Kiyev kotleti

Kiyev kotleti (rus. Котлета по-киевски) — yağda qızardılmış toyuq filesindən, əsasən dairəvi şəkildə hazırlanan kotlet növü.

Kiyev kotleti
Aid olduğu milli mətbəxlər
Rusiya mətbəxi, Ukrayna mətbəxi
Tarixi 1910
Adlandırılıb Kiyev
Tərkibi
Əsas
Təfərrüatları
Tipi Kotlet
  • toyuğun döş əti — 2 ədəd
  • kərə yağı — 40 qr.
  • sarımsaq, şüyüd, duz
  • yumurta −2 ədəd
  • suxarı qızartma üçün
  • bitki yağı

Yumşaq kərə yağı doğranmış sarımsaq, şüyüd və duzla qarışdırılır. Kiçik uzunsov formada içliklər hazırlayırıq və soyuducuda dondururuq.

Toyuğun döş əti yuyulur, dərisi çıxarılır və əti sümükdən ayrılır. Toyuğun iki döş ətindən 4 kiev kotleti hazırlamaq olar.

Toyuq filesi mətbəx çəkiciylə döyülür və arasına əvvəlcədən dondurulmuş yağ bükülür. Hazır kotletlər yumurtaya sonra suxarıya, yenə yumurtaya və sonra suxarıya bulanaraq 7–8 dəqiqə ərzində frityurda bişirilir.

Frityur əvəzinə dərin tava və bitki yağından istifadə etmək olar.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]