Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Kanin Kamen
Kanin Kamen — Kanin yarımadasının şimalında, yaylaya bənzər tirə. İnzibati baxımdan Rusiya, Arxangelsk vilayəti, Nenets Muxtar Dairəsi ərazisinə daxildir. Kanin Kamen Timanski tirəsinin davamını təşkil edir. Tirə kristalik şistdən təşkil olunmuşdur. Onun maksimal hündürlüyü 241 metrdir. Şimal-qərb qutaracağı Kanin Nos, cənub-şərq qutaracağı isə Mikulkin Nos burnunu əmələ gətirir.
Karmin
Karmin (qida qatqısı)
Karzin
Karzin və ya Fəthabad — İranın Fars ostanının Qir və Karzin şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 7,953 nəfər və 1,651 ailədən ibarət idi.
Kayzen
Kayzen — yapon sözü olub mənası "yaxşılığa doğru dəyişmək", "inkişaf etmək" deməkdir. “Kaizen: The Key to Japan’s Competitive Success” kitabından sonra populyarlaşan və istehsalda geniş tətbiq edilməyə başlayan kayzen, keyfiyyət menecment sistemidir. Əsasən sənayedə (xüsusilə Toyota şirkətində) tətbiq olunsa da, kayzen gündəlik həyatda da istifadə olunur. Sözün düzgün yazılış forması "kaizen"dir. Lakin dilə yatımlılığına görə kayzen şəklində tələffüz edilir.
Kazerun
Kazirun — İranın Fars ostanının şəhərlərindən və Kazirun şəhristanının mərkəzidir.2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 84,594 nəfər və 20,810 ailədən ibarət idi.
Kodein
Kodein (metilmorfin) — tiryəkin əsas alkaloidlərindən biri olub, tibbdə analgetik, öskürəkkəsici və ishal əlehinə vasitə kimi istifadə edilir. Tiryəkin tərkibində 0,2–2% kodein vardır. Hind tiryəkinin ayrı-ayrı çeşidlərində kodeinin miqdarı 6%-ə çatır. Kodein çox güclü əsasdır, suda, etil spirtində, xloroformda, dietil efirində və duru turşu məhlullarında yaxşı həll olur, qələvi məhlullarda isə həll olmur. == Tarixçəsi == Kodein qədim yunan mənşəli söz olub κώδεια (kṓdeia) "xaşxaş başı" mənasını verir. İlk dəfə 1832-ci ildə Fransız kimyaçı Pierre-Jean Robiquet tərəfindən tiryəkdən ekstraksiya edilərək alınmışdır. == Alınması == Kodein təbii mənbəyi olan tiryəkdən ekstraksiya yolu ilə alınsa da əsasən morfinin o-metilləşəməsi prosesi ilə sintez edilir. Kodeinin morfindən sintezi ilk dəfə 20-ci əsrin sonlarında Robert C.Corcoran və Junning Ma tərəfindən tamamlanmışdır. == İstifadəsi və təsirləri == Kodein tibbdə daha çox əsas, fosfat və sulfat duzu şəklində işlənir. Orqanizmə göstərdiyi təsirə görə morfinə bənzəyir.
Kofein
Kofein (1,3,7-trimetil-1H-purin-2,6(3H,7H)-dion) — qəhvə ağacı və ya çay və bu kimi digər bitkilərin tərkibində olan alkaloid. Kimyəvi sintez yolu ilə də alınır. Müxtəlif içkilərin tərkibinə sinir sisteminə müsbət təsir göstərilməsi məqsədilə kiçik dozalarda qatılır. Böyük miqdarda qəbulu təhlükəlidir. Eyni vaxtda 10 qramdan çox qəbulu ölümlə nəticələnir. == Alınması == Çay yarpaqlarında və qəhvə dənələrində 1-3% purin törəməsi - kofein alkaloidi vardır. Çayın dəmlənməsi və ya qəhvənin hazırlanması zamanı kofein məhlula keçir. Bitkilərdə kofein purin əsasları - adenin və quanindən mürəkkəb reaksiyalar vasitəsilə əmələ gəlir. Sənayedə onu çay istehsalının tullantılarından və sortsuz kofe dənələrindən ayırmaqla yanaşı, həmçinin sintetik yolla alırlar. == Fiziki-kimyəvi xassələri == Kofein C8H10N4O2 acı dada malik qaynar suda və xloroformda yaxşı həll olan ipəkvari kristallara malik rəngsiz maddədir (tər=235oC).
Vazelin
Vazelin – neft emalı məhsulu; Bəzi bərk karbohidrogenlərin və ya onların qarışığının sürtkü yağlarında həll edib sulfat turşusu gillə təmizləməklə alınan məlhəməbənzər bircinsli kütlədir.
Kammin
Kammin (alm. Hochstift Cammin‎, pol. Kamień Pomorski) — həm 1140-1544-cü illərdə Pomeraniya hersoqluğunda mövcud olmuş keçmiş Roma Katolik kilsəsinin yeparxiyası, həm də 1248-1650-ci illərdə Kolobjeq bölgəsindəki Müqəddəs Roma İmperiyasının dünyəvi ərazisi (knyaz-yepiskopluq). Yeparxiya XII əsrdə Qriffin sülaləsinin nəzarətində olan əraziləri, yəni Rügen knyazlığı istisna və Penyaətrafı, Meklenburq-Strelitz hersoqluğu və şimaldakı Ukkermark və Noymark regionlarını əhatə edirdi. Yeparxiya, Polşa hökmdarı III Boleslavın göstərişi ilə 1124-1128-ci illərdə Bamberqli Otto tərəfindən Pomeraniyanın xristianlığa gətirilməsi dövründə yaradılmışdı, Pomeraniya zadəganlarının 1534-cü ildə lüteranlığı qəbul etməsi və Protestant Reformasiyası zamanı ləğv edildi. Son katolik yepiskop 1544-cü ildə vəfat etmişdi. Qərbdən şərqə doğru yeparxiya Şverin, Havelberq, Brandenburq, Lubuş, Poznan, Qnezno və Vlotslavek yeparxiyaları ilə həmsərhəd idi. Kamień Pomorskidəki kafedral kompleksi Polşanın tarixi abidəsi kimi siyahıya alınmışdır.
Karen
Karen — soyad, ərəb kişi adı, hansı ki, Ermənistandə geniş yayılıb. Karen Şeperd — ABŞ döyüş ustası, film və televiziya aktrisası. Karen Gillan — Şotlandiyalı aktrisa və köhnə maneken. Karen Cromie Digər Karen, həmçinin Karin, Karin-Pəxləvidlər, Karen-Pəxləvi — qədim İran sülaləsi, İranın yeddi böyük evindən biri. Karen — bir sıra terpenlərin orqanik birləşməsi, skipidarın komponenti. Karen — Birmada ştat (milli dairə).
Aleksandr Karelin
Aleksandr Aleksandroviç Karelin (rus. Алекса́ндр Алекса́ндрович Каре́лин; d. 19 sentyabr 1967, Novosibirsk, SSRİ) — bütün zamanların ən böyük klassik (Yunan-Roma güləşi) güləşçisi hesab olunan keçmiş sovet və rus idmançısı, dövlət və siyasi xadimi, beş çağırış Rusiya Federasiyası Dövlət Dumasının millət vəkili. Vahid Rusiya siyasi partiyasının Ali Şurasının üzvü. SSRİ-nin əməkdar idman ustası (1988), Rusiya Federasiyasının Qəhrəmanı (1996). Qibtə olunası idman həyatı olan, klassik güləşin əfsanəsi Aleksandrın zəngin titul siyahısına nəzər salaq: 3 dəfə Yay Olimpiya Oyunlarının qalibi (1988, 1992, 1996, çəkisi 130 kq-a qədər), 9 qat dünya çempionu (1989-1991, 1993-1995, 1997-1999), 12 qat Avropa çempionu (1987-1991, 1993- 1996, 1998-2000), Sidneydə keçirilən 2000 Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı, 1988-ci ilin gənclər arasında dünya çempionu; ölkə daxili yarışların - güləş üzrə SSRİ, MDB və Rusiya çempionatlarının 13 dəfə çempionu (1988-2000), 1989-cu il Mütləq Dünya Çempionu Kubokunun qalibi. Dörd dəfə - 1989, 1990, 1992 və 1994-cü illərdə planetin ən yaxşı döyüşçüsü olaraq "Qızıl kəmər" mükafatının sahibi. IV beynəlxalq "Aleksandr Karelin mükafatı" turnirin qalibi (1995). İvan Poddubnı-nın xatirəsinə həsr olunmuş beynəlxalq turnirin 6 qat çempionu. Dünyada ilin ən yaxşı idmançısı və 2 dəfə ən yaxşı rus idmançı seçilən Karelin bütün karyerası ərzində 888 qələbə qazanmış yalnız 2 dəfə döşəyi məğlub halda tərk etmişdir.
Barri Kassin
Barri Kassin (1924 – 14 Yanvar 2017) — İrlandiyalı televiziya, teatr və kino aktyoru. Səhnədə daha çox Kassin On iki acıqlı kişi layihəsində yaratdığı roluna görə tanınır. Ekranda isə daha çox Kassin televiziya serialı olan Tir Na Noqun Mistik Cəngavərləri və 2012-ci ildə çəkilmiş Bizantium filmindəki ikinci dərəcəli rolları ilə məşhurdur. O, Con Brendan Kinin əsərləri əsasənda hazırlanan Səhra oyununun birinci bölümündə xarakterlərdən birini səsləndirmişdir. Kassinin qızı Anna Kassin Raydio Teilifis Eyreannın tanınmış jurnalisti və xəbər aparıcısıdır.
Corc Karlin
Corc Denis Patrik Karlin (ing. George Denis Patrick Carlin; 12 may 1937[…], Nyu-York, Nyu-York ştatı – 22 iyun 2008[…], Santa-Monika, Kaliforniya) — ABŞ əsilli komediyanın stend-ap janrında komik, aktyor, yazıçı, ssenarist, prodüser, dörd Qremmi və Mark Tven adına mükafatlarının sahibi.
Fyodor Kuzmin
Fyodor Kuzmin (17 aprel 1983) — Rusiyanı təmsil edən stolüstü tennisçi. == Karyerası == Fyodor Kuzmin Rusiyanı 2008-ci ildə Pekin şəhərində baş tutan XXIX Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 49-cu, Komanda turnirində isə 9-cu pillənin sahibi olub.
Jan Kalvin
Jan Kalvin (10 iyul 1509, Nyayon[d], Fransa krallığı – 27 may 1564, Cenevrə, Cenevrə Respublikası[d]) — XVI əsrin məşhur din islahatçısı, Kalvinizm təriqətinin banisi. Adı tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına daxil edilib. == Həyatı == === Gəncliyi === 10 iyul 1509-cu ildə Fransanın Pikardiya əyalətinin Nuayon şəhərində vəkil ailəsində doğulmuşdur. Jan əvvəlcə keşiş olmaq arzusuna düşmüş, lakin ixtisasca hüquqşünas olan atasının təkidi ilə on dörd yaşında Parisə hüquq təhsili almağa yollanmışdır. Burada on səkkiz yaşınadək kilsədə vaiz vəzifəsində çalışmışdır. Təhsilini təkmilləşdirmək üçün Parisdən Orleana, oradan da Burja getmişdir. Burada məşhur hüquqşünas Andrea Alsianın rəhbərliyilə Roma hüququnu öyrənmişdir. Başqa bir müəllim Melxior Volmardan isə humanitar elmlər üzrə təhsil almışdır. Atasının vəfatından sonra hüquq təhsilini yarımçıq qoyaraq Nuayona qayıtmış, oradan da Parisə dönmüşdür. === Protestanizmə qoşulması === Müəllimi Volmarın məsləhəti ilə ilahiyyat təhsilini almış və ilk elmi əsərini- Senekanın "Mülayimlik haqqında" traktatına şərh yazmışdır.
Kalvin Fillips
Kalvin Mark Fillips (2 dekabr 1995, Lids) – İngiltərə Premyer Liqasında çıxış edən "Mançester Sitinin" futbolçusu. == Karyerası == === Lids Yunayted === "Lids Yunayteddə" ilk matçına 6 aprel 2015-ci ildə keçirilən "Vulverhempton"-"Lids Yunayted" matçında çıxıb. Matç "Vulverhemptonun" 4–3 hesablı qələbəsi ilə başa çatıb. "Lids Yunayteddə" ilk qolunu 11 aprel 2015-ci ildə keçirilən "Lids Yunayted"-"Sardiff Siti" matçının 17-ci dəqiqəsində vurub. Matça start heyətdə başlayan Fillips 65-ci dəqiqədə əvəzlənib. Matç "Sardiff Sitinin" 1–2 hesablı qələbəsi ilə başa çatıb. 4 iyul 2022-ci ildə "Lids Yunayteddən" ayrıldı. === Mançester Siti === 4 iyul 2022-ci ildə "Mançester Siti" ilə rəsmi müqavilə imzaladı. "Mançester Sitidə" ilk matçına 21 iyul 2022-ci ildə keçirilən "Mançester Siti" — "Amerika" matçının 46-cı dəqiqəsində çıxıb. Matç "Mançester Sitinin" 2–1 hesablı qələbəsi ilə başa çatıb.
Kalvin Kulic
Con Kalvin Kulic (ing. John Calvin Coolidge, Jr.; 4 iyul 1872, Plimut, Vermont, ABŞ — 5 yanvar 1933, Northempton, Massaçusets, ABŞ) — Amerika Birləşmiş Ştatlarının 30-cu prezidenti (1923–1929) və 29-cu vitse-prezidenti (1921–1923).
Kalvin Remsi
Kalvin Vilham Remsi (31 iyul 2003, Aberdin) – İngiltərə Premyer Liqasında çıxış edən Liverpulun futbolçusu. == Karyerası == === Aberdin === Aberdinin heyətində ilk matçına 20 mart 2021-ci ildə keçirilən Dundee Yunayted-Aberdin matçının 90+1-ci dəqiqəsində çıxıb.Matç Dundee Yunaytedin 1–0 hesablı qələbəsi ilə başa çatıb.Aberdində ilk qolunu 2 aprel 2022-ci ildə keçirilən Dundee-Aberdin matçının 41-ci dəqiqəsində vurub. Matçın 78-ci dəqiqəsində əvəzlənib. Matç 2–2 hesablı heç-heçə ilə başa çatıb.19 iyun 2022-ci ildə Aberdindən ayrıldı. === Liverpul === 19 iyun 2022-ci ildə Aberdindən Liverpula transfer olundu.
Kaprin turşusu
Kaprin turşusu (və ya dekan turşusu) CH3(CH2)8COOH – birəsaslı doymuş karbon turşusudur. Kaprin turşusunun duzları və anionları kaprinatlar adlandırılır. == Təbiətdə tapılması == Kaprin turşusu inək yağının tərkibində, həmçinin bitki yağlarının: babassu yağının (7%), kokos yağının (5-10%), palma çəyirdəyi yağında (3-7%), gavalı tumunun yağında (4%), murumuru palma (Astrocarium murumuru) yağının (1,6%), tukuma palma (Astrocarium vulgare) yağının (1,6%), palma yağında (0,1% dən az)[1], az miqdarda spermaseti piyində rast gəlinir. == Xassələri == Ağ rəngli kristallik maddə olub, otaq temperaturunda demək olar ki, suda həll olmur, qaynama temperaturu 268–270°C, ərimə temperaturu 27–32°C, sıxlığı isə 0,893 1/ml (25oC-də)-dir.
Karain mağarası
Karain (türk. Karain) — paleolit epoxasına aid arxeloji abidə və mağara. Mağara Türkiyənin Aralıq dənizi regionunda, Antaliya şəhərindən 27 km şimal-qərbdə, Yağca kəndinin ərazisində yerləşir. Karain mağarası Türkiyənin ən böyük mağaralarından biridir. Mağara həm də insan yaşayan ən böyük mağara hesab olunur. Mağaranın dəniz səviyyəsindən hündürlüyü 370 metrdir. Travertin mənşəli süxurlardan ibarət olan bu mağara Qərbi Tavr dağlarının ətəyindən 80 metr yuxarda, dağ yamacındadır. Mağara əslində üç fərqli mağaralardan ibarətdir və böyük bir kompleks formalaşdırır. Mağara daxilində stallaktiklər və stalaqmitlər yetərincə çoxdur. 1946-cı ildən mağarada arxeoloji araşdırmalar aparılır.
Karelin tritonu
Əvvəllər Karelin tritonu daraqlı tritonun yarımnövü kimi qeyd edilirdi. Aparılan karioloji və biokimyəvi tədqiqatlar nəticəsində o sərbəst növ kimi göstərilmişdir. Hal-hazırda Karelin tritonu iki yarımnövü ayrılır: Triturus karelinii karelinii Strauch, 1970 — nominativ yarımnöv, Triturus karelinii arntzeni Litvinchuk, Borkin, Dzukic, и Kalezic, 1999. == Xarici görünüşü == Adi tritondan bədən ölçüsünün iriliyinə görə fərqlənir. Uzunluğu 180 mm-ə çatır. Dərisi iri ziyillərə malikdir. Üst tərəfdən qara və ya şabalıdı rəngdədir, qarın hissəsi narıncı rəngdə olub, iri xallıdır. Erkəyin bel darağı çoxalma dövründə dişli olub, quyruğun əsasında kəsilir; quyruğun yan tərəfində mavi-ağ zolaq uzanır. Dişilər həmişə daraqsızdır. Quyruğu yanlardan basıq, ucu sapşəkilli uzunsovdur.
Karlin krateri
Karlin krateri - Tatarıstanda yerləşən meteorit krateridir. Onun diametri 10 km, yaşı isə 5±1 milyon il hesablanır. Karlin krateri Çuvaşıstanla sərhəddə Buinsk şəhəri yaxınlığında yerləşir. Bura Kara çayının adına görə Karlin deyilir.
Karmein Çan
Karmein Çan - Templestowe mahalında 13 yaşındaykən evindən qaçırılan və daha sonra ölü olaraq olan cinayət qurbanıdır. Con Lam və yoldaşı Phyllis Lam böyük qızları Karmein Çanın doğumundan 3 il əvvəl, Çinin cənubunda olan Hong Kongdan iş qurmaq və həyatlarını davam etdirmək məqsədiylə Melbournenin 16 km. şimal şərqində olan sənaye bölgəsi Alt Plentyə yerləşmişlər. Ailə burada, bölgəyə 10 dəqiqə uzaqlıqda, baş yol üzərində kiçik bir çin restoranı açaraq işlətməyə başlamış və restoran bölgədə olduqca məşhur hala gəlmişdir. Bu sayədə Lam ailəsi, mal varlığını gücləndirərək bir gayrimenkul imperatorluğu qurmuşdur. == Hadisə == Karmein Çan 14 yaşında olduğu 1991-ci ildə məktəbə davam edir, eyni zamanda ana və atasının iş sıxlığı səbəbiylə çox zamanları olmamasından ötəri böyüyü 9, kiçiyi isə 7 yaşında olan iki kiçik qardaşına baxırdı. 13 Aprel 1991 günü axşamı qardaşları ilə birlikdə evə gələn Karmein, Marilyn Monroe haqqında bir sənədli izləmiş və daha sonra kiçik qardaşlarına yemək hazırlamaq üçün mətbəxə yönəlmişdi. Koridordan saat 21.00 sıralarında keçdiyi əsnada, yaşıl-boz paltomlu, tünd rəng kazak geyən, əlində uzun və gümüş oyma bıçaq olan bir adam, kiçik qızın saçlarından tutaraq ona yataq otağına sürüdü. Karmein, qardaşlarının olduğu yataq otağına keçdi və qapını arxadan sürgüledi. Kiçik qardaşlarına bu adamın özlərinə zərər verməyəcəyini söyləyərək onları şkafın içinə soxdu, qətiliklə səs çıxartmamalarını söylədi.
Kazan
Kazan yahut Qozan (tatar. Казан, Qozan) — Rusiya Federasiyasında şəhər, Tatarıstan Respublikasının paytaxtı, Volqa çayının sağ sahilində yerləşir. Rusiyanın iri iqtisadi, siyasi, elmi, mədəni və idman şəhərlərindən biridir.. Şəhər Rusiyanın "üçüncü paytaxtı" hesab edilir. Qeyri — rəsmi şəkildə dünya tatarlarının paytaxtı da hesab edilir.
Kaşin
Kaşin — Rusiya Federasiyasında yerləşən şəhər Tver vilayətinə daxildir
Azərin
Azərin (doğum adı: Anaxanım Etibar qızı Tağıyeva; 9 may 1971, Bakı) — Azərbaycan müğənnisi, Azərbaycan Respublikasının xalq artisti (2015), Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin orkestr ifaçısı, Azərbaycan Silahlı Qüvvələrinin kapitanı. == Karyerası == İlk solo albomu, 2001-ci ildə Qazaxıstandaki "Asiyanın Səsi" müsabiqəsindən sonra işıq üzü görüb. Bu diskin, həmçinin 2004-cü ildə çıxan diskin repertuarına korifey sənətkarların mahnıları və xarici klassik musiqi nümunələri daxil edilmişdir. 2006-cı ildə "Azərbaycan Respublikasının əməkdar artisti", 2015-ci ildə isə "Azərbaycan Respublikasının xalq artisti" fəxri adlarına layiq görülmüşdür.
Nazənin
Nazənin (tam adı: Nazənin Rəhim qızı Salayeva; (ata soyadı: Əliyeva); 28 iyul 1964, Astara rayonu) — Azərbaycan müğənnisi, solo ifaçı. == Həyatı == Nazənin 28 iyul 1964-cü ildə Astara rayonunda anadan olmuşdur. === Ailəsi === Nazəninin atası Rəhim ilahiyyatçı, savadlı axund olub. Orxan adlı oğlu var. == Karyerası == Hazırda sənətini davam etdirməkdədir.