Girdəyarpaq birgöz

Girdəyarpaq birgöz (lat. Ligustrum ovalifolium) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin zeytunkimilər fəsiləsinin birgöz cinsinə aid bitki növü.

Girdəyarpaq birgöz
Elmi təsnifat
Beynəlxalq elmi adı

Təbii yayılması[redaktə | mənbəni redaktə et]

Vətəni Yaponiya və Koreyadır. Fransa, İspaniya, İtaliya, Meksika, Kosta-Rika, Qvatemala, Honduras, Kanadanın Ontario əyaləti, ABŞ və Böyük Britaniyada yayılmışdır.

Botaniki təsviri[redaktə | mənbəni redaktə et]

İsti rayonlarda həmişəyaşıl və ya yarımhəmişəyaşıl koldur. Hündürlüyü 3-4 m-dir. Qalın, ətli yarpaqların üstü yaşıl, alt tərəfi yaşıl-sarıdır. Yayın ortalarında çiçəkləyir, bol ağ çiçəklərinin güclü qoxusu vardır. Çiçəkləri süpürgəyə yığılmışdır. Onların dörd qıvrım ləçəkləri və iki hündür, sarı və ya qırmızı tozcuğu olan erkəkcikləri vardır və onların arasında alçaq dişicik yerləşir; çiçək mayalandıqdan sonra ləçəkləri və erkəkcikləri tökülür və dişicik borucuğun kasacığında qalır. Meyvələri çəyirdəkdir, bənövşəyidən qara rəngədək dəyişir. Əlverişli bitmə şəraitində hər koldan min meyvə yığmaq olar.

Ekologiyası[redaktə | mənbəni redaktə et]

Torpağa tələbkar deyildir, şaxtaya, quraqlığa davamlıdır, lakin sərt şaxtalarda donmaya məruz qala bilər.

Azərbaycanda yayılması[redaktə | mənbəni redaktə et]

Böyük və Kicik Qafqazda təbii halda yayılmışdır.

İstifadəsi[redaktə | mənbəni redaktə et]

Girdəyarpaq birgöz növü dekorativ bitki kimi bir çox ölkələrdə geniş becərilir. Bəzi pulcuqlu qanadlı növlərin sürfələri tərəfindən qida bitkisi kimi istifadə edilir. Bitkinin bütün hissələri zəhərlidir.

İstinadlar[redaktə | mənbəni redaktə et]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]