Təbriz kotleti – Azərbaycanın milli yeməyi.
Təbriz kotletinin hazırlanmasında qıymadan, yumurtadan, noxud ləpəsindən, kartofdan, quru soğandan, sarıkökdən, duzdan və istiotdan istifadə olunur.
Təbirz kotletini hazırlamaq üçün əvvəlcə ləpə qaynadılaraq bişirilir. Kartof isə ayrı qaynadıb bişirilir, sonra əzik və bişmiş ləpə ona əlavə edilir, sonra üzərinə sürtkəcdən keçmiş soğan əlavə edilir. Kotlet əl böyüklüyündə olur, amma çox qalın hazırlanmır. Sonra yağ tökülmüş tavada hər iki tərəfi qızardılır. Servis edildikdə yanında xiyar turşusu verilir.[1]