Qriqor Artsruni

Qriqor Artsruni (erm. Գրիգոր Արծրունի; 27 fevral (11 mart) 1845[1][2], Moskva[1][2]19 (31) dekabr 1892[2], Tiflis[1]) — erməni liberal-burjua publisisti, "Mşak" qəzetinin naşiriredaktoru. O, Andrey Artsruninin qardaşı olmuşdur.

Qriqor Artsruni
erm. Գրիգոր Արծրունի
Doğum tarixi 27 fevral (11 mart) 1845[1][2]
Doğum yeri
Vəfat tarixi 19 (31) dekabr 1892[2] (47 yaşında)
Vəfat yeri
Dəfn yeri
  • Xocivank panteonu[d]
Təhsili
Fəaliyyəti publisist, ədəbiyyat tənqidçisi, ictimai xadim, iqtisadçı
Elmi dərəcələri
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Qriqor Artsruni 27 fevral 1845-ci ildə Rusiya imperiyasının Moskva şəhərində anadan olmuşdur. O, latın, alman, fransız, ruserməni dillərini öyrənmişdir. Artsruni 1863-cü ildə Birinci Tiflis Kişi Gimnaziyasında kurs bitirmiş, sonra Moskva və Sankt-Peterburq Universitetlərində təhsil almışdır.[3] O, ardınca Heydelberq Universitetinə daxil olmuş, burada siyasi və iqtisadi elmlər üzrə təhsil almışdır. Artsruni 1869-cu ildə elmlər namizədi alimlik dərəcəsi aldıqdan sonra Tiflis şəhərinə qayıtmışdır. Qriqor Artsruni ədəbi fəaliyyətinə "Meğu hayastani" ("Ermənistan arısı") və "Haykakan aşxar" ("Erməni dünyası") qəzetlərində başlamış, sonra 1872-ci ildə "Mşak" ("Əməkçi") qəzetini təsis etmişdir. Qəzetin ilk əməkdaşlarından biri yazıçı Perç Proşyan olmuşdur. Buna baxmayaraq, o, Artsruni ilə fikir ayrılığına görə tezliklə istefa vermişdir.[4]

Qriqor Artsruni 31 dekabr 1892-ci ildə Tiflis şəhərində vəfat etmişdir.[5]

  1. 1 2 3 4 5 6 7 8 9 10 11 12 Erməni Sovet Ensiklopediyası (erm.). / red. Վ. Համբարձումյան, Կ. Խուդավերդյան Հայկական հանրագիտարան հրատարակչություն, 1974.
  2. 1 2 3 4 5 6 7 8 Հայկական համառոտ հանրագիտարան (erm.). Հայկական հանրագիտարան հրատարակչություն, 1990. C. 1.
  3. "Арцруни Григорий" (rus). 17 dekabr 2005 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 iyun 2022.
  4. Веселовский, Юрий Алексеевич. Прошьяц, Перч  // Энциклопедический словарь Брокгауза и Ефрона: В 86 томах (82 т. и 4 доп.). СПб.. 1890–1907.
  5. Под редакцией Ф. В. Константинова. Арцруни // Философская Энциклопедия. В 5-х т. — М.: Советская энциклопедия. 1960—1970.
  • Калашьян В. А., «Общественные взгляды Григора Арцруни», «Учёные записки Ереванского государственного русского педагогического института имени А. А. Жданова», 1949, том I.