Dombay

Dombay (rus. Домбай) — Rusiya ərazisində, Qaraçay-Çərkəz Respublikasının Teberda hövzəsində dağlıq ərazi. Dombayın cənub sərhəddi - Baş Qafqaz silsiləsidir. Ən yüksək zirvəsi - Dombay-Ulgendir. Hündürlüyü 4046 metrdir.

Dombay
rus. Домба́й
Ümumi məlumatlar
Mütləq hündürlüyü 4046 m
Hündür nöqtəsi Dombay-Ulgen
Yerləşməsi
43°17′26″ şm. e. 41°37′29″ ş. u.
Ölkə  Rusiya
Yerləşməsi Baş Qafqaz silsiləsi
Dombay xəritədə
Dombay
Dombay
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Dombay üç əsas dərənin birləşməsidir: Alibek, Amanauza və Dombay-Ulgen. Hər üç dərə mərkəzdə mənzərəli Dombay talasını formalaşdırır. Talanın hündürlüyü 1630 metrdir[1].

Dombay inzibati ərazi olmayıb dəqiq sərhədlərə malik deyil. Bu əraziyə müasir Teberda çayının yuxarı axarları aiddir. Teberda Kuban çayının əsas qolu olub bir neçə dağ dərələrini özündə birləşdirir. Ərazi yüksəl alp relyefə malik olmaqla uçqun təhlükəsi olan rayonlardan biri hesab olunur.

Qaraçay dilindən «Dommay/dombay» «zubr» yəni dağ buğası mənasını verir. Rus mənbələrində Dombay ilk dəfə II Yekaterina üçün tərtib olunmuş təqdimatda yada salınır: "Qaraçay dağlarında vəhşi öküzlər-dombaylar yaşayır". Vaxtı ilə dobay meşələrində onların böyük sürüləri olmuşdur. Sonuncu qafqaz zubru kazaklar tərəfindən 1927-ci ildə Adıgey ərazisində öldürülmüşdür. Müasir dövrdə Qafqazda zubrlıarın populyasiyasının bərpası proqramı həyata keçirilir. Maraqlıdır ki, qaraçay dilində Dombayın ən yüksək zirvəsinin adı - Dombay-Ulgenin mənası «öldürülmüş zubr».

Ərazidə yanvar ayının mütləq orta temperaturu -5 °C, minimal orta temperatur isə -12 °C-dir. Yay aylarında ən yüksək orta temperatur avqustda qeydə alınır + 24 °C.

Dombay Böyük Qafqazın ən müasir istirahət, idman, alpinizm, dağ-xizək və turizm mərkəzidir[2][3][4]. Müasir dövrdə ərazidə turizm kompleksi və onlarca mehmanxanalar fəaliyyət göstərir.

Qış aylarında Dombay dağ-xizək yolu 200 min insana xidmət edir. Xizək yolu 1800-3200 metr yüksəklikdədir. Yol müxtəlif çətinlik dərəcəsinə malik olub 20 km məsafəni əhatə edir. Hündürlüyün maksimal düşüşü 1400 metrdir.

Bölgə Teberdin qoruğuna daxil olmaqla təbiət abidələri ilə zəngindir. Bir çox təbiət abidələri UNESCO-nun Ümumdünya irsinə daxil edilib[5]. Ərazidə deltadrom fəaliyyət göstərir[6].

  1. "Официальный сайт Карачаево-Черкесской Республики, раздел о Домбае". Archived from the original on 2006-06-14. İstifadə tarixi: 2021-10-24.
  2. "Краткие сведения.3". Archived from the original on 2007-10-09. İstifadə tarixi: 2021-10-24.
  3. "Горнолыжные трассы". 2009-09-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-24.
  4. "Краткие сведения.4". Archived from the original on 2007-10-13. İstifadə tarixi: 2021-10-24.
  5. "Маршруты". 2022-03-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-24.
  6. "Лётные места в Домбае". 2021-10-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-24.