Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Drammen
Drammen — Norveçin cənub-şərqində şəhər. Buskerud fülkesinin inzibati mərkəzi. Əhalisi 64,8 min (2015). Oslo şəhərindən 40 km cənub-qərbdə, Drammenfyord çayı sahilində port (yük dövriyyəsi 1,6 mln. t, 2005). Dəmiryol qovşağı. == Ümumi məlumat == İndiki Drammenin yerində ilk məskənlər - Bragemes (Drammenelva çayının şimal sahilində) və Strömsö (Stromso; cənub sahilində) XIII əsrdə salınmışdır; 1715-ci ildə hər ikisi şəhər statusunu almışdır. Onların Tangen şəhəri ilə birləşməsindən sonra Drammen şəhəri meydana gəlmişdir (1811); meşə və taxta-şalban materialları ticarəti üzrə ixtisaslaşmış dəniz portu kimi inkişaf etmişdir. 1866-cı ildə yanğın nəticəsində, demək olar ki, tamamilə məhv olmuş, sonralar yenidən tikilmişdir. Şəhərin baş meydanı Bragernes-torqdur (Skandinaviya ölkələrində ən irilərindən biri; XIX əsrin sonlarına aid memarlıq ansamblı saxlanılmışdır), Bragernes kilsəsi (1871), şəhər Ratuşası (1871), Kütləvi kitabxana (1916), Muzey (1908; nəzdində açıq səma altında tarix muzeyi, təsviri sənət muzeyi və s.), Teatr (1870, bir neçə yanğından sonra 1993-cü ildə bərpa edilmişdir), “Spiralen” tuneli (1961; vintvarı, Bragernes təpəsinin içindədir, uzunluğu 1650 metrdir) var.
Hummer
Hummer — General Motors konserninin tərkibinə daxil olan ABŞ şirkətidir. O, iri tutumlu nəhəng superofrouderlərin istehsalı üzrə ixtisaslaşıb. Hummer avtomobilləri İndiana ştatındakı Mişavaka (Mishawaka) şəhərində AM General şirkətinin UAW zavodunda istehsal olunur. == Tarixi == Hummerin tarixi Amerika hərbçilərinin xüsusi avtomobilə tələbat duyduqları vaxtdan başlayır. Bu tələbatın nəticəsində 1979-cu ilin yayında AM General şirkəti çətin yollarda hərəkət etmək qabiliyyətinə malik olan avtomobilin yaradılması işlərinə başlandı. Bu proqrama HMMWV M998 (High Mobility Multipurpose Wheeled Vehicle Model 998), yəni "Yüksək çevikliyə malik çoxməqsədli təkərli nəqliyyat vasitəsi, 1998-ci ilin modeli" adı verildi (amerikanlar bu abreviaturanı "Hamm-vi" kimi tələffüz edirlər). Hummer adı məhz bu qısaldılmış addan əmələ gəldi. Konstruktorların qarşısında yüksək keçid qabiliyyətinə malik, əsgərləri və sursatları rahat yerləşdirə bilən geniş salonlu, böyük klirensli və kiçik siluetli (düşmən üçün asan hədəfə çevrilməmək üçün) ofrouder düzəltmək vəzifəsi dururdu. İşlərin başlanmasından 11 ay sonra General Motors korporasiyası M998 markalı hərbi avtomobilin ilk nümunəsini təqdim etdi. 1981-ci ildən başlayaraq bu avtomobil seriya ilə istehsal olunmağa başladı və bu gün hamı onu H1 adı ilə tanıyır.
Henk Bremmer
Hendrikus Piter (Henk) Bremmer (17 may 1871[…], Leyden, Cənubi Hollandiya – 10 yanvar 1956[…], Haaqa) — hollandiyalı rəssam, incəsənət tənqidçisi, sənətşünas, incəsənət müəllimi, incəsənət kolleksiyaçısı idi. Rəssam Rudolf Bremmerin atası idi. Bremmer rəssam təhsili aldı, 1893-1895-ci illərdə jurnalist kimi çalışdı və 1896-cı ildə incəsənət dərsi keçməyə başladı. 1906-1907 mövsümündə Hollandiyanın ən varlı qadınlarından biri olan Helen Kröller-Müller onun şagirdi idi və qısa müddətdə incəsənətlə bağlı kolleksiya nümunələri toplamağa başladı. Bremmer ona incəsənətlə bağlı topladığı bu kolleksiyanı bir yerə yığıb nümayiş elətdirməyi təklif etdi və bu gələcəkdə yaranacaq olan Kröller-Müller muzeyinin əsasını qoydu. Bremmerin bir çox sənət adamı ilə əlaqəsi var idi. 1902-ci ildən ölənə qədər Haaqadakı Artiestenhofda yaşayıb. 1912-ci ildə Bart van der Lek ilə əlaqəyə yaratdı, onu maddi dəstək və aylıq müavinət ilə təmin etdi. 1906-cı ildə incəsənət tənqidi olan Eene inleiding tot het zien van beeldende kunst kitabını nəşr etdi. 1913-cü ildə təsviri sənət jurnalına başlamışdır.
Endless Summer
Endless Summer — Alman müğənni Okeana Malmannın "My House" (2012) adlı ikinci albomundan bir UEFA Avro 2012 -nin rəsmi mahnısı idi.Mahnının bir hissəsini UEFA Euro 2012 video oyununda eşitmək olar.
Ernst Kummer
Ernst Kummer (ing. Ernst Kummer; 29 yanvar 1810[…], Jarı[d], Brendenburq əyaləti[d], Prussiya – 14 may 1893, Berlin, Prussiya, Almaniya imperiyası) — Alman riyaziyyatçısıdır; cəbri ədədlər nəzəriyyəsi, həndəsə, riyazi analiz, nəzəri mexanika üzrə əsərlərin müəllifidir.
Piter Druker
Piter Druker (19 noyabr 1909[…], Vyana – 11 noyabr 2005[…], Klermont[d], Kaliforniya) — idarəetmə, təşkilatçılıq, iş strategiyası, liderliyin inkişafı və işçilərin motivasiya edilməsi məsələlərində biznes qaydalarını dəyişən bir ekspert olmuşdur. Xüsuilə özəlləşdirmə, hədəflərlə idarəetmə və davamsızlıq kimi konsepsiyaların yaradıcısı və müasir idarəetmə ideyasına qazandıran şəxsdir. İdarəetmədə desentralizasiya anlayışını tanıtması ilə böyük şöhrət qazanmışdır. == Peter Ducker-a məxsus fikirlər: == 19 noyabr 1909-cu ildə anadan olmuş amerikalı alim, iqtisadçı, XX əsrin ən görkəmli menecment nəzəriyyəçilərindən biri, müasir menecment nəzəriyyəsinin banisi, publisist, müəllim və yazıçı Piter Ferdinand Druker (Peter Ferdinand Drucker “İnformasiya işçisi” anlayışını elmə gətirmiş Druker 39 kitabın və yüzlərlə məqalənin müəllifidir. - Hər hansı bir təşkilatda insanlar üçün vəzifə almaq işlərini müvəffəqiyyətlə yerinə yetirməkdən daha vacib hala gəlibsə, təşkilat risk almaqdan çəkinib yalnız edilən nöqsanları araşdırırsa, əməkdaşlar güclü xüsusiyyətlərini inkişaf etdirməkdən çox zəif yönlərinin inkişafıyla məşğuldurlarsa, şəxsi münasibatlər performans və müvəffəqiyyətdən daha əhəmiyyətli hala gəlibdirsə o təşkilat xəstədir. - Beş ölümcül günah: “İlk günah, yüksək mənfəət marjı və artıq qiymətləndirməyə sitayiş etməkdir. İkinci günah, yeni bir məhsula bazarın qaldıracağı qədər qiymət qoymaqdır. Üçüncü günah, xərc nəzarətli qiymətləndirmədir. Dördüncü günah, sabahın fürsətini dünənin mehrabında qurban etməkdir. Beşinci günah, problemləri bəsləyərkən fürsətləri acından öldürməkdir.” - “Məlumatın ustası olmasan qulluqçusu olarsan.” Yəni rəhbərlər məlumatı daha yaxşı başa düşməyi, analiz və idarə etməyi bilmək məcburiyyətindədir.
Summer Kisses
Summer Kisses (azərb. Yay öpüşləri‎) – C. C. Catch tərəfindən 1988-ci ildə ifa edilmiş mahnıdır.
Vsevolod Zummer
Vsevolod Mixayloviç Zummer (14 (26) sentyabr 1885 – 6 dekabr 1970; SSRİ ) — şərq incəsənəti tarixçisi, türkoloq, arxeoloq. Tarix və sənət nəzəriyyəsi doktoru, professor. 1920-ci illərdə Bakı Dövlət Universitetində sənətşünaslıq kafedrasına rəhbərlik etmişdir. 1923-cü ildə dosent, 1924-cü ildə isə professor adı almışdır. Eyni zamanda Azərbaycan Ali Rəssamlıq Məktəbində mühazirə oxumuşdur. == Həyatı == Vsevolod Mixayloviç Zummer 14 sentyabr 1885-ci ildə Talnoe şəhərində anadan olmuşdur. O, 1916-cı ildə Kiyev Universitetini bitirib. 1917-ci ildə Moskva Arxeologiya İnstitutundan məzun olmuşdur. 1920-ci illərdə Bakı Universitetində sənətşünaslıq kafedrasına rəhbərlik etmişdir. 1923-cü ildə dosent, 1924 -cü ildə isə professor olmuşdur.
J.Drumm.
Ceyms Drummond (ing. James Drummond, 1787[…] və ya 1784 – 26 mart 1863) — Şotlandiya-Avstraliya botaniki, mikoloqu, təbiətşünası, bitki kolleksiyaçısı. == Təsnif etdiyi taksonlar == Boronia molloyae Dasypogon hookeri, J. Drumm., 1843 Drakaea livida, J. Drumm., 1842 Diuris picta, J. Drumm., 1853 Dricrastylis reticulata, J. Drumm. ex Harv., 1855 Dicrastylis stoechas, J. Drumm. ex Harv., 1855 Gastrolobium leakeanum Hakea victoria, Royal Hakea Macropidia fumosa, J. Drumm. ex Harv., 1855 İri vertikordiya (Verticordia grandis) == İstinadlar == == Xarici keçidlər == James Drummond (c.
Pol Dumer
Pol Dumer (fr. Paul Doumer; 22 mart 1857[…] – 7 may 1932[…], Paris) — 1931-1932-ci illərdə Fransa Respublikasının 14-cü prezidenti. 1932-ci mayın 6-da məruz qaldığı sui-qəsd nəticəsində vəfat etmişdir.
Qaston Dumer
Qaston Dumerq (fr. Gaston Doumergue); 1 avqust 1863[…], Eq-Viv[d] – 18 iyun 1937[…], Eq-Viv[d]) — 1924–1931-ci illərdə Fransa Respublikasının 13-cü prezidenti.
Dumer alması
Dumer alması (lat. Malus doumeri) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin alma cinsinə aid bitki növü.
Dumer alma ağacı
Brümer
Brümer (fr. brumaire, lat. brume sözündən — duman) — Böyük Fransa inqilabından sonra tərtib olunmuş, 1793 cü ilin 1 yanvarına qədər qüvvədə olmuş təqvimə əsasən II ay (22/23 oktyabr — 20/21 noyabr).