Muradov Etimad Murtuz oğlu (Etimad Başkeçid; 14 iyul 1966, İpnari, Dmanisi rayonu) — azərbaycanlı şair, yazıçı, jurnalist, tərcüməçi.
Etimad Başkeçid | |
---|---|
Etimad Murtuz oğlu Başkeçid | |
Doğum adı | Etimad Muradov |
Təxəllüsü | Etimad Başkeçid |
Doğum tarixi | 14 iyul 1966 (58 yaş) |
Doğum yeri | |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
Təhsili | |
İxtisası | filoloq |
Fəaliyyəti | yazıçı, hekayə yazıçısı[d] |
Əsərlərinin dili | azərbaycanca |
Janrlar | şeir, hekayə |
Mükafatları | Prezident təqaüdçüsü (2008-2009) |
bashkecid.blogspot.com |
Etimad Başkeçid 1966-cı il iyulun 14-ü Gürcüstanın SSR-in Dmanisi rayonunun Kirovisi kəndində anadan olub. 1973-1983-cü illərdə Kirovisi orta məktəbində təhsil alıb. 1988-1993-cü illərdə M.Qorki adına Moskva Ədəbiyyat İnstitutunda oxuyub. Bakı Slavyan Universitetinin Filologiya fakültəsinin Jurnalistika şöbəsinin (2007-2008) və "Tərcümə nəzəriyyəsi və praktikası" kafedrasının müdiri (2011), "Tərcümə problemləri" elmi tədqiqat laboratoriyasının elmi işçisi (2004-2005), universitetin "Tələbə dünyası" qəzetinin baş redaktoru (2005-2007), Jurnalistika kafedrasının müəllimi və Folklor araşdırması ETL-in aparıcı elmi işçisi (2009-2010), Folklor araşdırmaları ETL-in böyük elmi işçisi və Jurnalistika nəzəriyyəsi və praktikası kafedrasının müəllimi (2011-2012) olub. Hazırda Nazirlər Kabineti yanında Azərbaycan Tərcümə Mərkəzinin əməkdaşıdır. [1]
2009-cu ildən AMEA Folklor İnstitutunun dissertantıdır. "Məhsəti türklərinin sürgün folkloru" mövzusunda elmi iş üzərində işləyir.
2004-cü ildən Azərbaycan Yazıçılar Birliyinin, eləcə də birliyin Gənclər şurasının üzvüdür. AYB-nin "Dünya ədəbiyyatı" jurnalının redaksiya heyətinin üzvü, "Mütərcim" jurnalının redaktoru, Prezident təqaüdçüsü (2008-2009) olmuşdur.
Çox sayda publisistik məqalənin, bir neçə elmi məqalənin, bir çox bədii və elmi kitabın redaktoru və önsözünün müəllifidir.
Rus və türk dillərini bilir.
Evlidir. İki oğlu var.