Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
B-Nasty
Alexander Barnes (Pert, Qərbi Avstraliya, Avstraliya, iyul 10, 1992), kimi tanınır B-Nasty, Avstraliyalı reper və hip-hop kollektivinin üzvüdür Wu-Tang Clan Affiliates.
Hasta siempre, Comandante!
Hasta siempre, Comandante və ya Hasta siempre (isp. Hasta siempre, Comandante - hərfi tərcümədə "Əbədiyyətədək, Komandir!) — kubalı bəstəkar, müğənni və gitarist olan Karlos Puebla tərəfindən 1965-ci ildə yazılmış musiqi. Musiqinin sözləri məşhur inqilabçı və qəhrəman Ernesto Çe Gevaranın Konqo Demokratik Respublikasına yola düşməmişdən öncə öz silahdaşı olan Fidel Kastroya yazdığı vida məktubuna cavab olaraq yazılmışdır. Musiqidə Kuba inqilabının əsas məqamları və Çe Gevaranın inqilabçı komandir kimi böyük rolu yada salınır. Musiqinin adı məşhur ifadə olan "¡Hasta la victoria siempre!" (Daima qələbəyə doğru!)frazasının bir hissəsidir. Müxtəlif illərdə musiqinin cover versiyaları ilə Oktober klub, Compay Segundo, Buena Vista Social Club (onların 2003-cü ildə oxuduqları versiyada son bənddəki Fidel sözü Kuba sözü ilə əvəz olunmuşdur), Volf Birman, Oskar Çaves, Natali Kardon çıxış etiblər. Musiqinin instrumental versiyasını məşhur türk musiqiçisi Əhməd Koç saz vasitəsilə yazmışdır.
Contigo Hasta El Final
Contigo Hasta El Final (azərb. Birlikdə sonadək‎) — İspaniyanın 2013 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı. El Sueño De Morfeo qrupu "Contigo Hasta El Final" mahnısı ilə İspaniyanı İsveçin Malmö şəhərində keçirilən Avroviziya 2013-də təmsil etmişdir. Mahnı qrupun üzvləri David Feyto, Rakel Del Rosario və Xuan Luis Suares tərəfindən bəstələnmişdir.
Basta
Basta (rus. Баста, tam adı: Vasili Mixayloviç Vakulenko; 20 aprel 1980, Rostov-na-Donu) — Rusiya repçisi, bəstəkar, musiqi prodüseri, aktyor, radioaparıcı, teleaparıcı, ssenarist, prodüser, rejissor. Eyni zamanda Noqqano və N1NT3ND0 ləqəbləri ilə də tanınır. "Next FM" radiosunda aparıcı və bir neçə filmin rejissorudur. Kupe ilə birlikdə "Hip-hop TV"də "Gazgolder" verilişinin aparıcısıdır. 2007-ci ildə "Gazgolder" leyblini yaratmışdır. == Bioqrafiya == Vasili Vakulenko 20 aprel 1980-ci ildə Rostov-na-Donu şəhərində, hərbçi ailəsində doğulmuşdur. Həmin şəhərdə 32 saylı ümumtəhsil məktəbini bitirmiş, həmçinin musiqi məktəbində təhsil almışdır. Daha sonra musiqi kollecində, drijorluq ixtisası üzrə təhsil almışdır. Musiqi təhsili aldığı dövrdən Vasili hip-hopla maraqlanmağa başlamışdır.
Bastı
Haiti
Haiti Respublikası (fr. République d'Haïti və Haiti kreol : Repiblik Ayiti) — Amerika qitəsində Karib dənizində yerləşən bir ada dövlətidir. Kubanın şərqində yerləşən Hispanyola adasını Dominikan Respublikası ilə paylaşır və adanın qərb hissəsindədir. Ərazisi 27750 km2 olan ölkənin əhalisi 10 milyondur, paytaxtı Port-o-Prins şəhəridir. Qədim fransız müstəmləkəsi olan Haiti, Şimali və Cənubi Amerikada Birləşmiş Ştatlardan sonra istiqlaliyyətini elan edən ikinci ölkədir. Bundan əlavə, bu gün Qərb yarımkürəsinin ən kasıb ölkəsidir və idarəetməsindəki anarxiya vəziyyəti hələ də davam edir. == İqtisadiyyat == Haitinin milli pulu qurd adlanır.
Halay
Halay (oyun) — Azərbaycanda uşaq və gənclər arasında toy, eləcə də el şənliklərində dəstələrə bölünərək oynanılan bütün oyunların başlanğıc forması. Halay (rəqs) (Yallı) — Azərbaycan milli rəqsi. Ən qədim rəqs növlərindən biri.
Hanoy
Hanoy (vyet. Hà Nội, tı-nom 河内, çaylar arası şəhər) — Vyetnamın paytaxtı və ölkənin əhali sayına görə ikinci şəhəri. Vyetnamın əsas siyasi , təhsil və mədəni, ikinci sənaye mərkəzi ( Xoşimindəm sonra). 1902 - 1953-cü illərdə Fransa Hind-Çininin,с 1954 - 1976-ci illərdə — Şimal Vyetnamın paytaxtı. Xonqxa çayı sahilində yerləşir. Coğrafi koordinatları 21°02′ şm. e. 105°51′ ş. u.. Əhalisi — 6 448 837 nəfər (2009-ci il).
Haray
Haray (roman) — Əlisəfa Məmmədovun 1984-cü ildə nəşr olunmuş ilk romanı. Haray (film) — müxtəlif illərdə çəkilmiş filmlər.
Hasar
Hasar (Xoy) — İranın Qərbi Azərbaycan ostanının Xoy şəhristanı ərazisinə daxil olan kənd. Hasar (Sərdarabad) — Sərdarabad mahalında kənd.
Hasil
Hasil — vurma əməlində alınan rəqəmə deyilir. Məsələn: 6 ifadəsi 2 və 3 (həmçinin, 1 və 6) rəqəmlərinin vurulmasından, x ⋅ ( 2 + x ) {\displaystyle x\cdot (2+x)} hasili x {\displaystyle x} və ( 2 + x ) {\displaystyle (2+x)} ifadələrinin vurulmasından alınmışdır. == Xarici keçidlər == Product on Wolfram Mathworld Product at PlanetMath.org.
Hasköy
Hasköy (türk. Hasköy) — Muş ilinin ilçəsi. == Əhalisi == === Milli tərkibi === Hasköydə əsasən ərəblər yaşayır.
Hassa
Hassa — Hatay ilində ilçə.
Hatay
Hatay — Türkiyədə il və şəhər adı. == Əhali == Rayon əhalisi 2013-cü ilin sayına görə 1.503.066 nəfərdir. Əhalinin hamısı şəhər mərkəzi mövqeyindədir. Şəhər qanunu layihəylə bütün bələdiyyələr və kəndlər dəyişdirilərək şəhər mərkəzi statusuna alınmışdır. Kvadrat kilometrə düşən əhalinin sıxlığı 274,24 nəfərdir. Bu baxımdan Türkiyənin ən sıx əhaliyə malik 4-cü rayonudur. Əhalinin artım sürəti təxminən %1,2-dir.
Hatsi
Çörəkli (əvvəlki adı: Hatsi) — Azərbaycan Respublikasının Xocavənd rayonunun Yenikənd kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Xocavənd rayonunun Hatsi kəndi Çörəkli kəndi adlandırılmışdır. 2 oktyabr 1992-ci ildən 10 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Çörəkli kəndi Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. 19 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində yenidən Azərbaycan Respublikasının suverenliyinə qayıtmışdır. == Toponimikası == Kənd XIX əsrin əvvəllərində İrandan gəlmiş erməni ailələrinin Çörəkli adlı yerdə məskunlaşması nəticəsində yaranmışdır. Ermənilər kəndi Hatsi (erm. "çörəkli") adlandırmışdılar. 1992-ci ildən kəndin adı yenidən özünə qaytarılmışdır. == Tarixi == === Tarixi abidələri === Çörəkli kəndində aşağıdakı daşınmaz tarix və mədəniyyət abidələri qeydə alınmışdır: == Coğrafiyası və iqlimi == Kənd dağətəyi ərazidə yerləşir.
Hatti
Hattlar — e.ə. 2,500–2,000/1,700-cü illərdə Anadolunun mərkəzi və cənub-şərq hissəsində yerləşən Hatti ölkəsində (indiki Türkiyə) erkən və orta tunc dövründə məskunlaşan xalq. Ölkənin və xalqın adı sonradan onları fəth edən, Hind-Avropa dil ailəsinə mənsub olan hetlərə miras qalmışdır. == Məskunlaşma == Hattlar bir neçə şəhər dövlətində yaşayırdılar. Həmçinin, yaşadıqlara şəhərlərə bunlar aiddir: Arinna — əsas müqəddəs şəhər, Günəş ilahəsi Vurusemunun şəhəri. Purusxanda — eramızdan əvvəl 2400-cü il və sonrasında baş tutmuş hadisələr haqqında mənbələrdə qeyd edilmişdir. Alaca Höyükdə əvvəlki qazıntı təbəqəsində tapılmış, adı bilinməyən şəhər; Nerik — İldırım tanrısına sitayiş edildiyi şəhər. == Mənbə == === İstinadlar === === Ədəbiyyat === Akurgal, Ekrem. The Hattian and Hittite Civilizations. Ankara: Ministry of Culture.
Havay
Havay (ing. Hawaii) – Amerika Birləşmiş Ştatlarında ştat. Mərkəzi Honolulu şəhəridir. == Coğrafi Mövqeyi == Havay arxipelaqı Sakit okeanın mərkəzində 3300 kilometr uzunluğunda böyük bir əyri yaradan, ada və riflərdən ibarətdir. Arxipelaq şərqdə Havay adasında başlayır və təxminən 180-ci meridianda yerləşən Kure atolunda bitir. Havay arxipelaqı 8 böyük adadan təşkil olunub. Bunlar ştatın 99 %-ni təşkil edən Oahu, Havay, Maui, Kauai, Lanai, Molokai, Niihau və Kahoolave adalarıdır. Əhalinin böyük hissəsi elə bu adalarda yaşayır. Sahəsi 8150 km2 olan Havay adası ölkənin 2/3-ni təşkil edir. Yerli əhali bu adanı sadəcə olaraq "Böyük Ada" adlandırır.
Kasta
Kasta — İspan Amerikası və Filippində müstəmləkə dövründə İspan elitası tərəfindən yaradılmış və 17–18-ci əsrlərdə rəsmi olaraq mövcud olan iyerarxik irqi təsnifat sistemidir, hələ də fəal şəkildə istifadə olunur.
Anne Haney
Anne Haney (ing. Anne Haney; d. 4 mart 1934, Memfis, Tennessi, ABŞ — ö.
Basta (musiqiçi)
Basta (rus. Баста, tam adı: Vasili Mixayloviç Vakulenko; 20 aprel 1980, Rostov-na-Donu) — Rusiya repçisi, bəstəkar, musiqi prodüseri, aktyor, radioaparıcı, teleaparıcı, ssenarist, prodüser, rejissor. Eyni zamanda Noqqano və N1NT3ND0 ləqəbləri ilə də tanınır. "Next FM" radiosunda aparıcı və bir neçə filmin rejissorudur. Kupe ilə birlikdə "Hip-hop TV"də "Gazgolder" verilişinin aparıcısıdır. 2007-ci ildə "Gazgolder" leyblini yaratmışdır. == Bioqrafiya == Vasili Vakulenko 20 aprel 1980-ci ildə Rostov-na-Donu şəhərində, hərbçi ailəsində doğulmuşdur. Həmin şəhərdə 32 saylı ümumtəhsil məktəbini bitirmiş, həmçinin musiqi məktəbində təhsil almışdır. Daha sonra musiqi kollecində, drijorluq ixtisası üzrə təhsil almışdır. Musiqi təhsili aldığı dövrdən Vasili hip-hopla maraqlanmağa başlamışdır.
Casey Kasem
Kemal Amin "Casey" Kasem (27 aprel 1932, Detroyt, Miçiqan – 15 iyun 2014) — amerikalı aktyor və aparıcı. == Həyatı == 27 aprel 1932-ci ildə doğulmuşdur. 15 iyun 2014-cü ildə vəfat etmişdir.
Dasti Sprinqfild
Dasti Sprinqfild (ing. Dusty Springfield, əsl adı Meri İzobel Ketrin Bernadett O’Brayen; 16 aprel 1939 — 2 mart 1999) — ingilis pop musiqi müğənnisi. 1960-cı illərdə müvəffəqiyyətli bir dövr keçirən Springfield 1980-lərin sonlarında da müvəffəqiyyətli bir "geri dönüş" ilə özündən söz etdirmişdir. == Həyatı == === Fəaliyyəti === İlk sinqlı I Only Want to Be With You həm ABŞ-də, həm də İngiltərədə müvəffəqiyyətli oldu. Bunu bir çox single və albom izlədi. Bunlardan bir neçəsi Stay awhile, I Just Dont Know What to Do With Myself və Losing You. Ardından özü üçün yazılan The Look of Love gəldi və bu mahnı Bond filmində istifadə edildiyi üçün Akademiya Mükafatı namizədi oldu. 1964-cü ildə zamanının ən böyük solo müğənnisi oldu. 1966-cı ildə, ən böyük çıxışını You Dont Have to Say You Love Me (1966) ilə etdi. O il nəşr olunan bütün siyahılarda xüsusilə yer alan bu mahnı, müğənninin karierinin ən üst nöqtəsi idi.
Ded Hasan
Aslan Rəşidoviç (Raşoyeviç) Usoyan (gürc. ასლან უსოიანი, rus. Асла́н Раши́дович Усоя́н; 28 fevral 1937, Tbilisi – 16 yanvar 2013, Moskva) — kürd və yezid əsilli SSRİ və Rusiya cinayətkarı. Usoyanın təsiri postsovet məkanına və bir çox Qərbi Avropa cinayət dünyasına yayılmışdır. "Ded Xasan" (rus. Дед Хасан, azərb. Həsən Baba‎) və "Deduşka" (rus. Дедушка, azərb. Baba‎) ləqəbləri ilə tanınır. Əməliyyat və media məlumatlarına görə, Ded Xasan — Qafqaz cinayətkar dəstələrinin lideri idi (xüsusilə "Tbilisi" və "Kürd" klanlarının), həmçinin də Rusiyanın ən güclü cinayətkar "avtoritetlərindən" və "qanuni oğrularından" biri idi.O Azərbaycan cinayət ailəminin şahı sayılan Lotu Quli adlı Nadir Səlifova ona sadiq olan idmançı Yapon ləqəbli Novruz Bayramovu onun bratvasina (qardaşlığına) verməsini istəyir.
Haiti (dəqiqləşdirmə)
Haiti: Haiti — Haiti adasının üçdə ikisini və bir neçə adada yerləşən dövlət. Haiti (ada) — Karib dənizində Vest-Hind bölgəsində Böyük Antil adalarında ölçüsünə görə ikinci böyük ada.
Haiti Respublikası
Haiti Respublikası (fr. République d'Haïti və Haiti kreol : Repiblik Ayiti) — Amerika qitəsində Karib dənizində yerləşən bir ada dövlətidir. Kubanın şərqində yerləşən Hispanyola adasını Dominikan Respublikası ilə paylaşır və adanın qərb hissəsindədir. Ərazisi 27750 km2 olan ölkənin əhalisi 10 milyondur, paytaxtı Port-o-Prins şəhəridir. Qədim fransız müstəmləkəsi olan Haiti, Şimali və Cənubi Amerikada Birləşmiş Ştatlardan sonra istiqlaliyyətini elan edən ikinci ölkədir. Bundan əlavə, bu gün Qərb yarımkürəsinin ən kasıb ölkəsidir və idarəetməsindəki anarxiya vəziyyəti hələ də davam edir. == İqtisadiyyat == Haitinin milli pulu qurd adlanır.
Haiti adası
Haiti (isp. La Española, fr. Hispaniola, h.kreol Ispayola) — Karib dənizində ada. Vest-Hinddəki Böyük Antil adaları qrupunda böyüklüyünə görə ikincidir. Ada ərazisində iki dövlət — Haiti və Dominikan respublikaları yerləşir.Tropik qurşaqda yerləşir.
Haşiyə
Haşiyə (yelən, şam, ələm) — bəzəkli çərçivə, mətn ətrafında bəzəkli naxışlar. Haşiyə adlanan enli və ensiz zolaqlar Azərbaycanın şimal-şərqində "şam", "ələm", Qarabağda "yelən", Cənubi Azərbaycanda isə "haşiyə" adlanır.
Bəni-Haşim
Haşimilər (ərəb. الهاشميون‎) və ya Haşim sülaləsi - İordaniyanı 1921-ci ildən bəri idarə etmiş sülalə. Bu sülalə Hicaz Krallığı (1916-1925), Suriya Ərəb Krallığı (1920) və İraq Krallığının (1921-1958) hakim ailəsi olmuşdur. Haşimilər 10-cu əsrdən sonra təkrar-təkrar, əsasən, xarici qüvvələrin vassalı kimi Məkkə şəhərini idarə etdilər. Birinci Dünya müharibəsindən sonra Britaniya İmperiyası ilə qurduğu müttəfiqlik sayəsində Hicaz, Suriya, İraq və İordaniyanın taxtı Haşimi ailəsinə verilmişdi. Tarixdə bu razılaşma Şərifi həlli adlanır. Ailə Haşimilər olaraq da adlandırılan, Məkkə şərifi Həsənilərin qollarından biri olan Dəvu Əvna aiddir. Onların eyniadlı əjdadı olaraq qəbul edilən Haşim ibn Əbdi Mənəf Məhəmməd peyğəmbərin ulu babasıdır. Haşimilərin əjdadı Qətədə ibn İdris daxil olmaqla, Məkkənin Həsəni şərifləri Məmlüklərin son mərhələsində və Osmanlının erkən dövrlərində Sünniliyin Şafi məzhəbinə keçənə qədər, Zeydi şiələr idi. Hal-hazırkı sülalənin əsasını 1908-ci ildə II Əbdülhəmid tərəfindən Məkkə şərifi olaraq təyin edilən Hüseyn ibn Əli əl-Haşimi qoymuşdur.
Bəni Haşim
Bəni Haşim (az:Haşim oğulları) və ya Haşimi(Ərəbcə:هاشمى،بنی‌هاشم) o kəslərə deyilir ki, atadan sarı Haşim bin Əbdimənafa(Ərəbcə:هاشم بن عبد مناف) yetişirlər. bunlar Qureyş elindən olan Haşim, islam peyğəmbərinin ikinci babasına soyları yetişən qəbilədirlər. Qosəyyebni Kelab(قُصَیّ‌بن کِلاب) İbrahim peyğəmbərin oğlu ismayılın nəvələrindəndir və 100-il islam peyğəmbərinin anadan olmasından öncə Qureyşin başçısı olmuşdur. ondan sonra oğlanları Əbdüddar və Əbdi Mənaf onlardan sonra isə Haşim Qureyş başçısı olmuşlar. == Qureyşdə Bəni Haşimin əhəmiyyəti == Haşim atasından səqqaiyyət və Refadəti irs apardı. yoxsulluq və yağmursuzluq zamanlarında Haşimin igidliyi və Məkkkəni ticarət yerinə çevirmə habelə məkkəlilərə bu dönəmdə yardım etməsi üçün qureyşlilər arasında uca və önəmli yerə sahib olmuşdur. == Bəni Haşimin İslam peyğəmbərindən himayə etmələri == Bəni Haşimin hamısının islamı ilklərdə qəbul etməmələrinə baxmayaraq hamısı Əbuləhəbdən başqa peyğəmbəri qureyş başçılarının əziyyət və azarları qarşısında himayə etmişlər eləki Əbu Talib peyğəmbərin əmisi bu yolda çoxlu işlər görmüşdür. == İqtisadi sanksiya == Müsəlmanların Həbəşəyə köçməsi və Nəcaşinin hicrət etmiş müsəlmanlardan qureyşlilər qarşısında himayə etməsi və başqa ellərin islama keçmələri nəticəsində qureyşlilər bəni haşimi peyğəmbəri himayə etməkdən üzaqlaşdırmaq üçün onları iqtisadi sanksiyaya saldılar.Bani Haşim Əbuləhəbdən başqa hamısı Şebi Əbutalibə köçdülər və qureyşlilər arasında buna görə ayrılıq düşənədək üç il çətinliklərlə yaşadılar.