Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Elista
Elista — Rusiya Federasiyasında yerləşən şəhər Kalmıkiya Respublikasına daxildir
English
İngilis dili (ing. English, English language) — Hind-Avropa dillərinin german dillərinə aiddir. Doğma dil kimi 373 milyon insan tərəfindən istifadə olunur. İkinci dil kimi 1.08 milyard insan danışır (2022). BMT-nin altı rəsmi və işçi dilindən biridir. İngilislərin təbii dili, İngiltərənin, faktiki Böyük Britaniyanın, ABŞ (31 ştatının rəsmi dili), İrlandiyanın, Kanadanın və Maltanın iki rəsmi dilindən biri, Avstraliyanın, Yeni Zelandiyanın rəsmi dili. O, Asiya (məsələn Hindistan, Pakistan və s.) və Afrikanın bəzi dövrlərində rəsmi dil kimi istifadə edilib. Linqvistikada ingilis dilində danışanları аnqlofon adlanırlar, Kanadada bu termin siyasi mənada işlədilir. Dildə qrammatik mənanı analitik formada ifadə etmək üstünlük təşkil edir. Dillərin analitik tipinə aiddir.
IBList
IBList (en. Internet Book List) – İnternetdə ədəbiyyat üzrə verilənlər bazasıdır (VB). 2003-cü ildə Patrik Ros tərəfindən yaradılmışdır. 2007-ci ilin noyabr ayının axırlarına olan məlumata görə IBList onlayn ensiklopediyasında 60 min kitab, 18 min müəllif və 4400 kitab seriyaları haqqında məqalə vardır. Ensiklopediyaya həm də çoxlu sayda müxtəlif hekayələr, kitablar haqqında müxtəlif müəlliflərin fikirləri və s. daxil edilmişdir. Obyektlərin strukturlaşdırılması reytinqə, janra, kitab və ya əsərin adına, müəllifin ad və soyadına görə aparılır. Qeydiyyatdan keçmiş istifadəçilər ensiklopediyada hər hansı əsər haqqında fikirlərini yaza bilərlər. Eyni zamanda IBList-in VB-na yeni kitabların, müəlliflərin və məqalələrin daxil edilməsi haqqında təkliflərini verə bilərlər. Bu təkliflər saytın idarəçiləri tərəfindən öyrənilir.
Enlil
Enlil — Şumer-Akkad mifologiyasında baş tanrı. == Ümumi məlumat == Şumer allahı Enlil (bunu çox vaxt «küləklər hökmdarı» kimi tərcümə edirlər) baş allah mövqeyinə qaxdı. O, talelər cədvəlinə malik idi və bunun sayəsində dünyanın taleyini qabaqcadan görə bilirdi. Eyni zamanda təbiətin məhsuldarlığı və adamların həyatı haqqında də hökm verə bilirdi. Enlil təbiətin dağıdıcı qüvvələri– tufan, daşqın və s. hakimi olduğundan öz şıltaqlığına əsasən adamları cəzalandıra bilərdi. Adamları, eləcə də yer üzərində mövcud olan bütün canlıları məhv etmək üçün dünya daşqınını o göndərmişdir. Mifoloji qəhrəmanlar Bilqamıs (Gilqameş) və Enkidunun başına gələn bütün bəlaların da səbəbkarı odur. Bütün bu misallar bir daha göstərir ki, atası Anu kimi Enlil də qorxunc cəza verən tanrı imiş və insanlar üçün onun etimadını qazanmaq olduqca çətin olmuşdur.
Eolit
Eolit (yun. ἔως – sübh çağı, dan şәfәqi, erkәn vә λίθος – daş sözündәn) – Nə vaxtsa hesab edilirdi ki, eolitlər ən qədim daş alətlər olub, amma indi hesab edilir ki, bunlar geofaktlardır (buzlaşma kimi tamamilə təbii geoloji proseslərin nəticəsində alınmış daş fraqmentlərdir). Eolitlərin tamamilə təbii mənşəyini göstərən daha çox sübutlar aşkar edilmişdir. == Biblioqrafiya == O'Connor, A. ‘Geology, archaeology, and ‘the raging vortex of the “eolith” controversy’, Proceedings of the Geologists' Association, 114 (2003). Terry Harrison (anthropologist), "Eoliths", in H. James Birx (ed), Encyclopedia of Anthropology (Sage, 2006). Roy Frank Ellen, "The Eolith Debate, Evolutionist Anthropology and the Oxford Connection Between 1880 and 1940," History and Anthropology, 22,3 (2011), 277-306.
Benoist Apparu
Benoist Apparu(24 noyabr 1969[…], Tuluza) - Fransız mərkəz sağ siyəsətçi, keçmiş nazir.
Billie Eilish
Billi Ayliş Payret Beyrd O'Konnell (ing. Billie Eilish Pirate Baird O'Connell; 18 dekabr 2001[…], Los-Anceles, Kaliforniya) — amerikalı müğənni-mahnı yazarı. 2015-ci ildə qardaşı Finneas O'Konnellin yazıb prodüserlik etdiyi "Ocean Eyes" sinqlı ilə dinləyicilərin rəğbətini qazanıb. Onun 2017-ci ildə buraxdığı ilk mini-albomu "Don't Smile at Me" maraqla qarşılanıb və ABŞ, Birləşmiş Krallıq, Kanada və Avstraliya daxil olmaqla bir çox ölkədə ilk 15-də yer alıb. Aylişin 2019-cu ildə yayımladığı ilk studiya albomu "When We All Fall Asleep, Where Do We Go?" ABŞ Billboard 200 və Birləşmiş Krallıq albomlar hit-paradında birinci pilləyə yüksəldi. Albom "Bad Guy" sinqlının şöhrəti nəticəsində 2019-cu ilin ən çox satılan albomlarından birinə çevrildi. Növbəti il o, Ceyms Bond filmi "Ölməyə vaxt yoxdur" üçün mahnı yazıb ifa etdi, bu mahnı Birləşmiş Krallıq sinqllar hit-paradında birinci yerə çıxdı və 2022-ci ildə ona "Oskar" mükafatı qazandırdı. Onun sonrakı sinqlları "Everything I Wanted", "My Future", "Therefore I Am" və "Your Power" ABŞ və Birləşmiş Krallıqda ilk 10-luğa daxil oldu. Onun 2021-ci ildə buraxdığı ikinci studiya albomu "Happier Than Ever" 25 ölkədə bir nömrə oldu. Onun 2023-cü ildə "Barbi" filmi üçün yazdığı "What Was I Made For?" mahnısı Birləşmiş Krallıqda birinci yer oldu.
Elliot Peyc
Elliot Peyc (əvvəlki adı: Ellen Peyc; 21 fevral 1987[…], Halifaks) — kanadalı aktyor. O, "Cuno" filmindəki performansına görə "Oskar", "BAFTA" və "Qızıl Qlobus" mükafatına namizəd göstərilib. == Həyatı == Elliot Peyc 21 fevral 1987-ci ildə Kanadanın Yeni Şotlandiya əyalətindəki Halifaks şəhərində anadan olub. Anası Marta Filpotts müəllimə, atası Dennis Peyc isə qrafik dizaynerdir. O, qadın doğulub və əvvəlki adı Ellen idi. 2020-ci ildə cinsiyyətini dəyişdirib. == Karyerası == Onun 1997-ci ildə 10 yaşında çəkildiyi "Pit Pony" telefilmi sonradan serial kimi yayımlanmağa başlayır. Bir qədər sonra Kanada televiziyasında efirə çıxan aktyor kinodakı ilk mükafatını "Ghost Cat" filmindəki roluna görə alır. "Love That Boy" filmindən sonra 16 yaşlı Peyc ilk dəfə "Mouth to Mouth" adlı Avropa filminə çəkilir. 2005-ci ildə Halifaksdakı Şambala məktəbini bitirən Elliot Peyc "Wilby Wonderful" filmindən sonra "Sərt konfet" trillerində baş rolu oynayır.
Sem Elliot
Semul Pak Elliot(ing. Samuel Pack Elliott; 9 avqust, 1944) — amerika aktyoru.
Tomas Benoist
Tomas Benoist (ing. Thomas W. Benoist; 29 dekabr 1874, İrondale[d], Missuri – 14 iyun 1917, Sandaski[d], Ohayo) — Amerikalı aviator və təyyarə istehsalçısı idi. Yalnız on il aviasiya karyerasında dünyanın ilk aviasiya hissələri istehsal edən şirkət qurdu həmçinin ABŞ-nin qabaqcıl istehsalçılarından və müvəffəqiyyətli bir uçuş məktəbindən birini qurdu və 1914-cü ilin yanvar ayından etibarən dünyanın ilk hava yolu şirkətini qurdu. == Həyatı == Thomas Wesley Benoit Irondeyle, Missouridə 29 dekabr 1874 anadan olmuşdur. St Louis, Missuri ştatında ilk sənayeçilərdən biri, 1904-cü ilə avto sənayesində uğurlu bir iş adamı idi. == Aerosko şirkəti == 1907-ci ildə, Benoit, E. Percy Noel ilə əməkdaşlıqda Aerosco təyyarə üçün ehtiyat hissələrini istehsal etmək məqsədi ilə dünyanın ilk distribyutoru kimi tanınan “Aeronautic Supply Company” qurdu. Aerosco ilk növbədə özünü aviasiya təcrübələrində istifadə üçün xammal və hissələri ilə işləməyi məhdudlaşırdı, lakin tezliklə müştərilərə, Blériot monoplane, Curtiss biplanes və Wright Flyers kimi aparıcı istehsalçıları da daxil olmaqla, Təyyarələri tam yığmağa imkan verən dəstləri satmaq üçün genişləndi . Aviasiya mövzularında geniş məzmunda kitablar satdı. == Pilotluq təcrübəsi == Benoit tezliklə “Curtiss Howard Gill “ inşa təyyarə növü alıb və 18 sentyabr 1910-cu ildə “Kinloch Park Aero Club”da ilk uçuş edərək təcrübə toplamışdır. O Cənubi Amerika Birləşmiş Ştatlarında uçuş qəzası əsnasında yaşanan travma səbəbi ilə, oktyabr ayının ortalarında 1910 – cu ildə beynəlxalq aviasiya görüşdə iştirak edə bilməmişdir.
Harvey Elliot
Harvi Elliot (4 aprel 2003) — İngiltərə Premyer Liqasında çıxış edən Liverpulun futbolçusu.
Eqoist anarxizm
Anarxo-eqoizm fərdi anarxizmin təsirli formasıdır. Fərdiyyətçi anarxizmin ən qədim tanınmış müdafiəçilərindən biri olan Maks Ştirnerin 1844-cü ildə yazdığı Uniqueness and Property" əsəri anarxo-eqoist fəlsəfəsinin əsas mətnidir. Onun fikrincə, Allahı, dövləti, əxlaqi qaydaları və cəmiyyəti nəzərə almadan istədiyi kimi hərəkət edən şəxsin cəmiyyət üzvləri qarşısında heç bir məsuliyyəti yoxdur. Ştirnerə görə hüquqlar insan şüurunda qorxudur və cəmiyyət deyə bir şey əslində mövcud deyil; "Fərdlər onun reallığıdır." O, mülkiyyəti hüquqlara deyil, gücə və gücə malik olan varlıqlar kimi görür. Stirner eqoistlərin birliyini insanları bir araya gətirəcək bir təşkilat modeli olaraq görür.
Corc Eliot
Corc Eliot (22 noyabr 1819[…] – 22 dekabr 1880[…], London) — təxəllüslə yazan 'Meri Enn' ya da 'Marian Evans' Viktoriya dövrünün ən məşhur ingilis yazıçılarındandır. == Həyatı == Corc Eliot həyatının ilk 21 ilini İngiltərənin Uoruikşayr bölgəsindəki bir kənddə keçirmişdir. Bu illərdə insanları və ətrafı yaxından tanıma imkanı olmuşdur. Anasının ölümündən sonra böyük bir malikanənin anbardarı olan atası ilə qalmalı olduğundan məktəbdən çıxmalı olmuşdur. Din, əxlaq və siyasət mövzusunda qatı bir görüşü olmayan, azad düşüncəli mühitə düşməsi onun qarşısına yeni qapılar açdı. 1849-cu ildə atasının ölümündən sonra İsveçrəyə getmiş, daha sonra Londona köçərək Vestminster Revyu jurnalında işləməyə başlamışdır. Geniş fikirli bir qadın olan Eliot, o dövrün öndə gələn yazıçıları ilə tanış olmuşdur. Bunlar arasında məşhur jurnalist Corc Henri Lyus ilə olan dostluğu həyatına böyük məna qatmışdır. Lyus onu roman yazmağa həvəsləndirir və münasibətləri Lyus ölənədək təxminən 25 il xoşbəxtlik içində davam etmişdir. == Yaradıcılığı == Ədəbiyyat həyatına tənqidçi və tərcüməçi olaraq başlamışdır.
Coğrafi enlik
Coğrafi enlik, en dairəsi və ya paralel — Ekvatorun şimal və ya cənubundakı hər hansı bir nöqtənin ekvatora açıldığı məsafəsi. En dairəsini astronomik alətlərdən olan sekstant və qnomon ilə təyin etmək mümkündür. Günün davam etmə müddəti En dairəsindən asılıdır. Coğrafi enlik 0°-dən 90°-yə qədər hesablanır və ekvatordan şimal qütbünə qədər – şimal Coğrafı enlik ekvatordan cənub qütbünə qədər – cənub Coğrafı enlik adlanır.
Eliot Vassamillet
Eliot Vassamillet (d. 29 dekabr 2000, Mons, Belçika) və ya sadəcə Eliot — Belçikalı müğənni. O, "Wake Up" mahnısı ilə Belçikanı İsrailin Tel-Əviv şəhərində keçirilən 2019 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir. Eliotun Avroviziya səhnəsində ifa etdiyi mahnı 2017 Avroviziya Mahnı Müsabiqəsində Belçikanı təmsil etmiş Blanşın ifa etdiyi "City Lights" mahnısının bəstəkarı Pyerr Dumulin tərəfindən bəstələnmişdir. == Həyatı == Eliot Vassamillet 29 dekabr 2000-ci ildə Belçikanın Mons şəhərində anadan olmuşdur. Eliot 17 yaşında ikən Belçikanın The Voice səs yarışmasında iştirak etmişdir. == Musiqi karyerası == === 2018: The Voice Belgique === 2018-ci ilin yanvar ayında Eliot Belçikanın The Voice səs yarışmasının yeddinci mövsümündə dinləmələrdə iştirak etmişdir. İlkin dinləmədə Kodaline qrupunun "High Hopes" mahnısını ifa edən gənc Eliot Sliman Nebşinin komandasında yer alaraq, növbəti mərhələyə adlamışdır. Yarışmanın iştirakını uğurla davam edən Eliot on birinci hissədə münsiflərin seçimi ilə yarışmada iştirakını dayandırmışdır. === 2019: Avroviziya Mahnı Müsabiqəsi === 2019-cu ilin yanvar ayında Belçikanın RTBF telekanalı Eliotun Belçikanı İsrailin Tel-Əviv şəhərində keçirilən 2019 Avroviziya Mahnı Müsabiqəsində təmsil edəcəyini açıqlamışdır.
Elisa (ad)
Elisa — Finikiya mənşəli qadın adıdır. Əfsanəyə görə ilk Karfagen kraliçasının adı olub. Bəzən Elisabet və ya Bibliyada adı çəkilən Elizabet adının qısaldılmış forması kimi qəbul olunur. Elissa, Eliza, Lisa, Elsa, Elişa adları Elisa adına qohum adlar hesab olunur.
Elisa Blançi
Elisa Blançi (13 oktyabr 1987, Velletri, Latsio) — İtaliyanı təmsil edən bədii gimnast. Elisa Blançi İtaliyanı 2004 Afina, 2008 Pekin və 2012 London Olimpiadalarında təmsil etdi. == Karyerası == Elisa Blançi 2004-cü ildə İtaliyanın bayrağı altında Yunanıstanın Afina şəhərində XXVIII Yay Olimpiya Oyunlarına qatıldı. O, qrup yarışlarında komanda yoldaşları Fabriza D'Ottavio, Marinella Falca, Daniela Masseroni, Elisa Santoni və Laura Vernizzi ilə birgə finalda 49.450 xal topladı və 3-cü yeri tutdu. Elisa Blançi növbəti Olimpiya Oyunlarında 2008-ci ildə Çinin Pekin şəhərində baş tutan XXIX Yay Olimpiya Oyunlarına qatıldı. O, qrup yarışlarında komanda yoldaşları Fabriza D'Ottavio, Marinella Falca, Daniela Masseroni, Elisa Santoni və Anjelika Savrayuk ilə birgə finalda 34.425 xal topladı və fəxri 4-cü yeri tutdu. Dörd il sonra Böyük Britaniyanın London şəhərində baş tutan Olimpiya Oyunlarında Elisa Blançi qrup yarışlarında komanda yoldaşları Romina Laurito, Marta Pacnini, Elisa Santoni, Anjelika Savrayuk və Andreyea Stefanesku ilə birgə gümüş medal qazandı.
Elisa Santoni
Elisa Santoni (10 dekabr 1987, Roma) — İtaliyanı təmsil edən bədii gimnast. Elisa Santoni İtaliyanı 2004 Afina, 2008 Pekin və 2012 London Olimpiadalarında təmsil etdi. == Karyerası == Elisa Santoni 2004-cü ildə İtaliyanın bayrağı altında Yunanıstanın Afina şəhərində XXVIII Yay Olimpiya Oyunlarına qatıldı. O, qrup yarışlarında komanda yoldaşları Fabriza D'Ottavio, Marinella Falca, Daniela Masseroni, Elisa Blançi və Laura Vernizzi ilə birgə finalda 49.450 xal topladı və 3-cü yeri tutdu. Elisa Santoni növbəti Olimpiya Oyunlarında 2008-ci ildə Çinin Pekin şəhərində baş tutan XXIX Yay Olimpiya Oyunlarına qatıldı. O, qrup yarışlarında komanda yoldaşları Fabriza D'Ottavio, Marinella Falca, Daniela Masseroni, Elisa Blançi və Anjelika Savrayuk ilə birgə finalda 34.425 xal topladı və fəxri 4-cü yeri tutdu. Dörd il sonra Böyük Britaniyanın London şəhərində baş tutan Olimpiya Oyunlarında Elisa Santoni qrup yarışlarında komanda yoldaşları Romina Laurito, Marta Pacnini, Elisa Blançi, Anjelika Savrayuk və Andreyea Stefanesku ilə birgə gümüş medal qazandı.
Elisa Spiropali
Elisa Spiropali (alb. Elisa Spiropali) — Alban siyasətçisi və dövlət xadimi. Albaniya Sosialist Partiyasının üzvü. 17 yanvar 2019-cu ildən Albaniya Parlamenti ilə Əlaqələr üzrə Dövlət Naziri. 2017-ci ildən Albaniya Milli Assambleyasının üzvü. == Bioqrafiyası == 15 mart 1983-cü ildə Albaniyanın paytaxtı Tiranada anadan olub. O, iki il Tirandakı Kamal Staf Gimnaziyasında, daha sonra Albaniyada ən yaxşı beş tələbədən biri kimi təqaüd aldıqdan sonra Kanadada Lester Pearson College UWC-də təhsil alır. 2005-ci ildə o, Massaçusetsdəki Mount Holyoke Amerika Qadın Kollecini iqtisadiyyat üzrə bakalavr və siyasi elmlər üzrə bakalavr dərəcəsi ilə bitirib. Argentina iqtisadi böhranını öyrənmək üçün Buenos Ayresdə bir semestr keçirir. 2007-ci ildə təqaüd alır və Sassex Universitetində oxuyur.
Elise Norvood
Elise Norvood (18 iyun 1981, Sidney) — Avstraliyanı təmsil edən su poloçusu. Elise Norvood, Avstraliya yığmasının heyətində 2004-cü ildə baş tutan XXVIII Yay Olimpiya Oyunlarına qatılıb. == Karyerası == Elise Norvood, 2004-cü ildə Avstraliya yığması ilə birgə XXVIII Yay Olimpiya Oyunlarına qatıldı. Yarışların bürünc medal uğrunda görüşündə Birləşmiş Ştatlar yığmasına 5:6 hesabı ilə məğlub edən Avstraliya yığması, XXVIII Yay Olimpiya Oyunlarını 4-cü yerdə başa vurdu.
Ellis Barkvort
Ellis Barkvort (15 oktyabr 1997-ci ildə anadan olub) — Çempionşip təmsilçələrindən olan Hall Siti klubunda müdafiəçi kimi çıxış edən peşəkar İngiltərə futbolçusudur. == Klub karyerası == === Hall Siti === Barkvort doqquz yaşı olarkən Hall Siti klubuna qəbul olunmuş və 2016-cı ilin may ayında klub ilə peşəkar müqavilə imzalamışdır. O, öz peşəkar karyerasında debütünü 22 avqust 2017-ci ildə İngiltərə Liqa Kubokunda Donkaster Rovers klubuna qarşı oyunda etmişdir. Həmin görüşdə Hall Siti rəqibinə 0-2 hesabı ilə məğlub olmuşdur.
Ellis Marsalis
Ellis Marsalis (14 noyabr 1934, Nyu-Orlean, Luiziana – 1 aprel 2020, Nyu-Orlean, Luiziana[…]) — Amerika cazmeni. == Həyatı == 14 noyabr 1934-cü ildə Nyu-Orleanda doğulub. Ellis Marsalis 1 aprel 2020-ci ildə 85 yaşında yeni tip koronavirus infeksiyasının yaratdığı pnevmoniyadan ölüb. == Fəaliyyəti == O, uzun illər Yeni Orleanda yaşayıb və caz musiqisinin inkişafı yolunda çalışıb.
Für Elise
Für Elise— Əsasən, Für Elise kimi bilinir (Alman dilində: [fyːɐ̯ ʔeˈliːzə]), Azərbaycan dilində "Eliza üçün" kimi tərcümə olunur və Lüdviq Van Bethovenin ən məşhur bəstələrindən biridir. Adətən bir bagatelle kimi təsnif edilir, bəzən də Albumblatt adlanır. Əsər bəstəkarın həyatı boyunca yayınlanmamışdır və bəstəkarın ölümündən 40 il sonra Lüdviq Nohl tərəfindən üzə çıxaılıb. Mahnı təxminlərə görə adı Therese olan və Bethovenin evlənmək istədiyi xanım üçün 1810 - cu ildə yazılıb. Amma Therese onunla evlənmək istəməyib. == Tarix == Əsər 1867- ci ildə, Bethovenin vəfatından (1827 - ci il) 40 il sonra yayınlanıb. Əsəri kəşf edən Ludviq Nohl, orijinal imzalı, 27 aprel 1810 - cu il tarixli əlyazma (indi itib) olduğunu təsdiqlədi. Musiqi Nohlun Neue Briefe Beethovens (Bethovendən Yeni Məktublar) əsərinin bir parçası olaraq (səhifə 28-33) Stuttgartda Johann Friedrich Cotta tərəfindən çapa verilib. === Elizanın şəxsiyyəti === "Eliza"- nın kim olduğu dəqiq məlum deyil. Max Unger Ludviq Nohlun əsərin adını səhv tərcümə etdiyini və orijinal əsərin "Für Therese" olaraq adlandırıldığını və Therese Malfatti von Rohrenbach zu Dezzanın (1792–1851) şərəfinə yazdığını güman edir.
Tomas Eliot
Tomas Sternz Eliot (ing. Thomas Stearns Eliot; 26 sentyabr 1888[…], Sent-Luis, Missuri[…] – 4 yanvar 1965[…], Kensinqton, London, İngiltərə, Birləşmiş Krallıq) – ingilis şair, dramaturq, ədəbiyyat tənqidçisi, poeziyada modernizm cərəyanının nümayəndəsi, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1948). == Həyatı == Amerikan-ingilis şairi Tomas Sternz Eliot Missuri ştatında, yeddi övladı olan ailənin sonbeşiyi kimi doğulmuşdu. Valideynlərinin hər ikisi tərəfdən nəsillərində Amerika tarixində mühüm iz qoymuş şəxsiyyətlər vardı. Atası Henri Uer Eliot varlı sənayeçi idi. Anası Şarlotta Sternz isə bədii bioqrafiyalar müəllifi kimi tanınmışdı. Eliot mükəmməl təhsil almışdı. Harvard universitetini magistr diplomu ilə bitirmişdi. İlk şeirlərini 1909-1910-cu illərdə redaktoru olduğu "Harvard advokeyt" jurnalında dərc etdirmişdi. Sonra Sorbonna universitetində mühazirələri dinləmiş, fransız ədəbiyyatını öyrənmişdi.
Tomas Ellis
Tomas Con Ellis (17 noyabr 1978, Kardiff, Uels, Birləşmiş Krallıq) — Uelsli aktyordur. Bu günə qədər, bir çox serial və filmlərdə rol almışdır. 2016-cı ilə yayımlanan Lucifer adlı serialda, başrol olaraq aktoyluğunu etmişdir. == Həyatı və Karyerası == Tomas Con Ellis 17 noyabr 1978-ci ildə Kardiffdə dünyaya gəldi. Onun atası Christopher John Ellis anası isə, Marilyn Jean idi. Onun üç bacısı var idi, biri isə onun əkizidir. Onun atası, əmisi və bacılarından biri Baptist vəzirlərindən olmuşdur. Tom John Ellis dünyaya gəldikdən sonra ailəsi İngiltərəyə köçdü və o, Cənubi Yorkşirin Şeffild şəhərində böyüdü. O, Şeffildin Yüksək Storrs Məktəbində oxumuş və Şeffild Şəhər Gənclər Orkestrində fransız buynuzu çalmışdır. Daha sonra Qlazqoda Kral Şotlandiya Musiqi və Dram Akademiyasında Dramatik Tədqiqatlar üzrə bakalavr dərəcəsini qazanmışdır.
Əndişə
Əndişə(fars. انديشه‎) — İranın Tehran ostanının Şəhriyar şəhristanının Mərkəzi bəxşində yeni şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 75,596 nəfər və 19,945 ailədən ibarət idi.
Ələşt
Alaşt — İranın Mazandaran ostanının Savadkuh şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 976 nəfər və ya 287 ailədən ibarət idi.
Əylis
Aşağı Əylis — Azərbaycanın Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda kənd, eyniadlı bələdiyyənin mərkəzi. Yuxarı Əylis — Azərbaycanın Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda kənd. Əylis məscidi — Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Əylis kəndində orta əsrlərə aid tarixi-memarlıq abidəsi.
Eniş
Eniş (fr. L'aurore, ing. Dawn) — fransız akademik rəssamı Vilyam Buqro tərəfindən 1881 - ci ildə işlənmiş rəsm əsəri. Əsərdə suya enən Aurora təsvir edilmişdir. Bu səbəbdən də əsər bəzən "Auroranın enişi" də adlandırılır. "Eniş" əsəri hazırda İngiltərənin Birmingerm İncəsənət Muzeyində saxlanılmaqdadır.
Aşağı Əylis
Aşağı Əylis — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda kənd, eyniadlı bələdiyyənin mərkəzidir. == Tarixi == Aşağı Əylis Ordubad rayonunun Əylis inzibati ərazi vahidində kənd. Əylis çayının sahilində, dağ ətəyindədir. "Əylis yaşayış məntəqəsinin Aşağı hissəsi" deməkdir. Kənd XIX əsrdə Əylis (indiki Yuxarı Əylis) kəndindən çıxmış bir qrup ailənin Dəşt (farsca "col, səhra") adlı yerdə məskunlaşması nəticəsində yaranmışdır. Toponimin ikinci komponenti Əylis (əylənmək, koc salmaq, məskunlaşmaq mənalı feldən) "əylənc, düşərgə, yaşayış yeri" mənasına uyğundur.. El arasında Aşağı Əylisə Yaz Əylisi deyilməsi Araza yaxın olan bu kənddə təbiətin tez oyanması ilə əlaqədardır. Aran Əylis deyilməsi isə həm təbiətin tez oyanması, həm də yer, məkan mənasında qəbul edilmişdir. Aşağı Əylisə "Dəşt" deyilməsinin səbəbi ərazinin relyef quruluşu ilə əlaqələndirilir ("dəşt" fars dilində düz, çöl deməkdir). Məlum olduğu kimi, Naxçıvan MR ərazisi uzun zaman İran imperiyasının tərkibində olmuşdur.