Basta (rus. Баста, tam adı: Vasili Mixayloviç Vakulenko; 20 aprel 1980, Rostov-na-Donu) — Rusiya repçisi, bəstəkar, musiqi prodüseri, aktyor, radioaparıcı, teleaparıcı, ssenarist, prodüser, rejissor. Eyni zamanda Noqqano və N1NT3ND0 ləqəbləri ilə də tanınır.
Basta | |
---|---|
Баста | |
Ümumi məlumatlar | |
Doğum adı | Vasili Mixayloviç Vakulenko |
Ləqəbləri | Basta Xryu, Basta Bastilio, Basta, Noqqano, N1NT3ND0, Dead Vasil |
Doğum tarixi | |
Doğum yeri | Rostov-na-Donu, RSFSR, SSRİ |
Vətəndaşlığı | Rusiya |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | repçi, bəstəkar, musiqi prodüseri, aktyor, radioaparıcı, teleaparıcı, ssenarist, prodüser, rejissor. |
Fəaliyyət illəri | 1996-bu günə kimi |
Janrlar | Rus repi, Hip-hop, Qanqsta-rep |
Musiqi alətləri | gitara, zərb aləti maşını[d] |
Səs tembri | bariton |
Albom şirkəti | Gazgolder Records |
Əlaqələri | Guf, QP, «Triaqrutirka», «АК-47», Smoki Mo, Lion, Kaje Oboyma Nervı qrupu, Tati |
bastatour.ru | |
Vikianbarda əlaqəli mediafayllar |
"Next FM" radiosunda aparıcı və bir neçə filmin rejissorudur. Kupe ilə birlikdə "Hip-hop TV"də "Gazgolder" verilişinin aparıcısıdır. 2007-ci ildə "Gazgolder" leyblini yaratmışdır.
Vasili Vakulenko 20 aprel 1980-ci ildə Rostov-na-Donu şəhərində, hərbçi ailəsində doğulmuşdur. Həmin şəhərdə 32 saylı ümumtəhsil məktəbini bitirmiş, həmçinin musiqi məktəbində təhsil almışdır. Daha sonra musiqi kollecində, drijorluq ixtisası üzrə təhsil almışdır. Musiqi təhsili aldığı dövrdən Vasili hip-hopla maraqlanmağa başlamışdır. O, 15 yaşından etibarən rep yazmış və oxumuşdur. 12 iyun 2009-cu ildə Yelena Pinski ilə evlənmişdir. 4 dekabr 2009-cu ildə onların Maşa adlı qızları doğulmuşdur. 21 yanvar 2013-cü ildə isə Vasilisa adlı ikinci qızları dünyaya gəlmişdir.[1][2]
16–17 yaşlarında müxtəlif janrlarda musiqiləri dinləyən Basta özü də müxtəlif replər yazmış, 17 yaşında "Qorod" (rus. Город) adlı ilk mahnısını yazdırmışdır. Bu mahnıdan sonra o, peşəkar karyerasına başlamışdır. "Moya iqra" mahnısının yazılmasından sonra Basta, heç kimə lazım olmadığı düşüncəsinin təsiri ilə narkotik maddələr qəbul etməyə başlayır. Lakin, bir müddət sonra, narkotikadan istifadəni dayandıraraq, bir daha narkotik maddələr qəbul etməyəcəyinə söz verir.
1997-ci ildən Basta "Psixolirik" (rus. Психолирик) qrupunda (bu qrup "Kasta" qrupunun ilk tərkibi idi) çıxış etməyə başlayır. 17 yaşı olarkən o, bu qrupda Basta Xryu adıyla tanınmağa başlayır və "Psixolirik" qrupunun "Perviy udar" (rus. Первый удар) albomuna daxil olan "Qorod" mahnısını yazır.
Məhz Basta Xryu "Psixolirik" qrupunun adının "Kasta" olaraq dəyişdirilməsini təklif edir. Qrupun rəhbəri olan onun dostu və qrupun rəhbəri Vladi bu təklifi isti qarşılayır. Qrup "Perviy udar" mahnısını yenidən yazır və mahnını özlərinin vizit kartı kimi istifadə edir. 1998-ci ildə Basta Xryu solo fəaliyyətinin əsasını qoyan "Moya iqra" (rus. Моя игра) mahnısını yazır.
Drijorluq ixtisası üzrə musiqi təhsili aldığı müddətdə Basta fəaliyyətini dayandırmır. Həmin ərəfədə, 1996-cı ildə o, "Moy qorod" (rus. Мой город) adlı ilk mahnısını yazır və "Street sound" adlı ilk qrupunu yaradır. Basta həmin qrupun da tərkibində Basta Xryu adıyla iştirak edir. "Ətrafda olan hər şeyi dağıtdığıma görə, məni balaca vaxtımdan xryuşa (donuzcuq) adlandırırdılar" deyə Basta izah edir.
Həmin dövrdə, sonrakı on ildə rus repinə liderlik edən məşhur Rostov rep hərəkatı formalaşır. Basta bilavasitə bu prosesdə iştirak edir. Həmçinin "Perviy udar" mahnısı ilə aparıcı gənc reperlərin bir yerə toplandığı "Kasta" qrupunun formalaşdırılmasında iştirak edir.
Daha sonra, Basta daha fərqli – lirik istiqamətdə yaradıcılığını davam etdirir. "Moya iqra" mahnısı onun yaradıcılığının mühüm mərhələlərindən birini təşkil edir. Bu mahnıdan sonra Vasya Vakulenko bütün Rostovda məşhurlaşır. "Ulduz xəstəliyi? Yox, yaranmadı. Narkotika, yaşlı dostlar və real xuliqanlar yarandı" – deyə Basta xatırlayır. "Dəqiq deyə bilərəm ki, bu mahnı dəfələrlə məni xilas edib. Elə olub ki, istəyiblər öldürsünlər, amma öyrənəndə ki, bu mahnını oxuyan mənəm, rahat buraxıblar."
Lakin, bütün bu mürəkkəb bə ağır həyat, tezliklə geridə qalır və Bastanın albomlarına daxil olan mahnıların mövzularına çevrilir. "2002-ci ildə dostum Jora anasından pul aldı və biz kompüter aldıq." Vadik QП gələcək albomun sınaq versiyası üzərində çalışmağa başladı. Təsadüfən həmin mahnılar Boqdan Titomirin əlinə keçir və o, gənclərə Moskvaya gəlməyi təklif edir. Həmin vaxt 2004-cü il idi, iki il sonra isə, "Basta 1" albomu təqdim edilir, telekanallarda isə "Osen" (rus. Осень) klipinin yayımına başlanılır. "Qazqolder" (rus. Газгольдер) Bastanın Moskva həyatının ayrılmaz hissəsidir. Həmin dövrdə yenicə açılmış klub, Moskvanın ən qapalı məkanlarından biri kimi tanınırdı. Lakin, Basta yerli rep-yələncələrindən məsafəli qalmağa çalışırdı. Moskvada onun ilk yeni tanışı – sonradan təqdimatçısı olan Smoki Mo olmuşdur, daha sonra isə Basta Gufla tanış oldu. "Bir dəfə mən Gufun konsertinə getmişdim, o isə "Moya iqra" mahnısını ifa etdi. Biz qərara gəldik ki, sonradan mahnının "Basta 2" albomuna daxil edilmiş kover versiyasını ifa edək" – deyə Basta qeyd edir. Lakin əsas hadisə bundan sonra, Bastanın "Centr" qrupunun "Qorod doroq" (rus. Город дорог) klipində çəkilməsindən sonra baş verdi. Bu klipdən sonra Bastanın məşhurluğu doğma Rostov və Moskvanın sərhədlərindən çox-çox uzağa yayıldı.
Basta nominasiyalar, mükafatlar və statuslar yağımuruna tuş gəldi. 2007-ci ildə satışa çıxarılmış "Basta 2" albomu satış üzrə hitlərdən birinə çevrildi. Bu albomda Bastanın mahnıları daha yetkin və müxtəlif səslənirdi. Noqqano ləqəbi ilə iki çıxışdan sonra Basta, üçüncü albomunu ölkənin aparıcı reperlərindən biri kimi təqdim etdi. Yeni albom daha böyük auditoriya üçün hesablanmışdı və alboma daxil olan "Urban" (rus. Урбан), "Rostov" (rus. Ростов), "Solnça ne vidno" (rus. Солнца не видно) və "Kaliforniya" (rus. Калифорния) kimi mahnılar Moskvanın ən böyük meydanlarında dəfələrlə səsləndirildi.
2012-ci ilin oktyabrında Basta Mixeyin bir neçə mahnısının kover versiyasını ifa etdi və "Mama" mahnısına klip çəkdirdi.[3] Həmçinin, Basta, Mixeyin ölümünün 10 illik xatirəsinə həsr edilmiş və noyabr ayının 1-də "Arena Moscow" meydançasında baş tutmuş xüsusi konsertlə çıxış etdi.[4]
2012-ci ilin sonunda Basta QİÇS-ə yoluxmuş insanların diskriminasiyasına diqqət çəkmək məqsədi ilə təşkil edilmiş video kompaniyaya qoşulmuşdu.[5]. 20 aprel 2013-cü ildə Basta müğənni Tati, repçilər Smoki Mo və Rem Diqqa, Ukraynanın "Nervı" və "Green Grey" qrupları və "Adeli" xorunun iştirakı ilə yazılmış dördüncü albomunu təqdim etdi.
18 iyul 2013-cü ildə "Qazqolder" leyblinin bütün ifaçılarının iştirakı ilə Qorko parkında "Yaşıl teatrda" "Basta +" adlı konsert keçirildi. Konsert ərəfəsində Bastanın eyni adlı yığma albomu nəşr edildi. Alboma Bastanın müxtəlif vaxtlarda dost ifaçılarla oxuduğu mahnılar, həmçinin "Qazqolder" ifaçılarının müxtəlif bəndləri və ya nəqarəti Basta tərəfindən ifa olunmuş mahnıları, bundan əlavə Bastanın əvvəllər heç yerdə çıxarılmamış mahnıları da təqdim olunmuşdur.
20 iyul 2013-cü ildə "Birinci kanal"da "Vladimir Mayakovski. Üçüncü artıqdır" adlı sənədli filmin təqdimatı baş tutdu və bu filmdə Basta şairin bir neçə şeirini səsləndirməklə iştirak etmişdi.[6] 5 sentyabr 2013-cü ildə "Kultura" telekanalı Erik Bulatovun 80 illik yubileyinə həsr edilmiş "Florensiyada bahar" adlı sənədli filmi təqdim etdi və bu filmin musiqilərini də Basta yazmışdı.[7].
2013-cü ilin noyabrında Bastanın Instagram hesabında repçi Smoki Mo ilə birgə studiya çalışmasını əks etdirən foto və birlikdə yeni albom üzərində çalışmalarını əks etdirən qeyd paylaşıldı.[8]
2013-cü ilinsonunda "Time Out" jurnalında nəşr edilmiş ilin 15 rus ifaçısı siyahısına Bastanın da adı daxil edilmişdir.[9] iTunes-un Rusiya bölməsinin nəticələrinə görə "Basta 4" albomu ilin ən çox satılan alnbomları sırasında üçüncü yeri tutdu və ayrılıqda ilin ən uğurlu hip-hop albomu oldu.[10]
2014-cü ilin əvvəlində Vasili Noqqanonun üçüncü albomu üzərində işlərin başladığını elan etdi.[11]
"Noqqano – xuliqan layihəsidir. O, arvadbaz, burdar və əclafdır. Asosial və amoral bir tipdir" – Vasili Vakulenko öz qəhrəmanına məhz bu cür xarakteristika verir.
Noqqano personajı 2007-ci ildə meydana gəldi. Həmin vaxt Vasya artıq Basta ləqəbi ilə çıxış edir, lirik və romantik treklər səsləndirirdi. "Bastanın ikinci albomu təqdim edildikdən sonra, mən Noqqano üçün yazmağa başladım" – deyə Basta ikinci alter-eqosunun yaranmasını xatırlayır. "Hazırladığım bir çox materialın təqdim edilməsi böyük cəsarət tələb edirdi" deyə Vasili qeyd edir.
"Noqqano birinci" və "Noqqano isti" albomlarının çıxarılmasına kimi Noqqanonun mahnıları internetdə pulsuz yayımlanmışdı. Moskvada üç mövsüm ard-arda "Pati u Noqqano" adlı mədəni şou keçirilmişdi.[12]
"N1NT3ND0" (rus. Нинтендо) – musiqiçinin 2008-ci ildə təqdim etdiyi yeni minimalistik layihəsidir ki, bu layihənin janrını Vasili özü "kiber-qanq" olaraq qeyd edir.[13] "N1NT3ND0"nun treklərinin xüsusi tematikası, spesifik musiqisi və ifa manerası var.[14] Onun treklərini müşayət edən musiqi breyk-bit, texno, elektron sempl və özünəməxsus cənub hip-hopunun (trep) sintezindən yaranıb. Layihənin adının yaradılması yapon dilində "Nin-Ten-Do" ifadəsinə bağlıdır ki, bu da tərcümədə "Biz işimizi keyfiyyətli görürük və nəticə gözləyirik" mənasını verir.[15] "N1NT3ND0"nun konserti üçün Vasili "dörd divarı əhatə edən işıq proyeksiyalarından qurulmuş kiber oyun" yaradılmasını istəyir.[16]
3 oktyabr 2011-ci ildə eksklüziv olaraq ThankYou.ru resursunda Vasilinin "N1nt3nd0" layihəsinin eyni adlı ilk albomu təqdim edilmişdir.[17]
2011-ci ildən Vasili "Bratia stereo" adlı yeni elektron layihə üzərində işləməyə başlamışdır. Bu layihədə Vasili ilə yanaşı Kupe, həmçinin haus, dabstep, minimal, texno, hip-hop, rok və bir çox müxtəlif musiqi janrlarını təmsil edən musiqiçilər iştirak edirlər.
21 oktyabr 2013-cü ildə iTunesda "Bratia Stereo"nun "Supa Life" adlı ilk rəsmi trekinin təqdimatı olmuşdu. 29 dekabrda Qazqolder leyblınən rəsmi saytında layihənin debüt albomu pulsuz yerləşdirilir.[18] Konsert-təqdimat fevralda, "N1NT3ND0"nun ilk çıxışı ilə eyni vaxtda baş tutacaq.[19]
“Mənim layihələrimin hər birinə aid olan musiqilər stil və əhvalına görə bir-birindən fərqlənir. Hər dəfə yeni və qeyri-adi nəsə etməklə təkmilləşmək mənim üçün maraqlıdır. müsahibələrindən birində Vasili deyir.
|
|
|
İl | Film | ||||||
---|---|---|---|---|---|---|---|
Rejissor | Prodüser | Ssenarist | Bəstəkar | Aktyor | Rol | ||
2007 | Getto | müxtəlif rollar (dublaj) | |||||
2008 | Çay keflisi | Basta / Çin müdriki | |||||
2008 | Xəndəklər | Noqqano (ruhi xəstəxanada ifaçı) | |||||
2009 | Pruxa | Kameo | |||||
2009 | Rusiyada hip-hop: 1-ci simadan (seriya 49) | Öz obrazını canlandırır | |||||
2009 | 13-cü rayon: Ultimatum | Ancaq (dublaj) | |||||
2012 | Əsl rep | Öz obrazını canlandırır | |||||
2013 | Vladimir Mayakovski. Üçüncü artıqdır | Öz obrazını canlandırır | |||||
2013 | Florensiyada yaz | ||||||
2013 | Stil necə möhkəmləndi (10 seriya) | İvan Li | |||||
2014 | Qazqolder | Kameo |
İl | Film | Filmdə istifadə olunan mahnı | Albom |
---|---|---|---|
2006 | "İstilik" | "V qorodskoy suete" | Basta 1 |
2008 | "Çay keflisi" | "Çaynıy pyanitsa" "Raz i navseqda" |
Basta 1 Basta 2 |
2008 | "Xəndəklər" | "Beybi-boy" "Ptiçi" "Bolezni" "Kaliforniya" |
Basta 2 Noqqano birinci Noqqano ikinci: İsti |
2008 | GTA 4 (videooyun) | "Mama" | Basta 1 |
2009 | "Yol" | "Мama" | Basta 1 |
2010 | "Real olmayan kastinq" | "Kastinq" | Basta 3 |
2010 | "Antikiller D. K." | "Lyubov bez pamyati" | basta 3 |
2010 | "Pruxa" | "Pod kupolom" "Obernis" ft. Qorod 312 |
Баста 3 |
2011 | "Vıkrutası" | "Julbanı" ft. Kryostnaya semya | |
2011 | Bablo | "Giv mi mani" | N1nt3nd0 |
2011 | "Vısotskiy. Sağ ol ki, sağsan" | "Rayskie yabloki" | Basta 4 |
2014 | "Yeni hörümçək-adam 2" | "Supergeroy" |
İl | Nominasiya | Mükafat | Nəticə |
---|---|---|---|
2008 | "Qorod doroq" (Centr qrupu ilə birlikdə) | MTV Russia Music Awards — Ən yaxşı hip-hop ifaçı | Qazandı |
Noqqano — "… nasos" | MTV Russia Music Awards — İnternetdə yayılmış ən yaxşı ifaçı | Qazandı | |
2010 | "Noqqano ikinci: İsti" | Russian Street Awards — İlin albomu | Qazandı |
"Lyubov bez pamyati" | Russian Street Awards — İlin film musiqisi | Qazandı | |
"Obernis" ft. Qorod 312 | MuzTv mükafatı — İlin mahnısı | Qazandı | |
2012 | Basta | Russian Urban Music Awards — Mədəniyyətə töhfə | Qazandı |
Basta | MuzTv mükafatı — Ən yaxşı hip-hop layihə | Namizəd | |
N1nt3nd0 | Jurnal CQ: İlin adamları — İlin musiqiçisi | Namizəd | |
"Rayskie yabloki" | RU. TV 2012 mükafatı — İlin hip-hop hiti | Namizəd | |
2013 | Basta | MuzTv 2013 mükafatı — İlin hip-hop layihəsi | Namizəd |
Basta | MTV Europe Music Awards — Ən yaxşı rusiyalı ifaçı | Namizəd |