Li Keyon (çin. 李克用) (24 oktyabr, 856 – 23 fevral, 908) — Şato əsilli Çin sərkərdəsi və hökmdarı.
Li Keyon | |
---|---|
| |
Cin knyazlığının ilk hökmdarı | |
1 yanvar, 896[1] – 23 fevral, 908 | |
Sonrakı | Li Çunşü |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Şuçou (朔州) |
Vəfat tarixi | [2] (51 yaşında) |
Fəaliyyəti | siyasətçi |
Atası | Çuye Çiksin |
Anası | Kin xatun |
Həyat yoldaşı | Liu xatun |
Uşaqları | |
Vikianbarda əlaqəli mediafayllar |
Li Keyon Çuye soyundan çıxmışdı.[4]
Şatolar 878-ci ilədək Ordosda yaşadılar. Onların lideri Li Keyon (Li K'o-yung) Çində vətəndaş müharibəsindən istifadə edib, Şansinin şimalındakı, sərhədyanı torpaq olan Tatunqanı ələ keçirdi. 880-ci ildə Xuan Çaonun başçılığı ilə Tan sülaləsinə qarşı üsyan qalxıb, paytaxt Çanqanı ələ keçirəndə Tan hökndarı Li Keyona yardım üçün müraciət etdi.
28 yaşlı Li Keyon Çin salnaməçiləri tərəfindən cəsur və etibarlı bir şəxs kimi təsvir olunur. O, Tan sülaləsinin müdafiəsinə qalxdı. 883-cü ildə üsyançıları Çanqandan qovdu. Hökndar ona baş vəzir vəzifəsini verdi. Eyni zamanda da Tayyuan əyalətinin (müasir Şansi) valisi təyin olundu.
Çin quldurlarının başçısı Çu Ven (Ch'u Wen) Tan sülaləsinin hökmdarını devirib imperator oldu. Hou-Lyanq (Hou-Liang) sülaləsinin əsasını qoydu. 907-ci ilədək taxta əyləşdi. Həmin dönəmdə Li Keyon Şansini idarə edirdi. O, öz əyalətinin müstəqilliyini elan edib, mərkəzə tabe olmaqdan boyun qaçırdı. İmperator nə qədər çalışsa da, Li Keyonu yola gətirə bilmədi. Çu Ven keçmiş Tan sülaləsinin və sarayın ən nəhəng şəxsiyyətlərini Li Keyonun yanına göndərdi. Diplomatik danışıqlar heç bir nəticə vermədi. Bu vaxt Li Keyon Liao sülaləsinin banisi Abaoci ilə görüşdü və ittifaq qurdu.
Li Keyon, 908-ci ildə ağır xəstələndi və 23 fevral 908-ci ildə vəfat etdi. Yerinə oğlu Li Çunşü gəldi.
Li Quoçanq və Kin xatunun üçüncü oğlu idi. Əsas xanımı Liu xatun olub 3 əsas cariyəsi var idi: Ceyn Çjen (sonradan imperatriça), Çen xatun və Janq xatun.