Drammen — Norveçin cənub-şərqində şəhər. Buskerud fülkesinin inzibati mərkəzi. Əhalisi 64,8 min (2015). Oslo şəhərindən 40 km cənub-qərbdə, Drammenfyord çayı sahilində port (yük dövriyyəsi 1,6 mln. t, 2005). Dəmiryol qovşağı.
Şəhər | |||||
Drammen | |||||
---|---|---|---|---|---|
norv. Drammen | |||||
|
|||||
59°42′ şm. e. 10°12′ ş. u.HGYO | |||||
Ölkə | Norveç | ||||
Quberniya | Buskerud | ||||
Başçı | Tore Opdal Hansen | ||||
Tarixi və coğrafiyası | |||||
Əsası qoyulub | 1838 | ||||
Sahəsi | 137,48 km² | ||||
Saat qurşağı | |||||
Əhalisi | |||||
Əhalisi | 64 776 nəfər (2015) | ||||
Rəqəmsal identifikatorlar | |||||
Poçt indeksi | 3001–3061, 3075 | ||||
Digər | |||||
drammen.kommune.no | |||||
Vikianbarda əlaqəli mediafayllar |
İndiki Drammenin yerində ilk məskənlər - Bragemes (Drammenelva çayının şimal sahilində) və Strömsö (Stromso; cənub sahilində) XIII əsrdə salınmışdır; 1715-ci ildə hər ikisi şəhər statusunu almışdır. Onların Tangen şəhəri ilə birləşməsindən sonra Drammen şəhəri meydana gəlmişdir (1811);[1] meşə və taxta-şalban materialları ticarəti üzrə ixtisaslaşmış dəniz portu kimi inkişaf etmişdir. 1866-cı ildə yanğın nəticəsində, demək olar ki, tamamilə məhv olmuş, sonralar yenidən tikilmişdir.
Şəhərin baş meydanı Bragernes-torqdur (Skandinaviya ölkələrində ən irilərindən biri; XIX əsrin sonlarına aid memarlıq ansamblı saxlanılmışdır), Bragernes kilsəsi (1871), şəhər Ratuşası (1871), Kütləvi kitabxana (1916), Muzey (1908; nəzdində açıq səma altında tarix muzeyi, təsviri sənət muzeyi və s.), Teatr (1870, bir neçə yanğından sonra 1993-cü ildə bərpa edilmişdir), “Spiralen” tuneli (1961; vintvarı, Bragernes təpəsinin içindədir, uzunluğu 1650 metrdir) var. 200 m hündürlükdə yerləşən baxış meydançasına aparır. Universal ticarət mərkəzi və “Papirbredden” elmi parkı (2006) var.
Qış idman növləri mərkəzi (xizək və dağ xizəyi, hokkey); beynəlxalq şahmat turnirlərinin keçirildiyi yer. “Drammenshallen” (4 min yer) idman zalları kompleksi, “Strömsqodset” futbol klubu (“Maryenlüst” stadionunda çıxış edir, 8,5 min yer). Norveç çempionu (1970) və Norveç Kubokunun (1969, 1970,1973 və 1991) qalibidir. Kişilərdən ibarət “Drammen” həndbol klubu şəhərlər üzrə Avropa Kubokunun (1996) qalibidir. 1947-ci ildə qadınlar arasında konkisürmə idmanı üzrə dünya çempionatı, 2006-ci ildə topla hokkey üzrə dünya çempionatının oyunları keçirilmişdir. Hər ilin avqustunda şəhər festivalı keçirilir.
İşləyənlərin 80%-dən çoxu xidmət sferasında məşğuldur; əsas sektorları turizm və onunla bağlı sahələr, bank işidir (Drammendə “Sparebanken 0st Group” bank qrupunun baş ofisi yerləşir). XX əsrin sonu - XXI əsrin əvvəllərində yüksək texnologiyalı istehsal (elektronika, informasiya texnologiyaları) sürətlə inkişaf edir. Elektrotexnika (“Pettersen” - sənaye elektrik qurğuları, telefon, rəqəmli və mühafizə sistemləri; “Eltek” - telekommunikasiya sistemləri üçün elektrik qidalandırıcı sistemləri firmalarının mənzil-qərargahları və baş müəssisələri), yeyinti (o cümlədən pivəbişirmə; 1834-cü ildə əsası qoyulan “Aass Bruggeri AS” şirkətinə məxsus olan ən qədim Norveç pivəbişirmə müəssisələrindən biri Drammendə yerləşir) sənayesi müəssisələri fəaliyyət göstərir. XXI əsrin əvvəllərində ənənəvi sahələrdə (metal emalı, ağac emalı, sellüloz-kağız və şüşə istehsalı, gəmiqayırma) istehsal həcmi xeyli azalmışdır.
Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. ISBN 978-9952-441-00-0.