Vsevolod Mixayloviç Zummer (14 (26) sentyabr1885 və ya 1885[1] – 6 dekabr1970 və ya 1970[1]; SSRİ ) — şərq incəsənəti tarixçisi, türkoloq, arxeoloq. Tarix və sənət nəzəriyyəsi doktoru, professor. 1920-ci illərdə Bakı Dövlət Universitetində sənətşünaslıq kafedrasına rəhbərlik etmişdir. 1923-cü ildə dosent, 1924-cü ildə isə professor adı almışdır. Eyni zamanda Azərbaycan Ali Rəssamlıq Məktəbində mühazirə oxumuşdur.
Vsevolod Zummer
Vsevolod Mixayloviç Zummer
Vsevolod Zummer Dəşkənddə Orta Asiya Dövlət Universitetində dərs dediyi zaman
Vsevolod Mixayloviç Zummer 14 sentyabr 1885-ci ildə Talnoe şəhərində anadan olmuşdur. O, 1916-cı ildə Kiyev Universitetini bitirib. 1917-ci ildə Moskva Arxeologiya İnstitutundan məzun olmuşdur.[2]
1920-ci illərdə Bakı Universitetində sənətşünaslıq kafedrasına rəhbərlik etmişdir. 1923-cü ildə dosent, 1924 -cü ildə isə professor olmuşdur. Eyni zamanda Azərbaycan Ali Rəssamlıq Məktəbində mühazirələr oxumuşdur.
Sənət tarixi və nəzəriyyəsi mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir. 1924-cü ildə Tiflisdə KIAI-in müxbir üzvü seçilmişdir.
1920-ci illərin sonunda Ukraynaya köçmüş və burada Xarkov Dövlət İncəsənət və Tarix Muzeyinin direktoru təyin edilmışdir.
1933-cü ildə həbs edildi. Cəzaya görə, beş il məcburi əmək düşərgələrində qaldı və Svobodlaqda Baykal-Amur magistralını tikən Baykal-Amur islah əmək düşərgəsinə göndərildi. 1937-ci ilin əvvəlində sərbəst buraxıldı.
Люди и судьбы. Биобиблиографический словарь востоковедов — жертв политического террора в советский период (1917—1991). — С.-Пб.: Петербургское Востоковедение. Я. В. Васильков, М. Ю. Сорокина. 2003.
Воспоминания студентов Среднеазиат. Гос. Ун-та; Словник художників Украіни. — Киів, 1973. — С. 91.
Научные работники Азербайджана: Справочник. — Баку, 1927. — С. 7;
Иванова Л. Воспоминания. Неизданные письма Вячеслава Иванова // Минувшее. — Вып. 3. — С. 53, 71, 72, 74;
Иванова Л. Воспоминания. Книга об отце. — М., 1992. С. 352, 411;
Автобиографическая проза М. С. Альтмана // Минувшее. — Вып. 10. — С. 230, 238;
Альтман М. Разговоры с Вячеславом Ивановым. — СПб., 1995. — С. 178—179, 273, 313, 350, 358;
Мануйлов В. Записки счастливого человека. — СПб., 1999. — С. 78, 79, 93, 104, 169—171.