Dadlıq — xüsusi bir dad, dadı artırmaq, və ya yeməyi tamamlamaq üçün adətən bişdikdən sonra yeməyə əlavə olunan ədviyyat və ya sous.[1] Dadlıqlar bəzən qidaya başlamazdan əvvəl, məsələn, ketçup, xardal və ya mayonezlə hazırlanmış sendviçə əlavə olunur. Yemək zamanı dad və ya toxuma əlavə etmək üçün bəzi dadlıqlardan istifadə olunur: barbekü sousu, qarışıq kərə yağı, teriyaki, soya sousu, xama və s.