İra Losko (ing. Ira Losco; 31 iyul 1981, Slima[d]) — Malta müğənnisi. O, Maltanı 2002 və 2016 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir.
İra Losko | |
---|---|
ing. Ira Losco | |
| |
Ümumi məlumatlar | |
Doğum tarixi | 31 iyul 1981 (43 yaş) |
Doğum yeri |
|
Vətəndaşlığı | Malta |
Uşağı | 1 |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | müğənni |
Fəaliyyət illəri | 1998–h.h. |
Janr | pop |
Mükafatları | |
iralosco.com | |
Vikianbarda əlaqəli mediafayllar |
İra Losko indiyədək ümumilikdə 20-yə yaxın ölkədə çıxış etmiş və 20-də artıq mükafat qazanmışdır. O, Elton Con, Keti Melua, Maroon 5, Akon, Ronan Kitinq, Bob Qeldof, Tokio Hotel və Cici D'Alessio kimi beynəlxalq ulduzlarla bir səhnəni bölüşmüşdür.
Losko musiqi karyerasını kollec qrupu olan Tiara ilə başlatmışdır. Qrup fəaliyyətini dayandırdıqdan bir müddət sonra Losko Maltanı Estoniyanın paytaxtı Tallində keçirilən 2002 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir. Müsabiqədə ifa etdiyi "7th Wonder" mahnısı ilə İra finalda iştirak edən 24 ölkə təmsilçisi arasında Maltaya 164 xalla ikinci yeri qazandırmışdır. Bu Maltanın Avroviziyadakı ən yaxşı nəticəsi olaraq qalmaqdadır.[1][2]
2003-cü ildə İra Losko Maltada keçirilən Kiçik Avropa dövlətlərinin idman oyunlarının açılışında "Reaching Higher" mahnısı ilə çıxış etmişdir. 2008-ci ildə ifaçı Midalja għall-Qadi tar-Repubblika Respublikaya xidmət medalı ilə təltifləndirilmişdir.
2015-ci ildə Loskonun Maltanın 2016 Avroviziya Mahnı Müsabiqəsi üçün təşkil etdiyi milli seçim turunda iki mahnı ilə iştirak edəcəyi öz təsdiqini tapmışdır. İfaçının hər iki mahnısı "Chameleon" və "That’s why I love you" seçim turunun yarımfinal mərhələsində səsləndirilmişdir. Nəticədə isə ifaçı 23 yanvar tarixində keçirilən final mərhələsində "Chameleon" mahnısı ilə seçim turunda qalib gələrək, Maltanı İsveçin paytaxtı Stokholmda keçirilən Avroviziya 2016-da təmsil etmək hüququ əldə etmişdir[3]. Daha sonra Losko və Maltanın TVM telekanalının birgə verdiyi qərar ilə ifaçının "Chameleon" mahnısı ilə deyil, digər bir mahnı ilə müsabiqədə çıxış edəcəyi bildirilmişdir. 17 mart tarixində müğənninin Stokholm səhnəsində ifa edəcəyi mahnı olan "Walk on Water" rəsmi olaraq təqdim olunmuşdur.[4]
İra Loskonun Avroviziya səhnəsində geyindiyi libas daha öncə Lady Gaga, Prins, Kayli Minoq kimi dünya ulduzları ilə birlikdə çalışan Aleks Zabotto-Bentli tərəfindən hazırlanmışdır. Həmin il hesablamalara görə ümumilikdə Maltanın Avroviziya üçün xərclərinin təxminən 1,500,000 avro olduğu bildirilmişdir. Ölkənin digər illərdəki xərclərindən qat-qat üstün olan bu məbləğ Maltada müəyyən etiraza səbəb olmuşdu.[5]
İra Losko Avroviziya üçün keçirilən uzun məşqlərdən sonra 10 may tarixində baş tutan yarımfinal mərhələsində 18-ci nömrə altında səhnə almışdır. Nəticədə 209 xalla 3-cü yeri tutaraq, final mərhələsinə vəsiqə qazanmışdır. Müsabiqənin finalında bir daha öz mahnısını ifa edən Losko 26 ölkə təmsilçisinin mübarizə apardığı şouda 153 xal toplayaraq, 12-ci yerdə qərarlaşmışdır.
2016-cı ilin may ayında İra Losko və onun yoldaşı Şon Qravina Loskonun uşaq gözlədiyini elan etmişdirlər.[6][7] Həmin ilin avqust ayında onların Herri adlı oğulları dünyaya gəlmişdir.[8]
İra Losko dəfələrlə Maltada LGBT hüquqları, yeniyetmələr arasında anti-dedovşina kampaniyaları kimi bir neçə sosial hadisələrə dəstəyini bildirmişdir.[9] Avroviziya 2016 ərəfəsində ifaçı Stokholmda xüsusi LGBT dostluq şənliyi də təşkil etmişdir.[10]
İl | Albom adı |
---|---|
2004 | Someone Else |
2005 | Accident Prone |
2006 | Unmasked |
2008 | Fortune Teller |
2013 | The Fire |
İl | Mahnı adı |
---|---|
1998 | "Basketball" (Tiara qrupu ilə) |
2000 | "Shine" |
"Falling in Love" | |
2001 | "Spellbound" |
"Don't Give Up" | |
"We'll Ride the Wind" | |
"Deep Inside My Heart" | |
"Butterfly" | |
"Summer Breeze" | |
"Fejn Stahbejtli" | |
2003 | "Love Me or Hate Me" |
"Who I Am" | |
2004 | "Someone Else" |
"Say Hey" | |
"I'm In Love Again" | |
"Must've Been Good" | |
2005 | "Everyday" |
"Get Out" | |
2006 | "Don't Wanna Talk About It" |
"Driving One Of Your Cars" | |
"Accident Prone" | |
"Uh-Oh" | |
"Waking Up To The Light" | |
"Winter Day" | |
2007 | "Arms Of The Ones..." |
"Something To Talk About" | |
"Don't Look Down" | |
2008 | "Idle Motion" |
"Promises" | |
"Elvis Can You Hear Me?" | |
"Shoulders of Giants" | |
2009 | "What's The Matter With You?" |
"Fortune Teller" | |
"What's The Matter With Your Cabrio" | |
"Shoulders of Giants" | |
"Love Song" | |
2010 | "Something to Talk About" |
2012 | "What I'd Give" |
2013 | "The Person I Am" |
"Me Luv U Long Time" | |
2014 | "The Way It's Meant To Be" |
2015 | "Haunted by Love" |
"Chameleon" | |
"That's Why I Love You" | |
2016 | "Walk on Water" |
2017 | "We are the Soldiers" |
"OMG" | |
"Dominoes" |
Əvvəlki: Ember "Warrior" |
Malta Avroviziya Mahnı Müsabiqəsində 2016 |
Sonrakı: Klaudia Faniello "Breathlessly" |