Girdəyarpaq irqa

Girdəyarpaq irqa (lat. Amelanchier ovalis) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin i̇rqa cinsinə aid bitki növü.

Girdəyarpaq irqa
Elmi təsnifat
Beynəlxalq elmi adı

Təbii yayılması

[redaktə | mənbəni redaktə et]

Əsasən cənubi, şərqi, qərbi Avropada Şimali Belçika, Şimali Afrikada, Ön Asiyada, Mərkəzi Almaniyada geniş yayılmışdır. Qafqazda təbii və mədəni halda rast gəlinir.

Botaniki təsviri

[redaktə | mənbəni redaktə et]

Hündürlüyü 1-4 metrə çatan, çox hündür olmayan, yarpağı tökülən ağacdır. Möhkəm kök sistemlinə malikdir, 30-40 sm dərinliyə gedir, hətta qayalıqların çatlamasına səbəb olur. Çətri açıq yaşıldan tünd çəhrayıya qədər dəyişir. Yarpağı yumurtavari 8-15 mm uzunluqdadır. Çiçəkləri aprel, may aylarında yarpaqlama ilə eyni vaxtda açır. Avqust, sentyabr aylarında qara, göy rəngdə 5-15 mm diametrində olan meyvəsi yetişir.

Dəniz səviyyəsindən 2000 metr hündürlükdə, günəşli ərazilərdə bitir. Qışda 40-500C şaxtaya dözür, havanın temperaturu müsbət 5-70C-də çiçəkləyir. Torpağın turşuluğuna davamlıdır.

Azərbaycanda yayılması

[redaktə | mənbəni redaktə et]

Böyük, Kiçik Qafqaz və Naxçıvan MR-da təbii halda yayılmışdır.

XVI əsrdən bəzək bitkisi kimi parklarda, bağlarda, canlı çəpərlərin salınmasında, meyvəsinin şirin dadına görə isə kulinariyada istifadə edilir. Ondan cem, mürəbbə, kampot, çaxır hazırlanır. Tərkibində C vitamini, kumarin, zəhərli maddələr, flavanol, gümüş, qurğuşun, kobalt vardır. Meyvəsindən yarımvitaminlər hazırlanır ki, bu da əsəb xəstəliklərində, yuxusuzluqda istifadə edilir. Qabığı və yarpaqları səhiyyədə istifadə edilir.