Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Qırmızımeyvəli iqra
Qızılağacyarpaq iqra
İqrar Salamov
İqrar Zakir oğlu Salamov (5 noyabr 1970) — Azərbaycan aktyoru, Azərbaycan Respublikasının əməkdar artisti (2012). İqrar Salamov 1993-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Musiqili teatr aktyorluğu fakültəsini bitirib. 1993-1995-ci illərdə Şəki Dövlət Dram Teatrında aktyor işləyib. 1996-cı ildən Şuşa Dövlət Musiqili Dram Teatrının aktyorudur. 9 may 2012-ci ildə Azərbaycan Respublikasının Əməkdar artisti fəxri adına layiq görülüb. "Nəğmədir, gülüşdür hər dərdə məlhəm" adlı konsert-tamaşada həm aktyor, həm də müğənni kimi çıxış edir. 1999-cu ildə keçirilən "Milli klassika" festivalında Mirzə Fətəli Axundovun "Hekayəti-Müsyö Jordan həkimi-nəbatat və dərviş Məstəli şah caduküni-məşhur" tamaşasındakı dərviş Məstəli şah, 2000-ci ildə keçirilən Festivallar festivalında Üzeyir Hacıbəyovun felyetonlarının motivləri əsasında hazırlanmış "Əyri oturaq, düz danışaq" məzhəkəsində 2-ci aktyor rolları ona böyük şöhrət gətirmişdir. "Əyri oturaq, düz danışaq" tamaşasının yaradıcı heyəti ilə birlikdə 2002-ci ildə "Qızıl Dərviş" mükafatına layiq görülmüşdür. Ayının min bir oyunu (Sultanməcid Qənizadə) — Dursunəli Marqaritka (Arman Salakru) — həkim Gözəlləri necə qaçırırlar (Bilal Appayev) — Bəşir Xəlifə Leylək (Vilhelm Qauf) — vəzir Hekayəti-Müsyö Jordan həkimi-nəbatat və dərviş Məstəli şah caduküni-məşhur (Mirzə Fətəli Axundov) — Məstəli şah Aydın (Cəfər Cabbarlı) — Balaxan Ağıllı adam (Firuz Mustafa) — dəli; müstəntiq Əyri oturaq, düz danışaq (Üzeyir Hacıbəyov) — 2-ci aktyor Sən Qara deyilsən (Əziz Nesin) — Qara Şuşa dağlarını duman bürüyüb (Elçin) — İsgəndər Abışov Sehirli kreslo (Fridyeş Karinti) — Şandor Siv Pənah evi (Ələmdar Quluzadə) — Dəli Cəbiş Bayramın birinci günü (Nazim Hikmət) — Şadi bəy Millət dostları (Əbdürrəhim bəy Haqverdiyev) — Firudin bəy 2019-cu ildən Azərbaycan Dövlət Akademik Musiqili Teatrın aktyorudur. O, Musiqili Teatrda işlədiyi qısa müddətdə “Molla Nəsrəddinin beş arvadı” (İ.Sadıqov) komediyasında Molla, “Beş manatlıq gəlin”də ( S.Rüstəmov, M.S.Ordubadi) El ağsaqqalı, "Sehrli nəğmə"də (D.Hacıyeva, P.Korotıç) Baba, "Balaca Şahzadə"də (A.Sent-Ekzüperi, R.Ağababayev) Əyyaş, "Baladadaşın toy hamamı"nda (Elçin, F. Allahverdi) Əmirqulu, "Kimyagər"də (S.Kərimi, M.F.Axundzadə) Nuxulu və digərlər tamaşalarda yaddaqalan obrazlar yaratmışdır.
İqrar Əliyev
Əliyev İqrar Həbib oğlu (14 mart 1924, Bakı – 11 iyun 2004, Bakı) — Azərbaycan-sovet tarixçisi, AEA müxbir üzvü (1980), professor (1981), AMEA-nın həqiqi üzvü (2001) və Beynəlxalq EA-nın Azərbaycan Bölməsinin həqiqi üzvü (2003). İqrar Əliyev 14 mart 1924-cü ildə Bakıda anadan olmuşdur. Orta təhsilini Bakıda yerləşən 18 nömrəli məktəbdə almışdır. Məktəbdə oxuduğu dövrdə Mikayıl Müşfiq və Məmməd Hüseyn Təhmasib ona dərs demişlər. Ali təhsilini 1940–1945-ci illərdə Bakı Dövlət Universitetinin Tarix fakültəsində almışdır. Universiteti bitirdikdən sonra elə həmin il Azərbaycan Elmlər Akademiyasının Tarix İnstitutunun əyani aspiranturasına qəbul olunmuşdur. İqrar Əliyev 1949-cu ildə fəlsəfə doktoru, 1961-ci ildə elmlər doktoru dissertasiyalarını müdafiə etmiş, 1981-ci ildə professor elmi adını almışdır. 1980-ci ildə Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü seçilən İqrar Əliyev 2001-ci ildə AMEA-nın həqiqi üzvü seçilmişdir. 2003-cü ildə isə Beynəlxalq Elmlər Akademiyası Azərbaycan Bölməsinin həqiqi üzvü seçilmişdir. İqrar Əliyev Azərbaycan EA Tarix İnstitutunda əmək fəaliyyətinə başlamışdır.
Kanada iqrası
İqrand
İqrand (fr. Ygrande) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Burbon-l’Arşambo kantonuna daxildir. Kommunanın dairəsi — Mulen. INSEE kodu — 03320. 2008-ci ildə əhalinin sayı 759 nəfər təşkil edirdi. 2007-ci ildə əmək qabiliyyətli 238 nəfərdən (15-64 yaş) 154 nəfəri iqtisadi cəhətdən fəal, 84 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 64,7%, 1999-cu ildə bu 58.9%). 154 aktivistdən 134 nəfər (72 kişi və 62 qadın), 20 nəfər işsiz (8 kişi və 12 qadın) idi. Aktiv olmayan 84 nəfər arasında şagird və ya tələbə, 43 nəfər təqaüdçü, 34 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Aqra
Aqra-Hindistanın şimalında, Uttar Pradeşdə şəhər. 1528-ci ildən 1658-ci ilədək Böyük Moğol imperiyasının paytaxtı olmuşdur. Hazırda Hindistanın iri turistik mərkəzlərindəndir. Tac-Mahal bu şəhərdə yerləşir. Yamunı çayının kənarındadır. Əhalisi 1 334 900 (2004) nəfərdir.
İqta
İqta(ərəbcə إقطاع) — feodalizm dövründə əsasən müsəlman ölkələrində yayılmış şərti torpaq mülkiyəti. İqta mülkdən fərqli olaraq, irsən keçmirdi, ancaq xidmət müddətinə verilirdi. Bu xidmət həm hərbi həm də mülki ola bilərdi. İqta kimi bir çox başqa torpaq mülkiyəti formaları da mövcud idi. 9 əsrin ortalarında Xəlifənin qərargahı Samirrəyə bitişik olan ərazilər katayi kimi, müxtəlif milliyətlərin nümayəndələrinə türklərə, xorasanlılara, məğriblilərə verilirdi. Belə mülkiyətin peşəkar hərbçilər tərəfindən alınması, şübhəsiz, iqta sisteminin mərkəzi müsəlman torpaqlarında yayılmasına səbəb olurdu, halbu ki, onun köklərini, xüsusi ilə İraqda, ilk ərəb işğallarından əvvəl də sezmək olar. Əgər əvvəl iqta məhdud müddətə verilirdisə və təltif olunana muqta, yəni özünün xəracı yığması, hüququ verilmirdisə, indi isə doğrudan da tam hüququlu mülkiyətlər yaranırdı, dövlət nümayəndələrinin müdaxiləsindən tamamilə müdafiə olunmuş. Onlardan ancaq mərkəzi hakimiyətə ödənilirdi. Belə növ iqta 10-cu əsr ərzində Xilafətin mərkəzi əyalətlərində adi hala çevrildi, sonralar muqta sinfinin güclənməsi,Avropa kommendasiyalarına oxşar, güclülərin zəiflərə himayəsi kimi(lakin bu klassik anlamda feodal nərdivanı deyildi) təlciyə və himayə yarandı. Öz Samirrə ətrafındaki nüvəsindən və İraq Savadından türklərin iqtası bütün Qərbi İraqa və Qərbi İrana yayıldı, belə ki 11-ci əsrdə artıq buraların emal olunana torpaqlarının böyük hissəsi, mərkəzi hakimiyətdən özgələşdirilən iqtalar təşkil edirdi, hərçənd ki, xüsusi torpaqlar -mülk də vardı.
İrqa
İrqa (lat. Amelanchier) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinə aid bitki cinsi.
Girdəyarpaq irqa
Girdəyarpaq irqa (lat. Amelanchier ovalis) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin i̇rqa cinsinə aid bitki növü. Əsasən cənubi, şərqi, qərbi Avropada Şimali Belçika, Şimali Afrikada, Ön Asiyada, Mərkəzi Almaniyada geniş yayılmışdır. Qafqazda təbii və mədəni halda rast gəlinir. Hündürlüyü 1-4 metrə çatan, çox hündür olmayan, yarpağı tökülən ağacdır. Möhkəm kök sistemlinə malikdir, 30-40 sm dərinliyə gedir, hətta qayalıqların çatlamasına səbəb olur. Çətri açıq yaşıldan tünd çəhrayıya qədər dəyişir. Yarpağı yumurtavari 8-15 mm uzunluqdadır. Çiçəkləri aprel, may aylarında yarpaqlama ilə eyni vaxtda açır. Avqust, sentyabr aylarında qara, göy rəngdə 5-15 mm diametrində olan meyvəsi yetişir.
İcra başçısı
İcra başçısı — Azərbaycan Respublikasında yerli icra hakimiyyətinə rəhbərlik edən şəxs. Yerli İcra Hakimiyyətinin başçılarını Azərbaycan Respublikası Konstitusiyasının 124-cü maddəsinin II hissəsinə uyğun olaraq Azərbaycan Respublikasının Prezidenti müvafiq sərəncam ilə təyin edir.
9K38 İqla
9K38 İqla (rus: Игла́) Rusiya/Sovet istehsalı yer-hava tipi, daşına bilən zenit-raket kompleksi. Bu zenit-raket kompleksi düşmənin alçaqdan uçan hava hədəflərini məhv etmək üçün istifadə olunur. ABŞ tərəfindən SA-18 adlandırılır. İlk variantı 9K310 İqla-1 və ya SA-16 Gimlet adlanır, 1983-cü ildə Sovet ordusunun silahlanmasına qəbul olunub. Ən son variantı isə 9K388 İqla-S və ya SA-24 Grinch adlanır. Ən müasir versiya olan İqla-S Rusiya ordusu tərəfindən 2004-cü ildən etibarən istifadə olunur, həmçinin Azərbaycan ordusunun da silahlanmasında yer alır. 1974-cü ildə SSRİ-nin silahlanmasına daxil edilən "Strela-3" ZRK-dan fərqli olaraq İqla üzərində quraşdırılan mürəkkəb istilik ölçən başlığı hədəfdən yayılan infraqırmızı diapazon dalğaların sayəsində onu dəqiqliklə məhv edir. İqla-1E - İxrac variantı İqla-1M - 9K38 İqlanın modernizasiya olunmuş variantı. 1980-ci illərin sonunda Sovet ordusunda xidmətə daxil olub. İqla-1D - Paraşütçülər və xüsusi təyinatlılar üçün hazırlanmış variant.
Aqra qalası
Aqra qalası, Qırmızı qala - Hindistanın Aqra şəhərindəki istehkam, Moğol İmperiyası dövründə hökmdarların iqamətgahı kimi xidmət etmişdir. Yamuna çayının üstündə, Tac Mahaldan cəmi 2,5 km məsafədə yerləşir. Onunla birlikdə Qırmızı Qala 1983-cü ildə YUNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilmişdir. Qırmızı Qala ərazisinin bir hissəsi bu gün hərbi məqsədlər üçün istifadə olunur və ziyarətçilər üçün əlçatan deyil. Teymuri Babur Dehli sultanları Sikəndər Lodi və İbrahim şah Ludinin burada yerləşən sarayını yenidən qurmuş və sözdə sərf etmişdir. Baoli (su kəməri). Sonralar Sultan Hümayun tez-tez burada dayanırdı. Qalanın özü 1558-ci ildə paytaxtı Dehlidən Aqraya köçürən Böyük Əkbərin təşəbbüsü ilə 1565-ci ildə başladı. Burada o, köhnə və uçuq-sökük Bədəlqar qalasını bərpa etdi (saray tarixçisi Əbdül-Fəzala görə). Artıq 1571-ci ildə qala tamamilə Rajasthani qırmızı qumdaşı divarı ilə əhatə olunmuşdu.
Sümbülvari irqa
Sümbülvari irqa (lat. Amelanchier spicata) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin i̇rqa cinsinə aid bitki növü. Cənubi Avropada, Kiçik Asiyada, Şimali Afrikada, Zaqafqaziyada və Krımda təbii yayılmışdır. 5 metrə çatan hündür ağac və koldur. Gövdədə çətri kül rəngli, bəzən qara, cavan çətirləri sarı-çəhrayı, bəzən ağ, parlaq, açıq xallı olub, köhnə budaqlara görə dəyişir. Tumurcuqları xırda, qırmızımtıl-qonur, uzunsov və iti, zoğa yapışıq, kənarları ağ tükcüklüdür. Yarpaq yarığı çox ensiz, üstə çıxan yarpaq balışlı və 3 izlidir. Özəyi yaşılımtıl, oduncağı seyrək məsaməli, çəhrayı rəngli, bərk və ağırdır. Yarpaqları yumurtavari və ya ellipsvari, uzunluğu 4 sm-dək, kənarları dişlidir. Bünövrəsi yumru və ya bir az ürəkvaridir.
Uqra görüşü
Uqra görüşü — Moskva knyazlığının Qızıl Orda dövlətindən asılılığına son qoyulması ilə nəticələnən münaqişə. 11 noyabr 1480-ci ildə Qızıl Orda hökmdarı Əhməd xanla Moskva knyazı III İvan arasında Uqra çayı ətrafında cərəyan edən qarşıdurmalı görüş başa çatmışdır. Hələ XIII əsrin ortalarından monqol-tatarların (türk-moğollar) asılığı altında olan rus knyazlıqları onlara vergi verməyə məcbur edilmişdi. 1380-ci ildə baş vermiş Kulikovo döyüşündən sonra asılılıq zəifləsə də, rus torpaqları hələ tam azadlıq qazana bilməmişdi. Lakin XV əsrin ikinci yarısında Qızıl Orda dövlətindəki zəifləməni fürsət sayan rusların azadlıq hissləri güclənmişdi. 1476-cı ildə Moskva knyazlığı Qızıl Ordaya vergi ödəməkdən imtina etdi, 1480-ci ildə asılıqdan çıxdığını rəsmən bəyan etdi. Qeyd etmək lazımdır ki, rus dövlətçiliyinin həlledici məqamlarından sayılan bu dövrdə artıq ağıllı manevrlər edilirdi. İki cəbhədə sıxışacağını görən rus knyazlıqları Litvaya qarşı Krım xanlığı ilə ittifaqa girərək hücumların birindən yayına bildi. Knyaz III İvan isə Əhməd xana qarşı döyüşə hazırlaşdı. Qızıl Ordanın qüvvəsi qələbəyə iddialı sayılsa da, əlverişsiz hava şəraiti və rus artilleriyasının davamlı atəşi onları geri oturtmuş, hər iki tərəf mövqe savaşına başlamışdı.
Uqra qarşıdurması
Uqra görüşü — Moskva knyazlığının Qızıl Orda dövlətindən asılılığına son qoyulması ilə nəticələnən münaqişə. 11 noyabr 1480-ci ildə Qızıl Orda hökmdarı Əhməd xanla Moskva knyazı III İvan arasında Uqra çayı ətrafında cərəyan edən qarşıdurmalı görüş başa çatmışdır. Hələ XIII əsrin ortalarından monqol-tatarların (türk-moğollar) asılığı altında olan rus knyazlıqları onlara vergi verməyə məcbur edilmişdi. 1380-ci ildə baş vermiş Kulikovo döyüşündən sonra asılılıq zəifləsə də, rus torpaqları hələ tam azadlıq qazana bilməmişdi. Lakin XV əsrin ikinci yarısında Qızıl Orda dövlətindəki zəifləməni fürsət sayan rusların azadlıq hissləri güclənmişdi. 1476-cı ildə Moskva knyazlığı Qızıl Ordaya vergi ödəməkdən imtina etdi, 1480-ci ildə asılıqdan çıxdığını rəsmən bəyan etdi. Qeyd etmək lazımdır ki, rus dövlətçiliyinin həlledici məqamlarından sayılan bu dövrdə artıq ağıllı manevrlər edilirdi. İki cəbhədə sıxışacağını görən rus knyazlıqları Litvaya qarşı Krım xanlığı ilə ittifaqa girərək hücumların birindən yayına bildi. Knyaz III İvan isə Əhməd xana qarşı döyüşə hazırlaşdı. Qızıl Ordanın qüvvəsi qələbəyə iddialı sayılsa da, əlverişsiz hava şəraiti və rus artilleriyasının davamlı atəşi onları geri oturtmuş, hər iki tərəf mövqe savaşına başlamışdı.
İcra hakimiyyətləri
İcra nümayəndəsi
İcra nümayəndəsi - Azərbaycan Respublikasında rayondan aşağı səviyyə yaşayış məntəqəlirndə icra hakimiyyətlərinin təmsilçisi. Rayon İcra Hakimiyyəti Başçısının sərəncamı ilə təyin olunur.
İcra proqramı
Çalışdırılabilən proqram, icra proqramı – yerinə yetirilməyə (çalışmağa) hazır olan kompüter proqramı. Bu termin, adətən, yaddaşa yüklənə və çalışdırıla bilən kompilyasiya olunmuş proqrama aid işlədilir; bunula belə, interpretasiya olunan proqramlaşdırma dillərində həmin termin müəyyən formatda olan ilkin kodu da bildirə bilər.
İsra Hirsi
İsra Hirsi (ing. Isra Hisri; 22 fevral 2003, Minneapolis, Minnesota) — Gənclərin iqlim tətilinə rəhbərlik edən amerikalı ətraf mühit fəalı. 2020-ci ildə o, Fortunenin 40-dan 40-a qədər siyasətçilər və hökumət rəsmiləri siyahısına daxil edilir. Hirsi 22 fevral 2003-cü ildə Minnesota ştatının Minneapolis şəhərində ABŞ konqresmeni İlhan Ömərin ailəsində anadan olub. 12 yaşında o, Mall of America-da Jamar Clark tərəfindən ədalət uğrunda keçirilən etiraz aksiyasında iştirak edib. O, hazırda Minneapolis Liseyində oxuyur, burada ilk dəfə ətraf mühit klubuna qoşulub. O, gənclərin iqlim tətilinin qurucularından biridir. İsra 15 mart və 3 may 2019-cu il tarixlərində ABŞ-də yüzlərlə tələbənin başçılıq etdiyi tətilləri koordinasiya edib. 2019-cu ilin yanvarında Youth Climate Strike, iqlim dəyişikliyi üçün qlobal gənclər hərəkatının Amerika qolunun ABŞ-dəki həmtəsisçilərindən biri olub. O, bu qrupun birgə icraçısı kimi çıxış edir.
İsra Surəsi
17-ci surə əl-İsra (Gecə vaxtı seyr) və ya Bəni-İsrail (İsrail oğulları) surəsi (Məkkədə nazil olmuşdur, 111 ayədir). Surə adını ilk ayədə işlənən və gecə vaxtı seyr mənasını verən "isra" sözündən almışdır.
Qırmızımeyvəli irqa
Qırmızımeyvəli irqa (lat. Amelanchier sanguinea) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin i̇rqa cinsinə aid bitki növü.
Qızılağacyarpaq irqa
Qızılağacyarpaq irqa (lat. Amelanchier alnifolia) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin i̇rqa cinsinə aid bitki növü. Şimali Amerikada təbii halda yayılmışdır. 1800-cü ildən mədəni florada rast gəlinir. XIX əsrdə Avropada İngiltərədə geniş becərilir. Hündürlüyü 10 m-ə çatan, yarpağı tökülən kol və ya çox böyük olmayan ağacdır. Yarpaqları yumurtavari və ya dairəvi 2-5 sm uzunluğunda, 1-4,5 sm enindədir. Meyvəsi 0,5-2 sm uzunluğundadır. Çiçəkləri ağ, 2-3 sm diametrində, 3-20 ədəd olmaqla yazın əvvəlində çiçəkləyir. Çiçəkləməsi 7-12 gün davam edir.
Fua-qra
Fua-qra (fr. foie gras - yağlı qaraciyər) — Fransa mətbəxinə aid qaz ya ördək qaraciyəri yeməyidir.
İra Losko
İra Losko (ing. Ira Losco; 31 iyul 1981, Slima[d]) — Malta müğənnisi. O, Maltanı 2002 və 2016 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir. İra Losko indiyədək ümumilikdə 20-yə yaxın ölkədə çıxış etmiş və 20-də artıq mükafat qazanmışdır. O, Elton Con, Keti Melua, Maroon 5, Akon, Ronan Kitinq, Bob Qeldof, Tokio Hotel və Cici D'Alessio kimi beynəlxalq ulduzlarla bir səhnəni bölüşmüşdür. Losko musiqi karyerasını kollec qrupu olan Tiara ilə başlatmışdır. Qrup fəaliyyətini dayandırdıqdan bir müddət sonra Losko Maltanı Estoniyanın paytaxtı Tallində keçirilən 2002 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir. Müsabiqədə ifa etdiyi "7th Wonder" mahnısı ilə İra finalda iştirak edən 24 ölkə təmsilçisi arasında Maltaya 164 xalla ikinci yeri qazandırmışdır. Bu Maltanın Avroviziyadakı ən yaxşı nəticəsi olaraq qalmaqdadır. 2003-cü ildə İra Losko Maltada keçirilən Kiçik Avropa dövlətlərinin idman oyunlarının açılışında "Reaching Higher" mahnısı ilə çıxış etmişdir.
Elektromaqnit icra mexanizmləri
Elektromaqnit icra mexanizmləri elektrik mühərrikli icra mexanizmlərinə nisbətən kiçik güclüdürlər. Amma onlar konstruksiyalarının sadəliyi, idarəetmə sxemlərinin mürəkkəb olmaması, kiçik ölçülərə və kütləyə malik olması, ucuz olması və yüksək etibarlılığı ilə fərqlənirlər. Elektromaqnit solenoid icra mexanizmlərinin xarakterik (səciyyəvi) xüsusiyyəti ondan ibarətdir ki, onlar yalnız iki mövqeli idarəetmə sxemlərində, daha doğrusu tənzimləyici orqan ancaq iki son vəziyyət aldıqda ("açıqdır" yaxud "bağlıdır) tətbiq oluna bilər. Elektromaqnit intiqal həm sabit, həm də dəyişən cərəyanda işləmək xüsusiyyətinə malikdir. Sabit cərəyan elektyromaqnitləri yaxşı xarakteristikaları ilə fərqlənirlər. Eyni ölçülərdə sabit cərəyan elektromaqnitləri böyük dartı qüvvəsi yaradırlar, parametrlərin daha yüksək stabilliyinə malikdirlər, konstruksiyaları sadədir və ucuz başa gəlir. Qida mənbəyi kimi dəyişən cərəyan şəbəkəsindən, solenoid intiqal isə düzləndirici ilə qidalanır. Solenoid silindrik səthə sarınmış cərəyan axan naqildən ibarətdir. Solenoid – yunan sözü olub boruşəkilli, boruya oxşar deməkdir. Xarici maqnit sahəsinə görə solenoid düz sabit maqnitli sahəsinə oxşayır.
İcra Sərəncamı 12711
12711 saylı İcra Sərəncamı — Amerika prezidenti Corc HV Buş tərəfindən 11 aprel 1990-cı ildə tərtib edilmişdir. O 5 iyun 1989-cu il və 11 aprel 1990-cı il tarixləri arasında ABŞ-də olmuş Çin vətəndaşlarının və onların birbaşa himayəsində olan şəxslərin deportasiyasını təxirə saldı, 2 illik vətənində yaşamaq tələbindən imtina etdi və 1 yanvar 1994-cü ilə qədər onlara iş icazəsi verdi. O, 1989-cu ildə Tiananmen Meydanı etirazlarını yatırtmasına və həmin ilin 4 iyununda baş vermiş qırğına cavab olaraq Çin Xalq Respublikasına (ÇXR) qarşı beynəlxalq reaksiyanın bir hissəsi kimi verilib. 1992-ci ildə Çin Tələbə Mühafizəsi Qanunu qəbul edildikdən sonra bu, daimi hala gətirildi.
Brassica nigra subsp. nigra
Qara xardal (lat. Brassica nigra) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinin kələm cinsinə aid bitki növü. == Sinonimləri == Brassica brachycarpa P.Candargy Brassica bracteolata Fisch. & C.A.Mey. Brassica elongata var. longipedicellata Halácsy ex Formánek Brassica nigra var. abyssinica Alexander Br. Brassica nigra var. bracteolata (Fisch. & C.A.Mey.) Spach ex Coss.
Brassica nigra var. nigra
Qara xardal (lat. Brassica nigra) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinin kələm cinsinə aid bitki növü. == Sinonimləri == Brassica brachycarpa P.Candargy Brassica bracteolata Fisch. & C.A.Mey. Brassica elongata var. longipedicellata Halácsy ex Formánek Brassica nigra var. abyssinica Alexander Br. Brassica nigra var. bracteolata (Fisch. & C.A.Mey.) Spach ex Coss.
Pinus nigra var. nigra
Təbii şəraitdə Alp, Karpat dağları və Balkan yarımadasında dəniz səviyyəsindən 1100–1400 m yüksəkliklərdə qarışıq və təmiz meşəliklər yaradır. Hündürlüyü 20–40 m-ə, gövdəsinin diametri 60 sm-ə çatan ağacdır. Çətiri piramidalıdır, yaşlandıqca çətiri tədricən oval şəkil alır. Gövdəsinin qabığı qalın, qara-boz, dərin yarıqlı, qeyri-bərabər çatlıdır. İki-üçillik zoğları tünd-qonur və ya tünd-bozdur, qınların xırda yarpaqları açıq-sarıdır. İynəyarpaqları uzun (8–14 sm), tünd-yaşıl, parlaq olmaqla budaqda cüt-cüt yerləşir, duz və ya bir az əyilmiş, bəzən burulmuşdur. Qısa saplaqlı qozalar budaqlarda üfüqi (8x3 sm) yerləşir, sarı-qonur, parlaqdır, uzunluğu 5–8 sm və qalınlığı 3–5 sm-dir, üçüncü il yetişir, ağacın üzərində 4–5 il qalır. Toxumları parlaq, tünd-bozumtul rənglidir, uzunluğu 4–6 mm olub, 1000 ədəd toxumun çəkisi 14 qr-dır. Toxum qabıqlarının apofizləri yuxarı kənarında yumrudur. Sıx iynəyarpaqlaırna və gövdənin tünd rənginə görə adi şama nisbətən daha qaranlıq, kölgəli əkinlər üçün yararlıdır.
Salix nigra var. nigra
Dalbergia nigra
Dalbergia nigra (lat. Dalbergia nigra) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin dalbergiya cinsinə aid bitki növü.
Datura nigra
Hindistan dəlibəngi (lat. Datura metel) — bitkilər aləminin quşüzümüçiçəklilər dəstəsinin quşüzümükimilər fəsiləsinin dəlibəng cinsinə aid bitki növü. Brugmansia waymanii Paxton Datura aegyptiaca Vis. Datura alba Rumph. ex Nees Datura alba F.Muell. Datura alba var. africana Mattei Datura bojeri Delile Datura chlorantha Hook. Datura cornucopia Pitcher & Manda Datura dubia Rich. Datura dubia Bianca ex Tod. Datura fastuosa L. Datura fastuosa var.
Elaeagnus igda
Daryarpaq iydə (lat. Elaeagnus angustifolia) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin i̇ydəkimilər fəsiləsinin i̇ydə cinsinə aid bitki növü. 45 növ ağac və meyvə kolundan yabanı halda 2 növü yayılmışdır. İydə yabanı halda Şimali Qafqazın şərq rayonlarında, Azərbaycanın Kür və Araz çaylarının kənarlarında geniş sahələr tutur. Bu bitkinin yararlı mədəni sortları Azərbaycanın aran hissələrində olduqca çoxdur. İydə 3–7 m hündürlükdə olur. Yabanı iydənin hündür və kol halında bitən formaları vardır. Yabanı ağacları balaca tikanlıdır. Yarpaqları uzunsov-oval, yaşıl-gümüşü rəngdədir. May-iyunda çiçəkləyir.
Eragrostis nigra
Eragrostis nigra (lat. Eragrostis nigra) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin qırtıckimilər fəsiləsinin eragrostis cinsinə aid bitki növü. Eragrostis deqenensis B.S.Sun & S.Wang Eragrostis nigra var.
Fragaria nigra
Yaşıl çiyələk (lat. Fragaria viridis) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin çiyələk cinsinə aid bitki növü. Avropadan Sibir və Türkiyəyə qədər yayılmışdır.
Melanitta nigra
Qara qılquyruq (lat. Melanitta nigra) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinin qılquyruq cinsinə aid heyvan növü.
Melanosinapis nigra
Qara xardal (lat. Brassica nigra) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinin kələm cinsinə aid bitki növü. Brassica brachycarpa P.Candargy Brassica bracteolata Fisch. & C.A.Mey. Brassica elongata var. longipedicellata Halácsy ex Formánek Brassica nigra var. abyssinica Alexander Br. Brassica nigra var. bracteolata (Fisch. & C.A.Mey.) Spach ex Coss.
Morus nigra
Qara tut (lat. Morus nigra) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin tutkimilər fəsiləsinin tut cinsinə aid bitki növü. Qara tuta Xartut da deyilir. Tutun Azərbaycanda və Orta Asiyada keyfiyyətli və iri meyvəsi olan növ müxtəliflikləri vardır. Xartutun meyvəsi tünd qara, qırmızı və ya tünd bənövşəyi rəngdə, turşa-şirin dadlı və ətirlidir. Xartutun tərkibində 9% şəkər, 2,86% üzvi turşu, 2,03% zülal, 0,36% zülalsız azotlu maddələr, 0,55% pektin maddəsi vardır. Xartutdan mürəbbə, şirə və jele hazırlanır Təbii halda İran, Qazaxıstan, Rostov-Don, Əfqanıstan və Orta Asiya ölkələrində çox geniş yayılmışdır. Hündürlüyü 10–15 m-ə çatan, çətiri nisbətən sallaq budaqlara malik ağacdır. Cavan budaqları qısa, yoğun, sərt, narın tükcüklərlə örtülmüşdür. Yarpağı yumurtaşəkilli, tam kənarlı və ya 2–3 dilimli, uzunluğu 7–9 sm, eni 3–4 sm-ə çatır.
Mutarda nigra
Qara xardal (lat. Brassica nigra) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinin kələm cinsinə aid bitki növü. Brassica brachycarpa P.Candargy Brassica bracteolata Fisch. & C.A.Mey. Brassica elongata var. longipedicellata Halácsy ex Formánek Brassica nigra var. abyssinica Alexander Br. Brassica nigra var. bracteolata (Fisch. & C.A.Mey.) Spach ex Coss.
Passiflora nigra
Passiflora suberosa (lat. Passiflora suberosa) — qonaqotukimilər fəsiləsinin qonaqotu cinsinə aid bitki növü. Anthactinia walkeri M.Roem. Cieca angustifolia M.Roem. Cieca flexuosa M.Roem. Cieca globosa M.Roem. Cieca hederacea M.Roem. Cieca littoralis M.Roem. Cieca nigra Medik. Cieca oliviformis M.Roem.
Pinus nigra
Təbii şəraitdə Alp, Karpat dağları və Balkan yarımadasında dəniz səviyyəsindən 1100–1400 m yüksəkliklərdə qarışıq və təmiz meşəliklər yaradır. Hündürlüyü 20–40 m-ə, gövdəsinin diametri 60 sm-ə çatan ağacdır. Çətiri piramidalıdır, yaşlandıqca çətiri tədricən oval şəkil alır. Gövdəsinin qabığı qalın, qara-boz, dərin yarıqlı, qeyri-bərabər çatlıdır. İki-üçillik zoğları tünd-qonur və ya tünd-bozdur, qınların xırda yarpaqları açıq-sarıdır. İynəyarpaqları uzun (8–14 sm), tünd-yaşıl, parlaq olmaqla budaqda cüt-cüt yerləşir, duz və ya bir az əyilmiş, bəzən burulmuşdur. Qısa saplaqlı qozalar budaqlarda üfüqi (8x3 sm) yerləşir, sarı-qonur, parlaqdır, uzunluğu 5–8 sm və qalınlığı 3–5 sm-dir, üçüncü il yetişir, ağacın üzərində 4–5 il qalır. Toxumları parlaq, tünd-bozumtul rənglidir, uzunluğu 4–6 mm olub, 1000 ədəd toxumun çəkisi 14 qr-dır. Toxum qabıqlarının apofizləri yuxarı kənarında yumrudur. Sıx iynəyarpaqlaırna və gövdənin tünd rənginə görə adi şama nisbətən daha qaranlıq, kölgəli əkinlər üçün yararlıdır.
Populus nigra
Qaraqovaq (lat. Populus nigra) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin söyüdkimilər fəsiləsinin qovaq cinsinə aid bitki növü. Qafqaz Gürcüstan, Rusiyanın Avropa hissəsi, Qazaxıstan, Qərbi Avropa, Kiçik Asiya, İran və Şimali Amerikada təbii аrеаlı vаrdır. İri, hündürlüyü 25–30 m-ə çаtаn еnli çətirli аğаcdır. Budаqlаrı gövdəsindən аrаlı dаyаnır. Gövdələrinin qаbığı qаlın, tündbоz rəngdə, üzərində çаtlаr vаrdır. Zоğlаrı çılpаq və pаrlаqdır, silindir şəkildə, sаrı və yа sаrımtıl-bоzdur. Tumurcuqlаrı çılpаq və qоnurdur. Üzərində qatrаnlı, pаrlаq örtük vаrdır, bir qədər yаnа əyilmişdir. Yаrpаqlаrının uzunluğu 5-12 sm, еni 4-15 sm-dir.
Quercus nigra
Quercus nigra (lat. Quercus nigra) — fıstıqkimilər fəsiləsinin palıd cinsinə aid bitki növü.
Salix nigra
Salix nigra (lat. Salix nigra) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin söyüdkimilər fəsiləsinin söyüd cinsinə aid bitki növü. Amerina nigra (Marshall) Raf.
Bora-Bora
Bora-Bora adası - Sakit Okeanda Fransanın xarici ümumiliyində adadır. Ada təxminən 230 kilometr şimal-qərbi, laqun ilə və maneəli mərcan rifinin əhatə edilir. Adanın mərkəzində iki pikə, Pahia iki Dayağına və Otemanu-ya, 727 metrdə ən yüksək nöqtəyə qalxan nəsli kəsilmiş vulkanın qalıqlarıdır. Taiti dildə adanın orijinal adı Pora Pora kimi daha yaxşı verilə bilər, "Əvvəl Apardı" bildirərək ; erkən transkripsiya 18-cidə tapdı və 19-cu əsr hesabları, Bolabolla-dır və ya Bollabolla-dır. Əsas tənzimləmə , Vaitape adanın qərbi tərəfindədirlər, əsas kanalın qarşısında laquna. Adanın məhsulları əsasən məhdudlaşdırılır, nə tarixən olan kopra üçün iqtisadi əhəmiyyətdən dənizdən və hindqozu ağaclardan əldə edilə bilər. 2007 avqust siyahıyaalması ərzində, adada əhali təxminən 8 880 əhali var idi.