İslam |
---|
İslamda iman |
Allah • Allahın varlığı və təkliyi • Mələklər • Müqəddəs kitablar • Məhəmməd peyğəmbər və digər peyğəmbərlər • İmamət • Axirət • Kəlmeyi-şəhadət |
Firuiddin |
Namaz • Zəkat • Xüms • Oruc • Həcc |
İslamda xüsusi günlər |
Besət bayramı • Ramazan bayramı • Qurban bayramı • Qədir-Xum |
Quran |
Sünni • Hədis • Təsəvvüf · Fiqh • Kəlam • Şəriət |
İslam tarixi |
Əhli-Beyt • Səhabə • Şiəlik • Sünnilik • Xaricilik • Dörd xəlifə • İmamət • Məhəmməd |
Bəni Haşim (az:Haşim oğulları) və ya Haşimi(Ərəbcə:هاشمى،بنیهاشم) o kəslərə deyilir ki, atadan sarı Haşim bin Əbdimənafa(Ərəbcə:هاشم بن عبد مناف) yetişirlər. bunlar Qureyş elindən olan Haşim, islam peyğəmbərinin ikinci babasına soyları yetişən qəbilədirlər.[1][2][3] Qosəyyebni Kelab(قُصَیّبن کِلاب) İbrahim peyğəmbərin oğlu ismayılın nəvələrindəndir[4] və 100-il islam peyğəmbərinin anadan olmasından öncə Qureyşin başçısı olmuşdur. ondan sonra oğlanları Əbdüddar və Əbdi Mənaf onlardan sonra isə Haşim Qureyş başçısı olmuşlar.
Haşim atasından səqqaiyyət[5] və Refadəti[6] irs apardı.[7][8] yoxsulluq və yağmursuzluq zamanlarında Haşimin igidliyi və Məkkkəni ticarət yerinə çevirmə habelə məkkəlilərə bu dönəmdə yardım etməsi üçün qureyşlilər arasında uca və önəmli yerə sahib olmuşdur.
Bəni Haşimin hamısının islamı ilklərdə qəbul etməmələrinə baxmayaraq hamısı Əbuləhəbdən başqa peyğəmbəri qureyş başçılarının əziyyət və azarları qarşısında himayə etmişlər eləki Əbu Talib peyğəmbərin əmisi bu yolda çoxlu işlər görmüşdür.[9]
Müsəlmanların Həbəşəyə köçməsi və Nəcaşinin hicrət etmiş müsəlmanlardan qureyşlilər qarşısında himayə etməsi və başqa ellərin islama keçmələri nəticəsində qureyşlilər bəni haşimi peyğəmbəri himayə etməkdən üzaqlaşdırmaq üçün onları iqtisadi sanksiyaya saldılar.Bani Haşim Əbuləhəbdən başqa hamısı Şebi Əbutalibə köçdülər və qureyşlilər arasında buna görə ayrılıq düşənədək üç il çətinliklərlə yaşadılar.[10]