Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Ləçəksiz çobanyastığı
Ətirli çobanyastığı (lat. Matricaria discoidea) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin çobanyastığı cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Birillik budaqlanan ot bitkisi olub, hündürlüyü 30 sm qədərdir. Yarpaqları növbəli, iki tərəfi bölünmüş lələkvari, ensiz xətti neştərşəkilli paycıqdan ibarətdir. Çiçəkləri kiçik, boruşəkilli, sarımtıl-yaşıl, dairəvi səbətciyi və qısa oturaq çiçəkyatağı vardır. Səbətciyi kiçik, diametri 5–8mm, uzunsov-yumurtaşəkilli yarpaqları geniş dişcikli kənarlara malikdir. Çiçəkləmə başlayan zaman səbətciyi şarşəkilli sonra tədricən yumurtaşəkilli formaya düşür. Ətirli çobanyastiğı — sonra tədricən çılpaq kasacığını, ağ dilşəkilli çiçəklərini itirir. Bütövkənarlı çiçəkləri dairəvi-konusıəkilli formada olub, kasayarpaqsız və ya onun elementlərinə rast gəlinməklə, uzunluğu 1sm-ə bərabərdir. Yalnız boruşəkilli çiçəkləri vardır.
Keçi məməsi
Keçməməsi və ya Keçi məməsi — el şənliklərində və toylarda geniş oynanılan Azərbaycanın ən qədim kişi rəqslərindən biri. Əsasən Şirvan zonası və Bakı kəndlərində məşhurdur. Çox gözəl melodiyalı və ahəngdar musiqisi var. Rəqs bir qədər aram və cəld templə də ifadə oluna bilər. Bu rəqs Orta Mahur və Bayatı-Qacar üzərində qurulmuşdur. Musiqisinin tondan-tona keçməsi onu daha da coşqun və ahəngdar edir. Bəzən bu rəqsi səhvən "Keçi məməsi" adlandırırlar ki, bu da məzmuna uyğun gəlmir. Əslində rəqsin "keçməməsi" adlandırılması, rəqs edənlərin bir-biri ilə yarışa girərək gözəl və çevik rəqs hərəkətləri nümayiş etdirməklə rəqabət aparmasına, bir-birini keçməsinə işarə edir.
Monqol ləkəsi
Monqol ləkəsi — insanın bel və arxa nahiyələrində rast gəlinən göyümtül ləkə. Bu əsasən melamin piqmentinin derma qatına yığılması ilə əlaqədardır. Bu adın verilməsi əsasən ilk dəfə monqol uşaqlarında aşkarlanması ilə əlaqədar olmuşdur. Əslinə qalanda isə nəyinki monqoloid irqinə mənsub insanlarda həm də digər irqin nümayəndələrində belə müşahidə edilir. == Təsvir == «Monqol ləkəsi» yeni doğulan uşaqlarda açıq-aşkar şəkildə müşahidə edilən bir izdir. Əsasən uşaqların 12-14 aylığında tamamən yoxa çıxır. Nadir hallarda zəif şəkildə yetkin insanlarda görünə bilir. Sarı-göy-qara rənglərinin yarışığına bənzəyir. Diametri elədə böyük olmayan qəpik böyüklükdə olur. Bəzən diametri 6-10 sm ola bilir.
Şəməsi döyüşü
Şəməsi döyüşü — 1494-cü ildə Şeyx Heydərin oğlu, Şah İsmayılın böyük qardaşı Şeyx Sultan Əli ilə Ağqoyunlu hökmdarı Rüstəm Mirzə arasında baş vermiş döyüş. Yalnız bu döyüşdə Rüstəm Mirzə özü şəxsən iştirak etməmiş, Ebih Sultanı bu tapşırığa göndərmişdi. == Döyüşdən əvvəl == Şeyx Heydərin öldürülməsindən sonra onun ailəsi İstəxr qalasında əsir kimi saxlanılırdı. Rüstəm Mirzə Ağqoyunlu hökmdarı olduqdan sonra onları həbsdən azad etdirir və Təbrizə gətirdir. Bundan sonra Şeyx Heydərin oğlu Şeyx Sultan Əli Rüstəm Mirzənin tərəfində vuruşmağa başlayır. 1493-cü ildə Ağqoyunlu taxtı uğrunda baş vermiş Rüstəm Mirzə ilə Baysunqur Mirzə arasındakı Əhər yaxınlığında baş vermiş döyüşdə Sultanəli tərəfdarları ilə birlikdə Rüstəm Mirzə tərəfdə vuruşurdu. Döyüş Rüstəm Mirzənin qələbəsiylə başa çatdı və bu qələbədə Sultanəli və tərəfdarlarının da rolu oldu. == Döyüşün baş verməsi == Ərdəbildəki Səfəvi tərəfdarlarının güclənməsindən qorxan Rüstəm ona və ailəsinə qəsd təşkil etdi. Lakin qəsdin üstü açıldı. Sultanəli ailəsilə birlikdə Ərdəbilə doğru yola çıxdı.
Keçi məməsi (Rəqs)
Keçməməsi və ya Keçi məməsi — el şənliklərində və toylarda geniş oynanılan Azərbaycanın ən qədim kişi rəqslərindən biri. Əsasən Şirvan zonası və Bakı kəndlərində məşhurdur. Çox gözəl melodiyalı və ahəngdar musiqisi var. Rəqs bir qədər aram və cəld templə də ifadə oluna bilər. Bu rəqs Orta Mahur və Bayatı-Qacar üzərində qurulmuşdur. Musiqisinin tondan-tona keçməsi onu daha da coşqun və ahəngdar edir. Bəzən bu rəqsi səhvən "Keçi məməsi" adlandırırlar ki, bu da məzmuna uyğun gəlmir. Əslində rəqsin "keçməməsi" adlandırılması, rəqs edənlərin bir-biri ilə yarışa girərək gözəl və çevik rəqs hərəkətləri nümayiş etdirməklə rəqabət aparmasına, bir-birini keçməsinə işarə edir.
Qan ləkəsi (roman)
Qan ləkəsi —romanı tanınmış detektiv ustası, vətən­pərvər yazıçı Elxan Elatlının yaradıcılığında ən iri­həcmli əsərdir. Buna baxmayaraq, birnəfəsə oxunur və indiyədək saysız-hesabsız oxucu kütləsinin qəlbini fəth etmişdir. Romanda Azərbaycan milli təhlükəsizlik orqanları əməkdaşlarının, Azərbaycan polisinin çətin və şərəfli fəaliyyətindən, düşmənlərimizin iyrənc siyasətindən, ağlasığmaz cinayətlərdən, iki güclü Azərbaycan türkü ailəsinin qanlı qarşıdurmasından bəhs olunur. Fikrimizcə, “Qan ləkəsi” romanı ədəbiyyatımızda milli birliyi təbliğ edən ən güclü əsərdir. == Məzmun == Namus üstündə törədilmiş qətl... Bu qətlin qan donduran amansız qisası... Peşəkar erməni agentin hiyləgər planları və şəxsən öz əlləri ilə Bakıda törədilmiş silsilə qanlı cinayətlər... Uğursuz əməliyyat-axtarış tədbirləri, sonu görünməyən istintaq və təhqiqatlar... Azərbaycan polisinin və xüsusi xidmət orqanları əməkdaşlarının gərgin axtarışları... Məcnunanə sevgi, çirkin xəyanət, qısqanclıq, zorlama, şər-böhtan, ailə faciələri...
Qan ləkəsi analizi
Qan ləkəsi analizi (QLA) (ing. Bloodstain Pattern Analysis) — qan ləkəsi və sıçrayış analizi ilə məşğul olan ədli tibbin şöbəsi. Elmi sahədə, xüsusən qan və DNT molekullarının analizində hər hansı bir irəliləyiş, detektivlər və kriminalistlər tərəfindən cinayətkarları araşdırmaq və tutmaq üçün geniş istifadə olunur. Buna görə qanın məhkəmə tibbi müayinəsinin çoxdan mövcud olmasına baxmayaraq, yeni texnologiyalar bu metoddan istifadə edərək daha yüksək nəticələr əldə etməyə və ədli tibbdə daha çox yayılmasına imkan yaratdı. Qan ləkəsi nümunələrini analiz etmək kimya, biologiya, fizika və həndəsə kimi elmlər haqqında geniş praktik bilik tələb edir. == QLA ilə nəticələr və nailiyyətlər == Bu elmin köməyi ilə qan sıçrama zamanı bir insanın hərəkəti və istiqaməti, yaralıların məkanda yeri, yaraların vurulduğu silah və ya obyekt, zərbədən sonra qan hərəkətinin trayektoriyası, kəsilmə və s. cinayətin törədilməsi zamanı baş verən hadisələrin ardıcıllığını qurur. Hadisələrin necə baş verdiyini bilirsinizsə, bundan sonra nə edəcəyinizi bilirsiniz. Qan tökülməsinin təhlili cinayətlərin istintaqında fəal və effektiv kömək üçün xüsusi təlim və təcrübə tələb edir. Potensial məhkəmə mütəxəssisləri Əsas Qan Sprey Analizi kurslarında təhsil alırlar.
Yuxarı Ləməz (Arxangel)
Yuxarı Ləməz (başq. Үрге Ләмәҙ, rus. Верхние Лемезы) — Başqırdıstan Respublikasının Arxangel rayonunda yerləşən kənd. Kənd İnzer kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Arxangel): 50 km, kənd sovetliyindən (Mışatkan): 11 km. ən yaxın dəmiryol stansiyasından (Rriural stansiyası): 56 km. Kənd ərazisindən İnzer çayı axır. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kəndidə başqırdlar (93%) üstünlük təşkil edir.
Genesiz
Nemesis
Qədim Yunan inancında Nemesis (yun. Νέμεσις), tanrıların hüzurunda kibirlilik edən insanlara verilən ilahi cəzanın ruhudur. Nemesisin məbədi Marafonun şimalında yerləşən Rhamnous şəhərində olduğu üçün Rhamnousia/Rhamnusia ("Rhamnousun tanrıçası") olaraq da anılmaqda idi. Bir digər adı "qaçınılmaz" mənasına gələn Adrasteiadır. == Etimologiya == Nemesis adı Yunan dilində bir kəlmə olan νέμειν némein "layiq olduğunu vermək" və İbtidai Hind-Avropa dil qrupundan nem- "dağıtmaq" kəlməsindən gəlir.
Remeşin
Aşağı Remeşin
Aşağı Remeşin
Qızıl Qışlaq (əvvəlki adı: Aşağı Remeşin) — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 55-XII saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Aşağı Remeşin kəndi Kükü kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Remeşin kənd Soveti yaradılmışdır. Azərbaycan Respublikası Milli Məclisinin 1 mart 2003-cü il tarixli, 423-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Remeşin kənd inzibati ərazi dairəsinin mərkəzi Aşağı Remeşin kəndi Qızıl Qışlaq kəndi, Remeşin kənd inzibati ərazi dairəsi Qızıl Qışlaq kənd inzibati ərazi dairəsi adlandırılmışdır. == Tarixi == == Əhalisi == Əhalisi 778 nəfərdir.
Lemoniz AES
Lemoniz AES (bask Lemoizko zentral nuklearra; isp. Central nuclear de Lemóniz) — İspaniyanın muxtar statusa malik Basklar ölkəsində yerləşən atom elektrik stansiyası. Lemoniz AES 1972-ci ildə tikilməyə başlanmış və tikinti işlər 1983-cü ildə İspaniya hökumətinin nüvə enerjisi üzrə apardığı dövlət proqramını ləğv etdikdən sonra dayandırılmışdır. Atom elektrik stansiyasının hər biri 900 meqavat gücündə olmaqla iki əsas nüvə reaktorundan ibarət olması planlaşdırılmışdı. Basklar ölkəsində mərkəzi hökumət tərəfindən atom elektrik stansiyasının tikilməsi bir çox millətçi təşkilatın ciddi etirazlarına səbəb olmuşdur. Nüvə enerjisindən istifadənin həmin ərazilərdə yaşayan insanların həyatı üçün ciddi təhlükə olduğu keçirilmiş bir çox nümayiş və mitinqlərdə səsləndirilmişdir. Basklar ölkəsi bölgəsinin müstəqilliyi uğrunda silahlı mübarizə aparan bask radikal-solçu, milliyyətçi və separatçı təşkilatı ETA, atom elektrik stansiyasının inşaatına qarşı xüsusi şəkildə fəallıq göstərmişdir. == ETA-nın mövqeyi == Basklar ölkəsinin İspaniyadan ayrılıb, müstəqil dövlət olması üçün 1959-cu ildən bəri silahlı mübarizə aparan ETA təşkilatı baskların kompakt yaşadığı muxtar dövlətin sərhədləri daxilində mərkəzi hökumət tərəfindən atom elektrik stansiyasının tikilməsinə qarşı çıxmışdır. İspaniya hökuməti ETA təşkilatını rəsmən terror təşkilatı kimi tanımışdır və ETA-nın bir çox üzvü AES-in tikildiyi dövrdə dövlətin təhlükəsizlik orqanları tərəfindən həbs edilmişdi. ETA tərəfindən AES-ə qarşı ilk silahlı hücum AES-in təhlükəsizliyini təmin edən Guardia adlı ispan mülki və hərbi mühafizə xidmətinin əməkdaşlarına qarşı törədilmişdir.
Məməşir (Marağa)
Məməşir (fars. ممه شير‎) — İranın Şərqi Azərbaycan ostanının Marağa şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 41 nəfər yaşayır (8 ailə).
Yuxarı Remeşin
Güney Qışlaq (əvvəlki adı: Yuxarı Remeşin) — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 55-XII saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Kükü kənd Sovetinin tərkibindəki Yuxarı Remeşin kəndi Remeşin kənd Sovetinin tərkibinə verilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin 1 mart 2003-cü il tarixli, 423-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Qızıl Qışlaq kənd inzibati ərazi dairəsi tərkibindəki Yuxarı Remeşin kəndi Güney Qışlaq kəndi adlandırılmışdır. == Tarixi == == Əhalisi == İvan İvanoviç Şopenin rəhbərliyi 1829-cu ilin aprel ayında başladılmış və 1832-ci ilin may ayında sona çatdırılmış əhalinin kameral siyahıyaalınmasının yekunlarına əsasən Erməni vilayətinin Naxçıvan əyalətinin Naxçıvan mahalında yerləşən Yuxarı Remeşin kəndində 9 evdə 17 nəfəri kişilər 18 əfəri isə qadınlar olmaqla 35 nəfər müsəlman yaşayırdı. Kənd əhalisinin sayı 544 nəfərdir.
Cypseloides lemosi
Cypseloides lemosi (lat. Cypseloides lemosi) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin uzunqanadkimilər dəstəsinin uzunqanadlar fəsiləsinin amerika uzunqanadı cinsinə aid heyvan növü.
Lemeir boğazı
Lemer boğazı But adası ilə Kiev yarımadası arasında yerləşir. Uzunluğu 11 km, eni isə 1,6 km təşkil edir. Bu bölgə Antarktida materikinə gələn turistlərin sayına görə fərqlənir. == Tarixi == Bu yer ilk dəfə alman ekspedisiyası tərəfindən 1873-1874-cü illərdə kəşf edilmişdir. Buna baxmayaraq onlar boğazı üzərək keçməyiblər. 1898-ci ildə "Belçika" gəmisi ilə Adrian de Jerlaş tərəfindən boğaz keçilir və Şarl Fransua Aleuson di Lemerin şərəfinə adlandırır. Lemer (1863-1925) Konqoda ekspedisiya rəhbəri olmuşdur. O, heç vaxt Antarktidada olmamışdır. == Turizm == Bu yer XX əsrdən Antarktidaya təşkil edilən əsas turizm maşrutlarından bidir. Gözəl mənzərəsi olan boğaz gölü xatırladır.
Rubus leesii
Adi moruq (lat. Rubus idaeus) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin moruq cinsinə aid bitki növü. == Yayılması == Qırmızı moruq yabanı formada Azərbaycanın dağlıq yerlərində, meşə açıqlıqlarında, çayların kənarlarında, dərələrdə və bir qədər rütubətli torpaqlarda bitir. Moruq iyunda çiçəkləyir. Ağ rəngli ətirli çiçəkləri 1ay müddətində açılır. Külli miqdarda çiçəkləmə isə 2 həftə davam edir. Meyvələri çiçək açdıqdan 35-40 gün sonra, yəni iyul-avqustda yetişir. Meyvəsinin rəngi tünd qırmızı, açıq qırmızı, ağımtıl-sarı olur, yetişəndə tez tökülür. Meyvəsi yumru, oval və yastı-yumru formada olur. Dadı şirin, meyxoş və ətirlidir.
Resident Evil 3: Nemesis
Resident Evil 3: Nemesis — Resident Evil oyunlar seriyasından olan sayca 3-cü oyundur. 1999-cu ildə PlayStation, 2001-ci ildə isə Windows üçün buraxılmışdır. Oyunu Capcom və Virgin Interactive şirkətləri istehsal etmişlər. 31 dekabr 2007-ci il tarixinə olan məlumata görə oyunun 3.5 milyon nüsxəsi satılmışdır. == Süjet == Oyunda hadisələr Resident evil 2-dəki hadisələrdən bir gün əvvəl və bir gün sonra baş verir. Oyunun baş qəhrəmanı Cill Valentayn, onun yardımçısı isə latınamerikalı Karlos Oliveyradır. Resident evil 1-dəki hadisələrdən sonra virus kollektora düşür, oradan da siçovullar vasitəsilə bütün şəhərə yayılır. Nəticədə şəhər əhalisi zombiyə çevrilir. Bundan sonra Cill Avropaya yollanmalı olsa da, bunu bacarmır və təkbaşına şəhərdə zombilərlə savaşmalı olur. Üstəlik onun qarşısında virusun törəməsi olan dəhşətli silah-Nemezida durur...
Rubus idaeus var. leesii
Adi moruq (lat. Rubus idaeus) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin moruq cinsinə aid bitki növü. == Yayılması == Qırmızı moruq yabanı formada Azərbaycanın dağlıq yerlərində, meşə açıqlıqlarında, çayların kənarlarında, dərələrdə və bir qədər rütubətli torpaqlarda bitir. Moruq iyunda çiçəkləyir. Ağ rəngli ətirli çiçəkləri 1ay müddətində açılır. Külli miqdarda çiçəkləmə isə 2 həftə davam edir. Meyvələri çiçək açdıqdan 35-40 gün sonra, yəni iyul-avqustda yetişir. Meyvəsinin rəngi tünd qırmızı, açıq qırmızı, ağımtıl-sarı olur, yetişəndə tez tökülür. Meyvəsi yumru, oval və yastı-yumru formada olur. Dadı şirin, meyxoş və ətirlidir.
Şi Şinin şirləri yeməsi haqda hekayə
Şi Şi şi şi şi (çin. ənən. 施氏食獅史, sadə. 施氏食狮史, pinyin: Shī Shì shí shī shǐ, hərfi mənası: "Şi Şinin şirləri yeməsi haqda hekayə") — XX əsr məşhur Çin-amerikan linqvisti Çjao Yuanjen (赵元任 Zhào Yuánrèn) tərəfindən klassik Çin dilində zarafatla yazılmış şeir. Şeir 4 müxtəlif tonda tələffüz edilən və 94 dəfə təkrarlanan "şi" hecasından ibarətdir. Klassik Çin dilində yazılmış şeirin mətni əksər savadlı çinlilərə aydın olsa da, bu, tələffüz zamanı deyil, yalnız heroqlifik yazı versiyasında mümkündür. Çin dilinin 2500 illik inkişaf tarixi ərzində klassik Çin dilində formalaşan omofoniya səbəbindən Pekin dialektində tələffüz edildikdə və ya fonetik sistemdə yazıldıqda şeirin mətni tamamilə anlaşılmaz hala düşür. == Şeirin mətni == == İstinadlar == == Xarici keçidlər == 對聯:30.