Vatikanda Müqəddəs Pyotr Papa bazilikası (it. Basilica Papale di San Pietro in Vaticano, lat. Basilica Sancti Petri) — Roma daxilində Papalıq anklavı olan Vatikan şəhƏsasən Donato Bramante, Mikelancelo Buonarotti, Karlo Maderno və Covanni Lorenso Bernini tərəfindən dizayn edilmiş kilsə, İntibah memarlığının ən məşhur nümunələrindən[1] və dünyanın ən böyük kilsələrindən biridir. Katolik kilsəsinin ana kilsəsi və ya Roma yeparxiyasının kafedralı olmamasına baxmayaraq, Müqəddəs Pyotr bazilikası katolisizmin ən müqəddəs ziyarətgahlarından biri hesab edilir. O, "xristian dünyasında unikal mövqeyə malik"[2] və "xristian dünyasının ən möhtəşəm kilsələrindən biri"[1][3] kimi təsvir edilir.
Müqəddəs Pyotr bazilikası | |
---|---|
lat. Basilica Sancti Petri it. Basilica Papale di San Pietro in Vaticano | |
41°54′08″ şm. e. 12°27′12″ ş. u.HGYO | |
Ölkə | Vatikan |
Yerləşir | Müqəddəs Pyotr meydanı |
Aidiyyatı | Roma-Katolik kilsəsi |
Memar |
Bernardo Rossellino Culiano da Sanqallo Donato Bramante Rafael Santi Fra Covanni Cokondo Antonio da Sanqallo (kiçik) Baldassare Peruççi Mikelancelo Buonarroti Cakomo della Porta Cakomo da Vinola Pirro Liqorio Karlo Maderna Covanni Lorenso Bernini |
Tikilmə tarixi | 18 aprel 1506 - 18 noyabr 1626 |
Üslubu |
İntibah memarlığı Barokko |
Hündürlüyü | 136,6 m |
Uzunluğu | 220 m (730 ft) |
Eni | 150 m (500 ft) |
Günbəzləri |
Diametri: 42 m (137.7 ft) (xaricdən) 41.5 m (136.1 tf) (daxildən) |
Material | Sement, mərmər |
Vəziyyəti | fəaliyyət göstərir |
Rəsmi sayt | vatican.va/various/basil… |
Rəsmi adı: Vatican City | |
Tipi | Mədəni |
Kriteriya | i,ii,iv,vi |
Təyin edilib | 1984 |
İstinad nöm. | 286 |
Dövlət | Vatikan |
Region | Avropa |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Katolik ənənəsinə görə kilsədə İsanın on iki həvarilərindən biri olan və ilk Roma Papası hesab edilən Müqəddəs Pyotr dəfn edilmişdir. Buna görə də, Erkən xristianlıq dövründən etibarən əksər Roma Papaları burada dəfn olunub, Roma imperatoru Böyük Konstantinin hakimiyyəti dövründən isə ərazidə kilsə olub. IV əsrdə inşa edilmiş Köhnə Müqəddəs Pyotr bazilikasını əvəz etmiş hazırkı bazilikanın inşasına 18 aprel 1506-cı ildə başlanılmış və inşaat işləri 18 noyabr 1626-cı ildə tamamlanmışdır.[4]
Müqəddəs Pyotr bazilikası məşhur ziyarətgah və mərasim yeridir. Roma Papası il ərzində bazilika və ya onun qarşısındakı Müqəddəs Pyotr meydanında bir neçə liturgik mərasim keçirir ki, bu da 15.000–80.000 arası insan cəlb edir.[5] Müqəddəs Pyotr bazilikası Erkən Xristian Kilsəsi, Papalıq, Reformasiya, Katolik Kontrreformasiyası kimi tarixi hadisələrlə, bir çox mühüm sənətkarlarla, xüsusilə Mikelancelo ilə birbaşa əlaqəlidir. Bina kimi, kilsə öz dövrünün ən möhtəşəm inşaat nümunələrindən biridir.[6] Müqəddəs Pyotr bazilikası dünyada Böyük bazilika statusu daşıyan dörd kilsədən biridir. Geniş yayılmış fikir qarışıqlığına baxmayaraq, yepiskop iqamətgahı olmayan Müqəddəs Pyotr bazilikası kafedral deyil; Roma yepiskopu olan Papanın kafedrası isə Lateran bazilikasında yerləşir.
İntibah memarlığı stilində inşa edilmiş Müqəddəs Pyotr bazilikası Tiber çayının sağ sahilində, Yanikul təpəsi və Adrian mavzoleyinin yaxınlığında yerləşir. Bazilikanın günbəzi Roma şəhərinin panoramasında dominantdır. Bazilikanın qarşısında iki hissəli Müqəddəs Pyotr meydanı yerləşir və meydanın hər iki hissəsi hündür kollonada ilə əhatə olunub. Meydanın birinci hissəsi oval, ikinci hissəsi isə trapezund formasndadır. Bazilikanın nəhəng sütunlu fasadı meydanın sonundan yaxşı görünür, bazilikanı meydandan böyük pilləkən ayırır. Pilləkənin hər iki tərəfində I əsrdə Romada fəaliyyət göstərmiş həvarilər Pyotr və Pavelin 5.55 m (18.2 ft) hündürlüyə malik heykəlləri ucalır.[7][8]
Hazırda bazilika uzun nefə malik latın xaçı formasında olsa da, ilkin planlaşdırması mərkəzləşdirilmiş sistemə malik idi və bu xüsusiyyət indi də özünü binanın memarlığında büruzə verir. Dünyanın ən böyük günbəzlərindən biri sayəsində mərkəzi hissə həm xarici, həm də daxili görünüşdə dominantlıq əldə edir. Giriş bina boyunca uzanan narteksdən həyata keçirilir. Narteksdə yerləşən nəfis işlənmiş tunc qapı – Müqəddəs Qapı – yalnız yübiley mərasimləri zamanı açılır.[7] Digər kilsələrlə müqayisədə interyerlər nəhəng ölçülərə malikdir. Kilsəni tədqiq etmiş müəlliflərdən biri yazır ki, "İnsanlar kilsə daxilindəki bu və ya digər abidəyə yaxınlaşdıqda, biz, hiss edirik ki, onlar neçə kiçik və sıxılmış görünürlər və yalnız bu zman tədricən binanın nəhəng interyer ölçülərinə malik olmasını dərk edirik. Bu zaman bina öz növbəsində insana təsir edir."[9]
Mərkəzi günbəzə aparan nef üç traveyadan ibarət olmaqla çəllək formalı ən böyük kilsə tağlarını dəstəkləyir. Nef bir neçə keçidlə əhatələnib ki, onların da içində kapellalar yerləşir. Həmçinin günbəz də öz növbəsində kapellalarla əhatə olunmuşdur. Saat əqrəbi istiqamətində bazilika daxilində hərəkət etdikdə kapella və altarların ardıcıllığı belədir: Vəftizxana, Müqəddəs Tanrı anasının məbədə girişi kapellası, geniş Xor kapellası, Müqəddəs Qriqori altarı ilə Klementina kapellası, cübbəxananın girişi, Müqəddəs Pyotrun çarmıxa çəkilməsi, Müqəddəs İosif və Müqəddəs Tomas altarları ilə sol transept, İsanın müqəddəs ürəyi altarı, Kolonna Madonnası altarı, Müqəddəs Pyotr və paralitik altarı, Müqəddəs Pyotr kafedrası ilə apsida, Müqəddəs Pyotrun Tabitanı diriltməsi altarı, Arxangel Mikayıl altarı, Naviçella altarı, Müqəddəs Erazm altarı, Müqəddəs Proçesso və Martiniano altarı, Müqəddəs Vatslav altarı, Müqəddəs Vasili altarı ilə sağ transept, Yardımçı Madonna kapellası ilə Qreqoryan kapellası, geniş Müqəddəs Rəbbani ayini kapellası, Müqəddəs Sebastyan kapellası və Pyeta kapellası. Bazilikanın tam mərkəzində, Berninin baldaxini içində yerləşən yüksək altarın altında Konfessio (Confessio) və ya İman kapellası yerləşir ki, bu da Müqəddəs Pyotrun iman etməsi və şəhidliyinə işarədir. İki əyri mərmər pilləkən altar altına gedərək Konstantin bazilikası səviyyəsində yerləşən kapellaya və Müqəddəs Pyotrun məzarına aparır.[7]
Tədqiqatçılardan biri qeyd edir ki, "Müqəddəs Pyotr bazilikası Romanın indi də, qədim dövrdə olduğu kimi dünya sivilizasiyasının mərkəzi hesab edilməsinin səbəbidir. Dini, tarixi və memarlıq xüsusiyyətlərinə görə bazilika Romaya səyahət üçün əsas səbəblərdən biri, onun interyeri isə ən yaxşı stillərin palimpsestini xatırladır…"[10]
Amerikan filosof Ralf Valdo Emerson Müqəddəs Pyotr bazilikasını "dünyanın bəzəyi…gözəllik mücəssəməsi" kimi təsvir edir.[11]
Papa bazilikalarından biri olan (əvvəl Patriarx bazilikaları adlandırılırdı)[12] Müqəddəs Pyotr bazilikası, həm də dörd Böyük bazilikalardan biridir (digər üç bazilika isə Lateran bazilikası, San-Paolo-fuori-le-Mura və Santa-Mariya-Maccore bazilikalarıdır). Böyük bazilika rütbəsi Müqəddəs Pyotr bazilikasının dünyanın digər ölkələri ərazisindəki bazilikalardan üstün hesab edilməsi üçün əsas sayılır. Lakin, digər Böyük Papa bazilikalarından fərqli olaraq, Müqəddəs Pyotr bazilikası tamamilə Vatikan ərazisində yerləşir və buna görə də İtaliyanın yox, Vatikan dövlətinin suveren yurisdiksiyasında hesab edilir.[13]
Bazilika Vatikan ərazisindəki ən məşhur tikilidir. Onun gümbəzi Roma üfüqünün dominant elementidir. Ən böyük xristian məbədlərindən biri[14] olan bazilika, 2.3 hektar əraziyə malikdir. Xristian dünyası və katolisizmin ən müqəddəs ziyarətgahlarından biri olan bazilika, ənənəvi olaraq, İsanın on iki həvarilərinin başçısı, birinci Antioxiya yepiskopu, daha sonra birinci Roma yepiskopu olmuş və ilk Roma Papası kimi qəbul edilən Müqəddəs Pyotrun dəfn yeri kimi qeyd edilir. Baxmayaraq ki, Əhdi-Cədiddə Müqəddəs Pyotrun Romada şəhid edilməsi haqqında məlumat yoxdur, Kilsə atalarının əsərlərində onun məzarının bazilikada yerləşməsi qeyd edilir. Buna görə də, Erkən xristianlıq dövründən etibarən əksər Roma Papaları bazilikanın altındakı nekropolda, Müqəddəs Pyotrun məzarı yaxınlığında dəfn edilmişlər. Konstantin bazilikasının yerində inşa edilmiş hazırkı bazilikanın tikintisinə 18 aprel 1506-cı ildə başlanılmışdır. Uzun illərdən sonra, 18 noyabr 1626-cı ildə Papa VIII Urban bazilikanın həsr edilmə mərasimini təşkil etmişdir.[4]
Müqəddəs Pyotr bazilikası Roma Papalarının rəsmi taxt məkanı deyil və Böyük bazilikalar arasında birinci yeri tutmur. Qeyd edilən hər iki mövqe, Papalıq kafedralı olan və bütün katolik kilsəslərinin ana kilsəsi hesab edilən Lateran bazilikasına məxsusdur. Lakin, böyük ölçülərinə, Papanın rəsmi iqamətgahı olan Həvari sarayına yaxın yerləşməsinə və Vatikan ərazisində olmasına görə, əksər liturgik mərasimlər, Papalıq tədbirləri zamanı məhz Müqəddəs Pyotr bazilikası istifadə olunur. Bəzən Müqəddəs Pyotr tərəfindən istifadə edilməsi güman edilən, lakin əslində Keçəl Karl tərəfindən hədiyyə edilmiş, lakin, tarixən bir çox Roma Papaları tərəfindən istifadə edilmiş Müqəddəs Pyotr taxtı Roma Papalarının Müqəddəs Pyotrdan başlayan həvarı xələfliyini simvolizə edir. Bazilikanın apsidasında yerləşən və simvolik olaraq dörd kilsə aliminin heykəli ilə dəstəklənən taxt arxasan Müqəddəs Ruh pəncərəsi ilə işıqlandırılır.[15]
Tarixi və memarlıq bazımından böyük əhəmiyyətə malik olan Vatikanın ən mühüm tikilisi olan Müqəddəs Pyotr bazilikası 1984-cü ildə (i), (ii), (iv) və (vi) kriteriyalar altında UNESCO Ümumdünya irsi siyahısına salınmışdır.[16] 21,095 kv. metr (227,060 kv.ft)[17] eksteryer, 15.160 kv.metr (163.200 kv.fit)[18] interyer ərazisinə 5.000.000 kub metr (180.000.000 kub ft)[19] həcmə malik olan Müqəddəs Pyotr bazilikası, son iki göstəriciyə görə dünyanın ən böyük kilsəsi, birinci göstəriciyə görə isə ikinci ən böyük kilsə hesab edilir.
Kilsənin gümbəzin zirvəsinə qədər olan hndüryü 136.6 metrdir ki (448.1 ft), bu da, 2016-cı il nəticəsinə görə Romanın ən hündür ikinci binası deməkdir.[20] Günbəzin hündürlüyü bazilikanı, Köhnə dünyanın ən hündür tikililəri sırasına daxil etməyə imkan verir və gümbəz indi də dünyanın ən hündür gümbəzi statusunu özündə saxlayır. Baxmayaraq ki, Müqəddəs Pyotr bazilikasının gümbəzi hələ də dünyanın ən böyük gümbəzi statusunu özündə saxlayır, diametr ölçülərinə görə artıq çoxdan bu statusu itirmişdir.[21]
Həvarilərin işlərində qeyd edilir ki, İsanın çarmıxa çəkilməsindən sonra, onun tələbələrindən olan, Müqəddəs Pyotr adı ilə tanınan Qalileydən olan balıqçı Simon digər tələbələrə rəhbərlik edərək Xristian kilsəsinin formalaşdırılmasında böyük rol oynadı. Pyotr adı latın dilində "Petrus", yunan dilində isə "Petros" kimi səslənməklə, yunan dilində "qaya" və "daş" anlamında istifadə edilən "petra" sözündən gəlir və hərfi tərcümədə bu söz arami dilində "Kepa" kimi səslənir ki, bu da İsanın Simona verdiyi addır (İohann 1:42 və Matfey 16:18).
Katolik inancına görə, otuz dörd illik missioner fəaliyyətindən sonra, Roma imperatoru Neronun hakimiyyəti dövründə, 13 oktyabr 64-cü ildə Roma şəhərinə gələn Pyotr, Həvari Pavellə birlikdə şəhid edilmişdir. Onun şəhadəti Böyük Roma yanğınından sonra xristianların ən böyük itkilərindən biri idi. Origenin verdiyi məlumata görə, Pyotr öz istəyi ilə başı aşağı çarmıxa çəkilmişdir, çünki, özünü İsanın ölümünə layiq bilmirdi.[22] Çarmıxa çəkilmə Neronun sirkinin mərkəzində yerləşən Qədim Misir obeliski yaxınlığında həyata keçirilmişdir.[23] Hazırda həmin obelisk Müqəddəs Pyotr meydanının mərkəzində yerləşir və Müqəddəs Pyotrun çarmıxa çəkilməsinin "şahidi" hesab edilir. Həmin obelisk Romanın ən qədim obelisklərindən biri hesab edilir.[24]
Xristian ənənəsinə görə Müqəddəs Pyotrun cəsədi sirkin xaricində, Vatikan təpəsində, ölüm yerindən 150 metr (490 ft) aralıda Via Kornelia yolu yaxınlığında dəfn edilmişdir. Via Kornelia yolu sirkin şərqindən qərbinə doğru uzanırdı ki, indi həmin ərazini Müqəddəs Pyotr bazilikası və meydanının cənub tərəfi tutur. Məzar üzərində ziyarətgah dəfndən bir neçə il sonra inşa edilmişdir. Üç yüz il sonra isə I Konstantinin əmri ilə məzar üzərində Köhnə Müqəddəs Pyotr bazilikası inşa edilmişdir.[23]
Hazırda Vatikan şəhərinin yerləşdiyi ərazi, Neronun sirkinin inşasından əvvəl böyük bir qəbiristanlıq olmuşdur. Burda çoxsaylı xristian məzarlarının olmasının əsas səbəbi həm Neronun sirkində edam edilmiş xristianların bu ərazidə dəfn edilməsi, həm də Müqəddəs Pyotrun dəfn edilməsindən sonra, bir çox xristianların onun məzarı yaxınlığında dəfn edilməsidir.
1939-cu ildə XII Piyin hakimiyyəti dövründə, Müqəddəs Pyotr bazilikasının IX əsrdən bəri bağlı olan sərdabəsində 10 illik arxeoloji tədqiqatlara başlanılmışdır. Tədqiqatlar zamanı müxtəlif təbəqələrdən müxtəlif dövrlərə aid, VIII Klimentdən (1594) II Kalkista (1123) və I Qriqoriyə (590–604) kimi, qiymətli daşlarla və qızılla bəzədilmiş parçaya bükülmüş sümüklərin üzərində inşa edilmiş bir neçə edikula aşkarlanmışdır. Baxmayaraq ki, yalnız mühüm şəxslərin cəsədi bu cür dəfn edilirdi, dəqiqliklə sümüklərin Müqəddəs Pyotra aid olmasını demək olmazdı. 23 dekabr 1950-ci ildə Milad qabağı radio çıxışı zamanı Papa XII Piy Müqəddəs Pyotrun məzarının aşkarlanmasını xəbər vermişdir.
Bazilikanın inşasına imperator I Konstantinin əmri ilə 318 – 322-ci illər arasında[25] Adətən Roma papalarının tacqoyma mərasiminin keçirildiyi Müqəddəs Pyotr bazilikasında 800-cü ildə Müqəddəs Roma imperiyasının imperatoru Böyük Karlın tacqoyma mərasimi keçirilmişdir. 846-cı ildə sarasinlər bazilikanı qarət edərək dağıtmışlar.[26]
Tipik bazilika dizaynına malik olan[27] bina, plan və hündürlük baxımından Trayan forumundakı Ulpia bazilikası və Trirdəki Konstantin bazilikasına oxşar olmaqla, yunan-roma məbədlərindən fərqlənirdi.[28]
Konstantin Müqəddəs Pyotrun məzarının üstündə məbəd inşa etdirmək üçün çoxlu səy göstərmişdir. Tiber çayının qərb sahilində yerləşən Vatikan təpəsi düzləşdirilmişdir. Maraqlıdır ki, məbədin yeri qədim şəhər ərazisinə daxil olsa da, altar qərbdə yerləşirdi və bazilikanın fasadı Romanın özündən şərqdə idi. Kilsə, bir dəfəyə 3.000–4.000 arası ibadətçini qəbul edəcək həcmə malik idi. O, beş dəhlizə, geniş mərkəzi nefə və hər tərəfdən daha qədim paqan məbədinə aid 21 sütunla ayrılmış iki kiçik dəhlizə malik idi.[29]
B.e. 64-cü ilində Müqəddəs Pyotrun çarmıxa çəkilərək edamı və dəfnindən sonra bu yer müqəddəs hesab edilmiş və həmişə ziyarətgah kimi istifadə olunmuşdur. Nüfuzu getdikcə artan kilsə zamanla müxtəlif heykəllər, mebellər və mürəkkəb çilçıraqlarla bəzədilmiş, yan məzarlar və altarlara isə daima yeni əlavələr edilmişdir.[30]
Bina tamamilə papalar və müqəddəslərin məzarları ilə dolu idi. 1544-cü ilin sonlarında yeni bazilikanın inşası zamanı çoxlu sayda bu cür sümüklər aşkarlanmışdır.
Bazilikadakı məzarların əksri XVI–XVII əsrlərin inşaat işləri zamanı dağıdılmışdır (yalnız 846-cı ildə sərasinlər tərəfindən dağıdılmış məzar saxlanmışdır). Digər məzarlar isə qismən köhnə kilsənin yerində inşa edilmiş yeni kilsəyə, qismən isə digər Roma kilsələrinə köçürülmüşdür. Qədim Roma katakombalarının daşınması, XIV əsrdə Lateran bazilikasında baş vermiş iki yanğınvə Müqəddəs Pyotr bazilikasında həyata keçirilən yenidənqurma işləri papaların məzarlarının təxminən yarısının məhv olmasına səbəb olmuşdur. Buna görə də, yeni Müqəddəs Pyotr bazilikasının əsas memarı olan Donato Bramante "Mastro Ruinante" adlandırılmışdır.[31]
XV əsrin sonlarında Avinyon papalığı dövründə tərk edilmiş köhnə bazilika yarasız hala gəlmişdi. Bazilikanın restavrasiyası və ya binada ciddi memarlıq dəyişiklikləri məsələsini ilk dəfə gündəmə gətirən Papa V Nikolay (1447–1455) olmuşdur. O, Leon Battista Alberti və Bernardo Rossellinoya köhnə bina üzərində işləməyi sifariş etmiş, həmçinin Rosselinoya tamamilə yeni bir bazilikanın planını işləməyi və köhnə bazilikanın modifikasiya layihəsini hazırlamağı sifariş edir. O, hakimiyyət dövründə daha çox siyasi problemlərlə məşğul olduğuna görə, ölümünə yaxın çox az inşaat uğuruna nail ola bilmişdi.[23] Ölümünə yaxın, V Nikolay Kolizeyin sökülməsini və daşların yeni bazilikanın inşası üçün daşınmasını əmr etmiş və Kolizeydən 2522 kartlods daş daşınmışdı..[23][32] Gümbəzli latın xaçının formalaşdırılması üçün köhnə altar və yan girişlərə əlavə edilmiş yeni transept və xorun təməli tamamlanmışdı. Xorun bəzi divarlarının inşası da tamamlanmışdı.[33]
Papa II Yulinin Müqəddəs Pyotr bazilikası ilə əlaqəli planları V Nikolayla müqayisədə daha geniş və əhatəli idi. O, Mikelancelo tərəfindən özü üçün hazırlanacaq qəbirüstü abidənin Müqəddəs Pyotr bazilikasında yerləşdirilməsini istəyirdi. 1505-ci ildə II Yuli özünün nəhəng qəbirüstü abidəsini yerləşdirmək[34] "xatirəsini xalq arasında əbədiləşdirmək"[6] üçün köhnə bazilikanın sökülməsi və yerində yeni, möhtəşəm tikilinin ucaldılması qərarı verdi. Yeni abidənin inşası üçün müsabiqə elan edildi və müsabiqəyə təqdim edilən layihələrin əksəri Uffitsi qalereyasında saxlanılır. Sonrakı 120 il ərzində bir-birini əvəz edən papalar və memarların fəaliyyəti nəticəsində bü günkü bazilika binası inşa edilmişdir. II Yulinin hakimiyyəti dövründə başlanan inşaat işləri X Lev (1513–1521), VI Adrian (1522–1523), VII Klement (1523–1534), III Pavel (1534–1549), III Yuli (1550–1555), II Marsell (1555), IV Pavel (1555–1559), IV Piy (1559–1565), V Piy (1565–1572), XIII Qreqori (1572–1585), V Sikst (1585–1590), VII Urban (1590), XIV Qreqori (1590–1591), IX İnnokenti (1591), VIII Klement (1592–1605), XI Lev (1605), V Pavel (1605–1621), XV Qreqori (1621–1623), VIII Urban (1623–1644) və X İnnokentinin (1644–1655) dövründə davam etdirilmişdir.
Müqəddəs Pyotr bazilikasının inşasının maliyyələşdirilməsi üçün istifadə edilən vasitələrdən biri, inşaat işlərinə pul bəxşiş edən şəxslərə indulgensiyalar verilməsi olmuşdur. Bu işin əsas təbliğatçısı, Roma kuriyası qarşısında borclarını bağlamağa çalışan Maynz və Maqdeburq arxiyepiskopu Alberxt olmuşdur. İşi yüngülləşdirmək üçün o, alman dominikan rahibi İohann Tetseli köməkçi təyin etmiş, sonuncunun satış fəaliyyəti isə mübahisələrə səbəb olmuşdu.[35]
Alman Avqustin rahibi Martin Lüter Arxiyepiskop Alberxtə yazaraq "indulhensiyaların satılması"na etiraz etmişdi. O, bu iddialarını "Martin Lüterin indulgensiyaların effektivliyinə dair disputları" adlı əsərinə də daxil etmişdir ki, sonradan əsər "95 tezis" adı ilə məşhurlaşmışdır.[36] Bu, Reformasiyanın başlaması və Protestantlığın doğulması üçün əsas olmuşdur.
Papa II Yulinin Xristian dünyasının ən böyük binasını[6] inşa etmək planı sənətkarlar arasında müsabiqə elan edilməsinə səbəb oldu və müsabiqəyə qatılmış sənətkarların bir çoxunun əlyazmaları Florensiyadakı Uffitsi qalereyasında saxlanılır. Müsabiqədə Donato Bramantenin layihəsi qalib gəlmiş və 1506-cı ildə həmin layihəyə əsasən binanın təməl daşı qoyulmuşdur. İri yunan xaçı formasında olan binanın gümbəzinin işlənməsi zamanı Bramante, Romada olan Qədim Roma məbədi Panteonun gümbəzindən ilhamlanmışdı.[6] Bramantenin dizaynı və Panteon arasında əsas fərq ondan obarət idi ki, Panteonun gümbəzi bütün divarlar tərəfindən dəstəklənirdi, Bramantenin gümbəzi isə dörd dayaq divarı üzərində ucaldılmalı idi. Bu xüsusiyyət binanın yekun formasında da saxlanmışdır. Bramantenin gümbəzi, özü də kiçik gümbəzə malik olan və Florensiya kafedralının Brunelleski tərəfindən işlənmiş gümbəzi üçün Mikeleçço tərəfindən dizayn olunmuş Erkən İntibah memarlığı stilində olan fənəri xatırladan kiçik fənərlə tamamlanmalı idi.[37]
Bramantenin planına görə mərkəzi gümbəz diaqonal oxlar üzrə yerləşdirilmiş və mərkəzi gümbəzi əhatə edən dörd kiçik gümbəzlə əhatələnməli idi. Presbiteri, nef və transeptlər apsida ilə tamamlanan iki tərəfə malik idi. Kardinal nöqtələrində apsidalar olan kvadrat formalı kilsənin hər küncündə bir qüllə yerləşirdi. Hər bir apsida yarımdairəvi formalı iki böyük radial kontrforsa malik idi.[38]
1513-cü ildə Papa II Yulinin vəfatından sonra Bramante, Culiano da Sanqallo, Fra Covanni Cokondo və Rafael Santi ilə əvəzləndi. 1515-ci ildə Sanqallo və Fra Cokondo vəfat etdi, növbəti il isə Bramante vəfat etdi. Rafael tərəfindən hazırlanmış planın əsas fərqi beş traveyadan ibarət nef və hər iki qanadda yerləşən mürəkkəb quruluşa malik apsidial sovməələr idi. Rafelin planı xarici divarların dözbucaqlı formasını daha aydın vurğulayaraq, qüllələr və yarımdairəvi apsidaların ölçüsünün kiçildilməsi, hər bir ambulatoriyanın dəqiq əhatələnməsi ilə xarakterikdir.[39]
Lakin, 1520-ci ildə Rafael də vəfat edir, onun səfəfi Baldassare Peruççi, Rafaelin üç əsas daxili apsida təklifini saxlasa da, Bramante tərəfindən dizayn edilmiş yunan xaçı layihəsinin özəlliklərinə qayıtmışdı.[40] Kilsədə və dövlətdə baş verən çətinliklərə görə bu plan həyata keçirilmədi. 1527-ci ildə İmperator V Karl Romanı işğal və talan etdi. 1536-cı ildə planını reallaşdıra bilməyən Peruççi vəfat edir.[6]
Bu zaman, Antonio da Sanqallo (kiçik), Peruççi, Rafael və Bramantenin planlarını özündə birləşdirən, binanı kiçik nefə kimi genişləndirən geniş fasad və dinamik portikli layihəsini təqdim etdi. Onun gümbəz təklifi, həm struktur, həm də ornamentasiya baxımından Bramantenin layihəsi ilə müqayisədə daha mürəkkəb quruluşa malik olmaqla xarici tərəfdən qabırğalara malik idi. Bramante kimi Sanqallo da gümbəzin fənərlə tamamlanmasını təklif etsə də, onun dizayn etdiyi fənər daha iri həcmə və mürəkkəb quruluşa malik idi[41]. Sanqallonun layihəyə əsas töhfəsi Bramante tərəfindən inşa edilmiş, lakin artıq şatlamağa başlamış sütunların möhkəmləndirilməsi olmuşdur.[23]
1 yanvar 1547-ci ildə, Papa III Pavelin hakimiyyəti dövründə, Müqəddəs Pyotr bazilikasının inşa proqramında "Kapomaestro" kimi yeddi illik fəaliyyətdən sonra Mikelancelo Kiçik Sanqallonu əvəz etmişdir.[42] Binanın bu gün gördüyümüz vəziyyətdə inşa edilməsi əsasən Mikelancelonun inşaata rəhbərliyi dövründə həyata keçirilmişdir. Lakin, Mikelancelo bu işi öz istəyi ilə öhdəsinə götürməmişdi; Culio Romanonun vəfatı, Yakopo Sansovinonun Venesiyanı tərk etməyə imtina etməsindən sonra Mikelancelonun Papa III Pavelin təklifini qəbul etməkdən başqa çıxışı qalmamışdı. Mikelancelo yazır ki, "Yalnız Tanrıya olan sevgim və Həvariyə olan hörmətimə görə bu işi öhdəmə götürdüm." Lakin, işə başlamazdan əvvəl o, bir şərt qoyur ki, istənilən vasitə ilə yekun nəticəyə çatmaq üçün, ona fəaliyyət azadlığı verilməlidir.[23]
Mikelancelo tikintiyə başladıqda, inşaat meydanında köhnə bazilikadan qalmış nefin qalıqları qarşısında, Qədim Roma dövründən, o dövrə kimi ucaldılmış ən hündür dörd sütun dayanırdı. O, həmçinin XVI əsrin ən möhtəşəm memar və mühəndis zəkaları tərəfindən işlənmiş bir neçə plan və çertyoja malik idi. Bütün bu çertyojlarda oxşar ümumi xüsusiyyətlər var idi. Bu çertyojların hər biri təxminən yüz il əvvəl Brunelleski tərəfindən dizayn edilmiş və hələ də Florensiya İntibahının üfüqündə dominantlıq edən gümbəzə bərabər gümbəz inşasını nəzərdə tutur, həmçinin, ya ikonik Müqəddəs Mark bazilikası kimi yunan xaçı formalı, ya da Florensiya kafedralı kimi altar formalı transeptlərə malik latın xaçı formalı sərt simmetrik planı dəstəkləyirdi.
İnşaatın başlamasından artıq 40 il keçməsinə baxmayaraq əvvəlki planlar əsasında çox az iş görünməsinə baxmayaraq, Mikelancelo əvvəlki memarların ideyalarından tamamilə imtina etmədi. Möhtəşəm layihəsinin hazırlanması zamanı, o, həmin ideyaları diqqət mərkəzində saxlamışdı. Hər şeydən əvvəl Mikelancelo Bramantenin orijinal dizaynının keyfiyyətini etiraf etmişdi. Onun yunan xaçı dizaynına qayıtmasını Helen Qardner belə izah edir: "Bramantenin planının mərkəzi xəttlərini dağıtmayan Mikelancelo, bir neçə qələm xətti ilə mürəkkəb qar dənəciyi quruluşunu ümumi bir vahidə çevirə bilmişdir."[43]
Müqəddəs Pyotr bazilikası, bugünkü görünüşünə Karlo Maderno tərəfindən nefin genişləndirilməsi ilə çatmışdır. Bu, Mikelancelonun dizaynı əsasında inşa edilmiş nəhəng gümbəzlə tamamlanan, altar sonluğudur. Həm Vatikan ərazisində bazilikanın tutduğu yerə, həm də nefin dizaynının Müqəddəs Pyotr meydanı tərəfdən yaxınlaşdıqda gümbəzi qabarıq sərgiləməsinə görə, Mikelancelonun mükəmməl əsəri daha yaxşı görünür. Aydın olur ki, Mikelancelo Bramantenin dəqiq müəyyənləşdirilmiş kvadrat içində kvadrat və Rafaelin kvadrat içində yarımdairə həndəsi formalarını ciddi şəkildə ixtisar etmişdir.[44]
Mikelancelo həndəsilik anlayışını bulanlaqlaşdıraraq, xarici hörgüləri iri ölçülərlə həyata keçirmiş, bütün küncləri isə kiçik otaqlarla doldurmuşdur. Bu, davamlı divar effekti yaradaraq, müxtəlif künclərdə qırılan və əyilən, lakin düz künclərə malik olmayan bina görünüşü formalaşdırır. Bu eksteryer, bir-birindən fərqli küclərdə və divarın yuxarı hissələrinin daima dəyişən künclərinə uyğun olaraq, nəhəng Korinf orderinin pilyastrları ilə əhatə olunmuşdur. Onların aşağısında uzun bir karniz uzanaraq, bütün binanın sıxılmış görünüşünü təmin edir.[45]
18 fevral 1606-cı ildə Papa V Pavelin hakimiyyəti dövründə Konstantin bazilikasının qalıqlarının demontajına başlanıldı.[23] Papa Silvester və Böyük Konstantin tərəfindən fronton üzərində ucaldılmış mərmər xaç yerə endirildi. Taxta lövhələr Borgeze sarayının damında istifadə olunmaq üçün götürülmüş, qara mərmərdən hazırlanmış və öz tipinə görə yeganə olan iri sütunlar isə ehtiyatla sökülərək sonradan narteksdə istifadə edilmişdir. Köhnə bazilikada dəfn edilmiş papaların məzarları açılaraq xəzinələr götürülmüş, yeni bazilikada yerləşdirilməsi üün məzarların yerləşmə planı işlənmişdir.[23]
1602-ci ildə Papa Karlo Madernoya işlərin davam etdirilməsini həvalə edir. Domeniko Fontananın bacısı oğlu olan Maderno özünü dinamik memar kimi göstərə bilmişdi. Madernonun planına əsasən Mikelancelonun planı əsasında inşa edilmiş bina sövmələrlə əhatəli edilməli olsa da, Papa ölümündən 40 il keçməsinə baxmayaraq, ustad Mikelancelonun planına dəyiiklik edilməsinə razılıq vermirdi. Kuriya tərəfindən qəbul edilməyən və müxtəlif millətlərdən təşkil edilmiş "Fabbrica" adlandırılan inşaat komitəsi bazilikanı xristian dünyasından daha çox Romaya aid edir və onun inşasının necə davam etdirilməsi məsələsində yekdil qərar verə bilmirdi. Onların qərarlarına təsir edən əsas məsələlərdən biri yunan xaçını daha çox paqanizmlə əlaqələndirən və latın xaçını xristianlığın əsl simvolu kimi qəbul edən kontrreformasiya idi.[23]
Həm "Fabbrica" həm də Kuriyanın qərarına təsir edən digər bir məsələ isə köhnə binanın sökülməsi olmuşdur. Binanın təməli, onunla əlaqəli cübbəxana və sövməələr illərlə istifadə edilirdi. Yekun qərar bütün ərazini əhatə edəcək nefin inşa edilməsi olmuşdur. 1607-ci ildə on memardan ibarət komitə yaradılmış və komitəyə Mikelancelonun binasının nef vasitəsiylə genişləndirilməsi həvalə edilmişdir. Maderonun hazırladığı nef və fasad planı qəbul edilmişdir. İnşaat işlərinə 7 may 1607-ci ildə start verilmiş, çox sürətlə davam etdirilən inşaat işlərində 700 işçidən ibarət inşaatçılar ordusu fəaliyyət göstərmişdir. Növbəti il fasadın inşasına başlanılmış, 1614-cü ilin dekabrında tağ stukkosuna son ştrixlər vurulmuş və 1615-ci ilin əvvəllərində binanın iki seksiyası arasında olan divar sökülmüşdür. Bütün söküntü təmizlənmiş və nef Rəbbin Yerusəlimə girişi bayramında istifadə üçün hazır vəziyyətə gətirilmişdir.[23]
Maderno tərəfindən dizayn edilmiş fasad 114.69 m enə və 45.55 m hündürlüyə malikdir. Ağ travertin daşından inşa edilmiş fasad nəhəng Korinf orderi sütunlarına və mərkəzi frontona malikdir. Frontonun yuxarısında çardaq-dam üzərində on üç müqəddəsin heykəlləri ucaldılmışdır. Bunlar İsa və on bir həvari və Vəftizçi İohannın heykəlləridir. Həvarilərdən yalnz Müqəddəs Pyotrun heykəli pilləkənlərin sol tərəfində ucaldılmışdır. Karnizin altındakı 1 metr hündürlüyə malik friz üzərində yazılıb:
IN HONOREM PRINCIPIS APOST PAVLVS V BVRGHESIVS ROMANVS PONT MAX AN MDCXII PONT VII (Həvarilərin həvarisinin şərəfinə, Böyük Roma Pontifiki V Pavel Borgeze, pontifikliyinin yeddinci ilində, 1612) |
Fasad, tez-tez Müqəddəs Pyotr bazilikasının dizaynının ən qənaətbəxş hissəsi adlandırılır. Ceyms Liz-Milnin sözlərinə görə, bunun səbəbi Papa və inşaat komitəsinin mümkün qədər qısa zamanda inşaat işlərini tamamlamağa çalışması və Madernonun binanın digər tərəfində Mikelancelo tərəfindən yaradılmış şablondan uzaqlaşmağa cəhd etməməsidir. Liz-Milninin fikrincə fasadın əsas problemi, onun hündürlüyünə görə çox geniş, detallar üçün çox dar və çardaqda çox ağır süjetə malik olmasıdır.[23]
Fasadın eni plan dəyişiklikləri ilə əlaqəli olub, iki tərəfdən qüllə inşası üçün nəzərdə tutulmuşdur. Lakin, sonradan məlum olmuşdur ki, binanın təməli belə ağırlığa tab gətirəcək qədər güclü deyildir və buna görə də həmin qüllələr inşa edilməmişdir. Fasad və uzun nefin əsas effektlərindən biri ekranlaşdırılmış gümbəzdir ki, bina məsafə istisna olmaqla, kənardan vertikal görünüşə malik deyildir.[23]
Fasadın arxasında, bəzən Roman memarlığı dövrü italyan kilsələrində rast gəlinən uzun narteks yerləşir. Moderno dizaynının bu hissəsindən çox razı idi. Onun hündür tağtavanının səthi qızıl suyuna çəkilmiş stukkolarla bəzədilmiş və yelkənlər arasında yerləşdirilmiş pəncərələrdən düşən işıqlar vasitəsiylə uğurla işıqlandırılmışdır. Narteksin naxışlı mərmər döşəməsi isə meydandan düşən işıqla işıqlandırılır. Narteksin hər küncündə İonik sütunlarla çərçivələnmiş səhnəvari məkan vardır. Hər iki tərəfdə həmin məkanda heykəl yerləşdirilmişdir. Bunlardan biri Aqostino Kornaççini tərəfindən hazırlanmış Böyük Karlın heykəli (XVIII əsr), digəri isə Bernini tərəfindən hazırlanmış Böyük Konstantinin heykəlidir (1670).
Üçü antik tikililərin xarabalıqlarından əldə edilmiş iri sütunlarla əhatələnmiş beş portal bazilikaya aparır. Mərkəzi portalda, 1455-ci ildə Antonio Averulino tərəfindən köhnə bazilika üçün hazırlanmış və sonradan yeni bazilikaya uyğunlaşdırmaq üçün bir qədər genişləndirilmiş tunc qapıya malikdir.
Mikelancelonun yunan xaçının yeganə buxta hissəsinə Maderno daha üç oxşar hissə əlavə etmişdir. O, ölçüləri Mikelancelo buxtasının ölçülərindən bir qədər fərqli edərək, iki memarlıq işinin harda birləşdiyini vurğulamışdır. Həmçinin Madernonun nef oxu bir qədər əyridir. Lakin, onun tənqidçilərinin bir zamanlar qeyd etdikləri kimi, bu heç də təsadüfən baş verməmişdir. Belə ki, bazilikanın qarşısında Qədim Misir obeliski ucaldılsa da, bu abidə Mikelancelonun bazilikası ilə estetik baxımdan əlaqəli görünmürdü, buna görə də, Maderno qeyd edilən çatışmazlığı aradan qaldırmaq və obeliskin bazilika fasadına uyğunlaşdırılmasını təmin etmək üçün belə bir addım atmışdır.
Nefdə, Mikelancelonun əsəri ilə uyğun olan qoşa pilyastrlar vardır. İnteryer o qədər "kolossal nəhəngliyə" malikdir ki, binanın içərisində olarkən ölçü hissini tənzimləmək çox çətindir.[23] Nefin, iki müqəddəs su saxlancı yerləşən ilk dayağı qarşısında yerləşən dörd keruvim, uzaqdan kifayət qədər normal görünür. Yaxınlaşdıqda isə aydın olur ki, keruvimlərin hər biri iki metr hündürlüyə malikdir və uşaqlar mərmər dayaq üzərinə çıxmasalar müqəddəs su saxlancına əl uzada bilməzlər. Hər qanadda iki kiçik və bir böyük düzbucaqlı kapella vardır: Sirr kapellası və Xor kapellası. Bu kapellalar yüksək zövqlü mərmər, stukko, qızıl suyu, heykəl və mozaikalarla bəzədilmişdir. Qeyd etmək lazımdır ki, çox az rəsm əsəri mozaika vasitəsiylə işlənmişdir ki, bunlardan da biri Rafaelin "Sikstin Madonnası"dır. Ən dəyərli rəsm isə, köhnə bazilikadan əldə edilmiş kiçik Madonna ikonasıdır.[23]
Müqəddəs Pyotr bazilikasında Madernonun son işi gümbəz altında sərdabə formalı "Konfessio" adlı yerin dizayn edilməsi olmuşdur. Kardinallar və digər keçid haqqı olan şəxslər Müqəddəs Pyotra daha yaxın olmaq üçün bura düşürlər. Konfessionun mərmər pilləkənləri köhnə bazilikadan qalmışdır. Ballüstrada əstrafında isə 95 tunc fənər quraşdırılmışdır.
Gəcnlik illərində rəssam Annibale Karraççi ilə Müqəddəs Pyotr bazilikasında olmuş Covanni Lorenso Bernini (1598–1680) bildirir ki, "həvari üçün əzəmətli taxt hazırlamağı" arzulayır. Uzun illər sonra onunn arzusu gerçəkləşir. 1626-cı ildə gənc Bernini Papa VIII Urbanın himayəsini qəbul edir və növbəti 50 il ərzində bazilikanın interyerinin bəzədilməsi ilə məşğul olur. Madernonun bədii varisi kimi 1629-cu ildə bazilikada işə başlayan Bernini barokko dövrünün böyük memar və heykəltaraşına çevrilməli idi. Berninin Müqəddəs Pyotr bazilikasındakı işlərinə baldaxin, kafedra, Müqəddəs Rəbbani ayı kapellasının dizaynı, nişlər və locciyaların planı və günbəzin sütunlarının dizaynı daxildir.[23][43]
Bernininin bazilikadakı ilk işi Müqəddəs Pyotr baldaxininin hazırlanması olmuşdur. 30 metr hündürlüyə malik olan və bir çox Roma kilsələrində olan kivorilərin dizaynı əsasında hazırlanmış baldaxin dünyada ən böyük bürünc sənət əsəridir. Baldaxin gümbəzin altında, əsas altarın üstündə yerləşir. Kivorilər adətən ağ mərmər və rəngli daşlardan inşa edilsə də, Berninin kivorisi bir qədər fərqli nəzəriyyəyə malikdir. Onun hazırlanması zamanı sənətkar papaların daşınması zamanı istifadə edilmiş baldaxin və ya kanapenin dizaynından ilhamlanmışdır. Sütunların qıvrım formada hazırlanması da xüsusi əhəmiyyət daşıyır. Belə ki, onlar, Böyük Konstantinin Yerusəlim məbədindən əldə etdiyi və bazilikaya bağışladığı sütunların dizaynı əsasında hazırlanmış, Bernini sütunları Papa VIII Urbanın ailə simvolları olan dəfnə yarpağı və arılarla bəzəmişdir.
Əksər baldaxinlərdə olduğu kimi Berninin baldaxini memarlıq frontonu ilə deyil, barokko stilində hazırlanmış, prosessiya zamanı qiymətli ikonaların üzərini örtən örtüyə bənzər pərdələri xatırladan uzun pərdələri xatırladan pərdələri saxlayan əyri kronşteynlərlə əhatələnmişdir. Tuncdan hazırlanmış pərdə, sütunları bəzəyən dəfnə yarpaqları və arılar, Papa VIII Urbanın hamilə qohumunun üzünün təsvir edildiyi lövhələr qızılı təbəqə ilə üzlənmişdir. Baldaxin binanın daxilində ən böyük və müstəqil heykəltaraşlıq nümunəsi kimi görünür. Baldaxin, o qədər böyükdür ki, vizual olaraq bəhəng qübbə və insan gözü arasında keçid element rolunu oynayır. Baldaxin, həm də vizual olaraq, ondan arxada yerləşən, hər biri dioqanal oraraq baldaxin sütunları istiqamətində yerləşən dörd heykəlin dəstəklədiyi Müqəddəs Pyotr kafedrası ilə əlaqəlidir.[23][43]
Kilsənin mərkəzi hissəsini dizayn edən Berninin qulluğunda Bramante tərəfindən inşasına başlanmış və Mikelancelo tərəfindən tamamlanmış dörd nəhəng sütun vardı. Sütunların hər birinin içindəki nişlərdə yerləşən dörd pilləkən dörd eyvana aparır. Günbəzin çökə biləcəyindən ehtiyat edənlər sütunların zəifliyinə istinad edirdilər. Eyvanlarda Bernini tərəfindən yaradılmış və hər biri səkkiz qıvrım sütunla dəstəklənən vitrinlərdə bazilikanın dörd əsas relikviyası nümayiş etdirilir. Bunlar İsanın əziyyətlərinin azaldılması üçün istifadə edildiyinə inanılan Lonqin nizəsi, İsanın üz təsvirinin saxlandığı Veronikanın dəsmalı, Yerusəlimdə Böyük Konstantinin anası Yelena tərəfindən aşkarlanmış Əsl Xaçın hissəsi və Müqəddəs Pyotrun qardaşı Müqəddəs Andreyin relikviyasıdır. Mərkəzi hissəni əhatə edən nişlərin hər birində bu relikviyalarla əlaqəsi olan müqəddəslərin nəhəng heykəlləri ucaldılmışdır ki, onlardan da yalnız Müqəddəs Lonqin heykəli Bernininin özü tərəfindən hazırlanmışdır.[23]
Papa VIII Urban uzun müddət Bernininin sələfi olan Karlo Madrenonu tənqid etmişdir. Onun bazilika üçün təklif etdiyi bir çox layihələrin təsdiqlənməməsinin əsas səbəbi də bu idi, həmçinin Maderno, tərəfindən dizayn edilmiş uzun nefin Mikelancelonun günbəzinin qarşısını kəsməsinə görə də tənqid edilirdi. Papa Berniniyə bazilikanın inşaat işləri ilə məşğul olmağı həvalə etdikdə, həm də fazadda iki zəng qülləsinin inşasını tələb etmişdi. Bernininin qüllələri Baldinuççi tərəfindən "birinci tərəfi korinf ordeni olan iki qatlı orden və pilyastr sırası" kimi təsvir edilir, "üçüncü və ya mansard qatı hər tərəfdən pilyastrlar və iki sütunla formalaşdırıldırılmış, mərkəzdə isə açıq arka yerləşən" struktur kimi göstərilir.
Urban qüllələrin konkret tarixdə — 29 iyun 1641-ci ildə — Müqəddəs Pyotr və Pavel bayramına kimi tamamlanmasını tələb edirdi. Bununla əlaqədar verilmiş qərarda göstərilridi ki, "qüllələrin inşası ilə əlaqədar bütün işlər ikinci plana keçirilməlidir." Bütün problemlərə baxmayaraq cənub qülləsinin inşası vaxtında başa çatdırılsa da, hesabatlarda qeyd edilir ki, açılış mərasimindən sonra Papa gördüyü nəticədən razı qalmamış və daha dəbdəbəli tikilinin inşa edilməsi üçün Bernini qülləsinin sökülməsini tapşırır. Qüllələr yüksəldilməyə başladıqca onlarda ilk çatlar əmələ gəlməyə başlayır və Papa Urban öz memarını ictimai qınaqla üzbəüz qoyur.
1642-ci ildə hər iki qüllənin inşası ilə bağlı işlər dayandırılır. Bernini söküntü işlərini özü maliyyələşdirməyə məcbur edilir; son nəticədə qüllələrin tamamlanması ideyasından imtina edilir.
Qüllələrlə bağlı uğursuz təcrübədən sonra Bernini diqqətini bazilikanın başqa bir relikviyasına – Müqəddəs Pyotr kafedrası və ya Müqəddəs Pyotrun taxtı adlandırılan və vaxtilə Müqəddəs Pyotr tərəfindən istifadə edilməsinə inanılan qədim stula yönəltdi. Kilsə relikviyanı kəsilmələr və qurdların zədələdiyi palıd stul kimi təsvir edir. Stulun hər iki tərəfinə metal qanadlar bərkidilmişdir ki, bu da onun sedia gestatoria və ya sedan kimi istifadəsinə imkan verir. Stulun arxa və qabaq tərəfi yonulmuş fil sümüyü ilə işlənmişdir.
Relikvari orta əsrlər ənənəsinə uyğun olaraq müdafiə etdiyi relikviyanın – bu halda stulun – formasında hazırlanmışdır. Simvolikdir ki, Berninin işlədiyi stulun analoqu yoxdur. Belə ki, o, tamamilə sökülən hissələrdən ibarətdir və söykənəcək hissəsində Pyotra quzuya baş əyməyi təklif edən Məsih[46] relyefi vardır. Böyük mələk fiqurları ajur panelini realistik oturacaq ətrafında saxlayır: relikviya bunun içərisində saxlanılır.
Kafedra dörd qat həyati ölçüyə malik dörd kilsə müəllimin heykəli tərəfindən saxlanılan qıvrılmış dəstəklərə malik dayanacaq üzərində yerləşdirilib. Kafedranı saxlayan müqəddəs fiqurlar Müqəddəs Ambrosi, Avqustin Avrelius, İohann Xrisostom və İskəndəriyyəli Afanasiyə məxsusdur. Bazilika apsidasında altar altında asılmış kimi görünən kafedra tavanları da işıqlandırılan və bulud heykəlləri ilə əhatələnmiş mərkəzi pəncərədən düşən şüalarla işıqlandırılır. Berninin "Müqəddəs Terezanın ekstazı" əsəri kimi, Müqəddəs Pyotr kafedrası da, birləşdirici heykəltaraşlıq və polixrom memarlığın barokko incəsənətində işıq effektləri ilə manipulyasının yekun birləşməsidir.
Frizin yuxarısında qızılı fon üzərində latın dilində "O Pastor Ecclesiae, tu omnes Christi pascis agnos et oves" (Oh, kilsə keşişi, siz Məsihin bütün quzu və qoyunlarını yemləyirsiz.) Sağ tərəfdə həmin yazı yunan dilində yazılmışdır.[47] Altarın arxasında Bernininin taxta masanı da özündə ehtiva edən, Roma yepiskopunun Məsihin vikariyası və Müqəddəs Pyotrun xələfi olmasını simvolizə edən abidəsi yerləşir.
Berninin Müqəddəs Pyotr bazilikasında son işi 1676-cı ildə Xeyir-dua almış Rəbbani ayini kapellasının dekorasiyası olmuşdur.[48] Müqəddəs Rəbbaninin saxlanması üçün Bernini BramanteninTempiettosunun tuncdan hazırlanmış və qızıl suyuna çəkilmiş kiçik versiyasını hazırlamışdır. Məbədin bir tərəfindən mələk heyrətlə abidəyə, digər tərəfindən isə mehriban təbəssümlə insanlara baxır. 1680-ci ildə 82 yaşlı Bernini vəfat edir.[23]
Bazilikasının şərq tərəfində iri Pyaçça di San-Pyetro yerləşir. Meydanın mərkəzində, həmin ərazidə 1586-cı ildə ucaldılmış Qədim Misir obeliski yerləşir. Obelisk elmi ədəbiyyatda Vatikan obeliski adı ilə məşhurdur. Ziyarətçiləri "Ana kilsənin qolları kimi qucaqlayan" dörd sütun dərinlikli Toskan sütunlarından ibarət kolonnada və meydan kilsənin inşasından təxminən 100 il sonra Bernini tərəfindən dizayn edilmişdir. 1675-ci ildə Bernini tərəfindən hazırlanmış fəvvarə isə meydanda yerləşən və 1613-cü ildə Karlo Maderno tərfindən dizayn edilmiş digər fəvvarəyə uyğundur.
Ətrafda olan çoxsağlı tikililər inşaat işləri zamanı xeyli məhdudiyyətlər yaradırdı. Kafedralın əsas fasadından sağda Vatikan sarayının nəhəng fasadı yerləşirdi və Bernini Papa otaqlarının qarşısını qapatmadan sarayın görünüşünü məhdudlaşdırmalı idi. Obelisk meydanın mərkəzində, Maderno tərəfindən hazırlanmış qranit fəvvarə[49] isə yanda yerləşir: Bernini fəvvarəni kolonnada ilə əhatə edilmiş ovato-tondonun əsas fokuslarından biri kimi istifadə edərək, 1675-ci ildə — ölümündən beş il əvvəl Madernonun fəvvarəsi qarşısında, obeliskin digər tərəfində ikinci fəvvarəni (Madernonun fəvvarəsinə bənzər) yerləşdirdi.
Dörd sütun dərinlikli[50] kolossal toskan kolonnadası meydanın elliptik ərazisini və trapezvari girişini formalaşdırır. Bazilikanın fasadına paralel olan ovato-tondonun uzun oxu davamlılıqda fasilə yaradır ki, bu da Barokko monumental yanaşması üçün xarakterikdir. Kolonnada meydanın ərazisini müəyyən edir. Meydanın trapesvari girişi ilə kontrast təşkil edən elliptik mərkəzi, Berninin təsəvvürünə görə "Ana kilsənin qolları kimi" ziyarətçiləri qucaqlayır. Ovato-tondonun mərkəzində qırmızı qranitdən hazırlanmış və şirlərin saxladığı Çigi ailəsinin gerbi ilə bəzədilmiş bürünc təməl üzərində dayanan 25.5 hündürlükdə Qədim Misir obeliski dayanır. Təməllə birlikdə obeliskin hündürlüyü 41 metrdir. Obeliskin zirvəsində isə bürünc xaç yerləşir. Qranit Misirin Heliopolis şəhərində naməlum firon tərəfindən ucaldılmışdır. Obelisk hazırda yeləşdiyi əraziyə 1586-cı ildə Papa V Sikstin göstərişi ilə mühəndis-memar Domeniko Fontana tərəfindən köçürülmşüdür; böyük ağırlığa malik obeliskin daşınması və yenidən ucaldılması prosesi bir neçə qravürdə əbədiləşdirilmişdir. Vatikan obeliski Romada yeganə obeliskdir ki, Qədim Roma dövründən bir dəfə də aşmamışdır. Orta əsrlərdə obeliskin üstündəki qızılı kürədə Yuli Sezarın külünün saxlandığına inanılırdı.[51] Fontananın obeliskdən ayırdığı və hazırda Roma muzeyində saxlanan qədim metalik şardan yalnız toz tapılmışdır. Kristofer Hibbert isə şarın çox sərt olduğunu yazır.[52]
Bu gün Müqəddəs Pyotr meydanına çatmaq üçün Müqəddəs mələk körpüsü və Via della Konsilisione prospektindən (1929-cu il Lateran müqaviləsinin şərəfinə adlandırılıb) keçmək lazımdır. Bir zamanlar bu böyük prospekti tutan spina (Borqo-Vekkyo və Borqo-Nuovo küçələrini bir-birindən ayıran binalardan ibarət mediana) 23 oktyabr 1936-cı ildə Benito Mussolininin göstərişi ilə tntənəli şəkildə sökülməyə başlanılmış və 8 oktyabr 1937-ci ildə söküntü işləri tamamlanmışdır. Bu söküntü işlərindən sonra Müqəddəs Pyotr bazilikası Müqəddəs Mələk qəsrindən aydın görünür. 1937–1950-ci illərdə Passettodan cənubda yerləşən bütün binaların sökülməsi ilə Roma şəhərinin ən qədim və zəngin orta əsrlər və intibah məhəllələri məhv edilmişdir. Həmçinin spinanın sökülməsi özünəməxsus barokko təəcübünü də məhv etmiş və hazırda belə effekt yalnız Borqo-santo-Spirito tərəfdən hərəkət edənlər üçün əlçatandır. Via della Konsilisione prospekti 1950-ci il Böyük Yubileyə kimi tamamlanmışdır.
Müqəddəs Pyotr bazilikasının günbəzi, döşəmədən günbəz üzərindəki metal xaça kimi 136.57 metr hündürlüyə malikdir. Bu dünyanın ən hündür günbəzidir. Onun 41.47 metrə bərabər olan daxili diametri, özündən əvvəl inşa edilmiş digər iki böyük günbəzdən – Roma Panteonunun 43.3 metr, Florensiya kafedralının Erkən İntibah dövründə inşa edilmiş 44 metr diametrə malik gümbəzləri – geri qalır. Gümbəzin diametri 537-ci ildə Konstantinopolda inşası tamamlanmış Aya Sofya kafedralının gümbəzindən 9.1 böyükdür. İnşaatın ilk dövrlərindən qarşıya qoyulmuş, xristianlığın ən böyük gümbəzinin inşa edilməsi məsələsinin texniki həllini, bina üzərində çalışmış memar və mühəndislər məhz Panteon və Florensiya kafedralının gümbəzlərinin həllində axtarırdılar.
Roma Panteonunun gümbəzi bir girişi olan, pəncərələrsiz dairəvi divar üzərində dayanır. Binanın hündürlüyü genişliyi qədərdir. Onun gümbəzi vahid beton struktur şəklində inşa edilməklə, çoxlu miqdarda vulkanik daşlar və pemza əlavə edilməsi ilə yüngülləşdirilmişdir. Gümbəzin daxili səthi dərin kessonlarla örtülmüşdür ki, bu da həm üfüqi, həm də şaquli qabırğalar yaratmağa imkan verməklə, eyni zamanda təzyiqi yüngülləşdirir. Gümbəzin zirvəsində yerləşən və 8 metr diametrə malik dəlikdən interyerə işıq düşür.[6]
Bramantenin Müqəddəs Pyotr bazilikasının gümbəzi üçün hazırladığı plan (1506) Panteon gümbəzinin planına çox yaxın olmaqla, tuf və beton qarşığından inşa edilməsi nəzərdə tutulmuş və memar gümbəz üçün xüsusi beton tərkibi işləyib hazırlamışdı. Həmin gümbəzin profili Panteon gümbəzinin profilinə çox oxşar olmaqla, yalnız gümbəzin dairəvi dəlik yerinə fənərlə tamamlanması və gümbəzin ağırlığını daşıyan divarın dörd dayaq üzərində yüksələn barabanla əvəzlənməsi ilə fərqlənirdi. Panteonda olduğu kimi, Bramante də divarların gümbəzdə açılmış və peristillərlər əhatələnmiş pəncərələr vasitəsiylə işıqlandırılmasını planlaşdırmışdı.
Brunelleskinin öz konstruksiyasını Florensiya kafedralı üzərində reallaşdırmasından xeyli əvvəl sivri uclu gümbəz ideyası mövcud idi.[53] Onun ikiqat həcmi, şam budağı formasında bir-birinə keçirilmiş kərpiclərdən inşa edilməklə (Bizans memarlığı əsasında yenidən işlənmiş) səkkiz tərəfdən daş qabırğalara meyl etdiyinə görə, tikilini yarımsferik arkalar üçün vacib olan dirəklərsiz həyata keçirməyə imkan vermişdir. Baxmayaraq ki, Florensiya kafedralının gümbəzi fənər istisna olmaqla, tamamilə qotik gümbəzləri xatırladır, onun dizayn edilməsi zamanı Qədim Roma dövründən qalmış bir çox gümbəzlər və tağlar tədqiq edilmişdir.[37]
Dövrümüzə böyük taxta modeli çatmış Sanqallonun planında (1513) həm Panteon, həm də Florensiya kafedralının gümbəzlərinin dizaynı nəzərə alınmışdı. O, gümbəzin dayanıqlığının təmin edilməsi üçün həm Panteon gümbəzindəki kessonların, həm də Florensiya kafedralının gümbəzindəki xarici qabırğaların əhəmiyyətini dərk edən sənətkar tərəfindən hazılanmışdı. O, Bramantenin peristillərini təməl ətrafında yerləşdirilmiş tağlarla möhkəmləndirərək genişləndirmiş, həmçinin, birinci arkada üzərində ikinci oxşar arkada yerləşdirilməsini planlaşdırmışdı. O, Florensiya kafedralının gümbəzinin fənərinə bənzər incə formalı fənəri proyeksiya bazası, peristillə əhatə edərək konik formalı şpillə tamamlamış və beləliklə də böyük struktura çevirmişdir.[41] Ceyms Lis Milni qeyd edir ki, Sanqallonun dizaynı "uğur qazanmaq üçün həddən artıq eklektik, dəbdəbəli və zövqsüz idi."[23]
Mikelancelo, 1547-ci ildə, bütün əvvəlki dizaynları nəzərə alaraq günbəz üçün yeni dizayn hazırlamışdır. Onun gümbəzi Florensiya kafedralının gümbəzi kimi iki qat kərpic hörgü və 16 daş qabırğa əsasında yaradılsa da, Florensiya kafedralının günbəzindən iki dəfə böyük, Sanqallonun dizayn etdiyi gümbəzdən isə kiçikdir. Bramante və Sanqallonun layihəsində olduğu kimi, gümbəz sütunların dəstəklədiyi baraban üzərində ucaldılmışdır. Bramantenin peristilləri və Sanqallonun arkadasını Mikelancelo, hər biri 15 metr hündürlüyə malik olan və tağla bir-biri ilə birləşdirilən 16 cüt Korinf sütunları ilə əvəz etmişdir. Vizual olaraq, onların hər biri bir qabırğanı dəstəkləyirmiş kimi görünsələr də, texniki baxımdan bir funksiya daşımırlar. Bunun səbəbi odur ki, Panteonun yarımsferik olmaqla daxili divarlara ağır təzyiq salan günbəzindən fərqli olaraq, Müqəddəs Pyotr bazilikasının günbəzi Florensiya kafedralının günbəzi kimi yuxarı istiqamətlənən yumurta formasında olduğuna görə divarlara təzyiq az düşür.[6][23]
Gümbəzin oval profili sonrakı yüzildə bir çox spekulyasiyaların və tədqiqatların mövzusu olmuşdur. 1564-cü ildə Mikelancelo vəfat edərkən gümbəzin baraban hissəsinin inşası tamamlanmış, Bramantenin sütunları isə ilkin planlaşdırıldığından dəfələrlə böyük, 18 metr hündürlüyündə inşa edilmişdi. Ustad sənətkarın ölümündən sonra inşaat işləri onun köməkçisi Cakomo da Vinolanın rəhbərliyi ilə davam etdirilmiş, Papa V Piy Corco Vazarini ümumi nəzarətçi təyin etmişdir ki, Mikelancelonun planı dəqiqliklə yerinə yetirilsin. Baxmayaraq ki, Vinola Mkelancelonun fikirlərini dəqiqliklə bilirdi, həmin dövrdə çox az iş görülmüşdü. 1585-ci ildə Papa Sikst Cakomo della Portanı Domeniko Fontanaya köməkçi təyin etmişdir. Sikstin beş illik hakimiyyəti dövründə inşaat işi xeyli inkişaf etdirilmişdir.[23]
Mikelancelo özündən sonra bir çox çertyojlar, o cümlədən günbəzin ilkin çertyojları və detalların təsvirlərini qoymuşdu. Həmçinin, Stefan dü Perak 1569-cu ildə nəşr etdiyi ətraflı qravürlərin ustadın son qərarlarının nəticəsi olduğunu iddia edirdi. Özündən əvvəl fəaliyyət göstərmiş Sanqallo kimi, Mikelancelo da, böyük taxta model hazırlamışdı. Cakomo della Porta dizayna etdiyi dəyişikliklərə uyğun olaraq, həmin modelə bəzi kiçik dəyişikliklər etmişdi. Bu dəyişiklərin əksəri kosmetik xarakter daşıyırdı, məsələn, gümbəz barabanına Papa Sikstin şərəfinə şir maskası qabartmaları, fənərin yuxarı hissəsinə isə Sanqallonun layihəsində olduğu kimi dairələr əlavə edilmişdir. Della Porta və ya Mikelancolunun özü tərəfindən ölümündə əvvəl modelə edilmiş əsas dəyişiklik xarici gümbəzin daxili gümbəzdən daha yuxarı qaldırılması olmuşdur.[23]
Mikelancelonun əvvəlki çertyojları onun ilkin məqsədinin yarımsferik yox, yarımdairəvi qübbə inşa edilməsi olduğunu göstərir.[43] Qalasso Alqisinin traktatında verilmiş qravürdə (1563) bazilikanın gümbəzi yumurtavari formada görünsə də, prespektivi birmənalı deyil.[54] Stefan dü Perakın qravüründə (1569) isə yarımsferik günbəz göstərilsə də, bu müəllifin qeyri-dəqiqliyi ola bilər. Taxta modelin profili qravürlə müqayisədə daha çox, hazır tikili ilə müqayisədə isə daha az yumurtavari formaya malikdir. Belə bir fikir mövcuddur ki, Mikelancelo ölüm yatağında olarkən daha sərt formaya qayıtmışdır. Lakin, Liz-Milnin Della Portanın Papa Sikstə müraciətindən gətirilmiş sitatda deyilir ki, o, bütün məsuliyyəti öz üzərinə götürür və Mikelancelo əslində nəyə qadir olduğunu anlamamışdır.[23]
Helen Qardener ehtimal edir ki, Mikelancelo nəhəng orderlər pilyastrlarını əhatə edən dinamik vertikal elementlər və daha statik və sakit günbəz arasında balans yaratmaq üçün daha aşağı profilli yarımsferik günbəzə dəyişikliklər etmişdir. Qardener qeyd edir ki, "Memarlığın [Mikelancelo tərəfindən] yöntələnməsi, burada özünü baraban və gümbəzdən keçərək yerdən çardaq hekayələri səviyyəsinə kimi qaldırır və bütün binanı təməldən zirvəyə kimi bir vahid olaraq birləşdirir."[43]
Dərin karniz tərəfindən binanın birləşdirilməsi, vahidləşdirilməsi və "heykəl kimi yonulması" ideyasına istinad edən Eneid Minyakka belə qeyd edir ki, gümbəzin yumurtavari profili Mikelancelonun ilk və son nəzəriyyəsinin ayrılmaz hissəsi olmuşdur. Obrazlı desək, hekəltəraş/memar özündən əvvəlki bütün modelləri götürərək gil parçası kimi konturlarını birləşdirmişdir. Binanın künclərinin düzləşdirilməsi və sərt cizgilər açıq təzyiqedici forma yaratdığına görə gümbəzin yuxarı doğru istiqamətlənməsi vacib idi.[45] Əgər bu cür izah düzdürsə, o zaman günbəzin profili Cakomo della Porta tərəfindən qəbul edildiyi kimi yalnız struktur həlli deyildi; bu, inteqrasiya olunmuş dizayner həllinin bir hissəsi olmaqla, vizual gərginlik və sıxılmanı aradan qaldırmağa hesablanmışdır. Bir tərəfdən Mikelancelonun günbəzi geriyə — Florensiya kafedralının günbəzinə boylanaraq İntibah klassisizmindən imtina olsa da, digər tərəfdən, o, barokko memarlığına, XVI əsrdə inşa edilmiş bütün binalardan daha çox təsir edir.[45]
7 dekabr 2007-ci ildə Vatikan arxivində Mikelancelo tərəfindən qırmızı təbaşirlə çəkilmiş günbəzin bir hissəsinin təsviri tapılmışdır.[55] Çertyojda günbəzin iki radial sütunu arasında antablementin yerləşdirilməsi dəqiqliklə göstərilmişdir. Məlumdur ki, ölümündən əvvəl minlərlə çertyoj və əlyazmalarını məhv etmişdir.[56] Bu nadir çertyojun saxlanması isə ehtimal ki, onun fraqment xarakteri olması və mühüm riyazi hesablamaların məhv edilmiş yuxarı hissədə verilməsidir.[55]
V Sikstin hakimiyyətinin son ili olan 1590-cı ildə Cakomo della Porta və Domeniko Fontana gümbəz üzərində tamamlama işlərinə başladılar. Onun xələfi XIV Qreqori hakimiyyətə gəldikdə Fontana fənəri tamamlayaraq onun daxilində V Sikstin şərəfinə dairəvi yazı yerləşdirmişdi. Növbəti papa VIII Klementin dövründə gümbəz üzərində xaç ucaldılmış və bütün günü davam edən bu proses şəhərin bütün kilsələrində səsləndirilən kilsə zəngləri ilə müşayət edilmişdir. Xaçın qanadları daxilində iki mücrü yerləşdirilmişdir ki, onlardan da birinin daxilində Həvari Andreyin qalıqları və Əsl xaçın kiçik qalığı, digərində isə Müqəddəs quzunun medalyonları vardır.[23]
XVIII əsrin ortalarında gümbəzdə kiçik çatlar əmələ gəlmiş, bundan sonra onun iki hissəsi arasında dörd polad zəncir quraşdırılmışdır ki, bu zəncirlər də çəlləyi dağılmaqdan qoruyan zəncirlər kimi gümbəzi parçalanmaqdan qoruyur. Ümumilikdə gümbəzdə, müxtəlif dövrlərdə, on zəncir quraşdırılmışdır ki, bunların da ən erkəni, ehtimal ki, Mikelancelonun özü tərəfindən, Brunelleskinin Florensiya kafedralının günbəzində etdiyi kimi ehtiyat xarakteri daşımışdır.
Gümbəzin daxilində dairəvi formada 2 m hündürlükdə yazı vardır:
TV ES PETRVS ET SVPER HANC PETRAM AEDIFICABO ECCLESIAM MEAM. TIBI DABO CLAVES REGNI CAELORVM (...Mən sənə deyirəm ki, sən Pyotrsan və Mən cəmiyyətimi bu Qayanın üzərində quracağam... Səmavi Padşahlığın açarlarını sənə verəcəyəm.. Vulqata,Matfey 16:18–19.) |
Fənərin altındakı yazıda isə deyilir:
S. PETRI GLORIAE SIXTVS PP. V. A. M. D. XC. PONTIF. V. (Müqəddəs Pyotrun şərəfinə, 1590-cı ildə, onun XV pontifiki V Sikst tərəfindən.) |
Müqəddəs Pyotr bazilikası və xüsusilə onun gümbəzi xristian memarlığının gələcək inkişafına ciddi təsir göstərmişdir. Müqəddəs Pyotr bazilikasının inşası tamamlanmamış Cakomo della Porta Romada nəhəng gümbəzli Sant-Andrea-della-Valle kilsəsini dizayn etmiş və bundan sonra o, Maderno ilə birgə bazilikanın inasında iştiraka dəvət edilmişdir. Bunun ardınca Romada bazilika kilsəsinin təsiri ilə Müqəddəs Aqnes kilsəsi, San-Karli-ai-Katinari və başqa kilsələr inşa edilmişdir. Kristofer Renin Müqəddəs Pavel kafedralı üçün dizayn etdiyi günbəz (London, İngiltərə), Karlskirxe (Vyana, Avstriya), Müqəddəs Nikolay kilsəsi (Praqa, Çexiya) və Panteon (Paris, Fransa) günbəzləri birbaşa Müqəddəs Pyotr bazilikası günbəzinin təsiri altında inşa edilmişdir.
XIX əsrin sonları-XX əsrin əvvəllərində yaşanan memarlıq intibahı dövründə inşa edilmiş bir çox kilsələr bu və ya digər dərəcədə Müqəddəs Pyotr bazilikasının memarlıq elementlərinin imitasiyası əsasında yaradılmışdır. Müqəddəs mələklərin Məryəmi kilsəsi (Çikaqo, ABŞ), Müqəddəs İosafat kilsəsi (Miluoki, Viskonsin, ABŞ), Məryəmin ləkəsiz ürəyi kilsəsi (Pittsburq, Pensilvaniya, ABŞ), Dünya kraliçası Məryəm kafedralı (Monreal, Kvebek, Kanada) bir çox aspktdən Müqəddəs Pyotr bazilikasının memarlıq elementlərini daha kiçik ölçüdə təkrarlayır. Müqəddəs Tanrı anası bazilikası (Lixen Starı, Polşa) və Notr-Dam-de-la-Pe bazilikası (Yamuissoukro) kilsələri nümunəsində Müqəddəs Pyotr bazilikasının postmodern adaptasiyası gözrmək mümkündür.
Müqəddəs Pyotr bazilikasında təxminən 100-ə yazın məzar var ki, onların da əksəri bazilikanın altında yerləşir. Həmin məzarların arasında 91 Roma Papasının məzarı, həmçinin Antioxiyalı İqnati, Müqəddəs Roma imperiyasının imperatoru III Otto və bəstəkar Covanni Pyerluici da Palestrinanın da məzarları var. Papa XI Klimentdən sığınacaq almış Böyük Britaniya kral ailəsinin katolik üzvləri Ceyms Frensis Eduard Stüart və onun iki oğlu Çarlz Eduard Stüart və Henri Benedikt Stüart, həmçinin Faraskati yepiskopluğunun kardinalı bazilikada dəfn edilmişdir. Ceyms Frensis Eduard Stüartın həyat yoldaşı Mariya Klementina Sobieska, katolisizmi qəbull etmək üçün taxtdan imtina etmiş İsveç kraliçası Kristina, Qrafinya Toskanalı Matilda da bazilikada dəfn edilənlər arasındadırlar. Müqəddəs Pyotr bazilikasında sonuncu dəfn edilən Roma Papası II İohann Paveldir (8 aprel 2005). Arxeoloji tədqiqatlar zamanı kripta yaxınlığında IV əsrə aid Yulii məzarı aşkarlanmışdır.
Fasadın hər iki tərəfində qüllələr üzərində saatlar yerləşir. Sol tərəfdəki saat 1931-ci ildən elektron sistemə keçirilmişdir. Bazilikanın ən qədim zəngi 1288-ci ilə aiddir. Bazilikanın əsas xəzinələrindən biri xarici qapı üzərində quraşdırılmış "Naviçella" mozaikasıdır. Cotto tərəfindən XIV əsrdə hazırlanmış mozaikada xristian kilsəsini təsvir edən gəmi göstərilib.[7] Mozaikanın əksər hissələri Cottonun orijinal əsərinin XVII əsr kopyasıdır. Narteksin hər iki tərəfində atlı heykəllər yerləşir ki, onlardan da biri 1670-ci ildə Bernini tərəfindən hazırlanmış Böyük Konstantinin heykəli, digəri isə XVIII əsrdə Aqostino Kornaççini tərəfindən hazırlanmış Böyük Karlın heykəlidir.[7]
Narteksdən interyerə aparan beş portaldan üçündə xüsusi qapılar vardır. Mərkəzi portalda Antonio Averulino tərədindən 1455-ci ildə hazırlanmış və yeni məkana uyğunlaşdırılmaq üşün genişləndirilmiş böyük tunc qapı vardır. Ölüm qapısı adlandırılan cənub qapısı XX əsr italyan heykəltaraşı Cakomo Manzu tərəfindən dizayn edilmişdir. Qapı üzərində Roma Papası XXIII İohann Müqəddəs Pyotrun çarmıxa çəkilmiş fiquru qarşısında diz çökmüş vəziyyətdə təsvir edilmişdir.
Müqəddəs qapı adlandırılan şimal qapısı adətən kərpiclə hörülmüş olur və Yubiley ili kimi xüsusi hadisələrlə əlaqədar təntənəli şəkildə Roma Papası tərəfindən açılır. Hazırkı Müqəddəs qapı Ciko Konsorti tərəfindən 1950-ci illərdə dizayn edilmiş və Florensiyadakı "Ferdinando Marinelli Artistic Foundry" tökmə zavodunda istehsal edilmişdir. Qapı üzərndəki kitabələrdə "PAVLVS V PONT MAX ANNO XIII" və "GREGORIVS XIII PONT MAX" yazıları qapıların açılışına həsr edilmişdir. Sonradan əlavə edilmiş kitabələrdə yazılır:
PAVLVS VI PONT MAX HVIVS PATRIARCALIS VATICANAE BASILICAE PORTAM SANCTAM APERVIT ET CLAVSIT ANNO IVBILAEI MCMLXXV
VI Pavel, Pontifex Maximus, bu tariarxal Vatikan bazilikasının Müqəddəs qapısını 1975-ci ildə yubley ili ilə əlaqədar açmış və bağlamışdır.
IOANNES PAVLVS II P.M. PORTAM SANCTAM ANNO IVBILAEI MCMLXXVI A PAVLO PP VI RESERVATAM ET CLAVSAM APERVIT ET CLAVSIT ANNO IVB HVMANE REDEMP MCMLXXXIII-MCMLXXXIV
II İohann Pavel, Pontifex Maximus tərəfindən açılmış və bağlanmış, insanlığın xilasının 1976-cı ilində, yəni 1983–1984-cü illərdə VI Pavel tərəfindən bağlanmış və hörülmüşdür.
IOANNES PAVLVS II P.M. ITERVM PORTAM SANCTAM APERVIT ET CLAVSIT ANNO MAGNI IVBILAEI AB INCARNATIONE DOMINI MM-MMI
II İohann Pavel, Pontifex Maximus, Rəbbin təcəssümünün 2000–2001-ci ilində, böyük yubiley ili zamanı Müqəddəs qapını yenidən açmış və bağlamışdır.
FRANCISCVS PP PORTAM SANCTAM ANNO MAGNI IVB MM- MMI A IOANNES PAVLVS PP II RESERVATAM ET CLAVSAM APERVIT ET CLAVSIT ANNO IVB MISERICORDIAE MMXV- MMXVI
Frensis, II İohann Pavel tərəfindən 2000–2001-ci illər böyük yubileyi zamanı bağlanmış Müqəddəs qapını yenidən 2015–2016-cı illər yubileyi ili ilə əlaqədar açmış və bağlamışdır.
Nefin birinci dayaqları qarşsında Papa XIII Benediktin sifarişi ilə dizayner Aqostino Kornaççini və heykəltaraş Françesko Moderati tərəfindən hazırlanmış (1720-ci illərdə) 2 metr hündürlüyə malik qoşa keruvimlərin saxladığı iki Müqəddəs su hövzəsi dayanır. Girişdən başlayaraq döşəmə boyunca yerləşdirilmiş işarələrdə bazilikanın digər kilsələrlə müqayisəli ölçüləri göstərilmişdir. Nefin dayaqlarının dekorativ pilyastrlarında 38 papanın təsviri olan medalyonlar vardır. Pilyasterlər arasındakı nişlərdə isə 23 dini ordenin banisi olan müqəddəslərin heykəlləri vardır.
Gümbəzin şərq tərəfindəki dayaq qarşısında Müqəddəs Pyotru taxtda təsvir edən tunc heykəl vardır. Heykəlin, bəzi tədqiqatçılar tərəfindən XII əsrdə Arnolfno di Kambio tərəfindən hazırlanması, bəzi tədqiqatçılar tərəfindən isə V əsrdə hazırlanması bildirilir. Əsrlərdir ki, ziyarətçilər tərəfindən öpüldüyü üçün heykəlin bir ayağı ağarmışdır. Vatikan qrottosuna aparan Konfessioda Papa VI Piyin Antonio Kanova tərəfindən hazırlanmış və bazilikanın Napoleon Bonapart əsgərləri tərəfindən ələ keçirilməsi zamanı təhqir edilmiş heykəli yerləşir.
Konfessiyadakı nişlərdən birində Papa XIV Benedikt tərəfindən hədiyyə edilmiş və Müqəddəs Aqnes günü xeyir dua almış quzunun yunundan toxunmuş, qara xaçla bəzədilmiş ağ əlcəklərin saxlandığı urna (kül üçün vaza) vardır. Yüksək altar üzərində Berninin baldaxini yerləşir. Gümbəzi saxlayan dörd sütundakı nişlərdə, bazilikanın ilk dörd relikviyası ilə əlaqəli dörd nəhəng heykəl vardır: Andrea Bolgi tərəfindən hazırlanmış Müqəddəs Xaç və Müqəddəs Mismarlar tutan Müqəddəs Yelena, Bernini tərəfindən hazırlanmış Müqəddəs nizə tutmuş Müqəddəs Longin (1639), Fransua Dükenua tərəfindən hazırlanmış Müqəddəs Andrey xaçı ilə Müqəddəs Andrey və tərəfindən hazırlanmış üzərində İsanın təsviri olan dəsmalı tutmuş Müqəddəs Veronika.
Şimal qanadındakı ilk kapellada Mikelancelonun Pyetası yerləşir.[59] Şimal qanadının ilk sütununda, 1654-cü ildə katolisizmi qəbul etmək üçün taxtdan imtina etmiş İsveç kraliçası Kristinanın abidəsi vardır. Müqəddəs Sebastyana həsr edilmiş ikinci kapelladan Roma Papaları XI və XII Piylərin heykəlləri vardır. Altar arasındakı boşluqda Papa XI İnnokenti dəfn edilsə də, onun qalıqları 8 aprel 2011-ci ildə Çevirilmə altarına köçürülmüşdür. Bu köçürülmə Papa II İohann Pavelin dəfni üçün yer açmaq məqsədi ilə edilmişdir. 2 may 2011-ci ildə II İohann Pavel orada dəfn edilmişdir.
Şimal qanadındakı ən böyük kapella Müqəddəs Rəbbani ayini kapellasıdır. Kapellada Pyetro da Kartona tərəfindən çəkilmiş "Müqəddəs üçlük" rəsmi qarşısında, Bernini tərəfindən 1664-cü ildə, Bramantenin San-Pyetri-in-Montorioda inşa etdiyi Tempietto məbədinin modeli əsasında hazırladığı və iki mələk tərəfindən saxlanan böyük ibadətgah dayanır. Yaxınlıqda "Bizim köməkçi Ledi" altarı və Papalar XIII və XIV Qreqorilərin Kamillio Ruskoni tərəfindən hazırlanmış heykəlləri yerləşir. Şimal qanadının sonunda Qverçino tərəfindən 1623-cü ildə işlənmiş Müqəddəs Petronillanın dəfni altarı və Müqəddəs Petronillanın relikviyaları yerləşir.
Cənub qanadındakı ilk kapella Papa XII İnnokentinin sifarişi ilə Karlo Fontana (Domeniko Fontananın qohumu) tərəfindən dizayn edilmiş vəftizxanadır. Əvvəl üzbəüz kapellada olmuş qırmızı profir sarkofaqda IV əsrdə Roma prefekti olmuş Probs dəfn edilmişdir. Sarkofaqın qapağı vaxtilə imperator Adriana məxsus olmuş sarkofaqdan götürülmüşdür. Onun məzarının Vatikan qrottosundan çıxarılması zamanı sarkofaqın qapağı işçilər tərəfindən sındırılaraq 10 hissəyə bölünmüşdür. Sarkofaqı ustalıqlar bərpa etmiş Fontana, onun üzərində tuncdan hazırlanmış və qızıl suyuna çəkilmiş Tanrı quzusu fiquru yerləşdirmişdir.
Cənub qanadının birinci sütunu qarşısında "Kral Stüartları abidəsi" yerləşir. Abidə, Ceyms və onun oğlanları, Çarlz Eduard və York qrafı və kardinalı Henriyə həsr edilmişdir. Antonio Kanova tərəfindən 1819-cu ildə Neoklassik üslubda hazırlanmış abidənin qarşısında Ceyms Frensis Eduard Stüratın həyat yoldaşı Mariya Klementina Sobieskanın məzarı yerləşir.
"Bakirənin təqdimatı"na həsr edilmiş ikinci kapellada Roma Papaları XV Benedikt və XXIII İohanna həsr edilmiş memoriallar yerləşdirilmişdir. Kapelladakı dirəklərin arasında Roma papaları X Piy və VIII İnnokentinin məzarları yerləşir. Cənub qanadındakı ən böyük kapella Bakirəlik nəzəriyyəsi altarının yerləşdiyi Xor kapellasıdır. Cübbəxananın girişi yaxınlığıda Papa VIII Piyin məzarı yerləşir. Cənub transeptində Müqəddəs Tomas, Müqəddəs İosif və Müqəddəs Pyotrun çarmıxa çəkilməsi altarları yerləşir.
Bernini tərəfindən hazırlanmış və Liz-Miln tərəfindən "barokko dövrünün ən möhtəşəm məzarlarından biri" adlandırılmış Roma Papası VII Aleksandrın məzarı cənub qanadının sonunda yerləşir. Məzar çox əlaverişsiz mövqeyə malikdir. O, qapı üzərində kiçik nişdə yerləşsə də, Bernini qapını simvolik formada istifadə etmişdir. Papa Aleksandr üzü bayıra yerləşdirilmiş məzar üzərində diz çökmüşdür. Məzar qırmızı mərmərdən işlənmiş naxışlı kəfən tərəfindən dəstəklənir və yalnız ikisi görünən dörd qadın fiquru tərəfindən saxlanılır. Onlar xeyirxahlıq və həqiqəti simvolizə edirlər. Həqiqətin ayağı yer kürəsi üzərində dayanır və onun baş barmağına protestant İngiltərədən çıxan mıx batır. Sanki qədim məzardan çıxırmış kimi görünən ölümün skeletvari qanadlı fiquru kəfən altında görünməz olsa da, bir əlini bayıra çıxararaq qum saatını diz çökmüş Papanın fiquruna tərəf uzadır.
Vatikan bazilikası protoiyereylərinin siyahısı:[60]
Müqəddəs Pyotr bazilikasının əsas orqanı 1953–1962-ci illər arasında Roma şəhərində və mühəndis Valkerin orqan nümunələri əsasında Tamburini adlı məşhur italyan şirkəti tərəfindən hazırlanmışdır. Xor sütunlarının arxasında yerləşən orqan iki hissəyə ayrılıb və 80 registrdən ibarətdir. Musiqi nöqteyi-nəzərindən orqan binanın ümumi həcminə uyğun gəlmirdi və bu səbəbdən də o, "Dünyanın ən möhtəşəm xor orqanı"[61] tituluna layiq görülmüşdür. XIX və XX əsrin başlanğıcında bir çox ustaların təklif buyurduqları daha sadə, lakin öz proporsiyaları ilə xor hissəsinə ahəngdarlıq bəxş etmə qabiliyyətinə sahib olacaq orqan layihələrindən heç birisi reallaşdırılmamışdır.
Yuxarıda adı qeyd olunmuş korpusun qarşısındakı xor kapellalarında iki ədəd iki manuallı orqan quraşdırılmışdır. 1887-ci ildə hazırlanmış Morettini orqanı 18 registrə, Tamburini şirkətinə məxsus orqan isə 21 registrə malikdir. Almaniyalı siyasətçi və SPD partiyasının üzvü Helmut Şmidt tərəfindən Roma Papasına 1981-ci ildə hədiyyə edilmiş Valker orqanı özündə cəmi 11 registri birləşdirir.
1989-cu ildən etibarən, MPB-nın baş orqanisti vəzifəsini Ceyms Edvard Göttçe icra edir.
Müqəddəs Pyotr bazilikasının altı zəngi saat kurantlarının arxasında, daha dəqiq desək əsas fasadı bəzəyən pəncərələrin sol tərəfində quraşdırılmışdır. Həmin zənglərdən ancaq üçü – Kampanone adlanan ən böyük zəng və diametri bir qədər kiçik olan daha iki zəng (Kampanella sekonda və Kampanella prima) baxış üçün uyğun yerdə asılmışdır. Daha kiçik ölçülü Kampanonçino, Kampana della Rota və Kampana della Predika zəngləri daha arxada, zahiri baxış üçün əlçatmaz yerdə yerləşirlər.[62]
Nr. | Adı | Tökmə ili | Tökməçi | Zəngin aşağı hissəsinin diametri | Çəkisi | Şlaqton (HT-16tel) |
---|---|---|---|---|---|---|
1 | Campanone | 1785 | Luici Valadier | 2.315 mm | 8.950 kq | e0 +3 |
2 | Campanoncino (Mezzana, Benedittina) | 1725 | İnnokenzo Kazini | 1.774 mm | 3.765 kq | a0 +8 |
3 | Campana della Rota | 13. Jh. | Gidotto Pizano | 1.364 mm | 1.735 kq | cis1 +7 |
4 | Campana della Predica | 1893 | Covanni Battista Luçenti | 1.087 mm | 850 kq | e1 +11 |
5 | Campanella prima (Chiachierina, Pia) | 1932 | Daçiano Kolbaçini | 744 mm | 280 kq | h1 −4 |
6 | Campanella seconda (Clementina) | 1825 | Luici Luçenti | 739 mm | 260 kq | c2 −3 |
2000-ci ildə Vatikan bağlarında bazilikanın yubileyi şərəfinə keçirilən təntənəli bayram zamanı, Marinelli şirkəti tərəfindən bir il öncə hazırlanmış zəng ictimaiyyətə təqdim olunmuşdur (yubiley şərəfinə olduqca böyük həcmlərə malik olan zəng Qrande Kampana del Cubileo adlandırılmışdır). Çəkisi 5 ton, səs zərbəsi (şlaqton) isə g0-a bərabər olan zəng sərt və hərəkətsiz formada asılmış və daha çox visual baxış üçün nəzərdə tutulmuşdur.[65]
"Tetzel's experiences as a preacher of indulgences, especially between 1503 and 1510, led to his appointment as general commissioner by Albrecht, archbishop of Mainz, who, deeply in debt to pay for a large accumulation of benefices, had to contribute a considerable sum toward the rebuilding of St. Peter's Basilica in Rome. Albrecht obtained permission from Pope Leo X to conduct the sale of a special plenary indulgence (i.e., remission of the temporal punishment of sin), half of the proceeds of which Albrecht was to claim to pay the fees of his benefices. In effect, Tetzel became a salesman whose product was to cause a scandal in Germany that evolved into the greatest crisis (the Reformation) in the history of the Western church."
Katolisizm portalı Roma portalı Vatikan portalı İtaliya portalı Memarlıq portalı |