Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
İrigöz kilkə
İrigöz kilkə (lat. Clupeonella grimmi) — Xəzər dənizində yaşayan endemik növdür. == Yayılması == İrigöz kilkə Cənubi və Orta Xəzərin 40-50- m-dən yuxarı (200–500 m və daha çox) dərinliklərində yayılmışdır.Belə sahələr Xəzər dənizinin ümumi sahəsinin 50% - dən çoxunu (200 min km2 ) təşkil edir. İrigöz kilkə üst qatlardan çəkinərək Xəzərin daha dərin qatlarında yaşamağa uyğunlaşdığından dənizdə neft çıxarılan ərazilərdə (müqavilə sahələrində) daha çox təsadüf edilir. Mövsümlə əlaqədar olaraq irigöz kilkə areal daxilində müntəzəm olaraq öz yerini dəyişir. Belə ki, qış - yaz mövsümündə irigöz kilkə Cənubi Xəzərin şimali-qərbində və şərq hissəsində, payız mövsümündə isə Cənubi və Orta Xəzərin şimali - qərbində külli miqdarda toplanır. Adi və ançousabənzər kilkə növlərinə nisbətən irigöz kilkənin başı böyük, gözləri iri, üzgəcləri isə uzun olur. İrigöz kilkə digər kilkələrlə yanaşı Xəzər ixtiofaunasmm vətəgə əhəmiyyətli ən kiçik balıqlarından olub, uzunluğu 45–120 mm-ə, nadir hallarda isə 150 mm-ə çatır. == Morfoloji əlamətləri == D 12-18, orta hesabla 14,8, A 18-21, qəlsəmə dişiciklərini sayı 43-51, orta hesabla 47,4, omurğa pulcuqlarının ümumi sayı 21-30, orta hesabla 26,0-dır. Başı hündür və böyükdür, başının uzunluğu bədən uzunluğunun 23,5%-dən çoxdur.
İrigöz siyənək
İrigöz siyənək (lat. Alosa brashnikovi autumnalis) — siyənəkkimilər fəsiləsinin az saylı növüdür. == Yayılması == Xəzər dənizində yayılmışdır. Azərbaycanda əsasən Cənubi Xəzərin qərb sahil sularında yayılmışdır. Yay fəsilində Yalama Dəvəçi və Giləzi kəsimlərində yayıldığı müşahidə edilmişdir. == Morfoloji əlamətləri == D III-IV (V) 13 - 15, ümumi sayı 16 - 19 (18.0), A (II) III (IV) 16 - 20 (18.5), ümumi sayı 19 - 23 (21.5), qəlsəmə dişciklərinin sayı 25 - 36 (30.0), gövdə fəqərələrin sayı 49 - 52 (50.5), quyruq fəqərələrin sayı 33 - 35 (33.9)-dir. Dişciklər kobud, yastı, əyriüyrü və qəlsəmə yarpaqcıqlarından bir qədər uzundur. Başı və bel tərəfi yaşıl rəngə çalır. Uzunluğu 41 sm-ə qədər olur. == Yaşayış yeri və həyat tərzi == Dəniz siyənəyi olub, çoxalmaq üçün şirin sulara girmir.
İrigöz tunes
İrigöz tunes (lat. Thunnus obesus) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin skumbriyakimilər dəstəsinin skumbriyalar fəsiləsinin tunes cinsinə aid heyvan növü. Əhəmiyyətli bir ticari balıq olan İrigözlü tunes , isti və ilıq dənizlərin açıqlarında tapılar, amma Aralıq dənizidə tapılmaz. Boyu 60-250 sm olar. Başı və gözləri digər tunes böyükdür. Bədənlərinin üst qisimi tünd əmtəəlik mavi, qarınına doğru boz ya da ağlaşar. Kürək və anal üzgəcləri sarı rəngdir. İrigözlü tunes bir çox fərqli balıq növləri yumşaqcalar və qabıqlılar ilə bəslənər.
İrigöz şişqarın
İrigöz şişqarın (lat. Alosa saposchnikowii) — siyənək cinsinin nümayəndəsidir. == Yayılması == Orta və Şimali Xəzərin qərb sahillərinə yaxın yayılmışlar. Cənubi Xəzərdə az miqdarda təsadüf olunur. == Morfoloji əlamətləri == Bədəni uzunsov-hündürdür. Bel üzgəcində 12–15, anal üzgəcində 15–21 şüa var, qəlsəmə dişcikləri seyrəkdir, uzun və kobuddur, sayı 27-dən 40-a qədərdir. Gözləri iri, dişləri möhkəmdir. Hər iki çənədə və xış sümüyündə yaxşı inkişaf etmiş dişlər vardır. Ən irisinin uzunluğu 35 sm-ə çatır, əksəriyyəti 14–21 sm uzunluqda olur, 8 ilə qədər yaşayır. == Yaşayış yeri və həyat tərzi == Daim dənizdə yaşayan irigöz şişqarına Xəzərin hər yerində təsadüf olunur.
İrigözlü tunes
İrigöz tunes (lat. Thunnus obesus) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin skumbriyakimilər dəstəsinin skumbriyalar fəsiləsinin tunes cinsinə aid heyvan növü. Əhəmiyyətli bir ticari balıq olan İrigözlü tunes , isti və ilıq dənizlərin açıqlarında tapılar, amma Aralıq dənizidə tapılmaz. Boyu 60-250 sm olar. Başı və gözləri digər tunes böyükdür. Bədənlərinin üst qisimi tünd əmtəəlik mavi, qarınına doğru boz ya da ağlaşar. Kürək və anal üzgəcləri sarı rəngdir. İrigözlü tunes bir çox fərqli balıq növləri yumşaqcalar və qabıqlılar ilə bəslənər.
İkigöz körpüsü
İkigöz körpüsü — Azərbaycanda Göygöl şəhərində yerləşən körpü. Körpü XVI əsrdə tikilmişdir. Körpü Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli 132 nömrəli qərarı ilə ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına 4287 qeydiyyat nömrəsi ilə əlavə edilmişdir.
Birgöz
Birgöz (lat. Ligustrum) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin zeytunkimilər fəsiləsinə aid bitki cinsi. == Təbii yayılması == Yarpağıtökülən, yaxud həmişəyaşıl kollar, bəzən ağaclardır (hünd. 10 m-ədək). Yarpaqları qarşılıqlı, sadə, ellipsşəkilli, tamkənarlıdır. Süpürgəvarı və ya salxımvarı, təpə, yaxud qoltuq çiçək qrupunda birləşən çiçəkləri xırda, ağ, ətirli, çiçək tacı bitişikləçəklidir. Meyvələri qara giləmeyvəyəbənzər çəyirdəkmeyvədir. Çiçəyində efir yağı, qabıq və yarpağında aşı maddəsi olur. Avrasiyanın mülayim və tropik zonalarında yayılmış təqribən 50 növü məlumdur. Müxtəlifrəngli yarpaqları olan bir çox bağ forması və sortları var.
Adi birgöz
Adi birgöz (lat. Ligustrum vulgare) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin zeytunkimilər fəsiləsinin birgöz cinsinə aid bitki növü. == Sinonimləri == Ligustrum album Gueldenst. ex Ledeb. Ligustrum angustifolium Gilib. [Invalid] Ligustrum decipiens Gand. Ligustrum insulare Decne. Ligustrum insulense Decne. Ligustrum italicum Mill. Ligustrum lodense Glogau Ligustrum oviforme Gand.
Birgöz Ballıqaya
Yuxarı Ballıqaya — Azərbaycan Respublikasının Goranboy rayonunun Yuxarı Ağcakənd qəsəbə inzibati ərazi dairəsində kənd. == Tarixi == Kənd 1990-cı ildə ermənilərin hücumları zamanı dağıdılmışdır. == Toponimikası == Ballıqaya kəndi Quruçayın sahilində, dağ yamacındadır. Keçmiş adı Birgöz Ballıqaya olmuşdur. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 58 nəfər əhali yaşayır.
Girdəyarpaq birgöz
Girdəyarpaq birgöz (lat. Ligustrum ovalifolium) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin zeytunkimilər fəsiləsinin birgöz cinsinə aid bitki növü. == Təbii yayılması == Vətəni Yaponiya və Koreyadır. Fransa, İspaniya, İtaliya, Meksika, Kosta-Rika, Qvatemala, Honduras, Kanadanın Ontario əyaləti, ABŞ və Böyük Britaniyada yayılmışdır. == Botaniki təsviri == İsti rayonlarda həmişəyaşıl və ya yarımhəmişəyaşıl koldur. Hündürlüyü 3-4 m-dir. Qalın, ətli yarpaqların üstü yaşıl, alt tərəfi yaşıl-sarıdır. Yayın ortalarında çiçəkləyir, bol ağ çiçəklərinin güclü qoxusu vardır. Çiçəkləri süpürgəyə yığılmışdır. Onların dörd qıvrım ləçəkləri və iki hündür, sarı və ya qırmızı tozcuğu olan erkəkcikləri vardır və onların arasında alçaq dişicik yerləşir; çiçək mayalandıqdan sonra ləçəkləri və erkəkcikləri tökülür və dişicik borucuğun kasacığında qalır.
Parlaq birgöz
Parlaq birgöz (lat. Ligustrum lucidum) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin zeytunkimilər fəsiləsinin birgöz cinsinə aid bitki növü. == Təbii yayılması == Təbii halda Çində, Yaponiyada və Koreyada bitir. == Botaniki təsviri == Hündürlüyü 6 m-ə çatan, şaxələnmiş çətirli koldur. Yarpaqları 15 sm uzunluqda olub, uzunsov-yumurtavari, kənarlardan nisbətən burulmuş formada, üstdən tünd yaşıl, altdan açıq yaşıl rəngdə, parlaqdır. Çiçəkləri ətirli, ağ rəngli, oturaq və uzunluğu 18 sm olan süpürgə çiçək qrupuna toplanmışdır. Çiçəkləməsi may ayında başlayır və təxminən 3 ay davam edir. == Ekologiyası == Meyvələri xırda, tünd göy rəngli, yumru və ya yumurtaşəkilli, sentyabr-oktyabr aylarında yetişir. Torpağa tələbkar, istisevən və kölgəyə davamlıdır. == Azərbaycanda yayılması == Rayonlarda park və bağlarda rast gəlinir.
İrgiz çayı
İrgiz çayı — Qazaxıstanın Aktübinsk vilayətində çay. == Ümumi məlumat == İrgiz Turqay çayının sağ qoludur. Uzunluğu 593 km-dir.Muqocar dağlarının şimal yamaclarından öz mənbəyini götürür. Əsasən qar suyu ilə qidalanır.
Origo
Origo (azərb. Mənşə‎) — Macarıstanın 2017 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı. Yoçi Papai "Origo" mahnısı ilə Macarıstanı Ukraynanın paytaxtı Kiyevdə keçirilən Avroviziya 2017-də təmsil etmişdir. Qaraçı musiqisinin zəngin şəkildə təbliğ edildiyi mahnı ifaçı tərəfindən bəstələnmişdir.
İriao
İriao (gürc. ირიაო) – David Malazonia tərəfindən idarə olunan bir gürcü caz və folk musiqi qrupu. Onlar 2014-cü ildə Malayziyada keçirilən Borneo Caz Festivalında çıxış etmişdirlər. İriao qrupu "For You" mahnısı ilə Gürcüstanı Portuqaliyanın Lissabon şəhərində keçirilən 2018 Avroviziya Mahnı Müsabiqəsi təmsil etmişdirlər. Qrup əsasən Gürcü folk musiqisi və caz musiqisini sintez etməsinə görə tanınır.
Böyük Qriqor
Qriqor (doğum və ölüm tarixləri bilinmir) – X əsrdə hakimiyyətdə olmuş Xaçın knyazı. Saak Sevadanın oğlu, Hovannes Sənəkərimin qardaşıdır. Erməni hökmdarı II Aşot tərəfindən əsir alınmış və gözləri çıxardılmışdı. Bioqrafik məlumatları saxlanmamışdır.
II Qriqor
II Qriqor Sənəkərim (doğum tarixi bilinmir - 1166) — 1096 - 1103 və ya 1105 – ci ildən 1166 - cı ilə kimi hakimiyyətdə olmuş Sünik knyazı. == Bioqrafiya == II Qriqor taxtda atası Sənəkərimi əvəz etmişdi. Onun hakimiyyəti əsasən Cənubi Sünik ərazisini – Balk havarını (Qafan) əhatə edirdi. Onun hakimiyyəti dövründə Sünik knyazlığı xeyli zəifləmiş, Gəncədəki Səlcuqlu əmiri bir neçə Sünik qalasını ələ keçirmişdi. Kişi varisi olmadığına görə, (qardaşı 1166-cı ildə Səlcuqlu əmiri ilə döyüşdə öldürülmüşdü) ölümündən sonra taxta qızı Kət və Xaçın zadəganlarından olan Vaxtanq-Həsənin oğlu Həsən Hərəkərəçi keçmişdi.
I Qriqor
I Qriqor Aşotyan (doğum tarixi naməlum — 1072 və ya 1084) – Sünik knyazlığının 1044/51 – 1072/84 – cü illərdə hakimiyyətdə olmuş dördüncü knyazı. == Bioqrafiya == I Qriqor taxtda qardaşı II Smbatı əvəz etmiş, Loru hakimi ilə münasibətləri gücləndirmişdi. 1046 – cı ildə Sünik knyazı I Qriqor və Loru hakimi Torpaqsız Davidin orduları öz ərazilərini genişləndirməyə çalışan Şəddadilər sülaləsindən olan Dəbil hakimi Əbüləsvara qarşı döyüşmüşlər. Səlcuqluların Cənubi Qafqaza yürüşü zamanı I Qriqor Sünikin bütün hərbi qüvvəsini öz idarəsi altında birləşdirmişdi. Lakin Alp Arslanın ordusu ilə müqayisədə zəif orduya malik olduğunu görən I Qriqor Süniki dağıntılardan xilas etmək üçün Səlcuqlulardan vassal asılılığını qəbul etməyə məcbur oldu. Varisi olmadığına görə I Qriqordan sonra taxta Xaçın zadəgan sülalələrindən olan arvadının böyük qardaşı Sənəkərim keçmişdi.
Qriqol Abaşidze
Qriqol (Qriqori) Qriqoryeviç Abaşidze (gürcü dilində: გრიგოლ გრიგოლის ძე აბაშიძე; 1 avqust 1914, Zeda Rqani[d], Kutaisi quberniyası, Rusiya imperiyası – 29 iyul 1994, Tbilisi) — sovet və gürcü şair və yazıçısı. Gürcüstan SSR Himninin mətninin müəllifi (1944), Sosialist Əməyi Qəhrəmanı (1974), II dərəcəli Stalin mükafatı laureatı (1951), 1967-ci ildən Gürcüstan Yazıçılar Birliyinin İdarə Heyətinin birinci katibi, Gürcüstan SSR Elmlər Akademiyasının akademiki (1979), 8–11-ci çağırış SSRİ Ali Sovetinin deputatı.. == Həyatı == Qriqol Abaşidze 1914-cü il 19 iyulda (1 avqustda) Çiatura şəhərində anadan olmuşdur. 1931-ci ildə Tbilisidə orta məktəbi bitirmişdir. 1936-ci ildə İ.V.Stalin adına Tbilisi Dövlət Universitetinin filologiya fakultəsini bitirmişdir. Əsərləri 1934-cü ildən çap olunur. Abaşidzenin poeziyasının əsas qəhrəmanları zəhmətkeş insan surətləri ("Bani",1939) olmuşdur. Böyük Vətən Müharibəsi illərində qələmə aldığı "Düşmənlər" (1941), "Tankların döyüşü"(1941), "Bayraq"(1943) və həmçinin "Məğlubedilməz Qafqaz"(1943) poemasında müharibə mövzusu, Sovet adamlarının mərdliyi əsas ideya xəttini təşkil edir. Abaşidze 1944-cü ildə Aleksandr Abaşeli ilə birlikdə Gürcüstan SSR-in Himninin mətnini yazmışdır. Abaşidzeyə 1949-cu ildə yazdığı "Cənub sərhəddində" (gürcü dilində:სამხრეთის საზღვარზე), 1950-ci ildə yazdığı "Lenin Samqaridə" (gürcü dilində:ლენინი სამგორში) adlı seirlər silsiləsinə əsasən 1951-ci ildə II dərəcəli Stalin mükafatına layiq görülmüşdür.
Qriqol Baqrationi
Qriqol Baqrationi və ya Gürcüstan şahzadəsi Qriqol (ing. Prince Grigol of Georgia; 24 yanvar 1789, Tiflis – 21 sentyabr 1830, Sankt-Peterburq) — Bagrationidən bir gürcü kral şahzadəsi.
Qriqol Robakidze
Qriqol Titoviç Robakidze (gürc. გრიგოლ ტიტეს ძე რობაქიძე; 28 oktyabr 1882 – 19 noyabr 1962, Cenevrə) — gürcü yazıçısı, publisist və ictimai xadimi; gürcü simvolistlərinin "Mavi buynuzlar" ədəbi qrupunun üzvü. == Həyatı == Qriqol Titoviç Robakidze 1880-ci il oktyabrın 28-də Rusiya imperiyasının eyniadlı quberniyasının Kutaisi qəzasının Svir kəndində anadan olub. Altı yaşından Kutaisi İlahiyyat Məktəbində, 1895-1901-ci illərdə Kutaisi İlahiyyat Seminariyasında təhsil alıb. Mənəvi təhsil aldıqdan sonra 1901-ci ilin avqustunda Yuryevsk (indiki Tartu) Universitetinin hüquq fakültəsinin tələbəsi olub. Lakin həmin ilin dekabrında təhsil haqqını ödəyə bilmədiyinə görə xaric edilib. Almaniyaya getmiş və 1902-1906-cı illərdə Leypsiq Universitetinin fəlsəfə fakültəsində təhsil almışdır. 1908-ci ildə Rusiya imperiyasına qayıdan Qriqol Robakidze Kutaisi və Tiflisdə gürcü və xarici ədəbiyyatdan kütləvi mühazirələr oxuyur. O, Rusiyanın paytaxtında olub, burada rus şair və yazıçıları ilə tanış olur. Onların arasında Andrey Belıy, Zinaida Gippius, Valeri Bryusov və başqaları var idi.
Qriqol Vaşadze
Qriqol Vaşadze (gürc. გრიგოლ ვაშაძე;' d. 19 iyul 1958, Tbilisi, Gürcüstan SSR, SSRİ) — Gürcüstan diplomatı və siyasətçisi, Gürcüstan Xarici İşlər Naziri (6 dekabr 2008-25 oktyabr 2012). == Bioqrafiyası == Qriqol Vaşadze Tbilisdə Nodar Vaşadze və Elene Bakradzenin ailəsində doğuldu. 1975-ci ildə Tbilisi 61 saylı orta məktəbi bitirdi. 1981-ci ildə Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunun beynəlxalq hüquq fakültəsini bitirdi. 1981-1988-ci illərdə Sovet İttifaqının Xarici İşlər Nazirliyinin Beynəlxalq Təşkilatlar şöbəsində, sonra isə Kosmos və Nüvə Silahları şöbəsində fəaliyyət göstərdi. 1988-1990-cı illər arası Diplomatik akademiyanın aspirantı idi. 1990-cı ildən 2008-ci ilə qədər Vaşadze şəxsi bizneslə məşğul idi və qurduğu "Georgia Arts Management" və "Gregory Vashadze and BR" şirkətlərini idarə edirdi. 2008-ci ildən dövlət xidmətinə qayıdaraq fevralın 6-sı Gürcüstan Xarici İşlər nazirinin müavini təyin edildi.
Qriqor Antipa
Qriqor Antipa (27 noyabr 1867 – 9 mart 1944, Buxarest) — rumıniyalı Darvinist bioloq, zooloq, hidrobioloq, okeanoloq, limnoloq. Rumıniyada hidrobioloji və ixtiologiya məktəbinin qurucusu. Dunay Deltasının və Qara dənizin faunasını araşdırmışdır. Buxarest Təbiət Muzeyinin direktoru (1892-1944) və Rumıniya Akademiyasının üzvü (1910) olmuşdur. Botoşani'də bir vəkil ailəsində anadan olmuşdur. Valideynlərini Erkən itirmiş və xalası onun tərbiyəsi ilə məşğul olmuşdu. Böyük qardaşı Nikolasın köməkliyi ilə təqaüd aldı və Almaniyada Yena Universitetində təhsil almağa başladı. Məzuniyyətdən sonra Fransa, İtaliya, Kapri şəhərində tədqiqat aparıb, o, balıq və dəniz anası quruluşunu öyrənmişdir. 1892-ci ildə zoologiya kafedrasına başçılıq edir və sonra Buxarest Təbiət Tarixi Muzeyinin direktoru vəzifəsinə keçdi. Bu vəzifədə, həyatının sonuna qədər işləmişdir.
Qriqor Artsruni
Qriqor Artsruni (erm. Գրիգոր Արծրունի; 27 fevral (11 mart) 1845, Moskva – 19 (31) dekabr 1892, Tiflis) — erməni liberal-burjua publisisti, "Mşak" qəzetinin naşiri və redaktoru. O, Andrey Artsruninin qardaşı olmuşdur. == Həyatı == Qriqor Artsruni 27 fevral 1845-ci ildə Rusiya imperiyasının Moskva şəhərində anadan olmuşdur. O, latın, alman, fransız, rus və erməni dillərini öyrənmişdir. Artsruni 1863-cü ildə Birinci Tiflis Kişi Gimnaziyasında kurs bitirmiş, sonra Moskva və Sankt-Peterburq Universitetlərində təhsil almışdır. O, ardınca Heydelberq Universitetinə daxil olmuş, burada siyasi və iqtisadi elmlər üzrə təhsil almışdır. Artsruni 1869-cu ildə elmlər namizədi alimlik dərəcəsi aldıqdan sonra Tiflis şəhərinə qayıtmışdır. Qriqor Artsruni ədəbi fəaliyyətinə "Meğu hayastani" ("Ermənistan arısı") və "Haykakan aşxar" ("Erməni dünyası") qəzetlərində başlamış, sonra 1872-ci ildə "Mşak" ("Əməkçi") qəzetini təsis etmişdir. Qəzetin ilk əməkdaşlarından biri yazıçı Perç Proşyan olmuşdur.
Qriqor Hammam
Qriqor Hammam – IV Xaçın knyazı, Albaniya knyazı, alim, yazıçı. == Həyatı == Atrnersehin oğlu idi. Nə vaxt doğulduğu haqda məlumat yoxdur. == Hakimiyyəti == Arranın böyük bir hissəsini özünə tabe edən Qriqor, özündən əvvəlki Xaçın knyazlarından fərqli olaraq Kambisenanı da idarə etmişdi. O, qısa müddətə olsa da,"ləğv edilmiş Alban dövlətini bərpa etmişdi." Moisey Kalankatlı onun haqqında yazır: "Bundan sonra mömin knyaz Hammam tənəzzül etmiş Alban knyazlığını bərpa etdi, necə ki, Aşot Baqratuni bunu Ermənistanda etmişdi. Bu iki hadisə eyni vaxtda olmuşdu. Həmin Hammam bu həyatin faniliyi eşqinə öz qardaşının qanının tökülməsinin banisi idi və Allaha qarşı olan öz böyük günahlarını yumaq üçün kilsələr tikdirdi, bütün kasıb və ehtiyacı olanlar üçün böyük işlər gördü." == Sacilərlə münasibətlər == 893-cü ildə Qriqor Hammam Sacilər sülaləsindən olan Azərbaycan əmiri Məhəmməd ibn Əbu Sac tərəfindən tutulmuş erməni katolikosu II Georqu böyük məbləğ qarşılığında azad edərək Ermənistana göndərmişdi. == Yaradıcılığı == Qriqor Hammam eyni zamanda "Suallar və Cavablar" (856–865) traktatının müəllifidir. Onun bir neçə dini-liturgiya xarakterli şeirləri də dövrümüzə çatmışdır. O, Frakiyalı Dionisiyanın qrammatikasının tərcüməsinin və bir neçə başqa əsərin müəllifidir.
Qriqor Magistros
Qriqor Magistros (erm. Գրիգոր Մագիստրոս; təq. 990, Bjni – 1058) — erməni alimi və yazıçısı. Zadəgan Pahlavuni ailəsinin üzvü olan Magistros Pakraduni, Bizans və son olaraq Kilikiya saraylarında mühüm rol oynamışdır.
Qriqor Narekatsi
Qriqor Narekatsi (erm. Գրիգոր Նարեկացի; ən tezi 945 və ən geci 951[…] – ən tezi 1003 və ən geci 1011) — erməni mistik və lirik şair, rahib və ilahiyyatçı. O, Erməni Apostol və Katolik Kilsələrində müqəddəs kimi hörmət edilir və 2015-ci ildə Papa Fransisk tərəfindən Kilsənin Doktoru elan edilib.
Qriqor Nazianzen
Qriqór Nazianzén (yun. Γρηγόριος Ναζιανζηνός) və ya İlahiyyatçı Qriqor (329 və ya 330 – 25 yanvar 389 və ya 390) — xristian ilahiyyatçısı, kilsə müqəddəsi, Konstantinopol arxiyepiskopu, Kappadokiya kilsə atalarından biri. == Həyatı == 329-cu ildə Roma İmperiyasının Arianzum şəhərində (indiki Türkiyənin Niğde şəhərinin yaxınlığında) doğulmuşdur. Onun atası Nazianz şəhərinin yepiskopu Qriqor, anası isə Müqəddəs Nonna olmuşdur. O, Kapadokiya Qeysəriyyəsi (indiki Türkiyənin Kayseri şəhəri) və Fələstin Qeysəriyyəsi (indiki İsrailin Qeysəriyyə şəhəri) şəhərlərində təhsil aldıqdan sonra İsgəndəriyyədə biliklərini təkmilləşdirmiş, oradan isə elm dalınca Afinaya getmişdir. Əsərlərində neoplatonizm təsiri duyulan ilahiyyatçı burada antik filosoflar, o cümlədən Platon və Aristotelin yaradıcılığı ilə yaxından tanış olmuşdur. Sonralar Kapadokiya Qeysəriyyəsinin arxiyepiskopu olmuş ilahiyyatçı Müqəddəs Vasili və məşhur imperator Mürtəd Yulian (xristianlığı tərk etdiyi üçün "Mürtəd" ləqəbi almışdır) onunla birlikdə Afinada təhsil almışlar. == Fəaliyyəti == Vasili 371-ci ildə Kapadokiya Qeysəriyyəsinə arxiyepiskop təyin olunduqdan sonra Qriqor kiçik Sasim şəhərinin yepiskopluğunu təklif etmişdir. Təklifi qəbul edən ilahiyyatçı bir müddət burada fəaliyyət göstərdikdən sonra yenidən doğma şəhərinə qayırmış, ancaq burada da rahatlıq tapmayıb üç il səhrada yaşamışdır. Qriqor Basilə yazdığı məktublarında həmkarını arianlarla (kilsədən uzaqlaşdırılmış Ariusun rəhbərlik etdiyi heretik sayılmış xristian cərəyanı) apardığı mübarizəyə onu da qoşmağa çalışmasına görə tənqid etmişdir: "Sən məni tənbəllikdə qınayırsan ki, yepiskop olmaq istəmədim və sizinlə bərabər sümük üstündə çarpışan köpəklər kimi çarpışmadım.
Sarıgöz göyərçin
Sarıgöz göyərçin (lat. Columba eversmanni) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin göyərçinkimilər dəstəsinin göyərçinlər fəsiləsinin göyərçin cinsinə aid heyvan növü.