Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Dəli Domrul
Duxa Qоca oğlı Dəli Domrul— Kitabi-Dədə Qorqudda obraz. V boyda işlədilmişdir. "Duxa" "Kitabi-Dədə Qorqud"un antroponimiyasına daxil olan, lakin müasir antroponimiyamızda işlənməyən adlardandır. Bu antroponimik vahiddən bəhs edən Ş.Cəmşidov və E.Əlibəyzadə onun formalaşmasında zahiri səslənmə-alliterasiya, yaxud poetiklik yaratma keyfiyyətlərini əsas götürmüşlər. Deli Dumrul əhvalatı Türk xalq inancında "Aylanu" motivinin ən gözəl və ən mükəmməl olaraq törədildiyi yerdir. "Domrul" antroponimi Mirəli Seyidov, Tofiq Hacıyev, Arif Acalov, Osman Mirzəyev və başqa müəlliflərin diqqətini cəlb etmişdir. Onun leksik-semantik xüsusiyyətləri, antroponimik vahid kimi formalaşmasında "nəsil verən", "həyat başlanğıcı" kimi keyfiyyətin əsas olması həmin müəlliflər tərəfindən təsdiqlənmişdir. "Duxa Qoca" antropоnimik vahidi isə araşdırmalardan kənarda qalmışdır. Mövcud tədqiqatlarda "Duxa" antroponiminin yalnız yunanlardakı "Duka" şəxs adından olduğu göstərilir. Göründüyü kimi, "Duxa" antroponiminin leksiksemantik xüsusiyyətləri, onun yaranması üçun əsas olan apelyativin tarixi-linqvistik baxımdan araşdırılması, həmçinin həmin vahidin adyaratma üçün seçilmə, yaxud motivləşmə səbəbi müəyyənləşdirilməmişdir.
Dambur
Dambur — Dağıstanın yerli əhalisinin iki simli musiqi alətinin adı. Bəzi Dağıstan xalqları onu "dinda" və "çanq" adlandırırlar. ləzgilər, avarlar, qumuqlar onu "Pandur" adlandırır. Azərbaycanın Balakən, Qax və Zaqatala bölgəsində yerli əhali arasında populyar musiqi alətidir.. Türk xalqlarının tənbur musiqi aləti ilə yaxınlıq təşkil edir. == Tarixi == Dambur ən çox dağlıq ərazilərdə yayılmışdır. Yerli musiqi aləti kimi nəinki Azərbaycanın şimal-qərb bölgəsi, həm də Şimali Qafqaz xalqlarının bir çoxu damburdan istifadə edir. Tənburun bir növü olan damburun Azərbaycan ərazisində çox dərin tarixi kökü vardır. Alətin mənşəyi eramızdan əvvəlki dövrə, dağlarda heyvandarlığın təşəkkülü zamanına təsadüf edir. Hazırda o, ənənəvi olaraq təbiət hadisələrinə hörmətlə yanaşan, yağış və günəş çağırma rituallarına riayət edən avarların İslamdan əvvəlki inanclarının yadigarı hesab olunur.
Dombay
Dombay (rus. Домбай) — Rusiya ərazisində, Qaraçay-Çərkəz Respublikasının Teberda hövzəsində dağlıq ərazi. Dombayın cənub sərhəddi - Baş Qafqaz silsiləsidir. Ən yüksək zirvəsi - Dombay-Ulgendir. Hündürlüyü 4046 metrdir. Dombay üç əsas dərənin birləşməsidir: Alibek, Amanauza və Dombay-Ulgen. Hər üç dərə mərkəzdə mənzərəli Dombay talasını formalaşdırır. Talanın hündürlüyü 1630 metrdir. Dombay inzibati ərazi olmayıb dəqiq sərhədlərə malik deyil. Bu əraziyə müasir Teberda çayının yuxarı axarları aiddir.
Dombra
Dombra (qaz. домбыра) — Qazax xalq çalğı aləti. Xalq arasında deyilir ki, hər iki Qazaxdan biri mütləq bir musiqi aləti çalmağı bacarır. Biz bu iddianı yumşaldaraq deyirik ki, Türkistan şəhərində hər ailədə mütləq bir nəfər musiqi aləti çalır və bu çalınan alət dombradır. "Qazaxı soruşsan, dombranın qolundadır". Bu yəqin ki, xalqla onun musiqisi arasındakı əlaqəni ifadə edən ən gözəl sözdür. Dombıra, iki telli musiqi aləti və bəlkə də Anadolu sazının atasıdır. Anadolu sazının da üç telli olduğu illər uzaqda deyildir. Sazda tel sayının çoxalması 80-100 illik məsələdir. Bəlkə daha əvvəl, o da dombıra kimi yalnız iki telli idi.
Tumbul
Tumbul — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 30 sentyabr 2003-cü il tarixli, 500-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Tumbul kəndi Qoşadizə kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Tumbul kənd inzibati ərazi dairəsi yaradılmışdır. Azərbaycan Respublikası Milli Məclisinin 9 iyun 2009-cu il tarixli, 829-IIIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Tumbul kənd inzibati ərazi dairəsi və onun tərkibindəki Tumbul kəndi Naxçıvan şəhər inzibati ərazi vahidinin hüdudlarına daxil edilmişdir. == Toponimikası == Naxçıvan Şəhər ərazi darəsində eyniadlı i.ə.v də kənd.Düzənlikdədir.Bəzi tədqiqatçılara görə oykonim dumbuli adlı türk tayfasının adını əks etdirir. Bu tayfa Qaraqoyunlu hökümdarı Qara Yusifin dövründə Suriyadan Azərbaycana köçürülmüş və sonra Qızılbaşlara xidmət etmişdir. Hazırda İranda bu tayfanın qalıqları İsabəyli adı ilə tanınır.Səfəvilər dövründə dumbulilərin bir hissəsi Azərbaycanın şimalına köçmüşdür. == Əhalisi == Əhalisi 1622 nəfərdir.
Şambul
Şambul — Azərbaycan Respublikasının Balakən rayonunun inzibati ərazi vahidində kənd. Alazan-Əyriçay vadisində yerləşir. Kəndi həmin zonada yaşamış Avarlar salmışdır. Yerli əhalinin məlumatına görə, kəndin adı Şambul şəxs adı ilə bağlıdır.Şambul sözü eyni zamanda qamış, şiş uclu mənalarında işlənmişdir. == Əhalisi == Kəndin əhalisi 3.000-ə yaxındır demək olar ki 98 % Avarlardan ibarətdir, avarlardan başqa isə azərbaycanlılar, saxurlar və qaraçılar, qisməndə ruslar, ukraynalılar, tatarlar, ləzgilər, yaşayırlar. Şambul kəndində 1 məktəb, 1 kitabxana, 1 tibb məntəqəsi, 1 poçt məntəqəsi, Şambul kənd bələdiyəsi, Şambul kənd inzibati ərazi dairəsi, bir neçə dərnək, 1 uşaq bağçası, 3 məscid, 2 körpü vardır. == Din == Kənddə Şambul kənd məscidi dini icması fəaliyyət göstərir.
Cambul Cabayev
Cambul Cabayev (qaz. Жамбыл Жабайұлы; 1846 – 1945) — Qazax akını, şairi, Stalin mükafatı laureatı.
Cambul vilayəti
Cambul vilayəti (qaz. Жамбыл облысы) — Qazaxıstanın cənubunda vilayət. İnzibati mərkəzi Taraz şəhəridir. == Tarixi == 1939-cu il oktyabrın 14-də təşkil olunmuşdur. Vilayət məşhur qazax akını Cambul Cabayevin (1846 - 1945) şərəfinə adlanmışdır. == Coğrafiyası == Sahəsi 144,2 min km2 . 10 rayonu, 4 şəhəri, 13 qəsəbəsi var. Mərkəzi Taraz şəhərdir Ərazisi, əsasən, düzənlikdir. Şimal hissəsini Bədbəxttala s əhrası tutur. Cənub şərqi, şərqi və cənubu dağlıqdır.
Gonbul (bomba)
Gonbul adam ABŞ tərəfindən 9 avqust 1945-ci ildə Naqasakiyə atılan atom bombasına verilən addır.İkinci dünya müharibəsidə istifadə edilən atom bombasının ikincisidir və o günə qədər həyata keçirilmiş üçüncü atom partlayışıdır.Həyata keçirilmiş ilk atom partlayışı Triniti sınağı, ikinci partlayış isə Little Boyun partladılması olmuşdur.
Tumbul bələdiyyəsi
Naxçıvan bələdiyyələri — Naxçıvan Muxtar Respublikası ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Naxçıvan şəhəri == == Babək rayonu == == Culfa rayonu == == Kəngərli rayonu == == Ordubad rayonu == == Sədərək rayonu == == Şahbuz rayonu == == Şərur rayonu == == Qeydlər == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Tumbul rayonu
Tumbul rayonu — 1920–1921-ci illərdə Naxçıvan SSR-in (Azərbaycan) inzibati-ərazisinə daxil olmuş rayonlardan biri. 16 mart 1921-cü il tarixli bir sənədə görə Naxçıvan SSR-in Naxçıvan qəzasının tərkibinə daxil olan 3 rayondan biri olmuşdur. == Tərkibinə daxil olan inzibati vahidlər == 39 yaşayış məntəqəsini birləşdirən Tumbul rayonunun mərkəzi Tumbul kəndi idi. Bu rayona 4 qəsəbə 35 kənd daxil olmuşdur. Rayon ərazisində adı çəkilən Qaracakənd, Xaçaparaq, Qızıl-burun, Dərəşam, Baş-Başı, Volmuninskiy yaşayış məntəqələrinin bəziləri dağılmış, bəzilərinin əhalisi şəhər mərkəzlərinə və digər kəndlərə köçmüş, bəzilərinin isə adları dəyişdirilmişdir. Tədiqatlar göstərir ki, ruslar tərəfindən "Baş-başı" kimi qeydə alınmış ərazi Naxçıvanın yerli əhalisi tərəfindən Boz-başlı adlandırılmışdır. 1921-ci ildə Tumbul rayonunun ərazisində iki Təzəkənd adlı kənd qeydə alınmışdır. Müəyyən edilmişdir ki, bu kəndlərdən biri indiki Babək rayonunun Babək qəsəbəsidir. İkinci Təzəkənd isə Naxçıvan Muxtar Respublikası ərazisində XX əsrin 70-ci illərinə qədər mövcud olmuşdur. Bu kənd Yamxana kəndi ilə Abbasabad qalasının arasında yerləşmişdir.
Şambul bələdiyyəsi
Balakən bələdiyyələri — Balakən rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Romul Avqust
Romul Avqust (Ravenna) — Sonuncu Qərbi Roma imperatoru. 476-cı ildə qot kralı Odoakr tərəfindən hakimiyətdən salınmışdır.
Saylıkma Kombu
Saylıkma Kombu (tuvaca: Сайлыкмаа Комбу d. 12 dekabr 1960) – tuvalı ədəbiyyatçı, tənqidçi, tərcüməçi və şair. == Həyatı == 12 dekabr 1960-cı ildə Tuvanın Baytayqa bölgəsinin Baytal kəndində anadan olmuşdur. Qızıl Səhiyyə Məktəbindən 1979-cu ildə məzun olduqdan sonra, 1984-cü ildə filologiya fakültəsində təhsilini davam etdirmiş və oradan da məzun olmuşdur. Rusiya Federasiyasında Dünya Ədəbiyyatı İnistitutunda assistant olaraq işləmişdir. 1999-cu ildə "Çağdaş Tuva şeri: növ sistemi" ilə doktorantura mövzusunu müdafiə etmişdir. Uzun müddətdir Tuva Dövlət Universitetində işləməkdədir. Tuva şer dünyasına bir çox dünya şairinin əsərlərini qazandırmışdır. Puşkin, Nekrasova, Tutçeva, Feta, Safpo, Ahmatov, Tsvetayev, Admadulin, Dobrinov kimi şairlərin əsərlərini tərcümə etmişdir. Türkiyə türkcəsi, Altay türkcəsi, Çuvaş türkcəsi və Monqol dilindən topladığı şerləri ruscaya tərcümə etmişdir.
Bayan (Cambul rayonu)
Bayan - Qazaxıstanın Şimali Qazaxıstan əyalətinin Cambul rayonunda kənd. Bayanaul kənd dairəsinin inzibati mərkəzi. Unvan və kodu - (rus dilində: Код КАТО) — 594635100. == Coğrafiyası == Bayan kəndi Qazaxıstanın Şimali Qazaxıstan əyalətinin Cambul rayonunda, Masakol gölü yaxınlığında yerləşir. == Əhalisi == 1999-cu ildə kəndin əhalisi 983 nəfərdən (517 kişi və 466 qadın) ibarət idi.. 2009-cu il əhalinin siyahıyaalınmasına görə kənddə 644 nəfər (337 kişi, 307 qadın) yaşayırdı..
Gonbul adam (bomba)
Gonbul adam ABŞ tərəfindən 9 avqust 1945-ci ildə Naqasakiyə atılan atom bombasına verilən addır.İkinci dünya müharibəsidə istifadə edilən atom bombasının ikincisidir və o günə qədər həyata keçirilmiş üçüncü atom partlayışıdır.Həyata keçirilmiş ilk atom partlayışı Triniti sınağı, ikinci partlayış isə Little Boyun partladılması olmuşdur.
İrlandiya Homrul hərəkatı
İrlandiya Homrul hərəkatı (muxtariyyət hərəkatı-"self-government") — İrlandiyanın Britaniya içərisində avtonomiya qazanması məqsədilə başladılan hərəkatdır. == Başlanğıcı və səbəbləri == Home Rule 1885–1918-ci illərdə irland seçicilərinin böyük hissəsinin başlıca tələbi idi.1801-ci il Birləşmə Aktından sonra Vestminster tərəfindən idarə olunan İrlandiya parlamenti idarəçiliyini milliyyətçilər yenidən İrlandiyaya qaytarmağın yollarını axtarırdılar. İlk Homrul krizisinin 1885-ci ildə Uilyam Qladston Homrul haqqında çıxış etdikdə başladı. Əvvəlki baş nazirliyi dövründə(1868–1874) o, İrlandiyanı "sakitləşdirməyin" yollarını axtarmış , bunun üçün İrland kilsəsini dövlətdən ayırmış və təsirsiz qalmış 1870-ci il Torpaq Aktını qəbul elətdirmişdi.1879–1881-ci il Torpaq müharibəsindən sonra Qladston konstitusiya dəyişikliyini Birləşmiş Krallığın bütünlüyünü qorumaq üçün tək vasitə kimi görürdü. O, 1886-cı ildə ilk Homrul billini təqdim etdi , ancaq bu bill aşağı palatadan keçmədi,1893-cü ildə təqdim olunan ikinci bill isə Lordlar palatası tərəfindən rədd edildi. İlk Homrul krizisinin İrlandiyada iki əsas nəticəsi oldu: Olsterdə liberal siyasətin sonu gəldi və dini siyasətin başlanğıcı qoyuldu. Katoliklər milliyyətçilərə , protestantlar isə konservativ birlik tərəfdarlarına səs verdilər.
Rem və Romul
Romul (lat. Romulus; v. Kapitoli) — Qədim Romanın ilk çarı. == Romul-REM == Rəvayətə görə Romada yeddi padşah olmuşdur. Bunlardan birincisi Romul idi. Bir rəvayətə görə, romalılar gənc əsgərlərə arvad almaq məqsədilə böyük bir tamaşa təşkil etmişdilər. Onlar qonşu tayfa — sabinliləri bu məclisə dəvət etmişdilər. Tamaşa zamanı romalılar tamaşaya gələnlərin qızlarını qaçırıb arvadsız əsgərlərə vermişdilər. Bu hadisə sabinlilərlə-romalılar arasında vuruşmaya səbəb olmuşdu, lakin romalı və sabinli qadınlar vuruşanların arasına girib onları barışdırmışdılar. Bundan sonra guya ki, hər iki çar Romul və sabinlilərin padşahı Tit Tasi ölkələrini birlikdə idarə etmişlər.
Romul və Rem
Romul (lat. Romulus; v. Kapitoli) — Qədim Romanın ilk çarı. == Romul-REM == Rəvayətə görə Romada yeddi padşah olmuşdur. Bunlardan birincisi Romul idi. Bir rəvayətə görə, romalılar gənc əsgərlərə arvad almaq məqsədilə böyük bir tamaşa təşkil etmişdilər. Onlar qonşu tayfa — sabinliləri bu məclisə dəvət etmişdilər. Tamaşa zamanı romalılar tamaşaya gələnlərin qızlarını qaçırıb arvadsız əsgərlərə vermişdilər. Bu hadisə sabinlilərlə-romalılar arasında vuruşmaya səbəb olmuşdu, lakin romalı və sabinli qadınlar vuruşanların arasına girib onları barışdırmışdılar. Bundan sonra guya ki, hər iki çar Romul və sabinlilərin padşahı Tit Tasi ölkələrini birlikdə idarə etmişlər.
Amberyo-an-Domb
Amberyö-an-Domb (fr. Ambérieux-en-Dombes) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Sen-Trivye-syur-Myanyan kantonuna daxildir. Kommunanın dairəsi — Burk-an-Bres. INSEE kodu — 01005. == Əhalisi == 2010-cu ildə əhalinin sayı 1616 nəfər təşkil edirdi. == İdarəetmə == == İqtisadiyyatı == 2010-cu ildə əmək qabiliyyətli 1080 nəfərdən (15–64 yaş) 842 nəfəri iqtisadi cəhətdən fəal, 238 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi 78,0%, 1999-cu ildə 73,0%). Fəaliyyət göstərən 842 sakindən 791 nəfər (432 kişi və 359 qadın), 51 nəfəri işsizdir (18 kişi və 33 qadın). 238 hərəkətsiz 83 nəfər arasında şagird və ya tələbə, 99 nəfər təqaüdçü, 56 digər səbəblərə görə hərəkətsizdir.
Sivryo-an-Domb
Talisyo (fr. Thézillieu) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Otvil-Lones kantonuna daxildir. Kommunanın dairəsi — Belle. INSEE kodu — 01417. == Coğrafiyası == Kommuna Paris şəhərinin 410 km cənub-şərqində, Lion şəhərindən 65 km şərqdə və Burk-an-Bres şəhərindən 45 km cənub-şərqdə yerləşir. == Əhalisi == 2010-cu ildə əhalinin sayı 324 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2010-cu ildə əmək qabiliyyətli 192 nəfər arasında (15–64 yaş arasında) 146 nəfər iqtisadi cəhətdən fəal, 46 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici — 76,0%, 1999-cu ildə 70,4%). Aktiv 146 sakindən 139 nəfər (79 kişi və 60 qadın), 7 nəfər işsiz (3 kişi və 4 qadın) idi.
Villar-le-Domb
Villar-le-Domb (fr. Villars-les-Dombes) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Villar-le-Domb kantonuna daxildir. Kommunanın dairəsi — Burk-an-Bres. INSEE kodu — 01443. == Əhalisi == 2010-ci ildə əhalinin sayı 4330 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 2812 nəfərdən (15-64 yaş) 2115 nəfər İqtisadi fəal, 697 nəfər hərəkətsizdir (fəaliyyət göstərici 75.2%, 1999-cu ildə 73.8%). Fəal 2115 nəfərdən 1995 nəfər (1056 kişi və 939 qadın), 120 nəfər işsiz (48 kişi və 72 qadın) idi. Aktiv olmayan 697 nəfər arasında şagird və ya tələbə, 257 nəfər pensiyaçı, 140 nəfər digər səbəblərə görə fəaliyyətsiz idi.
Romul, Rem və dişi canavar
Romul, Rem və dişi canavar (lat. Romulus et Remus) falamand rəssamı Piter Paul Rubens tərəfindən 1666-ci ildə çəkilib. Rubensin yaradıcılığı üçün xarakter olan mifoloji süjet: Faustul (sağda) dişi canavarın əmizdirdiyi Romulu və Remi, həm də ağacdələni tapır. Onların anası Reya Silviya və çay allahı Tiberin yaxınlığındadır. Romalıların ilk çarı Romul (Romulus) və onun qardaşı (Remus) barədə salnamədə rəvayət olunur; Vesta kahinəsi Reya Silviya bir dəfə Mars allahına rast gəlir və bunun da nəticəsində onun bir cüt əkiz oğlu doğulur. Bəkarətini itirən vestalkanı (kahinəni) övladları ilə birlikdə suda batırıb öldürmək əmr olunur. Lakin çay allahı Tibrin Reyaya rəhmi gəlir və onu özünə zövcə edir. Uşaqların olduğu çanağı su ağzına alıb aparır və çanaq sahilə yan alır. Bu zaman su içmək üçün çaya yaxınlaşan dişi canavar uşaqların ağladığını eşidir, taleyin ümidinə atılmış uşaqları mağaraya gətirir və onları öz südü ilə əmizdirir. Onların ilk uşaqlıq günləri mağarada keçir: dişi canavar onlara analıq edir, ağacdələn və çökükburun onlar üçün qida gətirir və uşaqları hər cür bəladan hifz edirlər.
Villar-le-Domb (kanton)
Villar-le-Domb (fr. Villars-les-Dombes) — Fransada kanton, Rona-Alplar regionunda yerləşir. Departamenti — En. Burk-an-Bres dairəsinə daxildir. Kantonun əhalisi 2006-cı ildə 9 531 nəfər təşkil edirdi. Kodu — 0135. Villar-le-Domb kantonuna 10 kommun daxildir və bunlardan əsas Villar-le-Domb kommunası hesab edilir. == Kantonun kommunları == == Əhalisi == 2006-cı ildə əhalinin sayı 9 531 nəfər təşkil edirdi.