Etimad Əsədov (20 dekabr 1963, Ağdam rayonu – 16 oktyabr 2018, Bakı) — Qarabağ müharibəsi qazisi, Qarabağ Əlillər Cəmiyyətinin və "Qarabağ qaziləri" ictimai birliyinin sədri.[1][2]
Etimad Əsədov | |
---|---|
Doğum tarixi | 20 dekabr 1963 |
Doğum yeri | |
Vəfat tarixi | 16 oktyabr 2018 (54 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | ağciyər xərçəngi |
Fəaliyyəti | Veteran |
Əsədov Ehtimad Savalan oğlu 1963-cü ilin 20 dekabrında Ağdam rayonunun Paprəvənd kəndində anadan olub. 1970–1980-ci illərdə həmin kənd orta məktəbini bitirib.[3]
1982–1984-cü illərdə sovet ordusu sıralarında həqiqi hərbi xidmətdə olub.
SSRİ dövründə Rusiyada yaşayıb və müxtəlif işlərdə çalışıb. Ailəli idi. İki övladı yadigar qalıb
1991-ci ildə Erməni işğalına qarşı döyüşmək üçün Azərbaycana qayıdıb. 836 saylı Ağdam Ərazi Özünü Müdafiə batalyonunda erməni işğalçılarına qarşı döyüşüb. 1992-ci ildə Ağdərə istiqamətində gedən döyüşdə ağır yaralanıb. Bir ayağını itirib.[4]
1993-cü ildən Qarabağ Əlillər Cəmiyyətinin, 2002-ci ildən isə "Qarabağ qaziləri" ictimai birliyinin sədri olmuşdur.[1][5]
16 oktyabr 2018-ci ildə uzun müddət əziyyət çəkdiyi ağciyər xərçəngindən 55 yaşında vəfat etmişdir.[2]