Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Kəkələmə
Kəkələmə — normal nitqin pozulması. Kəkələmə xəstəlik olmasa da, bu ciddi bir problemdir. Kəkələmə çox zaman 3-5 yaşlar arasında olan uşaqlarda inkişaf edir. Oğlanlarda qızlarla müqayisədə bu pozulma daha tez-tez hallarda inkişaf edir. Bu günə kimi tibbdə kəkələmənin inkişaf etmə mexanizmi dəqiq təyin olunmayıb. Kəkələmənin inkişaf etmə səbəbləri arasında: uşağın baş beyinin funksiyalarının müxtəlif səbəblərə görə (doğum travması, asfiksiya, baş-beyin travmaları - beyinin silkələnməsi və s., beyini zədələyən infeksiyaların keçirilməsi və s.) pozulması; ağır psixoloji travmalar - güclü qorxu (və ya bəzən güclü sevinc) və s. insan psixikasına mənfi təsir edən uzunsürən vəziyyətlər. == Uşaqlarda kəkələmə == Bəzən kəkələmə uşaqlarda özünü kəkələyən ailə üzvünə bənzətmə reaksiyası kimi inkişaf edir. Lakin bu halda da uşaq müalicə olunmalıdır. Kəkələyən uşaqlar həmyaşıdlarla ünsiyyətdə, uşaq bağçasında, məktəbdə müxtəlif problemlərlə üzləşir ki, bu da onların davranışına, xasiyyətinə mənfi təsir edir.
Təkləmə
Təkləmə — Azərbaycanda ən çox yazqabağı (bayramqabağı) günlərdə əsasən uşaq və gənclər arasında, geniş şəkildə oynanılan qədim oyunlarından biridir. == Ümumi məlumat == Təkləmə ilaxır çərşənbə və Novruz bayramı günlərində eləcə də digər günlərdə icra olunan uşaq oyunlarından biridir. == Oyunun qaydaları == Oyunun keçirilmə qaydası belədir: məhəllə uşaqları meydançaya, məhəllə həyətlərinə toplaşıb iki dəstəyə bölünür. Hər dəstənin başçısı oxuyur. Dəstə üzvləri əl çalır. Birinci dəstənin başçısı oxuyur. İkinci dəstənin başçısı cavab verir: Birinci dəstənin başçısı. İkinci dəstənin ayaq tərəfindən iki uşaq ayrılıb birinci dəstəyə qoşulur. Bu vaxt növbə ikinci dəstənin başçısına çatır. O, oxuyur: İndi birinci dəstədən üç uşaq ayrılıb ikinci dəstəyə qoşulur.
Kələmə
Kələmə— İranın Buşehr ostanının Dəştistan şəhristanının Buşkan bəxşində şəhər və onun mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 1,937 nəfər və 436 ailədən ibarət idi.
Kəkələr (Urmiya)
Kəkələr (fars. ‎كاكالر‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 82 nəfər yaşayır (24 ailə).
II Kəkələyən Lüdovik
II Kəkələyən Lüdovik (lat. Ludowicus Balbus, fr. Louis le Begue; 1 noyabr 846 – 10 aprel 879) — 866-cı ildən Akvitaniya kralı (III Lüdovik adı ilə), Qərbi Frank krallığının hökmdarı, 877-ci ildən Lotaringiya kralı və Provans kralı. Karolinqlər sülaləsindəndir. II Keçəl Karl və Orleanlı İrmentrudanın oğludur. Lüdovik 8 oktyabr 877-ci ildə Reyms arxiyepiskopu Hinkmar, 878-ci ilin avqustunda isə Roma papası VIII İoann tərəfindən taclandırılmışdır. == İstinadlar == == Əlavə ədəbiyyat == This article incorporates text from a publication now in the public domain: Kisholm, Hyu, redaktor Louis II. of France // Britannika Ensiklopediyası. 17 (XI). Cambridge University Press. 1911.
Keşləmə
Keş yaddaş (ing. cache) — prosessorla əsas yaddaş arasında yerləşən kiçik tutuma və yüksək işləmə sürətinə malik yaddaşdır. ən güçlü prossessor İ7 dir. Əsasən onu təmizləyərək yaddaşı artırırlar. Bu zaman heç bir şey silinmir əksinə yenilənir Əməli yaddaşa müraciəti sürətləndirmək, kompüterin məhsuldarlığını artırmaq üçün onlarda xüsusi hazırlanmış yaddaşdan - keş yaddaşdan istifadə edilir. Bütün əsas yaddaşın sürətlə işləyən keş-yaddaş kimi hazırlanması texnoloji cəhətdən çox baha başa gələrdi. Odur ki, iqtisadi cəhətdən kiçik tutuma malik yaddaş sahəsinin sürətinin artırılması əlverişlidir. Kompüterin yaddaşına müraciət edən zaman verilənlər keş-yaddaşdan axtarılır. Buna əsas səbəb odur ki, keş-yaddaşa verilənləri axtarmaq üçün edilən müraciət vaxtı əməli yaddaşa edilən müraciət vaxtından bir neçə dəfə azdır. Keş-yaddaşın tutumu artdıqca kompüterin işləmə sürəti də artmış olur.