şair olmuşdur. Uzun müddət Cavanşirin sarayında yaşamışdır. Cavanşirin xəyanət nəticəsində öldürülməsi münasibətilə yazdığı qəsidəni Musa Kalankatlı "Alban tarixi" əsərinin ikinci kitabına daxil etmişdi. "Alban tarixi"nin əsli hələlik tapılmamışdır, elm aləminə bu əsərin və qəsidənin XI–XII əsrlərdə qədim erməni dilinə tərcüməsi məlumdur. Təqribən 140 misralıq bu qəsidədə mədhiyyə və mərsiyə ünsürləri birləşmişdir. Qəsidə janr etibarı ilə qədim yunan, formaca isə şərq poeziyasında geniş yayılmış müvəşşəh şəklində yazılmışdır.
Dalaq
Dalaq (lat. Lien, yun. Splen) qanyaradıcı üzvlərin ən böyüyüdür; uzunluğu 10–12 sm, eni sm, qalınlığı 4 sm, çəkisi 150–200 q-dır. Zahiri şəkli qəhvə toxumuna bənzəyir, özü yumşaq və rəngi tünd qırmızıdır. Dalağın əhəmiyyəti olduqca çoxdur, burada limfositlər törəyir və qırmızı qan cisimcikləri pozulur. Bundan başqa dalaq artıq dərəcədə şişərək qanın təzyiqini azaldır və onu nizama salır. İti sürətlə axan çay gölə töküldükdə öz sürətini azaltdığı kimi, dalaqda qan 8–10 mikron diametrli arterial kapillyarlardan 80–150 mikron diametrli venoz kapillyarlara keçdikdə yavaş axır; nəticədə ağ qan cisimciklərinin fəaliyyəti artır və onlar faqositoz vəzifəsini ifa edirlər. == Dalağın inkişafı və anomaliyaları == Dalaq mezenximdən inkişaf edir; bunun mayası mədənin arxa müsariqəsinin (lat. mesogastrium dorsale) səfhələrin arasında orta xəttə yerləşir. Sonradan mədənin hərlənməsilə əlaqədar olaraq yerini sol qabırğaaltı nahiyəyə dəyişir və intraperitoneal vəziyyətdə qalır.
Daylaq (Urmiya)
Daylaq (fars. دايلاق‎‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 77 nəfər yaşayır (17 ailə).
Divlaq (Ərdəbil)
Divlaq (fars. ديولق‎) — İranın Ərdəbil ostanının Ərdəbil şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 1,137 nəfər yaşayır (244 ailə).
Dalaq arteriyası
Dalaq arteriyası — insan anatomiyasında sol mədə və ümumi qaraciyər arteriyaları ilə birlikdə çolyak gövdəsinin üç əsas qolundan biri. Dalağa, mədəyə və mədəaltı vəziyə qan ötürür. Dalağa gedən əyri yolu ilə tanınır. == Tərkibi == Dalaq arteriyası dalağa çatmazdan əvvəl mədə və mədəaltı vəzi tərəfə budaqlar. Qeyd etmək lazımdır ki, dalaq arteriyasının budaqları mədənin daha böyük əyriliyinin aşağı hissəsinə qədər bütün yollara çatmır. Əvəzində bu sahə qastroduodenal arteriyanın bir qolu olan sağ qastroepiploik arteriya ilə təmin edilir. Bu zaman iki qastroepiploik arteriya bir-biri ilə anastomozlaşır. == Əlaqələri == Dalaq arteriyası dalaq-böyrək bağının təbəqələri arasından keçir. Yolda dalaq arteriyası qaraciyərin portal venasına axan dalaq venası ilə müşayiət olunur. == Klinik əhəmiyyəti == Dalaq arteriyasının anevrizması (arteriya divarının şişkinlik şəklində qabarması) nadirdir, lakin yenə də qarın aortasının və iliak arteriyaların anevrizmalarından sonra üçüncü ən çox görülən abdominal anevrizmadır.
Əlavə dalaq
Əlavə dalaq — dalağın əsas gövdəsindən ayrı olan dalaq toxumasının kiçik bir düyünü. Əlavə dalaqlar əhalinin təxminən 10%-də rast gəlinir və adətən diametri təxminən 1 sm. olur. Onlar limfa düyünlərinə və ya kiçik dalağa bənzəyirlər. Əlavə dalaq ya inkişaf anomaliyaları ya da travma nəticəsində əmələ gəlir və tibbi əhəmiyyət kəsb edir, çünki o, diaqnostik təsvirin yanlış təfsirinə və ya terapevtik splenektomiyadan sonra simptomların qalmasına səbəb ola bilər. Polispleniya bir normal dalağın deyil, bir neçə əlavə dalağın olmasıdır. == Səbəbləri == Əlavə qalaq embrional inkişaf zamanı inkişaf edən dalağın bəzi hüceyrələri dalağın əmələ gəldiyi orta xəttdən qarın boşluğunun sol tərəfində 9–11-ci qabırğalardakı son yerə qədər olan yol boyunca yerləşdirildikdə əmələ gələ bilər. Əlavə dalağın ən çox yayıldığı yerlər dalağın hilum hissəsi və mədəaltı vəzinin ucudur. Əlavə dalaq damarlarının hər hansı bir yerində — qastrosplenik bağda, dalaq bağında, mədə və ya bağırsaq divarlarında, mədəaltı vəzi ucunda olur. Tipik ölçü təxminən 1 sm-dir, lakin bir neçə ml-dən 2–3 sm-ə qədər olan ölçülər də rast gəlinir.
Dadlıq
Dadlıq — xüsusi bir dad, dadı artırmaq, və ya yeməyi tamamlamaq üçün adətən bişdikdən sonra yeməyə əlavə olunan ədviyyat və ya sous. Dadlıqlar bəzən qidaya başlamazdan əvvəl, məsələn, ketçup, xardal və ya mayonezlə hazırlanmış sendviçə əlavə olunur. Yemək zamanı dad və ya toxuma əlavə etmək üçün bəzi dadlıqlardan istifadə olunur: barbekü sousu, qarışıq kərə yağı, teriyaki, soya sousu, xama və s.
Daklar
Daklar, Daçiyalılar və ya Daçlar (İngiliscə tələffüz: [ˈdeɪʃənz]; Latınca: Daci, Yunanca: Δάκοι Δάοι, Δάκαι) — Tarakiyalılar ilə əlaqələrinin mövcudluğu bilinən, yaxud da Trakiyalılara mənsub olan qədim Hind-Avropa xalqı. Daklar Qara dənizin qərbindəki Karpat dağları ətrafında yerləşən Daçyan zonasının qədim sakinləridirlər. Bu əraziyə müasir Rumıniya və Moldova ərazilərindən əlavə olaraq, Ukraynanın bəzi hissələri, Şərqi Serbiya, Şimali Bolqarıstan, Slovakiya, Macarıstan və Cənubi Polşa da daxildir.
Dalaqo
Dalaqo — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. Güləzi bələdiyyəsinin tərkibindədir. == Toponimikası == Dalaqo oyk., düz. Quba r-nunun Giləzi i.ə.v.-də qəsəbə. Yaşayış məntəqəsi eyniadlı qışlaq yerində salınmışdır. Oykonim dala (Azərb. dilindəki "tala" sözünün tat dilində tələffüz forması) komponentindən və məkan bildirən qo şəkilçisindən düzəlib, "talalıq, tala yeri" mənasındadır. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 238 nəfər əhali yaşayır.
Dallas
Dallas — Texas ştatında şəhər, Dallas Qraflığın mərkəzi. 1841-ci ildə salınmışdır. Ərazisi 997.1 km², 2006 il əhalisi 1,232,940. Dallas təkcə yüksək səviyyədə inkişaf etmiş sənayesi ilə tanınmır. Bura həm də böyük elm və mədəniyyət mərkəzidir. Şəhərin arxitekturası Amerikanın digər şəhərlərindəkindən elə də fərqlənmir. Məşhur memar Raytın layihəsi əsasında hazırlanan Dallas Teatr Mərkəzi, Moda Evi, Nyu-Yorkun, Los Ancelesin mədəniyyət mərkəzlərindən heç də geridə qalmır.
Danhaq
Danhaq — Cənub-Şərqi Asiyada, xüsusilə də Koreyada qeyri-ənənəvi inanclardan, təhlükəli hesab edilən dini cərəyanlardan biri. Əsası Li Sın Qoyn tərəfindən qoyulmuş Danhaq təlimi Koreyada və bütün dünyada 160-dan artıq yoqa və tay-çi mərkəzinə malikdir. Onun banisi özünü İlçi, yəni "həqiqəti göstərən barmaq" adlandırır. Qoyn iddia edir ki, fövqəltəbii gücə malikdir və "beyin tənəffüsünü" - tay-çi, masaj və meditasiya vasitəsilə mənəvi aydınlanma və təbii şəfa tapma prosesini öyrədir. Tədricən tədris proqramlarının qiyməti artır, davamçılar isə məşğələlərin haqqını ödəməyə və müalicəvi məhsullar və kitablar almağa məcbur edilirlər. Sadiq davamçılar bəzən min dollarlarla vəsait ödəyirlər. Bu kultun daşıyıcıları biliyin fiziki ağrı nəticəsində əldə oluna biləcəyi barədə mif uydururlar. == Mənbə == Gülnar Seyidli. Asiyada təhlükəli 10 dini cərəyan. "Cəmiyyət və Din" qəzeti.
Danlar
Danlar və ya Datlar Danimarka sakinləridir. İngiliscə Danish öz dillərində isə Danskere kimi səslənir. German xalqlarından olan danlar xristiandırlar və lüterandırlar. Dünyada 6 milyondan çox insan dan dilində danışır.
Datlar
Danlar və ya Datlar Danimarka sakinləridir. İngiliscə Danish öz dillərində isə Danskere kimi səslənir. German xalqlarından olan danlar xristiandırlar və lüterandırlar. Dünyada 6 milyondan çox insan dan dilində danışır.
Davdan
Davdan Pain (Xudafərin)
Dovdaq
Dovdaq (lat. Otis) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin dovdaqkimilər dəstəsinin dovdaqlar fəsiləsinə aid heyvan cinsi. Azərbaycanda təhlükədə olan quşlar siyahısına daxil edilmişdir. == Təsviri == Bel tərəfi kürən, üzərində naxışlar var. Qarın tərəfi çirkli-ağımtıldır. Qanadları əsasən ağ, ucu isə qaradır. Quyruğunun ucunda qara və ağ xallar köndələn zolaq əmələ gətirir. Erkəyinin "bığları" var. == Yayılması == Avropa, Asiya və Afrikada yayılıb. Azərbaycanda XX əsrin ortalarına qədər Acınohur bozqırlarında, Kür-Araz və Lənkəran ovalığında, Böyük Qafqazın dağətəyi ərazilərində qışlamış, həm də Kür-Araz ovalığında (Şirvan və Muğan düzləri) yuvalamışdır.
Yaylaq
Yaylaq — mal–qaranın yay zamanı otarıldığı ərazi, yer. Maldarlıq meydana gəldikdən sonra yaylaqlardan geniş istifadə olunur. Azərbaycanda yaylaqların əksəriyyəti dəniz səviyyəsindən orta hesabla 2800 m-ə qədər yüksəklikdədir. Böyük və Kiçik Qafqaz dağlarındakı alp və subalp çəmənlikləri qoyunçuluğun qədim yaylaqları sayılır. Yaylaq həm də sərinliyinə görə yay istirahəti üçün əlverişli olan dağ yeridir. Azərbaycanda təqribən 6 minillik tarixi olan yaylaqlardan indi də geniş istifadə olunur. Yaylaq Azərbaycanda geniş yayılmış müvəqqəti yaşayış məskənlərindən biridir. Yaylaqlar, adətən, yüksək dağlıq yerlərdə, alp çəmənliklərində yerləşir. İlin 3-4 ayını yaylaqlarda keçirən maldar elatlar burada alaçıq və dəyələrdə yaşayırdılar. Yaylaqlara köçmə və yurdsalma qaydalarında, əsasən, su mənbələrinə yaxınlıq və otlaq qayğıları, həmçinin qohumluq münasibətləri üstün yer tuturdu.
Calaq
Calaq — bir bitkinin qələmini və ya tumurcuğunu başqa bitkiyə calamaq. Calaqdan şaxtaya, xəstəliyə və zərərvericilərə qarşı davamlı sortlar artırmaq, meyvəvermni tezləşdirmək, dekorativ bitkiləri çoxaltmaq məqsədilə istifadə edilir. Meyvəçilikdə və dekorativ bağçılıq göuuuz və qılım namaz istifadə olunur. Hal-hazırda calaq olunandan 1 il keçdikdən sonra ağac çərtilir Azərbaycanda çiling ən çox cır gilas ağaclarına vurulur lakin həvəskar təsərüfatçılar vişnə ağacınada gilas çilingi vurur çünki vişnə daha quvvətli ağacdı.Lakin gilas çilingi qalınlaşsa belə vişnə qalınlaşmır.Bunun üçün gilas çilingi vurulan yerdən vişnənin gövdəsinin aşağısına qədər çərtilir .Bir çox bitkiçilər bu işlə məşqul olur və vişnənin qabığının 3-4 yerdən çərtilməsi vacibdir çünki vişnə ağacının qabığı çox qalındırvə əgər 1 yerdən çərtilərsə bu zaman vişnə ağacı qalınlaşmır əksinə dahada zəifləyir ama 3 -4yerdən çərtilməsi vişnənin leykoplasistlərini güclənməsinə gətrib çıxarır.Bu zaman vişnə ağacındakı xromosomlar güclü olduğundan şirənin ifrazının qarşısını alır və ağac şirə verərək qurumur.Azərbaycan Respublikası Kənd təsərüfatı. == Ədəbiyyat == R.Ə.Əliyeva, Q.T.Mustafayev, S.R.Hacıyeva. “Ekologiyanın əsasları” (Ali məktəblər üçün dərslik). Bakı, “Bakı Universiteti” nəşriyyatı, 2006, s. 478 – 528.
Damaq
Damaq (lat. palatum, yun. uranos) ağız boşluğunun damını, eləcə də burun boşluğunun dibini təşkil edir. Tağ şəklində olub, basıq səthi aşağı baxır və iki hissəyə bölünür: ön 2/3 hissəsi sərt damaq — lat. palatum durum və arxa 1/3 hissəsi isə yumuşaq damaq — lat. palatum molle adlanır.
Damla
== Havada rütubət == Havanın rütubəti dedikdə atmosferdə su buxarının miqdarı nəzərdə tutulur. Havanın rütubəti çox sürətlə dəyişməsi ilə səciyyələnib, ərazinin fiziki-coğrafi şəraitindən, fəsildən və başqa amillərdən asılıdır. Hava su buxarı ilə nə qədər doymuş olursa, deməli temperatur da bir o qədər yüksək olur. == Atmosferdə su damcıları == Atmosferdə həmişə müəyyən miqdarda su buxarı mövcuddur. Bununla belə atmosferdə su üç halda ola bilər: qazvari (su buxarı), maye (su), və bərk (buz). Bir şox tədqiqatlar göstərir ki,nisbi rütubət 100%-ə yaxınlaşanda su molekulları toplanaraq gələcək su damcılarının əsasını yaradır. Su buxarı ancaq soyuma nəticəsində doyma dərəcəsinə çata bilər. Şehin yaranması və atmosferdə su damcılarının əmələ gəlməsi isə əsasən 3 səbəbdən yaranır: Yer səthinin və havanın aşağı qatının şüa buraxma nəticəsində soyuması Havanın soyuq səthə toxunaraq soyuması Adiabatik qalxma nəticəsində havanın yuxarı qatlarda genişlənərək soyuması.
Davao
Davao – Filippində şəhər. Cənubi Davao əyalətinin inzibati mərkəzi Әhalisi 1,6 mln. (2015). Mindanao adasında, Davao körfəzi sahilində port. Adanın ən iri nəqliyyat qovşağıdır. Beynəlxalq aeroport. == Tarixi == Əsası 1848-ci ildə ispanlar tərəfindən (1858-ci ilədək Nueva-Verqara adlanırdı) qoyulmuşdur. 1890-cı ildə ABŞ qoşunları tərəfindən tutulmuşdur. 19-cu əsrin sonlarına dək kiçik balıqçılıq və oduncaq ixracı mərkəzi idi. 20-ci əsrin əvvəllərindən Yaponiyadan gələnlərin mühacirət mərkəzi (hazırda Davaoda ölkənin ən böyük yapon icması mövcuddur) idi.
Davar
Dayaq
Şaquli bir daşıyıcı, bina və ya qayığı sabitləşdirmək və əyilməsinin aşmasının və ya yıxılmasının, qarşısını almaq üçün istifadə olunan taxta və ya betondan hazırlanmış sinə dayağı. Müxtəlif mənalarda istifadə olunur: Memarlıq lüğətində ağac texnikasına əsaslanan köhnə türk memarlığında aşağı mərtəbədəki çıxma bölməsini (erker) dəstəkləmək üçün istifadə edilən dayaqlara verilən addır.
Daraq
Maqazin — tapança, tüfəng, avtomatik silah, yüngül pulemyot, avtomatik snayper tüfəngi kimi odlu silahın güllələrini atəşə hazır vəziyyətdə saxlayan bir cihazdır. Silahın xüsusiyyətlərinə görə 7, 9, 14 və s. növləri mövcuddur. Sinə-sinəyə həyata keçirilən küçə döyüşlərində istifadə olunan qısa lüləli 9 mm çaplı Stenlərin maqazinləri 32 sm uzunluğundadır və fleuber mərmi atan kiçik kalibrli yivli-setli tüfənglərinki isə daha yüksək tutuma malikdir.
Dalat
Dalat (vyet. Đà Lạt) — Vyetnamın mərkəzi dağlıq ərazilərində yerləşən şəhər, Lamdonq vilayətinin paytaxtı. Dəniz səviyyəsindən təqribən 1,475 metr yüksəklikdə Lanqbian platosunda yerləşir. Hanoydan 1,491 km, Hoşimin şəhərindən 300 km məsafədə yerləşir. Şəhərin adının lati dilindən yaranmışdır və mümkün tərcümələrdən biri də "lat tayfasının çayıdır". == İqtisadiyyatı == Şəhərin iqtisadiyyatını kənd təsərrüfatı (meyvə, gül, çiyələk, üzüm, qəhvə becərilməsi), şərabçılıq, turizm, elmi tərəqqi (Dalat Vyetnam elminin mərkəzlərindən biridir) təşkil edir.
Qalaq
Qalaq (yığın) – qabaqcadan həcmi məlum olmayan verilənləri yerləşdirmək üçün proqrama ayrılmış yaddaş sahəsidir. Qalaq (verilənlər strukturu) — xüsusi şərtlərl çərçivəsində təşkil olunmuş ağac şəkilli verilənlər strukturuna deyilir. Qalaq sıralaması — massivin elementlərini qalağa yığmaqla həyata keçirilən sıralama qaydasıdır.
Dalğa
Dalğa (fizika) — fizika elmində dalğalar Dalğa (su) — dənizdə dalğalar.