İqrar Zakir oğlu Salamov (5 noyabr 1970) — Azərbaycan aktyoru, Azərbaycan Respublikasının əməkdar artisti (2012).
İqrar Salamov | |
---|---|
İqrar Zakir oğlu Salamov | |
Doğum tarixi | |
Doğum yeri | Şəki, Azərbaycan SSR, SSRİ |
Milliyyəti | azərbaycanlı |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Fəaliyyəti | aktyor |
Mükafatları |
İqrar Salamov 1993-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Musiqili teatr aktyorluğu fakültəsini bitirib. 1993-1995-ci illərdə Şəki Dövlət Dram Teatrında aktyor işləyib. 1996-cı ildən Şuşa Dövlət Musiqili Dram Teatrının aktyorudur. 9 may 2012-ci ildə Azərbaycan Respublikasının Əməkdar artisti fəxri adına layiq görülüb. "Nəğmədir, gülüşdür hər dərdə məlhəm" adlı konsert-tamaşada həm aktyor, həm də müğənni kimi çıxış edir.
1999-cu ildə keçirilən "Milli klassika" festivalında Mirzə Fətəli Axundovun "Hekayəti-Müsyö Jordan həkimi-nəbatat və dərviş Məstəli şah caduküni-məşhur" tamaşasındakı dərviş Məstəli şah, 2000-ci ildə keçirilən Festivallar festivalında Üzeyir Hacıbəyovun felyetonlarının motivləri əsasında hazırlanmış "Əyri oturaq, düz danışaq" məzhəkəsində 2-ci aktyor rolları ona böyük şöhrət gətirmişdir.
"Əyri oturaq, düz danışaq" tamaşasının yaradıcı heyəti ilə birlikdə 2002-ci ildə "Qızıl Dərviş" mükafatına layiq görülmüşdür.
2019-cu ildən Azərbaycan Dövlət Akademik Musiqili Teatrın aktyorudur.
O, Musiqili Teatrda işlədiyi qısa müddətdə “Molla Nəsrəddinin beş arvadı” (İ.Sadıqov) komediyasında Molla, “Beş manatlıq gəlin”də ( S.Rüstəmov, M.S.Ordubadi) El ağsaqqalı, "Sehrli nəğmə"də (D.Hacıyeva, P.Korotıç) Baba, "Balaca Şahzadə"də (A.Sent-Ekzüperi, R.Ağababayev) Əyyaş, "Baladadaşın toy hamamı"nda (Elçin, F. Allahverdi) Əmirqulu, "Kimyagər"də (S.Kərimi, M.F.Axundzadə) Nuxulu və digərlər tamaşalarda yaddaqalan obrazlar yaratmışdır.