Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Tidal
Tidal — abonementə əsaslanan musiqi, podkast xidməti. Tidal 2014-cü ildə İsveç şirkəti Aspiro tərəfindən istifadəyə verilib, hazırda əksəriyyəti Amerikan şirkəti olan "Block, Inc"ə məxsusdur. Bütün üç əsas səsyazma leyblləri və bir çox müstəqil leybl ilə distributor müqavilələri ilə Tidal 80 milyondan çox trek və 350.000 musiqi videosuna girişi təmin etdiyini iddia edir. O, iki səviyyəli xidmət təklif edir: Tidal HiFi (CD keyfiyyətinə qədər – FLAC əsaslı 16 bit/44,1 kHz) və Tidal HiFi Plus ( MQA – 24 bit/96 kHz-ə qədər). Tidal musiqi bazarında musiqi sənətçilərinə və mahnı müəlliflərinə qonorarın ən yüksək faizini ödədiyini iddia edir.
Ehtimal
Ehtimal (alm. Wahrscheinlichkeit‎; fr. Probabiltè; ing. Probability; lat. Probabilitas; osm. tr. probabilitas; osm. tr. ihtimaliyet; ər. إحر اًن دُّ ) – mümkün ola biləcək, baş verə biləcək hadisənin, vəziyyətin və s.
Eridan
Eridan bürcü (lat. Eridanus, Eri — müasir 88 bürclərdən biridir. Eridan bürcü öz formasına görə qədimdən indiki Nil çayı ilə eyniləşdirilir. Ancaq bir çox alim Eridanın Şimali İtaliyadakı Po çayının əvvəlki adı olduğunu fərz edillər. Eridan göy üzündə ən böyük sahəni örtən bürcdür. Göyün Cənub yarımkürəsindədir.
Etibar
Etibar — Azərbaycanlı kişi adı. Xoşbəxt, firavan, müvəffəqiyyət mənasındadır. Bu adı olan tanınmışlar Etibar Məmmədov Etibar Məmmədov (siyasətçi) — Azərbaycan siyasətçisi. Etibar Məmmədov (jurnalist) — Azərbaycan jurnalisti. Etibar Məmmədov (bioloq) - Parazitoloq Etibar Aslanov — Etibar Babayev — Etibar Əliyev Etibar Əliyev (hüquqşünas) — hüquq üzrə elmlər doktoru, professor. Polis polkovniki. Etibar Əliyev (milli qəhrəman) — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi. Etibar Hümbətov — Etibar Nəzərli — Etibar İsmayılov Etibar İsmayılov (milli qəhrəman) — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi. Etibar İsmayılov (kimyaçı) — Azərbaycan alimi.
Etiraf
Etiraf (Tolstoy)
Etiraz
Etiraz — nisbi olaraq bir hadisəyə və vəziyyətə qarşı əks istiqamətdə reaksiya göstərməkdir. Ümumiyyətlə bu reaksiya göstərmə forması, müxalif görüşü sözlə ifadə etmə yanında o görüşü toplumsallaştırma və bir qrupla birlikdə ifadə etmə xarakteri də daşıya bilər. Bundakı məqsəd ictimaiyyət nəzdində səsini daha çox duyurabilmek və rəhbərliyə qarşı daha təsirli bir duruş sergileyebilmektir. Bu, birbaşa ifadə və təsir etmənin və aktivizmi bir yoludur.
Ketidağ
Ketidağ — Azərbaycan Respublikası Kəlbəcər rayonunun ərazisində dağ. Azərbaycanla Ermənistanın sərhədindədir. Yerli əhali tərəfindən Keyti dağı adlanır. Dağla bağlı xalq arasında bir cox əfsanə və rəvayətlər mövcuddur. Tədqiqatçıların ehtimalına görə, oronim türk dillərindəki kat (dağın meşəsiz, gündüŞən tərəfi, pilləvari, sıra) sözündən əmələ gəlmişdır.
Erida
Erida (simvolı: ; q.yun. Ἔρις, lat. Eris, əvvəllər 2003 UB|313) şərti adı istifadə edilirdi — cırtdan planet, 5 yanvar 2005-ci ildə astronomlardan ibarət qrup tərəfindən kəşf edildi. Qrupa Maykl Braun (Kaliforniya texnologiya institutu), Devid Rabinovic, Cedvik Truxilo (Cemini rəsədxanası) daxil idi. Qrup Palomar rəsədxanasındakı 122 sm-lik teleskopdan istifadə etmişdir. 29 iyul 2005-ci ildə kəşf haqqında artıq ictimaiyyətə məlumat verildi. Perihelisi 5.7 milyard km, afelisi 14,6 milyard km-dir. Orta radiusu 1163 km-dir. Səthində temperatur −231S dir. Günəş ətrafında 1 dövrü 557 ildir.
Etika
Etika (yunanca: ἠθικόν, qədim dilində isəŞ ἦθος — əxlaq, ənənə mənalarını verir. Fəlsəfənin ən böyük hissələrindən biri olub insan mənəviyyatını əhatə edir. Çiçero (3 yanvar, b.e.ə. 106; † 7 dekabr b.e.ə. 43) ilk dəfə olaraq "etikanı" tərcümə edərək öz dövründə "fəlsəfə mənəviyyatı" anlayışını daxil etmişdir. Etika – [yun. ethika, ethos – adət, xasiyyət] İctimai şüur formalarından biri kimi əxlaq, tərbiyə və mənəviyyat haqqında fəlsəfi nəzəriyyə. Məsələn, materialist etika, Hegel etikası. Hər hansı sinfin, cəmiyyətin, ictimai təşkilatın əxlaq qaydaları. Etika və ondan yaranan fənlər (hüqüq, dövlət və sosial fəlsəfə) praktiki fəlsəfə qrupuna daxil edilirlər.
Kidal
Kidal (fr. Kidal, tifinaq ) — Malinin şimal-şərqində şəhər və kommun. Eyni adlı bölgənin inzibati mərkəzi. == Coğrafiyası == Qaodan təxminən 350 km şimal-şərqdə, dəniz səviyyəsindən 455 m yüksəklikdədir. == Tarixi == İlk hərbi post 1908-ci ildə Fransız zabiti Bertiks tərəfindən Kidalda quruldu, növbəti il ​​leytenant Lanzeron istehkam edilmiş Kidale qalasının inşasına başladı. 1917-ci ildə ikinci bir qala quraşdırıldı və 1930-cu ildə genişləndirildi. Bu qala bu gün də mövcuddur. Kidal 1990-cı illərin əvvəllərində Tuareq üsyanının yuvası idi. 1997-ci ildə bir qadın Nina Vallet İntalu, islamçıların təzyiqi altında istefa etmək məcburiyyətində qalan şəhər meri seçildi. 2006-cı ilin mayında, Mali hökumətinə qarşı illərdir gerizandan sonra Tuareqlər barışıq müqaviləsi imzalamağa razı oldular.
Tikal
Tikal — Mayya sivilizasiyasının ən böyük şəhərlərindən biri, Mutul Krallığının paytaxtı. Qvatemalanın Peten bölgəsində yerləşir. == Tarix == Tikalda hindu məskəni hələ e.ə. VII əsrdən mövcud idi. B.e. I–IX əsrlərdə şəhər Mayya sivilizasiyasının mühüm mərkəzlərindən idi. Tədqiqatçıların hipotezinə əsasən, bu zaman Tikalda əhalinin sayı 100–200 min nəfər təşkil edirdi. X əsrin sonlarında bir sıra qiyam hadisələri nəticəsində şəhər yerli camaat tərəfindən tərk edilmişdi. Tikal adının mənası mayya dilindən tərcümədə "ruhların səslərinin eşidildiyi yer" mənasını verir. Heroqlifik yazılarda şəhərin daha qədim adı olan Yaş-Mutul (yaşıl bağ) qeyd olunur.
Egedal FK
Egedal İdman Klubu — Danimarkanın 2-ci divizionunda çıxış etmiş və Egedal şəhərini təmsil etmiş peşəkar Danimarka futbol klubudur. Klub 2011-ci ilin iyul ayında Stonlose və Olstikke klublarının birləşməsi nəticəsində təsis edilmişdir. Klub 2015-ci ilin iyun ayında bağlanmışdır.
Ehtimal fəzası
U = { E 1 , E 2 , … , E n } {\displaystyle U=\{E_{1},E_{2},\ldots ,E_{n}}\} elementar hadisələr çoxluğunun hər bir E k {\displaystyle E_{k}} hadisənin onun ehtimalı adlanan yeganə P ( E k ) {\displaystyle P(E_{k})} ədədi uyğundur, belə ki, bu ədədlər üçün ∑ k = 1 n P ( E k ) = P ( E 1 ) + P ( E 2 ) + … + P ( E n ) = 1 {\displaystyle \sum \limits _{k=1}^{n}P(E_{k})=P(E_{1})+P(E_{2})+\ldots +P(E_{n})=1} şərti ödənir. Onda U {\displaystyle U} hadisələr çoxluğuna ehtimal fəzası deyilir. Ədəbiyyat 1. M. Mərdanov, S. Mirzəyev, Ş. Sadıqov Məktəblinin riyaziyyatdan izahlı lüğəti. Bakı 2016, "Radius nəşriyyatı", 296 səh.
Ehtimal nəzəriyyəsi
Ehtimal nəzəriyyəsi — riyaziyyatın bir bölməsi olub, təsadüfi hadisələri analiz edir. Təsadüfi ədədlər, stoxastik proseslər və hadisələr ehtimal nəzəriyyəsinin əsas obyektlərindəndir. Ehtimal nəzəriyyəsinin kökü 16-cı əsrdə Cerolamo Kardano, 17-ci əsrdə isə Blez Paskal və Pyer Ferma tərəfindən bəxt oyunlarının (qumar oyunlarının) analizdən başlayır. == Ehtimalın tarixçəsi == Ehtimal nəzəriyyəsi və riyazi statistika elminin formalaşmış bir sahə kimi inkişafında, XX əsrin 30-cu illərində akademik A. N. Kolmoqorovun təklif etdiyi və elmin bu sahəsinin əsaslarını təşkil edən aksiomatika yeni inkişaf dövrü yaratdı. Bu aksiomatikanın yaranmasına və ümumiyyətlə, ehtimal nəzəriyyəsinin inkişafına dünyanın tanınmış riyaziyyatçılarının nəşr etdirdikləri müxtəlif elmi əsərlərin tə siri danılmazdır. Bu əsərlər arasında P. Laplasın «Essai philosophique sur les probabilités», V. Ya. Bunyakovskinin «Oснования математической теории вероятностей», S. N. Bernşteynin «Oснования математической теории вероятностей» adlı əsərlərini xüsusi qeyd etmək olar. Qeyd olunan əsərlər və A. N. Kolmoqorovun ehtimal nəzəriyyəsi haqqında yazdığı «Большая Советская энциклопедия»-da (birinci nəşr) dərc olunmuş ensiklopedik məqalələr həmin sahə haqqında geniş məlumat verən, bu sahənin incəliklərini dərindən əks etdirən, zəngin və tamamlanmış elmi əsər kimi təqdim oluna bilər. Bütün hadisə və ya proseslər, hətta özünün əhəmiyyətsizliyi ilə guya ki, təbiətin ali qanunlarından asılı olmayanları belə, o dərəcədə də məhz bu qanunların zəruri nəticələridir, məs., günəşin dövr etməsi kimi. Bu nəticələri bütün kainat sistemi ilə əlaqələndirən bağları bilmədən, bunların birinin digərinin ardınca məlum bir düzgünlüklə və ya görünməz bir qayda ilə baş verib-vermədiklərindən asılı olaraq, onların son səbəblər və ya təsadüf nəticəsində baş verdikləri fərz olunur, lakin xəyalın məhsulu olan bu səbəblər, bizim bilik hüdudlarımız genişləndikcə, nəzərə alınmayaraq sağlam fəlsəfə qarşısında tamamilə itmiş oldu, belə ki, bu fəlsəfəyə görə, bu səbəblər – həqiqi səbəbi yalnız özümüz olan – bilgisizliyin təzahürüdür.
Epinal (rayon)
Epinal (fr. Épinal) — Fransanın Lotaringiya regionun rayonlarından (fr. Arrondissement) biri. Departamenti — Vogezlər. Suprefektura — Epinal. Rayon əhalisi 2006-cı ildə 225 529 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 73 nəf / km². Rayon sahəsi — 3098 km².
Eridan (bürc)
Eridan bürcü (lat. Eridanus, Eri — müasir 88 bürclərdən biridir. Eridan bürcü öz formasına görə qədimdən indiki Nil çayı ilə eyniləşdirilir. Ancaq bir çox alim Eridanın Şimali İtaliyadakı Po çayının əvvəlki adı olduğunu fərz edillər. Eridan göy üzündə ən böyük sahəni örtən bürcdür. Göyün Cənub yarımkürəsindədir.
Erik Abidal
Erik Silven Abidal (fr. Éric Sylvain Abidal, fransızca tələffüzü [eʁik abidal]; 11 sentyabr 1979[…]) — Fransa futbolçusu, Barselona klubunun və Fransa milli futbol komandasının sol cinah müdafiəçisi. Lion klubunun heyətində 20005–2007-ci illərin Fransa çempionu, 2006-cı il dünya çempionatının gümüş mükafatçısı, Barselonanın heyətində 2009 və 2011-ci illərdə Çempionlar liqasının qalibi, 2009, 2010, 2011-ci illərdə İspaniya çempionu, 2009-cu ildə İspaniya kubokunun == Karyerası == Peşəkar karyerasına 2000-ci ildə "Monakoda" başlamışdır. Kiçik prensliyin komandası üçün 2 mövsüm oynadıqdan sonra 2002-ci ildə Lillə köçüb, iki mövsümdən sonra yenidən tərk edilmiş, daha sonra hakim olan "Lyon" a hərəkət etdi. "Lion" da 3 mövsüm üçün üç dəfə Fransa çempionatı qazandı. 30 iyun 2007-ci ildə Barselona ilə müqavilə imzaladı, fransız transferinin dəyəri 15 milyon avro idi/ Fransanın milli komandasında 18 avqust 2004-cü ildə çıxdı. 2010 Dünya Kubokunda Fransa milli komandasının düşərgəsində məşqçi heyəti və milli komandanın bəzi oyunçuları arasında bir qarşıdurma yaşandı — Nicolas Anelka çempionatda doğru atıldı və komanda məşq etməyi rədd etdi. Məhkəmədən sonra, Fransa Futbol Federasiyası münaqişənin çoxsaylı oyunçularını diskvalifikasiyalı oyunçular arasında cəzalandırdı, lakin Abidal heç bir cəzadan çəkinirdi. 2009-cu ildə donuz qripi diaqnozu qoyuldu . 2011-ci ilin mart ayında isə qaraciyərdə bir şiş idi/ Fransız müdafiəçisi 3 may 2011-ci ildə sahəyə qayıdacaq, Carles Puyol isə Real Madrid ilə Çempionlar Liqası yarı finalının geri dönmə matçının 90-cı dəqiqəsində əvəzləndi.
Etibar Həsənov
Etibar Ələddin oğlu Həsənov (7 fevral 1991; Qarıkənd, Gədəbəy rayonu — 9 noyabr 2020; Şuşa, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Etibar Həsənov 1991-ci il fevralın 2-də Gədəbəy rayonunun Qarıkənd kəndində anadan olub. 1997-ci ildə həmin kənddə birinci sinfə getmişdir. 2006-cı ildə Gədəbəy rayon Peşə liseyinə daxil olub. 2009-cu ildə liseyi bitirərək, geniş profilli təmirçi-çilingər peşəsinə yiyələnmişdir. == Hərbi xidməti == 2009–2010-cu illərdə həqiqi hərbi xidmət keçmişdir. 2019-cu ilin iyul ayında müddətdən artıq hərbi qulluqçu kimi xidmətə başlamışdır. Azərbaycanın ərazi bütövlüyü uğrunda 27 sentyabrda başlamış İkinci Qarabağ müharibəsində iştirak etmiş, Füzuli ətrafında gedən döyüşlərdə şücaət göstərmişdir. Noyabrın 9-da Şuşada gedən döyüşlərdə həlak olmuşdur. Noyabrın 12-də doğulduğu kənddə dəfn edilmişdir.
Etimad Başkeçid
Muradov Etimad Murtuz oğlu (Etimad Başkeçid; 14 iyul 1966, İpnari, Dmanisi rayonu) — azərbaycanlı şair, yazıçı, jurnalist, tərcüməçi. == Həyatı == Etimad Başkeçid 1966-cı il iyulun 14-ü Gürcüstanın SSR-in Dmanisi rayonunun Kirovisi kəndində anadan olub. 1973-1983-cü illərdə Kirovisi orta məktəbində təhsil alıb. 1988-1993-cü illərdə M.Qorki adına Moskva Ədəbiyyat İnstitutunda oxuyub. Bakı Slavyan Universitetinin Filologiya fakültəsinin Jurnalistika şöbəsinin (2007-2008) və "Tərcümə nəzəriyyəsi və praktikası" kafedrasının müdiri (2011), "Tərcümə problemləri" elmi tədqiqat laboratoriyasının elmi işçisi (2004-2005), universitetin "Tələbə dünyası" qəzetinin baş redaktoru (2005-2007), Jurnalistika kafedrasının müəllimi və Folklor araşdırması ETL-in aparıcı elmi işçisi (2009-2010), Folklor araşdırmaları ETL-in böyük elmi işçisi və Jurnalistika nəzəriyyəsi və praktikası kafedrasının müəllimi (2011-2012) olub. Hazırda Nazirlər Kabineti yanında Azərbaycan Tərcümə Mərkəzinin əməkdaşıdır. 2009-cu ildən AMEA Folklor İnstitutunun dissertantıdır. "Məhsəti türklərinin sürgün folkloru" mövzusunda elmi iş üzərində işləyir. 2004-cü ildən Azərbaycan Yazıçılar Birliyinin, eləcə də birliyin Gənclər şurasının üzvüdür. AYB-nin "Dünya ədəbiyyatı" jurnalının redaksiya heyətinin üzvü, "Mütərcim" jurnalının redaktoru, Prezident təqaüdçüsü (2008-2009) olmuşdur.
Etimad Əsədov
Etimad Əsədov (1963–2018) — Qarabağ müharibəsi qazisi, Qarabağ Əlillər Cəmiyyətinin və "Qarabağ qaziləri" ictimai birliyinin sədri. == Həyatı == Əsədov Ehtimad Savalan oğlu 1963-cü ilin 20 dekabrında Ağdam rayonunun Paprəvənd kəndində anadan olub. 1970–1980-ci illərdə həmin kənd orta məktəbini bitirib. 1982–1984–cü illərdə sovet ordusu sıralarında həqiqi hərbi xidmətdə olub. SSRİ dövründə Rusiyada yaşayıb və müxtəlif işlərdə çalışıb. Ailəli idi. İki övladı yadigar qalıb == Qarabağ müharibəsində iştirakı == 1991–ci ildə Erməni işğalına qarşı döyüşmək üçün Azərbaycana qayıdıb. 836 saylı Ağdam Ərazi Özünü Müdafiə batalyonunda erməni işğalçılarına qarşı döyüşüb. 1992-ci ildə Ağdərə istiqamətində gedən döyüşdə ağır yaralanıb. Bir ayağını itirib.
Etiqat Hacıyev
Etiqat Balaxan oğlu Hacıyev (25 fevral 1974 – 5 iyul 1993, Bakı) — Qarabağ müharibəsi şəhidi. == Həyatı == Etiqat Hacıyev Balaxan oğlu 25 fevral 1974-cü ildə doğulmuşdur. Lənkəran şəhərində süruculuk üzrə təlim almışdır. 1992-c ildə Lerik rayon Hərbi komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağrılmışdır. Hərbi xidmətə Ağdam şəhərində yerləşən N saylı artilleriya batalyonundan başlamışdır. Tank sürucusu olmuşdur. Ağdamın Quzanlı, Mərizli və digər kəndlərin müdafiəsində şəxsi igidlik göstərib. Ağdamda gedən döyuşlərin birində tank əleyhinə minaya düşərək ağır yaralanmışdır. Və yaralı halında Bakı şəhərində Hərbi Hospitalda yerləşdirilmişdir. 5 iyul 1993 Hospitalda olduğu zaman dünyasını dəyişmişdir.
Etiraf (1992)
== Məzmun == Filmin baş qəhrəmanı-keçmiş tələbə (Elşən Rüstəmov) həbsxanadan çıxandan sonra dostlarının və oturub durduğu dəstə başçısının xəyanəti ilə qarşılaşır. Gənc bununla barışmayıb qisas almağı qət edir. O, heç bir günahı olmayan iki nəfəri qətlə yetirir. Özü də istəmədən cinayətkara çevrilir və… çıxış yolunu özünə qəsd etməkdə görür. == Film haqqında == Film Misir yazıçısı Nəcib Məhfuzun "Oğru və it" romanı əsasında çəkilib. == Festivallar və mükafatlar == 1) 1996-cı ildə Aşqabadda VII Beynəlxalq "Firuzə Baharı" kinofestivalı Kinematoqrafda intellektual istiqamətə görə filmə Priz və Diplom verilmişdir.
Etiraf (Tolstoy)
Etiraf (rus. Исповедь) — Lev Tolstoyun romanı. == Məzmun == Bu əsərin baş qəhrəmanı Tolstoyun özüdür. Dünya şöhrətli əsərlər müəllifi bu dəfə öz həyatı haqqında yazır. Keçirdiyi həyat yolunu yanlışları ilə, doğruları ilə oxuculara etiraf edir. Həyatın həqiqi mənasının axtarışında olan Tolstoyun keçdiyi gərgin, sıxıntılarla dolu həyat yolunu insan həyəcansız oxuya bilmir. Kitabı oxuduqca, bədiiliklə yanaşı aparılan elmi-fəlsəfi təhlilləri gördükcə insan Tolstoy zəkasına, onun hərtərəfli elminə heyran qalır.
Etiraf kapellası
Vatikanda Müqəddəs Pyotr Papa bazilikası (it. Basilica Papale di San Pietro in Vaticano, lat. Basilica Sancti Petri) — Roma daxilində Papalıq anklavı olan Vatikan şəhərində yerləşən İtalyan İntibahı dövrünə aid kilsə. Əsasən Donato Bramante, Mikelancelo Buonarotti, Karlo Maderno və Covanni Lorenso Bernini tərəfindən dizayn edilmiş kilsə, İntibah memarlığının ən məşhur nümunələrindən və dünyanın ən böyük kilsələrindən biridir. Katolik kilsəsinin ana kilsəsi və ya Roma yeparxiyasının kafedralı olmamasına baxmayaraq, Müqəddəs Pyotr bazilikası katolisizmin ən müqəddəs ziyarətgahlarından biri hesab edilir. O, "xristian dünyasında unikal mövqeyə malik" və "xristian dünyasının ən möhtəşəm kilsələrindən biri" kimi təsvir edilir. Katolik ənənəsinə görə kilsədə İsanın on iki həvarilərindən biri olan və ilk Roma Papası hesab edilən Müqəddəs Pyotr dəfn edilmişdir. Buna görə də, Erkən xristianlıq dövründən etibarən əksər Roma Papaları burada dəfn olunub, Roma imperatoru Böyük Konstantinin hakimiyyəti dövründən isə ərazidə kilsə olub. IV əsrdə inşa edilmiş Köhnə Müqəddəs Pyotr bazilikasını əvəz etmiş hazırkı bazilikanın inşasına 18 aprel 1506-cı ildə başlanılmış və inşaat işləri 18 noyabr 1626-cı ildə tamamlanmışdır. Müqəddəs Pyotr bazilikası məşhur ziyarətgah və mərasim yeridir.
Etiram Hüseynli
Etiram Həsən oğlu Hüseynli (17 aprel 1977; Lənkəran, Azərbaycan SSR — 21 oktyabr 2020; Qubadlı rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Etiram Hüseynli 1977-ci il aprelin 17-də Lənkəran şəhərində anadan olub. 1984-1994-cü illərdə Lənkəran şəhərində S. Kazımbəyov adına 6 nömrəli tam orta məktəbdə təhsil alıb. 1994-1998-ci illərdə isə N. Tusi adına Azərbaycan Pedaqoji Universitetində (APİ) ali təhsil alıb. 2002-ci ildən Lənkəran şəhərində S. Kazımbəyov adına 6 nömrəli tam orta məktəbdə müəllim olaraq çalışırdı. Ailəli idi. Bir oğlu yadigar qaldı. == Hərbi xidməti == Etiram Hüseynli 2000-2002-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin Ordubad rayonunda yerləşən "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub. Azərbaycan Ordusunun baş leytenantı olan Etiram Hüseynli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb.Etiram Hüseynli oktyabrın 21-də Qubadlının azad edilməsi zamanı şəhid olub. Lənkəran şəhərində dəfn olunub.