Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Kiyev kotleti
Kiyev kotleti (rus. Котлета по-киевски) — yağda qızardılmış toyuq filesindən, əsasən dairəvi şəkildə hazırlanan kotlet növü. == Ərzaqlar == toyuğun döş əti — 2 ədəd kərə yağı — 40 qr. sarımsaq, şüyüd, duz yumurta −2 ədəd suxarı qızartma üçün bitki yağı == Hazırlanması == Yumşaq kərə yağı doğranmış sarımsaq, şüyüd və duzla qarışdırılır. Kiçik uzunsov formada içliklər hazırlayırıq və soyuducuda dondururuq. Toyuğun döş əti yuyulur, dərisi çıxarılır və əti sümükdən ayrılır. Toyuğun iki döş ətindən 4 kiev kotleti hazırlamaq olar. Toyuq filesi mətbəx çəkiciylə döyülür və arasına əvvəlcədən dondurulmuş yağ bükülür. Hazır kotletlər yumurtaya sonra suxarıya, yenə yumurtaya və sonra suxarıya bulanaraq 7–8 dəqiqə ərzində frityurda bişirilir. Frityur əvəzinə dərin tava və bitki yağından istifadə etmək olar.
Təbriz kotleti
Təbriz kotleti – Azərbaycanın milli yeməyi. == Tərkibi == Təbriz kotletinin hazırlanmasında qıymadan, yumurtadan, noxud ləpəsindən, kartofdan, quru soğandan, sarıkökdən, duzdan və istiotdan istifadə olunur. == Hazırlanması == Təbirz kotletini hazırlamaq üçün əvvəlcə ləpə qaynadılaraq bişirilir. Kartof isə ayrı qaynadıb bişirilir, sonra əzik və bişmiş ləpə ona əlavə edilir, sonra üzərinə sürtkəcdən keçmiş soğan əlavə edilir. Kotlet əl böyüklüyündə olur, amma çox qalın hazırlanmır. Sonra yağ tökülmüş tavada hər iki tərəfi qızardılır. Servis edildikdə yanında xiyar turşusu verilir.
Köləlik
Quldarlıq — İctimai-iqtisadi formasiya. Quldarlar sinfinin qullar sinfini istismar etməsinə əsaslanmışdı. Qullar nəinki istehsal vasitələri üzərində hakimiyyətdən məhrum idilər, onlar hətta özləri istehsalın bir şərti, "danışan əmək aləti" kimi öz ağalarına məxsus idilər. Quldarlıq quruluşu ilk sinfi antaqonist formasiyadır. Bu quruluş özünün ən yüksək inkişaf pilləsinə Qədim Yunanıstan və Qədim Romada çatmışdır. O zamanlar Yunanıstan və Roma antik fəlsəfənin və demokratiyanın ən çox inkişaf etdiyi ölkələr idi. Buna baxmayaraq demokratiya qullara şamil edilmirdi. Nəticədə baş verən böyük üsyanlar (Qədim Romada Spartak üsyanı) və xaricdən olan müdaxilələr tezliklə quldarlığın başqa bir ictimai formasiya — Feodalizm ilə əvəz olunmasına gətirib çıxartdı. == Qul əməyi == Qul — bir insanın başqa birinin malı və mülkü olmasıdır. Başqa bir adamın malı və mülkü olan adama kölə və ya qul ; kölə sahibinə isə əfəndi və ya himayədar deyilir.
Azərbaycanda köləlik
Azərbaycan mühitində köləlik — tarixən Azərbaycan linqvistik və mədəni mühitində və ondan kənarda türk və Azərbaycan mənşəli kölələrin istifadəsi. == Tarixi == === Türk və qıpçaq kölələri === Fələki Şirvani Şirvanda hökm sürən hərc-mərcliyi, ehtimal ki 1123–1125-ci il müharibələrini nəzərdə tutaraq, III Böyük Mənuçöhrün sülh dövrü ilə müqayisə aparırdı. Onun fikrincə, III Mənuçöhr Şirvanı gülüzlü türk və türkman qızları ilə bəzəmişdir. Səlcuqların Şirvan və Arranı işğal etməsi nəticəsində türk kölə və kənizləri bu ərazilərdə ucuz qiymətə satılırdı. XII əsrdə Dərbənd hakimi Nizami Gəncəviyə hədiyyə olaraq qıpçaq kənizi Afaqı göndərmişdir. Nizami onunla ailə qurmuşdur. Kölə türk qızları gözəllikləri ilə məşhur idilər. XII əsr ərəb həkimi Samuil əbu Nəsr ibn Abbas sevdikləri ilə yaxın münasibətdə olan dostlar üçün əyləncə bağı əsərini yazmışdır. Erotik mövzulu əsərdir. Samuilin bu əsərdə gözə çarpan, türk kölələri ilə bağlı biliyi ola bilsin ki, İran Azərbaycanındakı kölə bazarlarından irəli gəlir.
ABŞ-da köləlik
ABŞ-də köləlik— ABŞ-də kölələrin, qulların əməyindən istifadə. == Tarixi == Avropa ticarətinin Afrika sahillərinin çevrəsindən keçməsi Amerikada qullaşdırılmış afrikalıların məskunlaşması ilə nəticələnmişdi. 1859-cu ildə Virciniya ştatında Con Braunun başçılığı ilə köləliyin ləğv edilməsi uğrunda üsyan başladı. ABŞ-də 1861–1865-ci illəri əhatə edən vətəndaş müharibəsi başa çatdıqdan sonra hüquqi cəhətdən köləlik ləğv edildi. Köləliyin ləğvində XVI ABŞ prezidenti Avraam Linkolnun əhəmiyyətli rolu olmuşdur.
ABŞ-də köləlik

Azərbaycan mühitində köləlik
Azərbaycan mühitində köləlik — tarixən Azərbaycan linqvistik və mədəni mühitində və ondan kənarda türk və Azərbaycan mənşəli kölələrin istifadəsi. == Tarixi == === Türk və qıpçaq kölələri === Fələki Şirvani Şirvanda hökm sürən hərc-mərcliyi, ehtimal ki 1123–1125-ci il müharibələrini nəzərdə tutaraq, III Böyük Mənuçöhrün sülh dövrü ilə müqayisə aparırdı. Onun fikrincə, III Mənuçöhr Şirvanı gülüzlü türk və türkman qızları ilə bəzəmişdir. Səlcuqların Şirvan və Arranı işğal etməsi nəticəsində türk kölə və kənizləri bu ərazilərdə ucuz qiymətə satılırdı. XII əsrdə Dərbənd hakimi Nizami Gəncəviyə hədiyyə olaraq qıpçaq kənizi Afaqı göndərmişdir. Nizami onunla ailə qurmuşdur. Kölə türk qızları gözəllikləri ilə məşhur idilər. XII əsr ərəb həkimi Samuil əbu Nəsr ibn Abbas sevdikləri ilə yaxın münasibətdə olan dostlar üçün əyləncə bağı əsərini yazmışdır. Erotik mövzulu əsərdir. Samuilin bu əsərdə gözə çarpan, türk kölələri ilə bağlı biliyi ola bilsin ki, İran Azərbaycanındakı kölə bazarlarından irəli gəlir.
Köləlik və Transatlantik Qul Ticarəti Qurbanlarının Beynəlxalq Anma Günü
Köləlik və Transatlantik Qul Ticarəti Qurbanlarının Beynəlxalq Anma Günü hər il martın 25-də köləlik və transatlantik qul ticarəti nəticəsində əziyyət çəkən və həlak olan milyonlarla insanın xatirəsini ehtiramla yad etmək üçün qeyd edilir. Bu gün həm də irqçilik və qərəzli münasibətin təhlükələri haqqında məlumatlılığı artırmaq, bərabərlik və insan hüquqlarına hörmət dəyərlərinə təşviq etmək məqsədi daşıyır. Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası 2007-ci ildə bu günü elan edərək, "tarixdə insan hüquqlarının ən pis pozulması" kimi adlandırılan transatlantik qul ticarətinin cəmiyyət, iqtisadiyyat, siyasət və mədəniyyətə geniş təsirləri olan bəşər tarixində faciəli nəticələrini önə çıxarır və transatlantik qul ticarətinin 4 əsrdən çox davam etdiyini və milyonlarla afrikalının Amerikaya, Karib dənizinə və dünyanın digər hissələrinə məcburi daşınması, burada qeyri-insani şəraitə və qəddar rəftara məruz qalması ilə nəticələnməsi ilə bağlı məlumat yaydı.