Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Ksenon
Ksenon (Xe) – D.İ. Mendeleyevin elementlərin dövri sistemində 54-cü element. Ksenon havanın daimi komponentləri arasında ən nadiridir. Həmin qrupun elementi olan arqonun hər 100000 atomuna bir ksenon atomu düşür. Amma Yer atmosferi o qədər böyükdür ki, onun tərkibində 2 milyard ton ksenon var. Ksenonun 9 stabil nuklidləri var. Yalnız qalayın nuklidləri bir ədəd çox olub 10-dur. Uran minerallarında ksenonun 133Xe və 135Xe əlavə nuklidləri var. Havadan ksenonun alınması böyük əmək və enerji məsrəfi ilə əlaqədardır. O, yalnız qızıldan 2.5 dəfə ucuz və 25 dəfə gümüşdən baha başa gəlir. Ksenon 1898-ci ildə ingilis kimyaçılar, Vilyam Ramzay və Moris Travers tərəfindən kəşf olunmuşdur və kəşf olunduqdan keçən birinci 64 ildə onu təsirsiz qaz hesab etmişlər (VIIIA qrupun dörd daha yüngül elementlərinə oxşar olaraq).
Aseton
Aseton (dimetilketon, propanon-2, YUPAK: propan-2-on) [4] – üzvi maddədir, formulu CH3—C(O)—CH3, doymuş ketonların ən sadə nümayəndəsidir. Aseton adını latınca, asetum — sirkə, adından almışdır. Bu onunla əlaqədardır ki, əvvəllər asetonu asetatlardan alırdılar, asetondan isə sintetik buzlu sirtkə turşusunu alırdılar. 1848-ci ildə Alman tibb və kimya professoru Leopold Gmelin, Latın asetumundan da kök götürən köhnə Alman "Aketon" sözündən (keton, aseton) istifadə edərək, termini rəsmi istifadəyə verdi [5] [6]. == Kəşfi == Andreas Libavius – ilk dəfə asetonu kəşf etmişdir. Ketonların ən sadə və eyni zamanda ən vacib nümayəndəsi olan aseton ilk dəfə 1595-ci ildə alman kimyaçısı Andreas Libavius tərəfindən qurğuşun asetatın quru distillə edilməsi zamanı aşkar edilmişdir. Ancaq yalnız 1832-ci ildə Jean-Baptiste Dumas və Justus von Liebig onun təbiətini və kimyəvi tərkibini dəqiq təyin edə bildilər. 1914-cü ilə qədər aseton, demək olar ki, yalnız ağacın kokslaşmasından əldə edilirdi, lakin Birinci Dünya Müharibəsi illərində ona artan tələbat çox tez bir zaamanda yeni istehsal üsullarının yaradılmasına təkan verdi. == Fiziki xassələri == Aseton xarakterik kəskin qoxusu olan rəngsiz, yanıcı, axıcı, uçucu bir mayedir (n.ş.). Bütün nisbətlərdə su, dietil efiri, benzol, metanol, etanol, bir çox mürəkkəb efirlər və s.
Ksenofan
Kolofonlu Ksenofanes (yunanca Ξενοφάνης ὁ Κολοφώνιος; m. ö. 570, Kolofon — m. ö. 475 , Elea) – qədim yunan şairi və filosofu. Elea məktəbinin ilk filosofu hesab edilir. O, indiki Türkiyənin Qərbində yerləşən Kolofon (yun. Κολοφών) şəhərindən idi. Sonra Cənubi İtaliyaya səfərlər etmiş və sonradan Eleaya köçmüşdür. == Fəlsəfəsi == Ksenofanes çoxtanrılı yunan panteonunu şiddətli tənqid etmişdir.
Ksenofon
Ksenofon (təq. e.ə. 430 – təq. e.ə. 354, Korinf, Peloponnes) — Afina əsilli qədim yunan tarixçisi və yazıçısı, siyasi xadim və mütəfəkkiri. == Həyatı == Ksenofon bizim eradan əvvəl 430-cu ildə Afina şəhərində zəngin ailədə doğulmuşdur. Gənc yaşlarından Sokrat ardıcıllarından olmuşdur. İqtisadi fikir tərixinə Ksenofon əmək bölgüsünü ilk təhlil edən alim kimi daxil olmuşdur. Özünün "Kiropediya" adlı əsərində o, aşağıdakı müddəanı ifadə etmişdir: "Ən sadə iş görən şəxs onu ən yaxşı yerinə yetirir". Ksenofon eləcə də bazarın ölçülərindən asılı olaraq əmək bölgüsünün dərəcələri üzrə dərk edilməsinə yanaşmışdır.
Keqon
Keqon (華厳宗) – buddizmin Yaponiyadakı sektalarından biri. Yaponiyanın buddizm tarixinin ilk dövrlərində yaranmışdır. Nara buddizminin altı sektasından biri idi. == Tarix == Keqon sektası Çində yaranmış Huayan məktəbi əsasında ortaya çıxmışdır. VIII əsrdə Çindən Yaponiyaya səyahət etmiş çinli keşiş Dao-şuan, daha sonra koreyalı keşiş Şinco Huayan təlimini Yaponiyaya gətirmişdir. Kinşosen məbədinin rahibi olan Roben 726-cı ildə təlimin əsas mətni olan Avatamsaka sutrası (Keqonkyo) haqqında mühazirələr vermişdir. Daha sonra Today məbədinə çevrilən bu məbəd Keqon sektasının mərkəzinə çevrilmişdir. Kamakura dövründə Today məbədindən Qyonen və Kozay məbədindən isə Myoe kimi keşişlər Keqon sektasının yayılmasında əhəmiyyətli yer tutmuşdurlar. Növbəti dövrlərdə Keqon sektası öz əhəmiyyətini itirsə də, Şoşun kimi bir çox alim Keqon təlimini öyrənməyə davam etmişdir. Hal-hazırda Nara şəhərində yerləşən Today məbədi Keqon sektasının mərkəzi hesab olunur.
Keson
Keson (kor. 개성시) — Şimali Koreyada şəhər. Keson şəhəri KXDR-nin əsas yüngül sənaye mərkəzi hesab olunur. 1910-cu ildən 1945-ci ilə qədər Yaponiya İmperiyasının işğalı altında qalmış şəhər Keson Sənaye Bölgəsinin yaxınlığında yerləşir. == Qardaş şəhərlər == Katmandu, Nepal Belsı, Moldova Kusko, Peru == Həmçinin bax == Şimali Koreya Şimali Koreya coğrafiyası == İstinadlar == == Xarici keçidlər == VikiSəyahətdə Kaesong haqqında səyahət məlumatları var. North Korea Uncovered Arxivləşdirilib 2012-01-14 at the Wayback Machine, (North Korea Google Earth) смотрите больше об Кэсоне, его экономике, культуре и промышленной инфраструктуре на Google Earth.
Secon
Böyük Kral Secon (Devanq) (10 aprel 1397 – 17 fevral 1450), Coson sülaləsinə hökmranlıq etmiş kraldır. Koreya əlifbası olan Hanqıl, onun əmri ilə 1444-cü ildə hazırlanmış və 1446-cı ildə HunminConqım (Xalqa doğruları öyrədən səs) adlı kitabla birliktə xalqa təqdim edilmişdir. == Taxta gəlişi == Böyük Secon (Sejong The Great) (6 may 1397–18 may 1450) Coson sülaləsinin dördüncü kralıdır. Koreya əlifbası olan Hanqıl onun əmri ilə 1444-cü ildə hazırlanmış və 1446-cı ildə HunminConqım ( Xalqa doğruları öyrədən səs) adlı kitabla birliktə xalqa təqdim edilmişdir. Bundan əvvəl isə yazı dil çətin olduğuna görə əhalinin çox az hissəsi Çin hərflərini (simvollarını) öyrənə bilirdi. Koreya dilində yazı sistemi yaratmaq istəyən Kral Secon və dil müdrikləri bu fikri möhkəmləndirmək üçün Çin, Uyğur, Monqol dillərini və hərflərini araşdırmışdılar. Secon "Böyük" adına layiq görülmüş iki idarəçidir biridir. Öldükdən sonra bu ada təltif edilmişdir. Bu ada layiq görülən digər idarəçi də Qoquryo Kralı Qvanqqetodur. Kral Secon Teconun üçüncü oğludur.
Sezon
Fəsil, mövsüm ya da sezon — ilin şərti olaraq bölündüyü 4 dövr. Mövsümlərin bölünməsi müxtəlif cür aparılır: Təqvim üzrə mövsümlər – dünyanın əksər ölkəsində ilin hər biri 3 təqvim ayına bərabər olan 4 mövsümə bölünməsi qəbul edilib. Astronomik mövsümlər - gündönümündən (yay və qış) və gecə-gündüzün bərabərləşməsinə uyğun bölünür. Fenologiya - mövsümlərin müddəti təbiət hadisələrinə uyğun olaraq bölünür (təbiətdə iqlimin mövsümi dəyişikliyinə uyğun). == Təqvim üzrə mövsümlər == Fəsilləri dövrü belədir : qış payız yaz yay .İlin fəsilləri belə dövr edir: Qış Payız Yaz Yay .Orta en dairələrində il formal olaraq təqribən 4 bərabər hissəyə bölünür.
Tenon
Vətər (yun.tenon, lat.tendo) — əzələnin quruluş hissəsi. Əzələ liflərinin ucları nazikləşərək sərt kollagen birləşdirici toxuma ya vətər liflərinə keçirlər. Bir neçə vətər lifi toplaşaraq ilkin vətər dəstələri əmələ gətirir, bunların birləşməsindən ikinci dərəc bunlardan da üçüncü və dördüncü dərəcə dəstələr əmələ gəlir. Nəhayət son dəstələr toplaşaraq vətəri təşkil edirlər.
Venon
Venon (fr. Venon) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Sen-Marten-d'Er kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38533. Kommunanın 2012-ci il üçün əhalisi 732 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 395 ilə 525 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 460 km cənub-şərqdə, Liondan 100 km cənub-şərqdə, Qrenobldan 7 km şərqdə yerləşir.
Andre Klennon
Andre Antoni Klennon (15 avqust 1989-cu ildə anadan olub) — Azərbaycan Premyer Liqası təmsilçilərindən olan Keşlə klubunda hücumçu kimi çıxış edən Yamaykalı peşəkar futbolçudur. == Karyerası == === Klub === Klennon Yamayka, Vyetnamın Vaterhaus, Lam Donq, Arnett Qardens klublarında çıxış etmişdir. 2015-ci ilin sentyabr ayında Klennon 2015-ci il mövsümünün sonuna qədər VPS klubuna icarəyə verilmişdir. 2018-ci ilin yanvar ayında Klennon Azərbaycan Premyer Liqası təmsilçilərindən olan Keşlə klubu ilə 2017-18 mövsümünün sonuna kimi müqavilə imzalamışdır. === Milli komanda === O, 2011-ci ildə Yamayka milli futbol komandası ilə debüt etmişdir.
Kenson (kommuna)
Kenson (fr. Quinson, oks. Quinçon) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Provans Alpları. Rye kantonuna daxildir. Kommunanın dairəsi — Din-le-Ben. INSEE kodu — 04158. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 440 nəfər təşkil edirdi. == İqtisadiyyatı == İqtisadiyyatın əsasını turizm və kənd təsərrüfatı təşkil edir. 2007-ci ildə əmək qabiliyyətli 264 nəfər (15-64 yaş arasında) arasında 171 nəfər iqtisadi fəal, 93 hərəkətsiz (fəaliyyət göstərici - 64,8%, 1999-cu ildə 63,2%) olmuşdur.
Kristi Kenyon
Kristi Kenyon (ing. Christy Canyon, 17 iyun 1966, Pasadena, Kaliforniya) — erməni əslli ABŞ pornoaktrisası. == Həyatı == Kristi Kenyon erməni əsilli ata ilə italyan əsilli ananın ailəsində dünyaya gəlmişdir . Əsl adı Melisa Key Bardizbanyandır (ing. dilində Melissa Kaye Bardizbanian).
Ksenogen minerallar
Ksenogen minerallar — təsadüfi minerallar. Yan süxurların yad maddəsinin maqma ilə assosiasiya zamanı və onların qeyri-normal tərkibli kristallaşma sahələrində əmələ gəlir (məsələn: qranat, vollastonit və b.) maqmanın yan süxurarın yad maddəsinin assimilyasiya etməsi və belə qeyri-normal sahələrin kristallaşması nəticəsində əmələ gələn təsadüfi minerallar. == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. — Bakı: Nafta-Press, 2006.
Ksente Boqoyev
Ksente Boqoyev (Makedon dili: Ксенте Богоев; d. 20 Noyabr 1919, Strumitsa - ö. 20 Aprel 2008, Skopye) — Yuqoslaviyalı iqtisadçı, professor və 1968-1974-cü illər aralığında Makedoniya Sosialist Respublikasının İcra Şurasının sədri. == Haqqında == Ksente Boqoyev iqtisadiyyat üzrə təhsil almışdır və doktorluq dissertasiyasını Belqradda tamamlamışdır. Skopye Universiteti İqtisad Fakültəsi dekanlığı və daha sonra eyni universitetin Rektorluq vəzifəsini icra etmişdir. 1945-1952 illəri arasında Maliyyə naziri müavini vəzifəsinin icra edən Boqoyev 1977-ci ildə Yuqoslaviya Milli Bankı başçılığı vəzifəsinə gətirilmişdir. Ayrıca 1992-1997 illəri arasında Makedoniya Elm və İncəsənət Akademiyasına rəhbərlik etmişdir. Boqoyev maliyyə, pul nəzəriyyəsi, iqtisadi siyasət kimi sahələrdə 250 elmi məqalə müəllifi olub, mövzuyla əlaqədar bir çox mükafatın da sahibi olmuşdur.
Rene Guenon
Rene Genon (15 noyabr 1886, Blua, Üçüncü Fransa Respublikası – 7 yanvar 1951, Qahirə, Misir krallığı[d]) — fransız filosof, mistik yazıçı. Müsəlman ismi Şeyx Abd al-Wahid Yahya. Tradisyonalism məktəbinin banisidir. == Həyatı == 15 noyabr 1886-cı ildə Fransanın Blois şəhərində anadan olub. Fransız və katolik bir ailənin övladıdır. 1910-cu ildə müsəlman olmuşdur.23 yaşında Əzhər şeyxi, Maliki alimi və Şazeliyyə şeyxi Əbdürrəhman İlis əl-Kəbirin xəlifəsi Əbdülhadi vasitəsilə müsəlman olmuş, Şazeliyyə məzhəbinə üzv olmuş və Əbdülvahid Yəhya adını almışdır (1912). Elə 1912-ci ildə fransız bir xanımla ailə həyatı qurur.1928-ci ildə həyat yoldaşı vəfat edir. 1934-cü ildə Şeyx Məhəmməd İbrahimin böyük qızı Fatimə ilə evlənir.23 noyabr 1948-ci ildə Misir vətəndaşlığı üçün müraciət etdi. Bu istək uzun cəhdlərdən və müdaxilələrdən sonra reallaşdı. 1947-ci ildə pisləşən səhhəti 1950-ci ilin son aylarında daha da pisləşdi.
Senmon qakko
Senmon qakko (専門学校) – Yaponiya təhsil sistemində ali təhsil müəssisəsinin bir növü. == Tarixi == Senmon qakkolar 1903-cü ildə qəbul edilən Peşə Məktəbi Qanunundan sonra yaradılmışdır. 1935-ci ilin statistikasına görə Yaponiyada 177 senmon qakko fəaliyyət göstərirdi, onlardan 52-si dövlət, 11-i ictimai, 114-ü isə özəl idi. Dövlət və ictimai senmon qakkoların çoxu bir kurs üzrə təhsil verirdi. İkinci dünya müharibəsinə qədərki dövrdə qadınlar üçün nəzərdə tutulmuş bütün ali təhsil müəssisələri senmon qakko idi. Universitetlər intellektual elita yaratmaq üçün nəzərdə tutulduğu halda, senmon qakkolar təlim keçmiş kadr yetişdirmək üçün yaradılmışdır. Müharibəyə qədərki dövrdə Yaponiyada ali təhsil almış şəxslərin çoxu senmon qakko məzunu idi. 1905-ci ildə ali təhsil məzunlarının 81%-i, 1935-ci ildə isə 65%-i senmon qakko bitirmişdi. İkinci dünya müharibəsindən sonra senmon qakko sistemi ləğv olunmuş və senmon qakkoların çoxu dördillik universitetlərə çevrilmişdir. == Xüsusiyyətlər == Orta məktəbdən və ya qızlar liseyindən məzun olan şəxslər senmon qakkoya daxil olmalı idilər.
Senton ləhcəsi
Sentonje dialekti-Fransanın qərb sahilinin yarıya qədərində, keçmiş Sentonje, Onis və Anqumua vilayətlərində (ki indi hamısı Şarant, Şarant-Maritim, habelə qonşu Do-Sevr,Vande və Jirond departmanlarının neçə hissələri tərkibinə daxil ediliblər),danışılan dialektdir.
Eleyalı Zenon
Elealı Zenon (yun. Ζήνων, m. ö. 490 – 430) — qədim yunan filosofu, Eleya məktəbinin təmsilçisi, Parmenidesin şagirdi olmuşdur. == Aporiaları == == Mənbə == Aydın Əlizadə. Antik fəlsəfə tarixi (PDF). 3 saylı Bakı Mətbəəsi ASC. 2016. s. 39-40. ISBN 5-89968-061-X. 2016 tarixində arxivləşdirilib (PDF).
Kanon adası
Kanon adası (ing. Canyon) — ABŞ-nin Alyaska ştatının Cuno dairəsində yerləşən ada. Rayt çayının mənsəbindən 4 km şimal-şərqdə, Cuno şəhərindən 51 km şimal-şərqdə yerləşir. Adanın adı ilk dəfə 1960-cı ildə yayımlanmışdır. Adanın sahəsi 1,3 km², ən yüksək hündürlüyü 21 m-dir. == Tarix == Əvvəllər adada Taku qəbiləsi yaşayırdı. 1930-cu illərdə radio stansiyası fəaliyyət göstərirdi. Adada qızılbalıqların tədqiqi üçün tədqiqat stansiyası var.
Keqon şəlaləsi
Keqon (yap. 華厳滝 Keqon-taki) — Yaponiyada şəlalə. Şəlalə Toçiqi prefekturasının Nikko şəhəri yaxınlığındadır. Nikko Milli Parkı ərazisində yerləşir. Tyudzendi gölündən çıxan Daiyaqava çayı üzərində yerləşən şəlalənin hündürlüyü 97 metrdir. Vaxtıilə çay yatağı vulkan püskürməsi zamanı lava ilə dolmuşdur. Çayın geoloji fəaliyyəti nəticəsində yataq böyümüş və Keqonla yanaşı on iki kiçik şəlalələr meydana gəlmişdir. == Ümumi məlumat == Şəlalə öz adını buddist mənbələrindən götürmüş (華厳経 Keqonqe). Nikko şəhəri yaxınlığında ümumən 48 şəlalə mövcuddur. Keqon isə bunlardan ən məşhurudur.
Keson (şəhər)
Quezon — Filippində Metro Manila bölgəsinin ən böyük şəhəridir. Filippin 1948-ci ildə müstəqil olarkən ölkənin paytaxtı olmuşdur. (1976-cı ilə qədər) Şəhərin adı Flippinin keçmiş prezidenti Manuel L. Quezon adı ilə bağlıdır. Prezident şəhərin əsasını Manilanın əvəzinə yeni bir paytaxt yaratmaq üçün qoymuşdu. Quezon günümüzdə də Filippinin ən məşhur şəhəri sayılır. Şəhər keçmişdə Aranetaların (Filippində bir çox böyük layihədə iştirak etmiş ailə) yaşadığı və biznes yeri olmuşdur. Quezondakı Araneta Ticaret Mərkəzini də məhz, həmin ailə qurmuşdur.
Kinon qalası
Kinon qalası (tal. Kinon ğələ və ya tal. Kinonə ğələ) — Talış dağlarındakı Yuxarı Nüvədi kəndinin arxasında yerləşən memarlıq abidəsi.
Kitiyalı Zenon
Zenon (yun. Ζήνων, m. ö. 336 – 264) — antik dövrün filosofu, stoa fəlsəfi məktəbinin yaradıcısı. == Həyatı və fəlsəfəsi == Zenon Kipr adasının Kitiya şəhərindən idi. 315-ci ildə ticarət məqsədi ilə Afinaya gəlmiş, orada məskunlaşmışdır. Orada fəlsəfəyə böyük maraq göstərmiş və bir müddət kinik məktəbin nümayəndəsi olan Kratesin, daha sonra akademik məktəbin təmsilçiləri olan Stilpon və Ksenokratesin öyrəncisi olmuşdur. Zenon Afinada "Stoa Poykile" (yun. στοά ποικίλη – naxışlı portikus) adlı portikusda (binaya bitişik olan sütünlu açıq tikilidir) öyrəncilər üçün dərslər keçmişdir. Buna görə də məktəbin ardıcıllarını "stoaçılar" adlandırmışdırlar.
Li Keyon
Li Keyon (çin. 李克用) (24 oktyabr, 856 – 23 fevral, 908) — Şato əsilli Çin sərkərdəsi və hökmdarı. == Həyatı == Li Keyon Çuye soyundan çıxmışdı. Şatolar 878-ci ilədək Ordosda yaşadılar. Onların lideri Li Keyon (Li K'o-yung) Çində vətəndaş müharibəsindən istifadə edib, Şansinin şimalındakı, sərhədyanı torpaq olan Tatunqanı ələ keçirdi. 880-ci ildə Xuan Çaonun başçılığı ilə Tan sülaləsinə qarşı üsyan qalxıb, paytaxt Çanqanı ələ keçirəndə Tan hökndarı Li Keyona yardım üçün müraciət etdi. 28 yaşlı Li Keyon Çin salnaməçiləri tərəfindən cəsur və etibarlı bir şəxs kimi təsvir olunur. O, Tan sülaləsinin müdafiəsinə qalxdı. 883-cü ildə üsyançıları Çanqandan qovdu. Hökndar ona baş vəzir vəzifəsini verdi.
Kənan
Kənan (finik. kĕnaʿan, ivr. ‏כְּנַעַן‏‎ , ərəb. کنعان‎) — Bərəkətli Hilalın qərb hissəsidir. == Tarixi == Bu ad Finikiya sözündən və dilindən törəyib. Tarixi qaynaqlarda "Kənan diyarı" olaraq adlandırılan yer, hal-hazırda Fələstin və İsrailin yerləşdiyi torpaqlardır. Bu torpaqlar tarix boyunca bir çox peyğəmbərin yaşadığı, xalqlarını Allahın varlığına və birliyinə dəvət etdiyi, üzərində bir çox müqəddəs yerlərin yerləşdiyi mübarək torpaqlardır. Buna görə də, Kənan diyarı hər üç İlahi dinin mənsubları (müsəlmanlar, yəhudilər və xristianlar) üçün də müqəddəs torpaqlardır. Üç ilahi dinin mənsublarını bir yerə toplayan bu müqəddəs məkan, dinlərindəki ortaq yönləri tanıdıqları və bir olan Allaha inandıqları üçün bir-birlərinə sevgi və hörmət duymalarına səbəb olması baxımından da son dərəcə əhəmiyyətlidir. Kənan diyarı olaraq ifadə olunan torpaqlarda və əlbəttə bütün dünyada eyni peyğəmbərlərə iman edənlərin bir yerdə təhlükəsizlik, sevgi və dinclik içində yaşamaları, bütün möminlərin könüldən istəyəcəkləri, bundan sevinc və xoşbəxtlik duyacaqları bir vəziyyətdir.
Klod Şennon
Klod Elvud Şennon (ing. Claude Elwood Shannon; 30 aprel 1916[…] – 24 fevral 2001[…], Medford[d], Massaçusets) — amerikalı mühəndis, kriptoanalitik və riyaziyyatçı. "İnformasiya əsrinin atası" hesab olunur. Müasir yüksək texnoloji rabitə sistemlərində tətbiq tapan məlumat nəzəriyyəsinin banisidir. Hal-hazırda müasir rabitə texnologiyalarının əsasını təşkil edən fundamental anlayışları, fikirləri və onların riyazi formulalarını təqdim etdi. 1948-ci ildə məlumatın ən kiçik birliyini ifadə etmək üçün "bit" sözündən istifadə etməyi təklif etdi ("Riyazi nəzəriyyə" məqaləsində). Bundan əlavə, entropiya anlayışı Şennon nəzəriyyəsinin vacib bir xüsusiyyəti idi. O, təqdim etdiyi entropiyanın ötürülən mesajdakı məlumatın qeyri-müəyyənlik dərəcəsinə bərabər olduğunu nümayiş etdirdi. Şennonun "Rabitə riyazi nəzəriyyəsi" və "Gizli sistemlərdə rabitə nəzəriyyəsi" məqalələri informasiya və kriptoqrafiya nəzəriyyəsi üçün əsas hesab olunur. Klod Şennon, kriptovalyutaya elmi baxımdan müraciət edənlərdən biri, onun nəzəri əsaslarını formalaşdıran və bir çox əsas anlayışları təqdim edən ilk biri idi.
Şennon Vudvord
Şennon Mari Vudvord (ing. Shannon Marie Woodward; 17 dekabr 1984, Finiks) — ABŞ aktrisası.