Kaprin turşusu (və ya dekan turşusu) CH3(CH2)8COOH – birəsaslı doymuş karbon turşusudur. Kaprin turşusunun duzları və anionları kaprinatlar adlandırılır.
Kaprin turşusu | |
---|---|
Ümumi | |
Ənənəvi adı | Kaprin turşusu, detsiklik turşu |
Kimyəvi formulu | CH3(CH2)8COOH |
Molyar kütlə | 172,26 q/mol |
Fiziki xassələri | |
Sıxlıq | 0,893 q/sm³ |
Termik xüsusiyyətlər | |
Ərimə nöqtəsi | 31,6 °S |
Qaynama nöqtəsi | 268 – 270 °S |
Təsnifatı | |
CAS-da qeyd. nöm. | 334-48-5 |
PubChem | 2969, 135373094 |
RTECS | HD9100000 |
ChEBI | 30813 |
ChemSpider | 2863 |
Kaprin turşusu inək yağının tərkibində, həmçinin bitki yağlarının: babassu yağının (7%), kokos yağının (5–10%), palma çəyirdəyi yağında (3–7%), gavalı tumunun yağında (4%), murumuru palma (Astrocarium murumuru) yağının (1,6%), tukuma palma (Astrocarium vulgare) yağının (1,6%), palma yağında (0,1% dən az)[1], az miqdarda spermaseti piyində rast gəlinir.
Ağ rəngli kristallik maddə olub, otaq temperaturunda demək olar ki, suda həll olmur, qaynama temperaturu 268–270 °C, ərimə temperaturu 27–32 °C, sıxlığı isə 0,893 1/ml (25oC-də)-dir.